Terapiya Bölmə Pulmonologiya kliniki hal


) Qudpasçer sindromunun əsas kliniki simptomu nədir?



Yüklə 9,54 Mb.
Pdf görüntüsü
səhifə18/358
tarix31.07.2023
ölçüsü9,54 Mb.
#120183
1   ...   14   15   16   17   18   19   20   21   ...   358
2020-01-23 13-02-29

88) Qudpasçer sindromunun əsas kliniki simptomu nədir? 
A) Təngnəfəslik 
B) Döş qəfəsində güclü ağrı 
C) İshal 
D) Qanhayxırma 
E) İrinli bəlğəmlə öskürək 
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное 
руководство» 2009 г. 
89) Qudpasçer sindromunun müalicəsi hansı preparatlarla aparılır? 
A) Antibiotiklər və vitaminlər 
B) Kortikosteroidlər və immunodepressantlar 
C) Simptomatik müalicə 
D) Kimyəvi və radioterapiya 
E) Hemostatiklər və dəmir preparatları 
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное 
руководство» 2009 г. 
90) Qudpasçer sindromunun proqnozu necədir? 
A) Uzunmüddətli remissiya əldə etmək olur 
B) Orta yaşam müddəti 5 - 10 ildir 
C) Orta yaşam müddəti 2 - 13 aydır 
D) Xəstəliyə proqnoz vermək mümkün deyil 
E) Tam sağalan xəstəlikdir 
Ədəbiyyat:: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное 
руководство» 2009 г. 
91) Aşağıdakılardan hansı ağciyər eozinofiliyalarının nozoloji növünə aid deyil? 
A) Culian - Barr sindromu 
B) Hipereozinofil sindrom 
C) Kəskin eozinofil pnevmoniya 
D) Lyoffler sindromu 


E) Çerc - Stross sindromu 
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное 
руководство» 2009 г. 
92) Sadə ağciyər eozinofiliyanın (Lyoffler sindromunun) yaranması nə ilə əlaqəli 
deyil?? 
A) Bitki və qida allergenlərinə sensibilizasiya ilə 
B) Viruslarla 
C) Dərman vasitələri ilə 
D) Helmintozlarla 
E) Mikozlarla 
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное 
руководство» 2009 г. 
93) Ağciyərlərin limfangioleyomiomatozu adətən rast gəlinir: 
A) Kişilərdə 
B) Qadınlarda (uşaq doğmaq qabiliyyəti dövründə) 
C) 15 yaşadək oğlanlarda 
D) 65 yaşdan yuxarı şəxslərdə 
E) 15 yaşadək qızlarda 
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное 
руководство» 2009 г. 

Yüklə 9,54 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   358




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə