Teqvim-2015. pdf


Teatr.Kino Leyla Bədirbəyli



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə5/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   2   3   4   5   6   7   8   9   ...   173

11
Teatr.Kino
Leyla Bədirbəyli 
1920-1999
Y
ANV
AR
Leyla Ağalar qızı  Bədirbəyli 1920-
ci il yanvar ayının 8-də Bakı şəhərində 
anadan olmuşdur. Bakıda 3 saylı 
Beynəlmiləl məktəb
də  təhsil almış-
dır. Təhsil aldığı illərdə bir sıra dram 
dərnəklərinin iştirakçısı olmuş,  əsasən 
Əli Bayramov adına klubda çıxış et-
mişdir.
O, 1937-1942-ci illərdə Azərbaycan 
Dövlət Filarmoniyası Mahnı  və  Rəqs 
Ansamblının solisti olmuş, 1952-ci ildə 
Azərbaycan Dövlət Tea
tr İnstitutunu bi-
tirmiş, 1942-1975-ci illərdə  Azərbaycan 
Dövlət Akademik Dram Teatrında 
fəaliyyət göstərmişdir. Bu müddət 
ərzində aktr
isa bir sıra maraqlı obraz-
lar yaratmışdır: V.Şekspirin “Otello” 
dramında Dezdemona, C.Cabbarlının 
dramlarında Sara (“Solğun çiçəklər”), 
Almaz (“Almaz”), Firəngiz (“Oq-
tay Eloğlu“), Solmaz (“Od gəlini“), 
İ.Səfərlinin “Göz həkimi”ndə Nərminə, 
S.Rəhmanın “Yalan” əsərində  Şəlalə, 
L.Tolstoyun “Canlı meyit”ində Liza, 
İ.Əfəndiyevin “Mahnı dağlarda qaldı” 
dramında Fəxrəndə və s. 
Aktrisa kino sahəsində  də özünü 
sınayaraq bir neçə  filmə  çəkilmişdir. 
1945-ci ildə “Arşın mal alan” filmi 
çəkilməyə başlayanda Leyla Bədirbəyli 
Üzeyir Hacıbəylinin dəvəti və təşəbbüsü 
ilə  filmə  çəkilmişdir. Onun “Fətəli 
xan”, “Koroğlu”, “Səbuhi”,  “Görüş”, 
“Dərviş Parisi partladır”, “Dəli Kür”, 
“Sevil” və s. filmlərdə yaratdığı maraq-
lı obrazlar həmişəlik tamaşaçıların yad-
daşına həkk olunmuşdur.
1975-ci ildə aktrisa C.Cabbarlı adı-
na “Azərbaycanfilm”in nəzdində yara-
dılan “Kino Aktyorları Teatrı”nın bədii 
rəhbəri kimi fəaliyyət göstərmişdir. 
Burada Qarsiya Lorkanın “Qanlı  toy”,    
M.Muradın “Təkan” dramları  və s. 
pyeslər tamaşaya hazırlanmışdır. 
Leyla xanım 1994-cü il mart ayının 
3-də yenidən Dram teatrına gəlmiş  və 
Vidadi Babanlının “Ana intiqamı”nda 
Qumru müəllimə rolunu oynamışdır. 
1998-ci ildən öz ərizəsi ilə təqaüdə çıx-
mış, Prezident təqaüdçüsü olmuşdur. 
L.Bədirbəyli 1946-cı ildə “Arşın mal 
alan” filmindəki Gülçöhrə roluna görə 
Stalin (sonralar Dövlət mükafatı) mü-
kafatı, 1972-ci ildə isə “Mahnı dağlarda 
qaldı” tamaşasında oynadığı  Fəxrəndə 
xanım obrazına görə Azərbayca
n Res-
publikasının Dövlət mükafatı ilə  təltif 
olunmuşdur.  İncəsənət sahəsindəki 
xidmətlərinə görə ona 1949-cu ildə 
“Azərbaycan Respublikasının Əməkdar 
artisti”, 1959-cu ildə  “Xalq artisti” fəxri 
adları verilmişdir. “Şərəf nişanı” ordeni 
və medallarla da təltif edilmişdir.
Görkəmli aktrisa Leyla Bədirbəyli 
1999-cu il noyabr ayının 23-də  vəfat 
etmiş, Bakıda Fəxri Xiyabanda dəfn 
edilmişdir.
Ə d ə b i y y a t
Ömrümün nağılları /
Leyla Bədirbəyli.- Bakı: 
Gənclik, 1998.- 72 s. 
Adil, B. Leyla Bədirbəyli 
/B.Adil.- Bakı: Azərnəşr, 
1970.- 84 s.
Leyla Bədirbəyli [İzoma-
terial] /Azərbaycan Teatr 
Cəmiyyəti.- Bakı: [İşıq], 
1974. 
Leyla Bədirbəyli anıldı   
//Ekspress.- 2010.- 10-12 
aprel.- S.12. 
Rəhimli, İ. Leyla 
Bədirbəyli (8.01.1920-
3.11.1999) //Rəhimli İ. 
Azərbaycan teatr tarixi.- 
Bakı, 2005.- S.345-347. 
Tahirqızı, Ü. Leyla 
Bədirbəylinin xoşbəxt 
həyatının kədərli sonlu-
ğu: Ofeliya Bədirbəyli 
maraqlı hadisələri 
xatırlayır /Ü.Tahirqızı                     
//Xalq cəbhəsi.- 2013.- 14 
dekabr.- S.13.               
İ n t e r n e t d ə
www.anl.az
adam.az
www.az.wikipedia.org
8
95 
illiyi
Aktrisa


12
Milli Qəhrəmanlar
Mehdi Abbasov 
1960-1992
Y
ANV
AR
Mehdi Yusif oğlu Abbasov 1960-cı il 
yanvar ayının 1-də Qərbi Azərbaycanın 
Amasiya rayonunun Yeniyol kəndində 
anadan olmuşdur. 
1966-cı ildə Yeniyol kənd orta 
məktəbində  təhsil almağa başlamış, 
1976-cı ildə həmin məktəbi bitirmişdir. 
1977-ci ildə Mehdinin ailəsi erməni 
təzyiqinə məruz qalaraq məcburən Qa-
zaxıstan Respublikasının Tülkübas ra-
yonunun Kulan kəndinə köçmüşlər.
Mehdi 1980-ci ildə Çimkənd Peda-
qoji İnstitutunun hazırlıq şöbəsinə, daha 
sonra Karaqanda Pedaqoji İnstitutuna 
daxil olmuşdur. 
1989-cu ildə Qazaxıstan KP Tülkübas 
Rayon Komitəsinin qərarı ilə Daxili İşlər 
orqanlarında işləməyə göndərilmişdir. 
Bir müddət burada müxtəlif vəzifələrdə 
işlədikdən sonra 1991-ci il iyun ayı-
nın 28-də Azərbaycan Respublikası-
nın DİN-nin sərəncamına göndərilmiş, 
burada baş leytenant rütbəsində rota 
komandiri kimi DİN-in XTMD-ndə 
xidmətə başlamışdır.  Xidmətlərinə görə 
dəfələrlə  DİN-in mükafatlarına layiq 
görülmüşdür. 
1992-ci il yanvar ayının 13-də 
Məlikcan postu ətrafında gedən döyüş-
də, snayper gülləsi Mehdini başın-
dan ağır yaralamış  və  həmin gün o 
qəhrəmancasına həlak olmuşdur. 
Azərbaycan Respublikası Preziden-
tinin 6 iyun 1992-ci il tarixli 831 say-
lı  Fərmanı ilə baş leytenant Abbasov 
Mehdi Yusif oğluna ölümündən sonra 
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 
adı verilmişdir. Bakının Şəhidlər Xiya-
banında dəfn edilmişdir. 
İsmayıllı rayonunun keçmiş Ruşan 
kəndi Mehdi Abbasovun adını daşıyır. 
Rayonun mərkəzi küçələrindən birinə 
onun adı verilmişdir.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 
[Abbasov Mehdi Yusif oğlu – XTMD rota komandiri, milis baş leytenantı – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü-
nün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası 
Prezidentinin Fərmanı, 6 iyun 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- №13.- S.24.- (Ölümündən sonra).
Abbasov Mehdi Yusif oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt. ed.. H.Həmidova.- 
Bakı, 2008.- S.17. 
Əsgərov, V. Abbasov Mehdi Yusif oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.12-13. 
Seyidzadə, M. Abbasov Mehdi Yusif oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.14.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.muallim.edu.az
1
55 
illiyi
 Milli Qəhrəman


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə