Terapiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Bölmə Pulmonologiya


) Nefronun hansı hissəsində suyun fakultativ reabsorbsiyası baş verir?



Yüklə 1,64 Mb.
səhifə12/17
tarix26.10.2017
ölçüsü1,64 Mb.
#6552
növüРуководство
1   ...   9   10   11   12   13   14   15   16   17

693) Nefronun hansı hissəsində suyun fakultativ reabsorbsiyası baş verir?
A) Bütün şöbələrdə

B) Distal hissədə

C) Birləşdirici borucuqlarda

D) Proksimal hissədə

E) Henle ilgəyində
Ədəbiyyat: Д. А. Шейман. «Патофизиология почки» 2007 г.
694) Antidiuretik hormon harada əmələ gəlir?
A) Hipotalamusda

B) Hipofizin arxa payında

C) Böyrəküstü vəzin beyin qatında

D) Böyrəküstü vəzin qabıq qatında

E) Hipofizin ön payında
Ədəbiyyat: Д. А. Шейман. «Патофизиология почки» 2007 г.
695) Aldosteron harada əmələ gəlir?
A) Hipofizin arxa payında

B) Hipofizin ön payında

C) Böyrəküstü vəzin beyin qatında

D) Hipotalamusda

E) Böyrəküstü vəzin qabıq qatında
Ədəbiyyat: Д. А. Шейман. «Патофизиология почки» 2007 г.
696) Antidiuretik hormonun nefronda təsir yeri haradır?
A) Henle ilgəyinin enən hissəsi

B) Henle ilgəyinin qalxan hissəsi

C) Proksimal hissə

D) Birləsdirici borucuqlar

E) Distal hissə
Ədəbiyyat: Д. А. Шейман. «Патофизиология почки» 2007 г.
697) Antidiuretik hormonun təsir mexanizmi hansıdır?
A) Bütün sadalananlar

B) Suyun reabsorbsiyası

C) Na+ sekresiyası

D) Na+ reabsorbsiyası

E) Suyun sekresiyası
Ədəbiyyat: Д. А. Шейман. «Патофизиология почки» 2007 г.
698) Aldosteronun təsir mexanizmi hansıdır?
A) Na+ reabsorbsiyası

B) Suyun reabsorbsiyası

C) Bütün sadalananlar

D) Na+ sekresiyası

E) K + sekresiyası
Ədəbiyyat: Д. А. Шейман. «Патофизиология почки» 2007 г.
699) Adekvat diurezin göstəricisinə hansı aiddir?
A) Qəbul olunan maye 300-400 ml xaric olunan mayedən azdır

B) Qəbul olunan maye xaric olunan mayedən yarısına qədər azdır

C) Qəbul olunan maye xaric olunan mayedən yarısına qədər çoxdur

D) Qəbul və xaric olunan mayelər bərabərdir

E) Qəbul olunan maye 300-400 ml xaric olunan mayedən çoxdur
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
700) Böyrəklərin konsentrasion funksiyasının öyrənilməsi üçün daha geniş istifadə olunan sınaq hansıdır?
A) Neçiporenko sınağı

B) Ambürje sınağı

C) Yürüş sınağı

D) Zimnitski sınağı

E) 3 stəkan sınağı
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
701) Sutka ərzində sidiklə xaric olan qanın formalı elementlərini təyin edən sınaq hansıdır?
A) Neçiporenko sınağı

B) Ambürje sınağı

C) 3 stakan sınağı

D) Zimnitski sınağı

E) Kakovski –Addis sınağı
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
702) 1 ml sidikdə xaric olan qanın formalı elementlərini təyin edən sınaq hansıdır?
A) Ambürje sınağı

B) Zimnitski sınağı

C) Neçiporenko sınağı

D) 3 stəkan sınağı

E) Kakovski –Addis sınağı
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
703) Sutka ərzində 500 ml az sidiyin ifraz olunması necə adlanır?
A) Poliuriya

B) Anuriya

C) Nikturiya

D) Normal diurez

E) Oliquriya
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
704) İzuriya nə deməkdir?
A) Aşağı xüsusi çəkidə sidiyin ifraz olması

B) Bərabər vaxt müddətində eyni porsiyalı sidiyin ifraz olması

C) Sidiyin miqdarının çoxalması

D) Tezləşmiş sidik ifrazı

E) Gecə sidik ifrazının gündüz sidik ifrazından artıq olması
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
705) Pollakiuriya nə deməkdir?
A) Bərabər vaxt müddətində eyni porsiyalı sidiyin ifrazı olması

B) Tezləşmiş sidik ifrazı

C) Gecə sidik ifrazının gündüz sidik ifrazından artıq olması

D) Sidiyin miqdarının çoxalması

E) Aşağı xüsusi çəkidə sidiyin xaric olması
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
706) Böyrəк xəstəlikləri zamanı huşun qısa müddət itməsi və tutmaların əmələ gəlməsi hansı sindrom üçün xarakterikdir?
A) Böyrək hipertenziyası

B) Xroniki böyrək çatmamazlığı

C) Nefrotik sindrom

D) Kəskin böyrək çatmamazlığı

E) Böyrək eklampsiyası
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
707) Qəbul olunan maye sutkalıq diurezin normada hansı faizini təşkil edir?
A) 40-50 %

B) 30-40 %

C) 80-95 %

D) 65-75 %

E) 95-100%
Ədəbiyyat: А. Н. Окороков «Диагностика болезней внутренних органов» 2001г.
708) Neçiporenko üsulu ilə aparılan sidik analizinin normal göstəriciləri hansılardır?
A) Eritrositlər 8000, leykositlər 10000, silindrlər 1000

B) Eritrositlər 1000, leykositlər 4000, silindrlər 100

C) Eritrositlər 2000, leykositlər 6000, silindrlər 200

D) Eritrositlər 4000, leykositlər 10000, silindrlər 400

E) Eritrositlər 6000, leykositlər 80000, silindrlər 1000
Ədəbiyyat: А. Н. Окороков «Диагностика болезней внутренних органов» 2001г.
709) Aşağıdakılardan hansı nefrotik sindrom üçün xarakterik deyil?
A) Massiv proteinuriya

B) Hipoalbuminemiya

C) Hiperalbuminuriya

D) Ödemlər

E) Hiperxolesterinemiya
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
710) Səbəbindən asılı olmayaraq proqressivləşən və geriyə qayıtmayan nefronların destruksiyası hansı sindrom nəticəsində inkişaf edir?
A) Eklampsiya

B) Sidik sindromu

C) Kəskin böyrək çatışmazlığı

D) Nefrotik sindrom

E) Xroniki böyrək çatışmazlığı
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
711) Aşağıdakılardan hansı pielonefritin risk faktorlarına aiddir?
A) Ginekoloji xəstəliklər

B) Qadınların sidik kanalının xüsusiyyətləri

C) Menopauza və hamiləlik dövründə hormonal fon

D) Sadalananların hamısı

E) Sidik ifrazat traktının obstruktiv prosesləri
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
712) Eklampsiya aşağıda sadalanan hansı xəstəliklərin gedişini daha tez ağırlaşdırır?
A) Kəskin qlomerulonefritin

B) İkincili amiloidozun

C) Böyrək vərəminin

D) Xroniki pielonefritin

E) Kəskin pielonefritin
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
713) Xroniki qlomerulonefritin hansı klinik variantı üçün arterial təzyigin

qalxması xarakterikdir?
A) Latent

B) Nefrotik

C) Bütün sadalananlar

D) Qarışıq

E) Hematurik
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
714) Kəskin qlomerulonefriti xarakterizə edən klassik 3-lük simptomları hansılardır?
A) Ödemlər, təngnəfəslik, hematuriya

B) Ödemlər, hipertoniya, hematuriya

C) Ödemlər,böyrək sancısı, hematuriya

D) Ödemlər,böyrək sancısı, hematuriya

E) Ödemlər, hipertoniya, ürək döyünmə
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
715) Aşağıdakılardan hansı nefrotik sindromun diaqnostik kriteriyalarına aid deyil?
A) 3,5 q/sut-dan çox proteinuriya

B) Hiperlipidemiya

C) Hiperxolesterinemiya

D) Kreatininemiya

E) Hipoalbuminemiya
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
716) Hipertenziv nefropatiyanın differensial diaqnostikasını hansı xəstəliklərlə aparmaq lazımdır?
A) Sadalananların hamısı ilə

B) Vazorenal hipertoniya ilə

C) Sadalananların heç biri ilə

D) Xroniki qlomerulonefritlə

E) Xroniki tubulointerstisial nefritlə
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
717) Hipertenziv nefropatiyanın müalicəsində istifadə olunan I sıra preparatları hansılardır?
A) İmidazolin reseptorlarının aqonistləri

B) Ca+ antaqonistləri

C) β-blokatorlar

D) Diuretiklər, aldosteronun antaqonistləri

E) AÇF inhibitorları yaxud angiotenzin II reseptorların antaqonistləri
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Рациональная фармакотерапия в нефрологии» 2006 г.
718) AÇF –inhibitorlar və angiotenzin II reseptorların antaqonistlərinin təyininin mütləq əks göstərişlərinə hansı aid deyil?
A) Böyrək arteriyalarının 2 tərəfli stenozu

B) Hamiləlik

C) Hiperkaliemiya K+ >7mmol/l

D) Yumaqcıq filtrasiyasının surəti YFS <60ml/dəq

E) Tək böyrək arteriyasının stenozu
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Рациональная фармакотерапия в нефрологии» 2006
719) Sadalanan böyrək zədələnmələrindən hansı şəkərli diabetdə daha gec rast gəlinir?
A) Düyünlü qlomeruloskleroz

B) Qlomerulonefrit

C) Böyrəklərin amiloidozu

D) İnterstisial nefrit

E) Diffuz qlomeruloskleroz
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
720) Sadalananlardan hansı podaqrik nefropatiyanın klinik variantlarına aid deyil?
A) Tez inkişaf edən qlomerulonefrit

B) İkincili pielonefrit

C) Böyrək daşı xəstəliyi

D) Kanalcıqların kəskin sidik turşusu blokadası

E) Xroniki interstisial nefrit
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
721) Böyrək arteriyasının stenozunun daha tez rast gələn səbəbi hansıdır?
A) Böyrək arteriyasının fibromuskulyar stenozu

B) Böyrək arteriyasının trombozu

C) Böyrək arteriyasının anadan gəlmə anomaliyası

D) Böyrək arteriyasının aterosklerozu

E) Böyrək arteriyasının embolizasiyası
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
722) Xroniki böyrək çatmamazlığının ilkin əlamətləri hansılardır?
A) Kreatininin səviyyəsinin qalxması

B) Ürək bulanma

C) Nikturiya

D) Anemiyanın artması

E) Arterial hipertoniya
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
723) Böyrəklərin amiloidozu üçün hansı az xarakterikdir?
A) Ödemlər

B) Massiv proteinuriya

C) Hipoalbuminemiya

D) Metilen göyü ilə müsbət sınaq

E) Makrohematuriya
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
724) İzolə olunmuş sidik sindromu ilə müşayiət olunan xroniki qlomerulonefritin variantı hansıdır?
A) Latent

B) Qarışıq

C) Hematurik

D) Nefrotik

E) Hipertonik
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
725) Xroniki qlomerulonefritin hansı variantı üçün ödemlər, massiv proteinuriya, arterial hipertoniya xarakterikdir?
A) Nefrotik

B) Hematurik

C) Latent

D) Hipertonik

E) Qarışıq
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
726) Sidiyin analizində hansı dəyişikliklər böyrək çatışmazlığının qiymətləndirilməsində rol oynayır?
A) Leykosituriya

B) Proteinuriya 3,5q/sut artıq

C) Zimnitski sınağında sidiyin maksimal sıxlığı 1005

D) Bildirilmiş silindruriya

E) Makrohematuriya
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
727) Rentgenoloji müayinə zamanı böyrək ləyəninin sərhədlərinin yuyulması, böyrək kasacıqlarının deformasiyası, boyun hissəsinin daralması və dartılması kimi əlamətlər hansı böyrək xəstəliyi üçün xarakterikdir?
A) Böyrəklərin amiloidozu

B) Diabetik nefropatiya

C) Pielonefrit

D) Böyrəklərin polikistozu

E) Qlomerulonefrit
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
728) Lyupus-nefritin diaqnostik kriteriyalarına hansı aid deyil?
A) Diskəbənzər səpkilər, fotosensibilizasiya

B) Böyrəklərin zədələnməsi (proteinuriya 0,5q/sut, hematuriya)

C) Xeylit, ağız boşluğunun xoraları

D) Diareya

E) Üzdə eritema “kəpənək”
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
729) Hərarətin 38-39 dərəcə qalxması, titrətmə və tərləmə, bel nahiyyəsində ağrılar, piuriya kimi simptomlar hansı xəstəlik üçün xarakterikdir?
A) Kəskin pielonefrit

B) Xroniki qlomerulonefritin kəskinləşməsi

C) Kəskin qlomerulonefrit

D) Böyrək daşı xəstəliyi

E) Kəskin sistit
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
730) Sadalananlardan hansı xroniki pielonefritin xarakterik əlamətlərinə aid deyil?
A) Bel nahiyyəsində sızıldayıcı ağrılar, poliuriya,nikturiya

B) Səhərlər göz qapağının şişməsi, bakteriuriya, leykosituriya

C) Zəiflik, yorulma, subfebrilitet

D) Ürək bulanma, qusma, dərinin qaşınması,burun qaxması

E) Anemiya, arterial təzyiqin qalxması,sidiyin xüsusi çəkisinin enməsi
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
731) Sadalananlardan hansı pielonefritin xarakterik laborator əlamətlərinə aid deyil?
A) Bakteriuriya

B) Proteinuriya (1-2 qr/sut)

C) Azotemiya

D) Mikrohematuriya

E) Leykosituriya
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
732) Sadalananlardan hansı kəskin pielonefritin diaqnostik kriteriyalarına aid deyil?
A) Bel nahiyyəsində ağrılar, titrətmə, qızdırma

B) Müsbət Pasternatski simptomu

C) Çoxlu tərləmə, dizuriya

D) Bakteriuriyaya və leykosituriyaya müsbət ekspress testin nəticəsi

E) Nikturiya, yüksək azotemiya, dərinin qaşınması
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
733) Obstruktiv pielonefritin müalicəsi nədən başlamalıdır?
A) Bitki mənşəli uroantiseptiklərdən

B) Antibiotiklərin təyinindən

C) Desintoksikasion terapiyadan

D) Antibakterial qrup preparatlarından

E) Urodinamikanın bərpasından
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Рациональная фармакотерапия в нефрологии» 2006
734) Sadalananlardan hansı kompyuter tomoqrafiya üsulu ilə təyin edilir?
A) Böyrəklərin şişi

B) Bütün sadalananlar

C) Böyrəklərin anomaliyası

D) Böyrəklərin kistası

E) Böyrəklərin daşı
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
735) Böyrəklərin polikistozu olan xəstədə ağrı sindromunun müalicəsində hansı preparatların istifadəsi məsləhət deyil?
A) Spazmalitiklər

B) Antidepressantlar

C) Analgetiklər

D) Qeyri steroid iltihab əleyhinə preparatlar

E) Opioidlər
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Рациональная фармакотерапия в нефрологии» 2006
736) Böyrəklərin polikistozunun terminal mərhələsində inkişaf edən böyrək çatışmazlığının müalicəsinə nə aiddir?
A) Peritoneal dializ

B) Bütün sadalananlar

C) Diuretiklər

D) Böyrəklərin transplantasiyası

E) Hemodializ
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Рациональная фармакотерапия в нефрологии» 2006
737) Urat nefropatiyasının müalicəsinə hansılar daxildir?
A) Qələviləşdirici maye qəbulu

B) Na+ sitratı

C) Aşağı purinli pəhriz

D) Bütün sadalananlar

E) Allopurinol
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Рациональная фармакотерапия в нефрологии» 2006
738) Aşağıdakı amillərdən hansıları qlomerulonefritin patogenezində iştirak edir?
A) Yumaqcığın filtrasiya səthində antigen-antitel kompleksinin çökməsi

B) Kapillyarlarda mikrotrombların əmələ gəlməsi

C) Sadalananlardan heç biri

D) Sadalananların hamısı

E) İmmun iltihab
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
739) Sadalanan simptomlardan hansı xroniki qlomerulonefritin hipertonik tipinin kəskinləşməsi üçün xarakterik deyil?
A) Ödemlər

B) Arterial hipertenziya

C) Silindruriya

D) Hematuriya

E) Proteinuriya
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
740) Makrohematuriya sadalanan xəstəliklərin hansı biri üçün xarakterik deyil?
A) Böyrəklərin infarktı

B) Kəskin qlomerulonefrit

C) Böyrək sancısı

D) Böyrəklərin amiloidozu

E) Böyrəklərin polikistozu
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
741) Xroniki böyrək çatışmazlığı olan xəstələrin pəhrizində birinci növbədə nə azaldılmalıdır?
A) Xörək duzu

B) Zülallar

C) Yağlar

D) Karbohidratlar

E) Mayenin miqdarı
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Рациональная фармакотерапия в нефрологии» 2006
742) Sadalananlardan hansı nefrotoksik antibiotiklərə aiddir?
A) Penisillin

B) Metisillin

C) Ampisillin

D) Gentamisin

E) Eritromisin
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Рациональная фармакотерапия в нефрологии» 2006
743) Sadalananlardan hansı hemodializə göstərişdir?
A) Hiperkaliemiya 7 mmol/l çox

B) Hipokaliemiya

C) Hipoxloremiya

D) Hipernatriemiya

E) Hipermaqniemiya
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
744) Aşağıdakılardan hansını ekskretor uroqrafiya müayinəsində aşkarlamaq mümkündür?
A) Kanalcıq reabsorbsiyasının səviyyəsini

B) Kreatininin səviyyəsini

C) Filtrasiyanın həcmini

D) Rentgenneqativ konkrementləri

E) Proteinuriyanın miqdarını
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
745) Hansı müddətdən sonra anuriya geriyə qayıtmayan hesab olunur?
A) İki həftə

B) Bir həftə

C) 3-5 gün

D) Üç həftə

E) Dörd həftə
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
746) Kəskin böyrək çatışmazlığının risk faktorları hansılardır?
A) Sepsis

B) Cərrahi əməliyyatlar

C) Qanaxmalar

D) Sadalananların hamısı

E) Hamiləlik, doğuş
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
747) Ekstrakorporal müalicə metodlarına hansı biri aid deyil?
A) Hemodializ

B) Hemofiltrasiya

C) Plazmaferez

D) Hemosorbsiya

E) Böyrəklərin dekapsulyasiyası
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
748) Kəskin pielonefrit zamanı ağrı nə ilə əlaqədardır?
A) Kasacıqların deformasiyası

B) Sidik axarının spazması

C) Böyrək kapsulasının zədələnməsi

D) Papillit

E) Uretranın strikturası
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
749) Böyrək sancısında ağrılar hara irradiasiya edir?
A) Cinsiyyət orqanlarına

B) Bud-çanaq nahiyyəsinə

C) Bütün sadalananlara

D) Aralığa

E) Qarın nahiyyəsinə
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.
750) Böyrək sancısı tutması hansı amillərdən asılıdır?
A) Sadalananların heç biri

B) İşemik

C) Distenzion

D) Spastik

E) Bütün sadalanan faktorlarla
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.
751) Böyrək ağrılarının səbəbləri hansılardır?
A) Bütün sadalananlar

B) Hidronefroz

C) Pielonefrit

D) Sidik axarının daşı

E) Nefroptoz
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.
752) Ağrı simptomu bel nahiyyəsinə buzun qoyulması zamanı keçməsi hansı xəstəlik üçün xarakterikdir?
A) Hidronefroz

B) Paranefrit

C) Litiaz

D) Nefroptoz

E) Şiş xəstəliyi
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.
753) Horizontal vəziyyətdə ağrının azalması hansı xəstəlik üçün xarakterikdir?
A) Hidronefroz

B) Litiaz

C) Şiş xəstəliyi

D) Paranefrit

E) Nefroptoz
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.
754) İsti nəticəsində ağrı simptomunun azalması hansı xəstəlik üçün xarakterikdir?
A) Hidronefroz

B) Paranefrit

C) Şiş xəstəliyi

D) Litiaz

E) Nefroptoz
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.
755) Aşağıdakılardan hansı poliuriya üçün göstəricidir?
A) Sutkalıq diurez 500 ml bərabərdir

B) Sutkalıq diurez 2l artıqdır

C) Sutkalıq diurez 2l azdır

D) Sutkalıq diurez 1l bərabərdir

E) Sutkalıq diurez 1,5l bərabərdir
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.
756) Aşağıdakılardan hansı oliqouriya üçün göstəricidir?
A) Sutkalıq diurez 1l artıqdır

B) Sutkalıq diurez 1l azdir

C) Sutkalıq diurez 500 ml azdır

D) Sutkalıq diurez 500 ml artıqdır

E) Sutkalıq diurez 1l bərabərdir
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.
757) Aşağıdakılardan hansı anuriya üçün göstəricidir?
A) Sutkalıq diurez 500 ml azdır

B) Sutkalıq diurez 150 ml azdır

C) Sutkalıq diurez 300 ml bərabərdir

D) Sutkalıq diurez 200 ml azdır

E) Sutkalıq diurez 400 ml azdır
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.
758) Aşağıdakılardan hansı pollakiuriya üçün göstəricidir?
A) Sutka ərzində sidik ifrazının sayı 5 dəfə

B) Sutka ərzində sidik ifrazının sayı 4 dəfə

C) Sutka ərzində sidik ifrazının sayı 6 dəfə

D) Sutka ərzində sidik ifrazının sayı 3 dəfə

E) Sutka ərzində sidik ifrazının sayı 10 dəfə
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.
759) Xroniki böyrək çatışmazlığının başlanğıc mərhələsində nə müşahidə olunur?
A) Nikturiya və dizuriya

B) Nikturiya və anuriya

C) Nikturiya və gündüz poliuriyası

D) Nikturiya və pollakiuriya

E) Nikturiya və gündüz oliquriyası
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.
760) Makrohematuriya zamanı sidiyin rəngi necə olur?
A) Samanı-sarı

B) Ət suyu rəngi

C) Rəngsiz

D) Düyü həlimi rəngi

E) Pivə rəngi
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.
761) Makrohematuriya nə zaman müşahidə olunur?
A) Böyrəkdaşı xəstəliyində

B) Sadalanan halların heç birində

C) Böyrəklərin şişi xəstəliyində

D) Qlomerulonefritdə

E) Bütün sadalanan hallarda
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.
762) İrinli pielonefritdə sidiyin rəngi necə olur?
A) Sarı-samanı rəngi

B) Ət suyu rəngi

C) Pivə rəngi

D) Düyü həlimi rəngi

E) Rəngsiz
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.
763) Poliuriya nə zaman müşahidə olunur?
A) Bütün sadalanan hallarda

B) Çoxlu miqdarda maye qəbulunda

C) Sidikqovucu qəbulunda

D) Böyrək şəkərində

E) Şəkərli diabetdə
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə