Terapiya Bölmə Pulmonologiya kliniki hal


) Mukovissidozun spesifik diaqnostik müayinəsi hansıdır?



Yüklə 9,54 Mb.
Pdf görüntüsü
səhifə27/358
tarix31.07.2023
ölçüsü9,54 Mb.
#120183
1   ...   23   24   25   26   27   28   29   30   ...   358
2020-01-23 13-02-29

140) Mukovissidozun spesifik diaqnostik müayinəsi hansıdır? 
A) Bronxoqrafiya 
B) Bronxodilatasion test 
C) Qanın müayinəsi 
D) Tər testi 
E) Bəlğəmin müayinəsi 
Ədəbiyyat: А.Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 
г. 
141) Emfizema zamanı döş qəfəsində vizual nə müşahidə etmək olar? 
A) Döş sümüyünün qabarması 
B) Döş qəfəsi dəyişikliksiz olur 
C) Çəlləkvari döş qəfəsi 
D) Kaxektik döş qəfəsi 
E) Döş sümüyünün qıfvari deformasiyası 
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное 
руководство» 2009 г. 
142) Emfizemalı xəstələrin müşahidəsinə hansı terapevtik tədbir daxil deyil? 
A) Reabilitasiya 
B) Dərman terapiyası 
C) Aktiv fizioterapiya 
D) Risk faktorları təsirinin azaldılması 
E) Uzunmüddətli oksigenterapiya 
Ədəbiyyat:: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное 
руководство» 2009 г. 
143) Aşağıdakılardan hansı emfizemalı xəstələrdə ölüm riskini artıran amillərə 
aid deyil? 
A) Daimi oksigen qəbulu məcburiyyəti 
B) Hemoqlobinin səviyyəsinin aşağı olması 
C) Aşağı pay emfizeması 
D) Yüksək bədən çəkisi indeksi 
E) Fiziki aktivlik 


Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное 
руководство» 2009 г. 
144) Amforik tənəffüs hansı patologiyada eşidilə bilər? 
A) Krupoz pnevmoniya 
B) Bronxial astma 
C) Ağciyər absesi 
D) Emfizema 
E) Bronxoektazlar 
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное 
руководство» 2009 г. 
145) Ağciyər absesinin rentgenoloji şəkli necə olur? 
A) Ağciyərin qeyri homogen kölgəliyi 
B) Rentgenoloji təyin edilmir 
C) Üçbucaq şəkilli infiltrasiya 
D) Nazik divarlı boş dairə 
E) Daxilində üfuqi maye səviyyəsi olan dairə 
Ədəbiyyat:: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное 
руководство» 2009 г. 

Yüklə 9,54 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   358




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə