9
Milli ədəbiyyat
90
illiyi
Adil Babayev
1925-1977
Y
ANV
AR
Adil Qafar oğlu Babayev 1925-ci il
yanvar ayının 28-də Naxçıvan şəhərində
anadan olmuşdur.
1931-ci ildə orada 1 saylı orta mək-
təbdə təhsil almağa başlamış, 1938-ci
ildə Tiflis şəhərində M.F.Axundov adı-
na orta məktəbdə təhsilini davam etdir-
mişdir.
1943-cü ildə Tiflisdə A.S.Puşkin
adına ikiillik Müəllimlər İnstitutunun
ədəbiyyat fakültəsinə daxil olmuş-
dur. Eyni zamanda “Sovet Gürcüsta-
nı” qəzeti redaksiyasında ədəbiyyat
şöbəsinə rəhbərlik etmişdir.
Ədəbi yaradıcılığa 1939-cu ildən
başlamışdır. İlk şeirləri Tiflisdə “Gənc
nəsil” məcmuəsində və “Sovet Gürcüs-
tanı” qəzetində dərc edilmişdir.
1945-1947-ci illərdə “Kommunist”
qəzetində ədəbi işçi və tərcüməçi, 1947-
1949-cu illərdə “İnqilab və mədəniyyət”
jurnalında Poeziya şöbəsinin müdiri
vəzifəsində çalışmışdır. 1950-ci ildə
Azərbaycan Dövlət İncəsənət İnsti-
tutunun Teatrşünaslıq
fakültəsini bi-
tirmiş, sonra bir müddət Azərbaycan
Dövlət Nəşriyyatında Bədii ədəbiyyat
şöbəsinin redaktoru işləmişdir.
Teatrşünas kimi teatr sənəti
ilə sıx bağlı olmuş, 1959-cu ildə
“M.Əzizbəyov adına teatr”, 1974-cü
ildə “Şərəfli yol” monoqrafiyalarını,
çoxsaylı məqalələrini qələmə almaqla
milli teatrın inkişafına kömək etmişdir.
1956-1964-cü illərdə M.Əzizbəyov
adına Azərbaycan Dövlət Akademik
Dram Teatrının ədəbi hissə müdiri
işləmişdir.
Daha sonra “Ədəbiyyat və incəsənət”
qəzeti redaksiyasında
Tənqid şöbəsinin
müdiri, məsul katib və baş redaktorun
müavini vəzifələrində çalışmışdır.
1971-ci ilin avqust ayından etibarən
Azərbaycan Yazıçılar İttifaqında bədii
tərcümə üzrə məsləhətçi işləmişdir.
“Dağlar qızı”, “Yarımçıq portret”,
“Mənim məhəbbətim”, “Qız görüşə
tələsir” pyesləri tamaşaya qoyulmuş,
əsərləri xarici dillərə tərcümə olun-
muşdur. “Lütfəli Abdullayev” (1966),
“Leyla Bədirbəyli” (1970), “Ağahü-
seyn Cavadov” (1976) və başqa teatr
xadimlərinə həsr
olunmuş
nəşrlərin
müəllifidir.
A.Babayevin yaradıcılığında tərcümə
fəaliyyəti xüsusi yer tutur.
Tərcümə et-
diyi V.Vinnikov və Y.Osnosun “Ağ şana
güllə” (1959), Sao Yuyyanın “Tufan”
(1959), Ş.Miloravanın “Tbilisi haq-
qında mahnı” (1961), N.Dumbadzenin
“Darıxma ana” (1972), M.Petrieskunun
“Ölümü görmüş insan” (1973) p
yesləri
səhnələşdirilmişdir.
Görkəmli şair-dramaturq, teatrşünas
Adil Babayev 1977-ci il avqust ayının
19-da Bakıda vəfat etmişdir.
Xatirəsini əbədiləşdirmək üçün Nax-
çıvan Mərkəzi Uşaq Kitabxanasına və
Bakı küçələrindən birinə onun adı ve-
rilmişdir.
Ə d ə b i y y a t
Ata sorağında /Adil Baba-
yev; [tərt.ed. E.Babayev].-
Bakı: Gənclik, 1985.-117 s.
Pyeslər /Adil Babayev;
tərt. ed. E.Babayev.- Bakı:
Yazıçı, 1984.-252 s.
Behbudova, A. Adil Baba-
yevin həyatı və yaradıcı-
lığı: filol. e. n. a. dər. al.
üçün təq. ed. dis.: 10.01.01
/A.Behbudova; Naxçıvan
Döv. Un-ti.- Naxçıvan,
2006.- 146 s.
Xəyal, S. Adil Babayev ya-
radıcılığı əsasında: [Kitab
Adil Babayevin yubileyinə
ithaf olunur] /Sona Xəyal;
red. Ş.Kamil; ön sözün
müəl. A.Babayev.- Bakı:
[MBM], 2011.-143 s.
Orucoğlu, X. Qısa
ömrün böyük əks-sədası
/X.Orucoğlu //Ədalət.-
2012.- 11 fevral.- S.17.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.elibrary.az
www.kitabxana.net
28
Şair
10
Teatr.Kino
Səməndər Rzayev
1945-1986
Y
ANV
AR
Səməndər Mənsim oğlu Rzayev
1945-ci il yanvar ayının 2-də Ağsu ra-
yonunda anadan olmuşdur. Aktyorluqla
hələ məktəbdə oxuduğu müddətdə ra-
yondakı dram dərnəyində məşğul olma-
ğa başlamışdır.
1964-1968-ci illərdə Azərbaycan
Dövlət Teatr İnstitutunun (indiki
ADMİU) aktyorluq
fakültəsində təhsil
almışdır. Onun ilk sənət müəllimləri
Rza Təhmasib, Mehdi Məmmədov,
Ədil İsgəndərov və
başqaları olmuşdur.
Hələ tələbəykən televiziyadakı çı-
xışları ilə qiraət ustası kimi sevilmiş,
ömrünün sonunadək radionun “Bulaq”
folklor toplusunun “Bulaq Dədəsi”
kimi fəaliyyət göstərmişdir.
1967-ci ildən çalışdığı Milli Dram
Teatrının səhnəsində çoxsaylı maraqlı
və təkrarsız obrazlar yaratmışdır. Onun
istedadı Milli Dram Teatrında Şekspirin
“Hamlet” faciəsini tamaşaya qoymağa
hazırlaşan baş rejissor Tofiq Kazımo-
vun diqqətindən yayınmamış, rejissor
onu Horatsio roluna dəvət etmişdir.
1973-cü ildə artıq teatr tamaşaların-
dan, televiziyadan tamaşaçıların tanıyıb
sevdiyi
Səməndər Rzayev kinoda ilk
böyük rolunu - “Nəsimi” filmində
Şir-
vanşah İbrahimi oynamışdır.
Milli və dünya klassiklərindən Hü-
seyn Cavidin “Xəyyam” (Xacə Nazim),
“Knyaz” (Knyaz), “İblis” (İbn Yəmin),
M.F.Axundzadənin “Müsyö Jordan və
dərviş Məstəli şah” (Hatəmxan ağa),
S.Vurğunun “Vaqif” (Vaqif), “İnsan”
(Valentin), C.Məmmədquluzadənin
“Dəli yığıncağı” (Fazil Küleyni),
C.Cabbarlının “Aydın” (Balaxan)
pyeslərinin tamaşalarında müxtəlif xa-
rakterli rollarda çıxış etmişdir.
“Babamızın babasının babası”
(1981), “Bağ mövsümü” (1985), “Bəyin
oğurlanması” (1986) filmlərində də ma-
raqlı obrazlar yaratmışdır.
Səməndər Rzayevin qəhrəmanları,
həqiqətən səmimi, qayğıkeş insanlardır.
Yaradıcılığını əks etdirən personajların
hər biri düşündürücü detallarla hafizələrə
hopmuşdur. O, səhnədə baş verə biləcək
hər hansı gözlənilməz hadisə anında
yüksək peşəkarlıqla improvizə etməyi
bacarır, xırda bir detaldan,
adi bir de-
yim tərzindən yüksək, koloritli xarakter
yaratmaq səviyyəsində bəhrələnirdi.
Televiziya tamaşasında yaratdığı Şa-
kir Şəkəroviç (“Evləri köndələn yar”)
obrazı, dillər əzbəri olan “Ayə, niyə
oynamırsınız?”, “Nə deyir ə, bu”, “Bur-
dan eşit, burdan da oyna da” məşhur
ifadələri bu gün də yaddaşlardadır.
Səməndər Rzayev 1974-cü ildə
“Əməkdar artist” fəxri adına, 1980-ci
ildə isə Dövlət mükafatına layiq görül-
müşdür.
Xalqımızın görkəmli və sevimli akt-
yoru Səməndər Rzayev 1986-cı il mart
ayının 27-də Bakıda vəfat etmişdir.
Ə d ə b i y y a t
Fərəcov, S. Səməndər
sənətinin gerçəkliyi
/S.Fərəcov //Mədəniyyət.-
2012.-30 mart.- S.14.
Rəhimli, İ. Səməndər
Rzayev (2.01.1945-
27.03.1986) //Rəhimli İ.
Azərbaycan teatr tarixi:
dərslik.- Bakı, 2005.-
S.194.
Sənani, O. “Səməndər
Rzayev dedi ki, vallah,
mən dəli oldum”. Ofeliya
Sənani: “Qayınatam
Möhsün Sənani mənə
kinoya çəkilməyə icazə
vermədi” /Ofeliya Sənani;
müsahibəni apardı Ayxan
//Ekspress.-2013.-2-4
noyabr.-S.12.
Zümrüd. Səməndər
Rzayev - 65: 41 yaşlı
aktyorun sənət taleyi
/Zümrüd //Səs.- 2010.- 31
mart.- S.12.
İ n t e r n e t d ə
www.anl.az
adam.az
www.az.wikipedia.org
www.kino-teatr.ru
www.medeniyyet.az
2
70
illiyi
Aktyor