7
olmasının 90 illiyi
Riyaziyyat.Fizika.Astronomiya
Akademik Abdinov Cavad Şahvələd oğlunun (05.01.1940) anadan olmasının
75
illiyi
AMEA-nın
müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor
Məmmədov Yusif Əbülfət oğlunun (24.01.1950) anadan olmasının 65 illiyi
Kimya. Biologiya. Tibb
Akademik Məhərrəmov Abel Məmmədəli oğlunun (05.01.1950) anadan
olmasının 65 illiyi
AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Tağıyev Dilqəm
Bəbir oğlunun (06.01.1950) anadan olmasının 65 illiyi
Kimyaçı-alim, tədqiqatçı, publisist Xəlilov Əjdər Nəcəfqulu oğlunun (Əjdər
Xəlili) (10.01.1935) anadan olmasının 80 illiyi
Akademik Qarayev Abdulla İsmayıl oğlunun (14.01.1910-1968) anadan
olmasının 105 illiyi
Əməkdar elm xadimi, professor Qasımov
Nemət Abbasəli oğlunun
(27.01.1940) anadan olmasının 75 illiyi
AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Zülfüqarlı Cümşüd İsmayıl
oğlunun (30.01.1905-1982) anadan olmasının 110 illiyi
Kitabxanaşünaslıq. Biblioqrafiya
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının (01.01.1965) yaranma-
sının 50 illiyi
Tarixdə bu gün
Yеni il (01.01)
Samuel Morze teleqrafı kəşf etmişdir (06.01.1810)
Azərbaycan Demokratik Respublikasıın müstəqilliyi Versal Sülh konfransı-
nın Ali Şurasında tanınmışdır (11.01.1920)
SSRİ Ali Sovetinin Rəyasət Heyəti tərəfindən DQMV və başqa rayonlarda
fövqəladə vəziyyət rejimi elan edilmişdir (15.01.1990)
Ümumxalq Hüzn Günü (20.01.1990)
Ba
kıda “20 Yanvar” abidə-ko
mpleksinin açılışı olmuşdur (20.01.2010)
20 Yanvar şəhidləri keçmiş Dağüstü parkda – indiki Şəhidlər
Xiyabanında dəfn edilmişdir (22.01.1990)
Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin (23.01.1945) 70
illiyi
Gömrük İşçiləri Günü (30.01.1992)
22
25
24
23
27
30
26
28
29
31
8
Milli ədəbiyyat
65
illiyi
Zəlimxan Yaqub
1950
Y
ANV
AR
Zəlimxan
Yusif oğlu Yaqubov
(Zəlimxan Yaqub) 1950-ci il yanvar ayı-
nın 21-də Gürcüstanda, Bolnisi rayonu-
nun Bolus-Kəpənəkçi kəndində anadan
olmuşdur. 1967-ci ildə həmin kənddə
orta təhsilini müvəffəqiyyətlə başa vur-
muşdur.
1968-1973-cü illərdə Azərbaycan
Dövlət Universitetinin (indiki BDU)
Kitabxanaçılıq
fakültəsində təhsil al-
mışdır.
Əmək fəaliyyətinə 1967-
ci ildə fəhlə
kimi başlamış, 1973-1984-cü illərdə
“Azərkitab”
Kitab-Ticarət Birliyində
müxtəlif vəzifələrdə çalışmış
dır. 1984-
cü ildə “Yazıçı” nəşriyyatının müdiri
vəzifəsində işləmişdir.
Ədəbi fəaliyyətə 1966-cı ildə “Qələbə
bayrağı” rayon qəzetində dərc etdirdiyi
“Şota Rustaveliyə” adlı şeirlə başlamış-
dır.
1983-cü ildən Azərbaycan Yazıçılar
Birliyinin üzvüdür.
1987-ci
ildə Ağdam Dövlət D
ram
Teatrında “Aşıq Ələsgər” adlı mənzum
pyesi müvəffəqiyyətlə tamaşaya qoyul-
muşdur.
Görkəmli şair 1992-1995-ci illərdə
sərbəst bədii yaradıcılıqla məşğul ol-
muşdur. “Könlümün səsi”, “Yolum
eldən başlanıb”, “Od aldığım ocaqlar”,
“Biz bir eşqin butasıyıq”, “Ziyarətin
qəbul olsun”, “Şair harayı”, “Bir əlim
torpaqda, bir əlim haqda”, “Bu yaşıl
ağacın altı bizimdir”, “Zəlimxan Yaqub”
(foto-albom), gürcü dilində “Söz camı”,
fransız dilində “Şairin taleyi” kitabları
böyük tirajla nəşr edilmişdir.
Zəlimxan Yaqub ictimai fəaliyyətlə
də məşğul olmuş, 1995-2005-ci illərdə
Azərbaycan Respublikasının Milli Məc-
lisinin deputatı seçilmişdir.
1994-cü
ildən Azərbaycan Respubli-
kası Prezidenti yanında Əfv Komissiya-
sının üzvüdür.
Dövlət nümayəndə heyətinin tər-
kibində ABŞ-da, Almaniyada, Çin Xalq
Respublikasında, Səudiyyə Ərəbista-
nında, İraqda, Türkiyədə, Qırğızıstanda
rəsmi səfərlərdə olmuşdur.
2008-ci il avqust ayının 29-da
Azərbaycan aşıqlarının V qurultayında
Azərbaycan Aşıqlar
Birliyinin sədri se-
çilmişdir.
2000-ci ildə Azərbaycanın “Şöhrət”
və Gürcüstanın “Şərəf” ordenləri ilə təltif
olunmuş, 2005-ci ildə “Azərbaycanın
Xalq şairi” fəxri adına layiq görülmüş-
dür. Hacı Zeynalabdin Tağıyev adına və
Məmməd Araz adına mükafatlarla təltif
edilmişdir. 2009-cu il iyun ayının 6-da
Türk Dünyası Araşdırmaları Uluslarara-
sı Elmlər Akademiyasının “Türk dünya-
sına hizmət” mükafatına layiq görülərək
həmin akademiyanın fəxri doktoru se-
çilmişdir.
2012-ci il oktyabr ayının 5-də Ame-
rika Birləşmiş Ştatlarında
fəaliyyət
göstərən Azərbaycan Nyu-York Asso-
siasiyası Xalq şairini Fəxri diplom və
medalla təltif etmişdir.
Ə d ə b i y y a t
Əsərləri: on üç cilddə
/Z.Yaqub; tərt. ed. və red.
M.Nəbioğlu.- Bakı: Şərq-
Qərb, 2011-2013.
Biz niyə sevməyək
bir-birimizi /Zəlimxan
Yaqub.-Bakı: [s. n.],
2011.- 255 s.
Mən öz dastanımı yazıb
gəlmişəm /Zəlimxan Ya-
qub.- Təbriz: Razi, 2010
(1389 h.).- 263 s.
Mövlana poemalar
/Zəlimxan Yaqub.- Bakı:
[Vətən], 2012.- 194 s.
Özün basdırdığın
ağaca söykən: iki cilddə
/Zəlimxan Yaqub.- Bakı:
Şərq-Qərb, 2010.- C.I.-
281 s.; C.II.- 293 s.
Peyğəmbər: [poe-
ma] /Z.Yaqub; red.:
M.Seyidzadə, A.Turan.-
Bakı: Pedaqogika, 2009.-
319 s.
Cəfərov, N. Zəlimxan Ya-
qub: [məqalələr] /Nizami
Cəfərov.- Bakı: AzAtaM.-
2014.- 61 s.
Zəlimxan Yaqub - 60
/tərt. M.Nəbioğlu; [Azərb.
Resp. Mədəniyyət və
Turizm Nazirliyi].-Bakı,
[2010.].-27 s.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
Şair
21