66
Musiqi.Opera.Balet
100
illiyi
MART
8
Qəmər Hacağa qızı Almaszadə 1915-
ci il mart ayının 10-da Bakı şəhərində
anadan olmuşdur.
Mühafizəkar müsəlman atasından
gizli olaraq
Qəmər özəl balet studiosuna
yazılmışdı (daha sonra studio Bakı Xo-
reoqrafiya Məktəbinə çevrildi). Atasını
baletlə yox, idmanla məşqul olduğuna
inandırmışdı. Lakin bir neçə ildən son-
ra sirrin üstü açılmışdı. Qəmərin atası
əvvəllər qəzəblənsə də, sonralar teatra
gizlicə gəlir və qızının çıxışlarında ta-
maşaçılar arasında tez-tez görünürdü.
1930-cu ildə Qəmər Almaszadə Xo-
reoqrafiya Məktəbini bitirib, Azərbaycan
Dövlət Opera və Balet Teatrında işləməyə
başlayır. Bu
arada həmçinin Ali Pedaqo-
ji məktəbinə də daxil olmuşdu.
1932-ci ildə Reynhold Qlierin
“Şahsənəm” operasında ikinci dərəcəli
rola seçilmişdi. 1933-cü ildə indiki
Sankt-Peterburqda Leninqrad Xoreoq-
rafiya Məktəbinə daxil olmuş və orada
məşhur balerina Qalina Ulanovanın ana-
sı Mariya Romanovanın sinfində oxu-
muşdur. 1936-cı ildə ali məktəbi bitirib
Bakıya qayıtmışdır.
1937-ci ildə Azərbaycan Dövlət Fi-
larmoniyasının
nəzdində Azərbaycan
Dövlət Mahnı və Rəqs ansamblının
əsasını qoymuşdur. Üzeyir Hacıbəylinin
rəhbərliyi ilə Azərbaycan əyalətlərinə
elmi səyahət təşkil edib ilk mənbədən
xalq rəqsləri haqqında məlumat topla-
mışdır.
1939-cu ildə Bakı Xoreoqrafiya
Məktəbində ilk rəqs dərsini demiş, sonra-
lar həmin məktəbin direktoru olmuşdur.
1940-cı ildə Əfrasiyab Bədəlbəylinin
“Qız Qalası” baletində ilk professional
çıxışını etmişdir. Sonralar Fransada,
Hindistanda, Nepalda da səhnəyə çıx-
mışdır.
1970-ci ildə İraq
Xalq Rəqsləri an-
samblını qurmaq üçün Bağdada dəvət
olunmuşdur.
1950-ci illərdə baleti tərk etsə də
1990-cı illərin sonunadək Bakı Xoreoq-
rafiya Məktəbinin direktoru kimi çalış-
mışdır.
Görkəmli balet ustasının keçdi-
yi parlaq və şərəfli sənət yolu daim
yüksək qiymətləndirilmişdir. O, 1940-
cı ildə “Əməkdar artist”, 1943-cü ildə
“Azərbaycanın Xalq artisti”, 1959-cu
ildə “SSRİ-nin Xalq artisti” fəxri adları-
na layiq görülmüşdür. SSRİ Dövlət mü-
kafatı laureatı olmuş, bir sıra orden və
medallarla, müstəqil Azərbaycan Res-
publikasının ali mükafatı olan “Şöhrət”
ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidenti-
nin fərdi təqaüdçüsü olmuşdur.
Dövlət başçısı cənab İlham Əliyevin
Sərəncamı ilə Xalq artisti Qəmər Almas-
zadənin xatirəsi əbədiləşdirilmiş, onun
yaşadığı binaya
xatirə lövhəsi vurul-
muşdur.
Qəmər Hacağa qızı Almaszadə 2006-
cı il aprel ayının 7-də vəfat etmişdir.
Ə d ə b i y y a t
Cəbiyeva, T. Qəmər
Almaszadə //T.Cəbiyeva.
Bakı kəndlərinə
səyahətim.-Bakı, 2013.-
S.75.
Qəmər Almaszadə
//Qadınlar Azərbaycanın
musiqi həyatında.- Bakı,
2004.- S.30-31. Rus və
Azərb. dillərində.
Qəmər Almaszadə //Vəzir,
Mehriban. Dəyişikliklərə
cəsarəti çatan örnək
xanımlar /Rasional
İnkişaf uğrunda Qadınlar
Cəmiyyəti.- Bakı, 2008.-
S.43-45.
Oktay. İlk azərbaycanlı
balerina /Oktay //Xalq
cəbhəsi.- 2012.- 31 may.-
S.13.
Rəhimli, İ. Qəmər
Almaszadə /İ.Rəhimli
//Azərbaycan teatr tarixi.-
Bakı, 2005.- S.567.
İ n t e r n e t d ə
www.anl.az
www.adam.az
www.az.wikipedia.org
www.musigi-dunya.az
www.bibliotekar.ru
Balerina
Qəmər Almaszadə
1915-2006
10
67
Musiqi.Opera.Balet
75
illiyi
Canəli Əkbərov
1940
Canəli Xanəli oğlu Əkbərov 1940-
cı il mart ayının 10-da Lənkəran ra-
yonunun Tükəvilə kəndində anadan
olmuşdur. Atası Xanəli Əkbərov ta-
nınmış xanəndə olub, çox nüfuzlu mu-
ğamatçı Kərbəlayi Ağaməhəmmədin
oğludur. Canəli Əkbərov muğamın
sirrlərini atasından öyrənmişdir.
O, musiqi təhsilini Bakıda
Azərbay-
can Dövlət Musiqi Məktəbində almış-
dır.
Müəllimləri Seyid Şuşinski və
Xan Şuşinskidən muğam ifaçılığının
sirlərini mənimsəmiş və öz ifaçılıq
qabiliyyətini təkmilləşdirmişdir.
Canəli Əkbərov 1965-ci ildən
1975-ci ilədək Azərbaycan Dövlət Fi-
larmoniyasının, 1976-cı ildən bu günə
kimi Azərbaycan Dövlət Opera və Ba-
let Teatrının solistidir.
Xanəndə bu teatr səhnəsində mu-
ğam operalarında bir sıra yadda-
qalan obrazlar yaratmışdır. “Ley-
li və Məcnun”da Məcnun, “Əsli və
Kərəm”də Kərəm, “Aşıq Qərib”də
Qərib, “Gəlin qayası”nda Camal, “Şah
İsmayıl”da Şah İsmayıl, “Sevil”də
Azançı, “Aldanmış kəvakib”də isə
Axund ifaçının əsas rollarıdır.
Canəli Əkbərov xarici ölkələrdə
- Almaniya, Mali, Avstriya və s.
ölkələrdə dəfələrlə qastrol səfərlərində
olmuşdur.
Səmərqənddə keçirilən Şərq
musiqi
simpoziumunda və Kuybışevdə Şərq
xalqlarının musiqi festivalında böyük
nailiyyət əldə etmişdir.
Onun ifa etdiyi bütün muğamlar,
dəsgahlar vallara və disklərə yazılmış-
dır.
Hal-hazırda Canəli Əkbərov mu-
ğam müəllimi kimi gənc xanəndələr
nəslini yetişdirir. 1992-ci ildən Bakı
Musiqi Kollecində muğam ifaçılığın-
dan dərs demişdir. Hazırda Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Uni-
versitetinin professoru, Elmi şurasının
üzvü, Muğam sənəti kafedrasının mü-
diri vəzifəsində çalışır.
Yetişdirdiyi tələbələr bu gün yüksək
nailiyyətlər qazanmışlar.
2010-cu ilin mart ayında Heydər
Əliyev
Fondu Xalq artisti, professor
Canəli Əkbərovun 70 illik yubileyi
münasibətilə xanəndənin həyat və ya-
radıcılığına həsr olunmuş musiqi albo-
munu nəşr edib. Musiqi albomu kitab,
3 CD və DVD-dən ibarətdir. Albomda
ustad xanəndənın uşaqlıq və gənclik
illərindən söhbət açılıb.
Dövlət xanəndənin yaradıcılığını
yüksək
qiymətləndirmiş, o, 1989-cu
ildə “Azərbaycan Respublikasının
Əməkdar artisti”, 1992-ci ildə isə
“Xalq artisti” fəxri adlarına layiq görül-
müşdür. Azərbaycan Prezidenti İlham
Əliyev Azərbaycan muğam sənətinin
inkişafında və təbliğində xidmətlərinə
görə muğam ustası Canəli Əkbərovu
2002-ci ildə “Şöhrət” ordeni ilə, 2010-
cu ildə “Şərəf” ordeni ilə təltif etmiş-
dir.
Xanəndə
Ə d ə b i y y a t
Canəli Əkbərov-70 [Elekt-
ron resurs] /Heydər Əliyev
Fondu; [tərt. ed. B.Axundov;
mətnin müəl. M.Çəmənli;
red. G.Mehdiyeva; tərc.
B.Hacıyev].- Bakı [Heydər
Əliyev Fondu]: [Təhsil
NPM], 2010.-4 CD; 12 sm.,
8 sm. + Qoşma kitab (104 s.,
şəkilli; 26 x 24 sm.)
Çəmənli, M. Muğam onun
həyatıdır //M.Çəmənli Sənət
hekayələri.-Bakı, 2014.-
S.513-527.
Tahir, R. Yarım əsr muğamın
xidmətində: [Azərbaycan
Dövlət Filarmoniyasın-
da Xalq artisti Canəli
Əkbərovun 70 illik yubile-
yinin keçirilməsi haqqında]
//Xalq qəzeti.- 2010.- 20
mart.- S. 10.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.heydar-aliyev-
foundation.org
www.kepeztv.az
www.mugamradio.az
MART
10