Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə10/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   6   7   8   9   10   11   12   13   ...   173

və Rusiya sektorlarında 20-dən artıq neft və qaz 
yatağı, o cümlədən dünyada məşhur olan ”Azəri”, 
“Çıraq” və “Günəşli” yataqları kəşf edilmiş və is-
tismara daxil edilmişdir. 1988-ci ildən başlayaraq 
xarici  şirkətlərlə birgə aparılmış bütün işlərdə, o 
cümlədən “Azəri-Çıraq-Günəşli” (dənizin dərin 
hissəsi) yataqlarının işlənməsində, “Əşrəfi” (1998-
ci il), “Qarabağ” (1998-ci il), nəhəng “Şahdəniz” 
(1999-cu il), iri “Abşeron” (2011-ci il) kimi ya-
taqların, eləcə  də 2010-cu ildə ARDNŞ-nin öz 
gücü ilə açdığı “Ümid” yatağının kəşf edilməsində 
əvəzedilməz rolu olmuşdur.
X.B.Yusifzadə AMEA-nın Neft Ekspedisi-
yasında, Dərin Neft-Qaz Yataqları Problemləri 
İnstitutunda da fəaliyyət göstərmiş, dəniz neft 
və qaz yataqları ehtiyatlarının hesablanması-
na, onların işlənilmə layihələrinin tərtib edilib 
həyata keçirilməsinə  rəhbərlik etmiş, yataqların 
işlənilməsi ilə  əlaqədar bir sıra elmi-metodiki və 
nəzəri məsələlərin həllində bilavasitə iştirak etmiş-
dir. 
2004-cü ildə “Ömrümün illəri və izləri” kita-
bı, 2007-ci ildə isə haqqında “Akademik Xoşbəxt 
Yusifzadə” biblioqrafiyası çapdan çıxmışdır. 2009-
cu ildə “Akademik Xoşbəxt Yusifzadə” biblioq-
rafiyası Türkiyədə Türk Dünyası Araşdırmaları 
Beynəlxalq Elmlər Akademiyası tərəfindən 4 dildə 
(Azərbaycan, türk, ingilis, rus) nəşr edilmişdir. 
X.B.Yusifzadə Rusiya Beynəlxalq Mühəndislər 
Akademiyasının fəxri akademiki, Türk Dünyası 
Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının 
akademiki, Gürcüstan Milli Elmlər Akademiyası-
nın xarici üzvü, Azərbaycan Respublikası Prezi-
denti yanında Ali Attestasiya Komissiyası rəyasət 
heyətinin üzvü, “Azərbaycan Neft Təsərrüfatı” 
və “Azərbaycanın geofizika yenilikləri” jurnal-
ları, Azərbaycan Milli Ensiklopediyası redaksiya 
heyətlərinin üzvü, Azərbaycan Geofizikləri Mil-
li Komitəsinin, Azərbaycan Neftçi-Geoloqları 
Cəmiyyətinin, Amerika Neftçi-Geoloqları Assosia-
siyasının, Avropa Alim-Geoloqları və Mühəndisləri 
Assosiasiyasının, Azərbaycan Respublikası  Ağ-
saqqallar Şurasının üzvüdür.
Azərbaycanda və Xəzər dənizində neft və qaz-
çıxarmanın inkişafına verdiyi böyük töhfələrə görə 
X.B.Yusifzadə bir sıra yüksək dövlət mükafat-
larına və  fəxri adlara layiq görülmüşdür. O, keç-
miş SSRİ-nin iki “Qırmızı Əmək Bayrağı” ordeni 
(1963-cü və 1976-cı illərdə), “Şərəf Nişanı” ordeni 
(1971-ci ildə) bir sıra medallar və fəxri fərmanlarla 
təltif edilmiş, “SSRİ-nin Fəxri neftçisi” (1971-ci 
ildə), “Yer təkinin Fəxri kəşfiyyatçısı” (1985-ci 
ildə), “Azərbaycan SSR-nin Əməkdar mühəndisi” 
(1964-cü ildə) adını almış, iki dəfə Azərbaycan 
SSR-nin Dövlət mükafatına (1982-ci və 1991-ci 
illərdə) layiq görülmüşdür.
2000-ci ildə o, Müstəqil Azərbaycanın “İstiq-
lal” ordeni, 2004-cü ildə  “Əsrin müqaviləsi”nin 
10 illiyi münasibətilə “Şöhrət” ordeni, 2005-ci ildə 
“Azərbaycanın  Əməkdar mühəndisi” fəxri adı, 
2010-cu ildə “Şərəf” ordeni ilə təltif olunmuşdur. 
Neft hasilatında nanotexnologiyaların inki-
şaf etdirilməsi və  tətbiqi sahəsində görkəmli 
xidmətlərinə görə 2010-cu ildə akademik 
X.B.Yusifzadə ARDNŞ-nin bir qrup mütəxəssisi 
ilə birlikdə YUNESKO-nun xüsusi medalı ilə təltif 
olunmuş, adı bu beynəlxalq təşkilatın ensiklopedi-
yasına daxil edilmişdir.
Türk Dünyası Araşdırmaları Beynəlxalq 
Elmlər Akademiyasının qərarı ilə türk dünyası-
nın elmi, təhsili və iqtisadiyyatı sahəsində böyük 
xidmətlərinə görə X.B.Yusifzadə 2008-ci ildə bu 
akademiyanın beynəlxalq “Qızıl Ulduz Medalı” 
ilə təltif edilmiş, “İlin alimi” elan olunmuş, 2011-
ci ildə isə “Türk Dünyasının Fəxri Alimi” adına, 
2013-cü ildə Birləşmiş Millətlərin İctimai Təltiflər 
Şurasının Beynəlxalq Mükafat Komitəsi tərəfindən 
böyük elmi xidmətlərinə görə “Şərəf” və “Vicdan” 
ordeninə layiq görülmüşdür.


22
Riyaziyyat.F
izika.Astronomiya
Y
ANV
AR
Cavad Abdinov
1940
75 
 illiyi
Ə d ə b i y y a t 
Qacar, Ç. Görkəmli 
alim, gözəl insan: Cavad 
Abdinov-70 /Ç.Qacar      
//Elm.- 2010.- 28 yanvar.- 
S.8.
Физика селена: 
[монография]                  
/Дж.Абдинов.- Баку: 
Элм, 1975.- 408 с.
Неорганические 
материалы                      
/Дж.Абдинов                  
//Российская АН, 1997.- 
№4.- С.27-38.
Фотоэмиссионный 
гальваномагнитный 
эффект /Дж.Абдинов 
//Журнал технической 
физики.-1996.- №11.- 
С.203-206.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.science.gov.az
www.muallim.edu.az
Cavad Şahvələd oğlu  Abdinov 1940-
cı il yanvar ayının 5-də Naxçıvan Mux-
tar Respublikası Ordubad rayonunun 
Behrud kəndində anadan olmuşdur. 
1961-ci ildə Azərbaycan Dövlət Peda-
qoji Universitetinin fizika-riyaziyyat 
fak
ültəsini bitirərək Azərbaycan EA 
Fizika  İnstitutunda yarımkeçiricilər  fi-
zikası üzrə aspiranturaya d
axil olmuş-
dur. Burada görkəmli alim akademik 
H.Abdullayevin elmi rəhbərliyi altın-
da texnikada geniş  tətbiq olunan selen 
yarımkeçiricisinin  fiziki xassələrinin 
tədqiqi üzrə elmi-tədqiqat işləri apar-
mış və 1966-cı ildə namizədlik, 1976-cı 
ildə doktorluq dissertasiyasını müdafiə 
etmişdir. Cavad Abdinov 1984-cü 
ildə 
professor adını almışdır.
Professor respublikamızda və keç-
miş ittifaqda ilk dəfə olaraq xüsusi 
təyinatlı yeni yarımkeçirici çeviricilər 
istiqamətini - yerüstü və uçan qurğular-
da yerləşdirilən informasiyanın qəbulu 
və verilməsi optik sistemlərində geniş 
tətbiq olunan elektron soyuduculu, spekt-
rin görünən, yaxın və uzaq infraqırmızı 
sahəsində həssas çeviricilər istiqamətini 
yaratmışdır.
C.Abdinov 1973-cü ildə Bakıda 
təşkil olunan və keçmiş SSRİ Müdafiə 
Sənayesi Nazirliyinin tabeliyində olan 
Elmi-Tədqiqat Fotoelektronika İnsti-
tutuna keçmiş, orada xüsusi təyinatlı 
yeni elektron texnikası cihazlarının 
yaradılması  və istehsalı ilə  məşğul 
olan “Bərk cisim elektronikası” elmi-
istehsalat  şöbəsini təşkil etmişdir. O, 
1993-2002-ci illərdə AMEA Fotoelekt-
ronika İnstitutunun elmi işlər üzrə direk-
tor müavini, 1998-2002-ci illərdə həmin 
institutun direktoru olmuşdur. 2009-cu 
ildən indiyədək isə Fizika İnstitutunun 
elmi işlər üzrə direktor müavinidir. O, 
“Физика селена” və “Развитие физики 
селена” adlı dünyada bu sahədə ilk 
monoqrafiyaların müəllifidir. Bundan 
başqa 283 elmi məqalə  və 29 ixtiranın 
müəllifidir. Bu elmi məqalələrin 117-
si SCİ siyahısına daxil olan jurnallarda 
nəşr olunmuşdur. 
Cavad Abdinov keçmiş SSRİ EA və 
AMEA-nın Problem Şurasının üzvü, 
Azərbaycan Respublikası Prezidenti ya-
nında AAK-ın  fizika elm
ləri üzrə Eks-
pert  Şurasının üzvü və  sədri olmuşdur. 
Hazırda Dissertasiya Şurası, AMEA-nın 
iki Problem Şurasının, Elmlər Akade-
miyaları Beynəlxalq Assosiasiyasının 
Elektron Texnikası funksional materi-
alları üzrə Problem Şurasının üzvü və 
AMEA-nın “Fizika” və “Xəbərlər” (fizi-
ka və astronomiya seriyası) elmi jurnal-
larının redaksiya heyətlərinin üzvüdür. 
Kadr hazırlığı ilə  də  məşğul olmuş, 
23 fəlsəfə doktoru, 3 elmlər doktoru ha-
zırlamışdır.
1982-ci ildə isə  Azərbaycan Respub-
likasının Dövlət Mükafatı laureatı adına 
layiq görülmüşdür. O, bir orden və iki 
medalla təltif olunmuşdur. 
Cavad Abdinov 2007-ci ildə AMEA-
nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi 
üzvü seçilmişdir.
 
5
Akademik


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə