123
95
illiyi
Aida Abdullayeva
1922-2010
APREL
Aida Həmdulla qızı Abdullaye-
va 1922-ci il a
prel ayının 23-də Bakı
şəhərində anadan olmuşdur. Ailənin
beşinci övladı olan qıza C.Verdinin
“Aida” operasının tamaşasından qayı-
dan dayısı, Aida adını verməyi təklif
etmişdir. Repressiya qurbanı olan ata-
sı güllələndikdən sonra ailəyə qarşı
təqiblər başlamış, yalnız 13 yaşına
çatan zaman Aida fəhlə kurslarına get-
miş və burada arfa müəllimi Yelizaveta
Borisovna Şlezigerlə tanış olaraq arfa
sinfində təhsil almağa başlamışdır.
1938-ci ildə şagird kimi iştirak et-
diyi ilk konsertdə Üzeyir Hacıbəylinin
diqqətini çəkmişdir. 1940-cı ildə orta
məktəbi bitirdikdən sonra Azərbaycan
Xalq Komissarları Soveti yanında
İncəsənət İşləri İdarəsi tərəfindən ali mu-
siqi təhsili almaq üçün Moskva Dövlət
Konservatoriyasına göndərilmişdir.
1941-ci ildə müharibənin başlaması
ilə əlaqədar Aida Abdullayeva Bakıya
qayıtmış və Opera və Balet Teatrının
orkestrində işə qəbul olunmuşdur.
1942-ci ilin payızında ailəsi ilə
birlikdə Qazaxıstana sürgün edil-
miş, lakin 1943-cü ildə Üzeyir
bəy Hacıbəylinin vəsatəti əsasında
Azərbaycana qaytarılaraq Bakı Dövlət
Konservatoriyasına bərpa olunmuş və
Radiokomitənin Simfonik orkestrində
işləməyə başlamışdır.
1944-cü ildə Aida Abdullayeva
yenidən Moskva Konservatoriyasında
professor K.Erdelinin sinfində təhsilini
davam etdirmişdir. 1949-cu ildə bu
təhsil ocağını bitirdikdən sonra, Bakıda
konservatoriyanın arfa sinfinə rəhbərlik
etməyə başlamışdır. Azərbaycan arfa
ifaçılığı məktəbinin yaradıcısı olan
A.Abdullayeva 1969-cu ildə A.Zeynallı
adına musiqi məktəbində, 1978-ci ildə
isə S.Hacıbəyov adına Sumqayıt mu-
siqi məktəbində arfa siniflərinin açıl-
masına nail olmuşdur. A.Abdullayeva
arfa sinfi üçün proqramlar tərtib et-
miş, 1983-1985-ci illərdə “Arfa
üçün uşaq pyesləri” və “Azərbaycan
bəstəkarlarının arfa üçün pyesləri” top-
lularını nəşr etdirmışdır. 1977-ci ildə
dosent, 1985-ci ildə professor elmi
rütbəsini almış, onlarca arfa ifaçısı ye-
tişdirmişdir.
Aida Abdullayevanın Bakıda
ilk konserti 1950-ci il aprel ayının
6-da baş tutmuşdu. 1969-cu ilədək
M.Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasının simfonik
orkestrində çalışmışdır.
1972-ci ildə Azərbaycanın “Əməkdar
incəsənət xadimi”, “Əməkdar artist”
fəxri adlarına layiq görülmüşdür.
Aida Abdullayeva 2010-cu il iyun
ayının 11-də Bakıda vəfat etmişdir.
Ə d ə b i y y a t
Taptıqova,Y. Aida Ab-
dullayeva; elmi red.
G.A.Abdullazadə.- Bakı:
Oka Ofset, 2012.- 304 s.
Reyhan. Sənətdə yaşanan
həyat: Görkəmli musiqiçi
və pedaqoq Aida Abdul-
layevanın 90 illik yubi-
leyi qeyd edildi /Reyhan
//Mədəniyyət.- 2012.- 18
aprel.- S.3.
Arfa ifaçısı
Musiqi.Opera.Balet
23
124
70
illiyi
Ramiz Quliyev
1947
APREL
Ramiz Əyyub oğlu Quliyev 1947-ci
il aprel ayının 30-da Ağdam şəhərində
anadan olmuşdur. 1954-cü ildə Ağdam
şəhər 7 illik musiqi məktəbində, 1960-
cı ildə Ü.Hacıbəyov adına Ağdam orta
ixtisas musiqi məktəbində təhsil almış-
dır. 1964-1969-cu illərdə Ü.Hacıbəyov
adına Azərbaycan Dövlət Konservato-
riyasının tar və dirijorluq fakültəsinə
qəbul olunmuşdur.
1964-1994-cü illərdə M.Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniya-
sının və Dövlət Konsert Birliyinin so-
listi olmuş, 1974-1992-ci illər ərzində
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyasının Xalq çalğı alətləri
kafedrasında tar ixtisası üzrə müəllim,
baş müəllim, dosent, professor kimi pe-
daqoji fəaliyyət göstərmiş, 1992-2002-
ci illərdə həmin kafedraya rəhbərlik
etmişdir.
1988-ci ildə YUNESKO xətti ilə
ABŞ-da keçirilən Beynəlxalq folklor
festivalında xüsusi diploma layiq gö-
rülmüşdür. 1989-cu ildə “Böyük İpək
Yolu” festivalı çərçivəsində Yaponiya-
nın 30-dan artıq şəhərində konsertlər
vermişdir. 1997-ci ilin dekabrında İs-
railin Yerusalim şəhərində Beynəlxalq
Şərq musiqisi festivalında öz çıxışları
ilə fərqlənmiş və orada yaratdığı “Şərq
alətləri orkestri”ni nümayiş etdirmişdir.
1987-ci ildə Səmərqənddə keçirilən III
beynəlxalq musiqişünaslıq simpoziu-
munda R.Quliyev Sadıqcan adına mu-
ğam üçlüyünün rəhbəri və solisti kimi
böyük müvəffəqiyyətlə çıxış etmişdir.
1994-cü ildə Türkiyənin İzmir
şəhərinin Ege Universitetində, 1999-
cu ildə İsveçrədə keçirilən Beynəlxalq
“Lütsern musiqi festivalı”nda Bern
şəhərinin “La strimpellata” orkest-
ri ilə uğurlu çıxışlar etmişdir. 2002-ci
ilin avqust ayında Norveçin Stavan-
ger şəhərində Beynəlxalq musiqi fes-
tivalında iştirak etmiş və konsertlərlə
çıxış etmişdir. 2002-ci ildə Tehran
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində “ustad dərsləri” ver-
mişdir.
1982-ci ildə “Əməkdar artist”,
1988-ci ildə “Xalq artisti” fəxri adları-
na layiq görülmüşdür.
1993-cü ildə “Humay” milli mü-
kafatına, 2001-ci ildə “Simurq” milli
mükafat fondunun təsis etdiyi “XXI
əsrin ilk laureatları” ali dərəcəli müka-
fatı - “İlin fədakar sənətçisi” fəxri adı-
na layiq görülmüşdür. 2007-ci ilin may
ayında ölkənin ən yüksək mükafatı -
“Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Ramiz Quliyev Ü.Hacıbəyov adına
Bakı Musiqi Akademiyasında öz peda-
qoji fəaliyyətini davam etdirir.
Ə d ə b i y y a t
Azərbaycan bəstəkarlarının
əsərləri [Notlar] /tar və
fortepiano üçün işləyib,
köçürəni. R.Quliyev;
red. R.Quliyev; rəy.:
T.Bakıxanov, T.Məmmədov;
Azərb. Resp. Mədəniyyət və
Turizm Nazirlyi.- Bakı: E.L.
MMC, 2009.- 193 s.
“Tarın səsi ilə
qəddar məmuru yola
gətirmişəm”:“O dünyada
məndən bir ifa istəsələr,
“Ana Segah çalardım”
/R.Quliyev //Bizim yol.-
2014.- 18 fevral.- S.15.
Qacar, M. Ramiz zirvəsi:
(poema) /M.Qacar; red.
M.Mahmudov; ön söz
M.Çəmənli.- Bakı: UniPrint,
2007.- 64 s.
Ramiz Quliyev: poema,
rəy, məqalələr, müsahibə
və xatirələr /red. Z.Yaqub.-
Bakı: Adiloğlu, 2004.-296 s.
Əfəndiyeva, İ. İstedadlı
tarzən //Əfəndiyeva İ. Axta-
rış yollarının bəhrəsi.- Bakı,
2014.- S.162-167.
Oktay. Fərdi ifaçılıq üslubu
olan tarzən: Ramiz Quliyev
artıq çoxdan özünü peşəkar
kimi təsdiqləyib /Oktay
//Xalq cəbhəsi.- 2012.- 20
dekabr.- S.14.
30
Tar ifaçısı
Musiqi.Opera.Balet