15
Milli Qəhrəmanlar
Fəxrəddin Şahbazov
1950-1991
Y
ANV
AR
Fəxrəddin İbrahim oğlu Şahbazov
1950-ci il yanvar ayının 22-də Bakı
şəhərində anadan olmuşdur. 1967-ci
ildə 20 saylı orta məktəbi bitirərək,
Bakı Neft Texnikumuna daxil olmuş-
du. 1969-cu ildə hərbi xidmətə çağırıl-
mışdır. Ordu sıralarından tərxis olun-
duqdan sonra yarımçıq qalan təhsilini
başa çatdıraraq,
Azərbaycan Teleradio
Şirkətində əmək fəaliyyətinə başlamış-
dır. Operator kimi tez-tez jurnalistlərlə
birlikdə sərhəd bölgələrinə gedən
Fəxrəddin oradan ən önəmli, ən va-
cib və aktual xəbərləri lentə alaraq
tamaşaçılara çatdırırdı. O, şirkətdə
çalışdığı müddətdə öz əməksevərliyi,
bacarığı, mehribanlığı ilə rəhbərliyin
və iş yoldaşlarının böyük rəğbətini,
məhəbbətini qazanmışdı.
1991-cı il noyabr ayının 20-də
Qarakənd kəndi yaxınlığında iş-
ğalçı erməni
ordusunun əsgərləri
tərəfindən atəşə tutulan Mİ-8 vertol-
yotunun içərisində olan Azərbaycanın
bir çox tanınmış ziyalıları ilə birlikdə
Fəxrəddin Şahbazov da faciəli surətdə
həlak olmuşdur.
Azərbaycan Respublikası Prezi-
dentinin 4 dekabr 1992-ci il tarixli
344 nömrəli Fərmanı ilə Şahbazov
Fəxrəddin İbrahim oğlu ölümündən
sonra “Azərbaycanın Milli Qəhrəmanı”
fəxri adına layiq görülmüşdür.
Bakı şəhərində Şəhidlər Xiyabanın-
da dəfn olunmuşdur.
Ə d ə b i y y a t
Fəxrəddin İbrahim oğlu Şahbazova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Azərbaycan Respublika-
sı “Dövlətteleradio” şirkətinin kinooperatoru –Qarabağın Dağlıq hissəsində baş verən hadisələrin respublika və dünya
ictimaiyyətinə çatdırılmasında xüsusi xidmətlərinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 dekabr 1992-ci il //
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.-1992.- №24.-S.48; Xalq qəzeti.-1993.-5 dekabr.- (Ölümündən sonra).
Əsgərov, V. Sahbazov Fəxrəddin İbrahim oğlu /V. Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı,
2010.- S.265.
Seyidzadə, M. Sahbazov Fəxrəddin İbrahim oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.-Bakı, 2010.- S.209.
Şahbazov Fəxrəddin İbrahim oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed.
H.Həmidova.- Bakı, 2008.-S.193-194.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
22
65
illiyi
Milli Qəhrəman
16
Siyasət.Hüquq.Hərbi iş
105
illiyi
Həzi Aslanov
1910-1945
Y
ANV
AR
Həzi Əhəd oğlu Aslanov 1910-cu il
yanvar ayının 22-də Lənkəran şəhərində
anadan olmuşdur. İbtidai təhsilini 1 say-
lı şəhər orta məktəbində almışdır.
13 yaşında atasını itirən Həzi kərpic
zavodunda fəhlə kimi işləməyə başla-
mışdır. Sonra komsomol ezamiyyəti ilə
Zaqafqaziya hərbi hazırlıq məktəbinə
göndərilmiş, 1929-cu ildə oranı bitirdik-
dən sonra
Leninqrad süvari məktəbinə
daxil olmuşdur.
İki illik təhsildən sonra o, Kotovsk
adına III Bessarabiya süvari diviziya-
sında tağım komandiri kimi fəaliyyətə
başlamış, döyüş texnikası ilə yaxından
maraqlanmış, həm öyrənmiş,
həm də
öyrətmişdir.
İkinci dünya müharibəsi başlananda,
Həzi Ukraynada xidmət edirdi. 1941-
ci il iyun ayının 23-nə keçən gecə al-
man zirehli qoşunları ilə qeyri-bərabər
döyüşdə, o, özünü bacarıqlı sərkərdə
kimi göstərmişdi. Öz döyüşçüləri ilə
Donbass ətrafında düşmənin şiddətli
hücümlarını beş ay dəf etmiş, onu ağır
tələfata uğratmışdı. 1941-ci
ilin dekabr
ayında Moskva ətrafında vuruşmalarda
qəhrəmanlığına görə “Qırmızı Ulduz”
ordeninə layiq görülmüşdü. Xarkov və
Stalinqrad ətrafında gedən döyüşlərdə
Həzinin başçılığı ilə 55-ci tank briqada-
sının tankçıları düşmənə ağır zərbələr
endirmişlər. Aslanovun tankçıları
vuruşa-vuruşa 40 km-dən artıq
yol gedib
Stalinqrad - Salsk dəmir yolunu tutub,
almanları Stalinqrad qruplaşmasının
əsas magistralından məhrum etmişdilər.
Tanklar düşmənin xeyli qüvvəsini və
texnikasını sıradan çıxarmışdı.
Aslanovun döyüşçüləri Kotelnikovo
yaxınlığında gedən döyüşlərdə böyük
şücaət göstərmişdilər. Düşmənin 30
əks-hücumu dəf edilmiş,
bir batalyon
piyada qoşunu, 30 tankı, 50 avtomo-
bili sıradan çıxarılmışdı. Bu döyüşdə
göstərdiyi şücaətə görə podpolkovnik
H.Aslanov 1942-ci il dekabr ayının 22-
də “Sovet İttifaqı Qəhrəmanı” adına la-
yiq görülmüşdür.
O, daim öz hərbi biliyini artırmağa
səy göstərirdi. 1943-cü il dekabr ayı-
nın 17-dən 1944-cü il aprel ayının 6-na
kimi o, Zirehli tank qoşunları Akademi-
yasının birillik təhsil proqramını 3 aya
mənimsəmiş, sonra yenidən doğma 35-
ci qvardiya tank briqadasına qayıtmış-
dı.
1944-cü il mart ayının 13-də ona
tank qoşunları general mayoru rütbəsi
verilmişdir.
1944-cü il iyun ayının axırlarında
Belorusiya və I Pribaltika cəbhəsinin
qoşunları hücuma keçmişdilər. Belo-
rusiyanın iri şəhər və dəmiryollarını
azad etdikdən sonra Aslanovun tankları
Vilnüsə hücumları davam etdirmişlər.
General mayorun briqadası iyunun
24-dən iyulun 13-nədək düşmənə ağır
zərbələr endirmişdi. Bu döyüşdəki
qələbəyə görə 35-ci
qvardiya tank bri-
qadası “Qırmızı bayraq” ordeninə, ge-
neral özü isə ikinci dərəcəli “Suvorov
22
General mayor