11
Teatr.Kino
Leyla Bədirbəyli
1920-1999
Y
ANV
AR
Leyla Ağalar qızı Bədirbəyli 1920-
ci il yanvar ayının 8-də Bakı şəhərində
anadan olmuşdur. Bakıda 3 saylı
Beynəlmiləl məktəb
də təhsil almış-
dır. Təhsil aldığı illərdə bir sıra dram
dərnəklərinin iştirakçısı olmuş, əsasən
Əli Bayramov adına klubda çıxış et-
mişdir.
O, 1937-1942-ci
illərdə Azərbaycan
Dövlət Filarmoniyası Mahnı və Rəqs
Ansamblının solisti olmuş, 1952-ci ildə
Azərbaycan Dövlət Tea
tr İnstitutunu bi-
tirmiş, 1942-1975-ci illərdə Azərbaycan
Dövlət Akademik Dram Teatrında
fəaliyyət göstərmişdir. Bu müddət
ərzində aktr
isa bir sıra maraqlı obraz-
lar yaratmışdır: V.Şekspirin “Otello”
dramında Dezdemona, C.Cabbarlının
dramlarında Sara (“Solğun çiçəklər”),
Almaz (“Almaz”), Firəngiz (“Oq-
tay Eloğlu“), Solmaz (“Od gəlini“),
İ.Səfərlinin “Göz həkimi”ndə Nərminə,
S.Rəhmanın “Yalan” əsərində Şəlalə,
L.Tolstoyun “Canlı meyit”ində Liza,
İ.Əfəndiyevin “Mahnı dağlarda qaldı”
dramında Fəxrəndə və s.
Aktrisa
kino sahəsində də özünü
sınayaraq bir neçə filmə çəkilmişdir.
1945-ci ildə “Arşın mal alan” filmi
çəkilməyə başlayanda Leyla Bədirbəyli
Üzeyir Hacıbəylinin dəvəti və təşəbbüsü
ilə filmə çəkilmişdir. Onun “Fətəli
xan”, “Koroğlu”, “Səbuhi”, “Görüş”,
“Dərviş Parisi partladır”, “Dəli Kür”,
“Sevil” və s. filmlərdə yaratdığı maraq-
lı obrazlar həmişəlik tamaşaçıların yad-
daşına həkk olunmuşdur.
1975-ci ildə aktrisa C.Cabbarlı adı-
na “Azərbaycanfilm”in nəzdində yara-
dılan “Kino Aktyorları Teatrı”nın bədii
rəhbəri kimi fəaliyyət göstərmişdir.
Burada Qarsiya Lorkanın “Qanlı toy”,
M.Muradın “Təkan” dramları və s.
pyeslər tamaşaya hazırlanmışdır.
Leyla xanım 1994-cü il mart ayının
3-də yenidən Dram teatrına gəlmiş və
Vidadi Babanlının “Ana intiqamı”nda
Qumru müəllimə rolunu oynamışdır.
1998-ci ildən öz ərizəsi ilə təqaüdə çıx-
mış, Prezident təqaüdçüsü olmuşdur.
L.Bədirbəyli 1946-cı ildə “Arşın mal
alan” filmindəki
Gülçöhrə roluna görə
Stalin (sonralar Dövlət mükafatı) mü-
kafatı, 1972-ci ildə isə “Mahnı dağlarda
qaldı” tamaşasında oynadığı Fəxrəndə
xanım obrazına görə Azərbayca
n Res-
publikasının Dövlət mükafatı ilə təltif
olunmuşdur. İncəsənət sahəsindəki
xidmətlərinə görə ona 1949-cu ildə
“Azərbaycan Respublikasının Əməkdar
artisti”, 1959-cu ildə “Xalq artisti” fəxri
adları verilmişdir. “Şərəf nişanı” ordeni
və medallarla da təltif edilmişdir.
Görkəmli aktrisa Leyla Bədirbəyli
1999-cu il noyabr ayının 23-də vəfat
etmiş, Bakıda
Fəxri Xiyabanda dəfn
edilmişdir.
Ə d ə b i y y a t
Ömrümün nağılları /
Leyla Bədirbəyli.- Bakı:
Gənclik, 1998.- 72 s.
Adil, B. Leyla Bədirbəyli
/B.Adil.- Bakı: Azərnəşr,
1970.- 84 s.
Leyla Bədirbəyli [İzoma-
terial] /Azərbaycan Teatr
Cəmiyyəti.- Bakı: [İşıq],
1974.
Leyla Bədirbəyli anıldı
//Ekspress.- 2010.- 10-12
aprel.- S.12.
Rəhimli, İ. Leyla
Bədirbəyli (8.01.1920-
3.11.1999) //Rəhimli İ.
Azərbaycan teatr tarixi.-
Bakı, 2005.- S.345-347.
Tahirqızı, Ü. Leyla
Bədirbəylinin xoşbəxt
həyatının kədərli sonlu-
ğu: Ofeliya Bədirbəyli
maraqlı hadisələri
xatırlayır /Ü.Tahirqızı
//Xalq cəbhəsi.- 2013.- 14
dekabr.- S.13.
İ n t e r n e t d ə
www.anl.az
adam.az
www.az.wikipedia.org
8
95
illiyi
Aktrisa
12
Milli Qəhrəmanlar
Mehdi Abbasov
1960-1992
Y
ANV
AR
Mehdi Yusif oğlu Abbasov 1960-cı il
yanvar ayının 1-də Qərbi Azərbaycanın
Amasiya rayonunun Yeniyol kəndində
anadan olmuşdur.
1966-cı ildə Yeniyol kənd orta
məktəbində təhsil almağa başlamış,
1976-cı ildə həmin məktəbi bitirmişdir.
1977-ci ildə Mehdinin ailəsi erməni
təzyiqinə məruz qalaraq məcburən Qa-
zaxıstan Respublikasının Tülkübas ra-
yonunun Kulan kəndinə köçmüşlər.
Mehdi 1980-ci
ildə Çimkənd Peda-
qoji İnstitutunun hazırlıq şöbəsinə, daha
sonra Karaqanda Pedaqoji İnstitutuna
daxil olmuşdur.
1989-cu ildə Qazaxıstan KP Tülkübas
Rayon Komitəsinin qərarı ilə Daxili İşlər
orqanlarında işləməyə göndərilmişdir.
Bir müddət burada müxtəlif vəzifələrdə
işlədikdən sonra 1991-ci il iyun ayı-
nın 28-də Azərbaycan Respublikası-
nın DİN-nin sərəncamına göndərilmiş,
burada baş leytenant rütbəsində rota
komandiri kimi DİN-in
XTMD-ndə
xidmətə başlamışdır. Xidmətlərinə görə
dəfələrlə DİN-in mükafatlarına layiq
görülmüşdür.
1992-ci il yanvar ayının 13-də
Məlikcan postu ətrafında gedən döyüş-
də, snayper gülləsi Mehdini başın-
dan ağır yaralamış və həmin gün o
qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Preziden-
tinin 6 iyun 1992-ci il tarixli 831 say-
lı Fərmanı ilə baş leytenant Abbasov
Mehdi Yusif oğluna ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adı verilmişdir. Bakının Şəhidlər Xiya-
banında dəfn edilmişdir.
İsmayıllı rayonunun keçmiş Ruşan
kəndi Mehdi Abbasovun adını daşıyır.
Rayonun
mərkəzi küçələrindən birinə
onun adı verilmişdir.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında:
[Abbasov Mehdi Yusif oğlu – XTMD rota komandiri, milis baş leytenantı – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü-
nün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası
Prezidentinin Fərmanı, 6 iyun 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- №13.- S.24.- (Ölümündən sonra).
Abbasov Mehdi Yusif oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt. ed.. H.Həmidova.-
Bakı, 2008.- S.17.
Əsgərov, V. Abbasov Mehdi Yusif oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.12-13.
Seyidzadə, M. Abbasov Mehdi Yusif oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.14.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.muallim.edu.az
1
55
illiyi
Milli Qəhrəman