Terapiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Bölmə Pulmonologiya


) Aşağıdakıların hansının miqdarının artması ateroskleroz üçün xas deyil?



Yüklə 1,64 Mb.
səhifə15/17
tarix26.10.2017
ölçüsü1,64 Mb.
#6552
növüРуководство
1   ...   9   10   11   12   13   14   15   16   17

895) Aşağıdakıların hansının miqdarının artması ateroskleroz üçün xas deyil?
A) Aşağı sıxlıqlı lipoproteidlər

B) Fosfolipidlər

C) Xolesterin

D) Triqliserid

E) B-lipoproteinlər
Ədəbiyyat: В. В. Маршал. «Клиническая биохимия» 1999 г.
896) Podaqra üçün hansı xarakterik deyil?
A) Miozitlər

B) Oynaqların zədələnməsi

C) Böyrəyin zədələnməsi

D) Sidik turşusunun miqdarının artması

E) Qara ciyər zədələnməsi
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2001 г.
897) Kəskin podaqra artritində hansı əsas faktor deyil?
A) Rentqenoterapiya

B) Alkoqol qəbulu

C) Purinlə zəngin qida qəbulu

D) Cərrahiyə əmaliyyatı

E) Stress
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2001 г.
898) Hemoxromatozun xarakter əlaməti hansı sayılmır?
A) Oynaqların zədələnməsi

B) Hepatomeqaliya

C) Şəkərli diabet

D) Ürəyin zədələnməsi

E) Dəri piqmentasiyası
Ədəbiyyat: А. И. Воробьёв. «Справочник практического врача» 1990 г.
899) Hemoxromatoz zamanı dəmir daha çox harada toplanır?
A) Dəridə

B) Böyrəklərdə

C) Tüklərdə

D) Qara ciyərdə

E) Dalaqda
Ədəbiyyat: А. И Воробьёв. «Справочник практического врача» 1990 г.
900) Hemoxromatoz zamanı şəkərli diabetin səbəbi hansıdır?
A) Mədəaltı vəzin aralıq axarlarının degenerasiyası

B) İnsulinin az ifrazı

C) Mədəaltı vəzin adacıq hüceyrələrində dəmirin toplanması

D) Langerhans adacıqlarının sklerozu

E) Qara ciyərin zədələnməsi
Ədəbiyyat: А. И Воробьёв. «Справочник практического врача» 1990 г.
901) Osteomalyasiya zamanı nə müşaidə olunmur?
A) Hiperkalsiyemiya

B) Borulu sumuklərin əyilməsi

C) Nefrokalsinoz

D) Milkman sindromu (yalançı sınıqlar)

E) Sümüklərin qalın sətinin olmaması
Ədəbiyyat: А. И Воробьёв. «Справочник практического врача» 1990 г.
902) Şəkərli diabetin gedişatına hansı preparatlar təsir etmir?
A) Deksametazon

B) Enalapril

C) Tiazid diuretiklər

D) Peroral kontraseptivlər

E) Anaprilin
Ədəbiyyat: И. И.Дедов, Г. А.Мельниченко. «Эндокринология» 2004 г.
903) Arterial hipertoniya zamanı əsas hədəf orqanı hansı deyil?
A) Ürək

B) Böyrəklər

C) Beyin

D) Gözün torlu qişası

E) Dalaq
Ədəbiyyat: И. И.Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
904) Şəkərli diabet xəstələrinə antihipertenziv terapiyaya başlamaq AT hansı göstəricilərində məsləhətdir?
A) АT 120/80 mm.c.s.

B) АT 160/90 mm.c.s.

C) АT 125/75 mm.c.s.

D) АT 130/85 mm.c.s.

E) АT 140/90 mm.c.s.
Ədəbiyyat: М. В. Шестакова. «Артериальная гипертония и сахарный диабет. Принципы лечения» 2004г.
905) 2 tip şəkərli diabet xəstələri arasında essensial arterial hipertoniyanın yayılması neçə faiz təşkil edir?
A) 30% artıq

B) 100%


C) 15% artıq

D) 80% artıq

E) 50% artıq
Ədəbiyyat: М. В. Шестакова. «Артериальная гипертония и сахарный диабет. Принципы лечения» 2004г.
906) Şəkərli diabet xəstələrinə β-adrenoblokatorların təyini üçün göstərişlər hansıdır?
A) Arterial hipertoniyanın durğunluq ürək çatmamazlığı ilə ahənglik zamanı

B) Arterial hipertoniyanın dislipidemiya ilə ahənglik zamanı

C) Arterial hipertoniyanın periferik arteriyaların xəstəlikləri ilə ahənglik zamanı

D) Anamnezdə transmural infarktın keçirilməsi

E) Arterial hipertoniyanın bronxların obstruktiv xəstəliklərlə ahənglik zamanı
Ədəbiyyat: М. В. Шестакова. «Артериальная гипертония и сахарный диабет. Принципы лечения» 2004 г.
907) Şəkərli diabet xəstələrində hipertoniyanın müalicəsi üçün hansı antihipertenziv preparatlarının kombinasiyası daha effektivdir?
A) A-adrenoblokatorlar və AÇF-inhibitorları

B) AÇF inhibitorları və diuretiklər

C) Diuretiklər və Ca-antaqonistləri

D) B-adrenoblokatorları və diuretiklər

E) A-adrenoblokatorlar və angiotenzin-2 reseptorları antaqonistləri
Ədəbiyyat: М. В. Шестакова. «Артериальная гипертония и сахарный диабет. Принципы лечения» 2004 г.
908) Nefroprotektiv təsirə malik olan preparat hansıdır?
A) B-adrenoblokatorlar

B) Vazodilyatatorlar

C) A-adrenoblokatorlar

D) AÇF-inhibitorlar

E) Diuretiklər
Ədəbiyyat: М. В. Шестакова. «Артериальная гипертония и сахарный диабет. Принципы лечения» 2004 г.
909) Diabetik nefropatiyalı xəstənin təzyiqi artmayıbsa Enalaprilin sutkalıq dozası hansıdır?
A) 2,5 mq

B) 5 mq


C) 10 mq

D) 40 mq


E) 20 mq
Ədəbiyyat: М. В. Шестакова. «Артериальная гипертония и сахарный диабет. Принципы лечения» 2004 г.
910) Proliferativ retinopatiya üçün nə xarakterik deyil?
A) Hemoftalm

B) Neovaskulyarizasiya

C) Qlaukoma

D) Venoz anomaliyalar

E) Billura qansızmalar
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2008 г.
911) Diabetik nefropatiyanın uremik mərhələsi üçün nə xarakterik deyil?
A) Funksional böyrək rezervinin kəskin azalması

B) Proteinuriya

C) Arterial hipertoniya

D) Arterial hipotoniya

E) Kreatinin miqdarının artması
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2008 г.
912) Böyrəklərin hiperfunksiya mərhələsi üçün nə xaraterik deyil?
A) Böyrəklərdə qan dövranının sürətlənməsi

B) Yumaqcıq filtrasiyasının sürətinin azalması

C) Böyrəklərin hipertrofiyası

D) Yumaqcıq filtrasiyasının sürətinin artması

E) Normoalbuminuriya
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
913) Başlanğıc struktur dəyişiliklər mərhələsi üçün nə xarakterik deyil?
A) Mikroalbuminuriya

B) Böyrək yumaqcıqlarının bazal membranının qalınlaşması

C) Yumaqcıq filtrasiyasının sürətinin artması

D) Böyrək yumaqcıqlarının bazal membranının nazikləşməsi

E) Mezangiumun genəlməsi
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
914) Metabolik sindrom anlayışına nə daxildir?
A) Abdominal piylənmə, arterial hipotoniya

B) Bronxial astma, arterial hipertoniya

C) ÜİX, sentral piylənmə

D) Sentral piylənmə, arterial hipertoniya, sidik turşusunun səviyyəsinin artması

E) Qinoid piylənmə, arterial hipotoniya
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
915) Metabolik sindrom üçün nə xarakterikdir?
A) Bakteriuriya

B) Mikroalbuminuriya

C) Hematuriya

D) Proteinuriya

E) Leykosituriya
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
916) Metforminin əlavə təsiri hansı deyil?
A) Ağızda metallik dad

B) Arterial hipotoniya

C) Laktatasidoz

D) Anemiya

E) Meteorizm
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
917) Hansı biquanidin istifadəsindən laktatasidozun yaranma ehtimalı azdır?
A) Butilbiquanidlərin

B) Buforminin

C) Dimetilbiquanidlərin

D) Fenforminin

E) Metforminin
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
918) Hansı qrup peroral şəkərsalıcı preparatların istifadəsindən hipoqlikemiyanın yaranma ehtimalı yüksəkdir?
A) Biquanidlərin

B) Sulfonilsidikcövhəri törəmələrinin

C) Qlikemiyanın prandial requlyatorlarının

D) A-qlikozidaza inhibitorlarının

E) Tiazolidindionların
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
919) Şəkərli diabet və piylənmə ahənglik təşkil edərsə ən münasib preparat hansıdır?
A) Bukarban

B) Metformin

C) Qlikvidon

D) Rastinon

E) Qlipizid
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
920) Antiaterogen pəhrizə aşağıdakılardan hansı daxil deyil?
A) Siyənək

B) Pendir

C) Skumbriya

D) Dəniz kələmi

E) Dəniz yosunları
Ədəbiyyat: Балаболкин М.И. «Диабетология» 2000 г.
921) Antiaterogen pəhrizin tərkibində hansı olmalıdır?
A) Eykozoheksayen turşusu

B) Xolesterin

C) Natrium

D) Kalium

E) Askorbin turşusu
Ədəbiyyat: Балаболкин М.И. «Диабетология» 2000 г.
922) Ketoasidotik vəziyyətdə olan I tip şəkərli diabet xəstəsinin pəhrizindən hansı aşağıdakı ərzaqların istisna edilməsi yağların qidada azalmasına imkan yaratdı?
A) Yağsız kəsmik, treska

B) Sıyıq, kartof

C) Çörək, tərəvəz

D) Xama, pendirlər, yağ

E) Süd, qatıq
Ədəbiyyat: Балаболкин М.И. «Диабетология» 2000 г.
923) Sulfanilamid preparatların təyininə aşağıdakılardan hansı biri mütləq əks göstəriş deyil?
A) Hamiləlik, laktasiya

B) Qan xəstəlikləri (leykopeniya, trombositopeniya)

C) Diabetik nefropatiyanın IV-V mərhələləri

D) İnsult (kəskin faza)

E) Ketoasidoz
Ədəbiyyat: Балаболкин М.И. «Диабетология» 2000 г.
924) Şəkərsalıcı preparatlara aid olan I nəsil sulfanilsidik cövhərinin törəmələrinə aşağıdakılardan hansı biri aid deyil?
A) Bukarban

B) Oranil

C) Xlorpropamid

D) Tolbutamid

E) Qlipizid
Ədəbiyyat: Балаболкин М. И. «Диабетология» 2000 г.
925) Şəkərli diabet xəstələrində hiperxolesterinemiyanın müalicəsində hansı biri məqsədəuyğun deyil?
A) Disinon

B) Lovastatin

C) Pəhrizdə doymuş yağların sutkada 10% və xolesterinin 300 mq qədər azaldılması

D) Xolestiramin

E) Siprofibrat
Ədəbiyyat: Балаболкин М.И. «Диабетология» 2000 г.
926) Şəkərli diabet zamanı fiziki məşqlər nəyə gətirib çıxarmır?
A) Bazal və postprandial insulinemiyanın azalması

B) Yüksək sıxlıqlı lipoproteidlərin səviyyəsinin artması

C) Qlikemiyanın məşq vaxtı və sonra artması

D) Toxumaların insulinə qarşı həssaslığının artması

E) Triqliseridlərin azalması
Ədəbiyyat: Балаболкин М.И. «Диабетология» 2000 г.
927) Şəkərli diabet xəstəsinə özünə nəzarət üçün nə lazım deyil?
A) Sidikdə şəkəri təyin etmək üçün testlər

B) Polyarimetr

C) Qanda şəkəri təyin etmək üçün testlər

D) Qlükometr

E) Sidikdə asetonu təyin etmək üçün testlər
Ədəbiyyat: Балаболкин М.И. «Диабетология» 2000 г.
928) Şəkərli diabet xəstələrində sidik infeksiyasının törədicisi hansıdır?
A) Bağırsaq çöpü

B) Xlamidiyalar

C) Kox çöpləri

D) Klebsiyella

E) Şigella
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
929) Diabetik retinopatiyanın proqressivləşməsinin risk faktoru hansı deyil?
A) Hipertenziya

B) Şəkərli diabetin stajı

C) Dəmirdefisitli anemiya

D) Hamiləlik

E) Karbohidrat mübadiləsinin dekompensasiyası
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
930) 2 tip Şəkərli diabet xəstələrində retinopatiyanın aşkarlanması məqsədi ilə qöz dibinin muayinəsini nə vaxt başlamalıdırlar?
A) Diaqnoz qoyulduqdan 1 il sonra

B) Diaqnoz qoyulduqdan 10 il sonra

C) Diaqnoz qoyulduqdan 3 il sonra

D) Diaqnoz qoyulduqdan 5 il sonra

E) Diaqnoz qoyulan andan
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
931) İnsulinin təsir mexanizminə nə aid deyil?
A) Qlikoqenolizin sürətlənməsi

B) Amin turşularının utilizasiyasının sürətlənməsi

C) Zülalların sintezinin sürətlənməsi

D) Lipolizin lənqiməsi

E) Qlikoqenolizin lənqiməsi
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
932) Addison xəstəliyinə nə xarakterikdir?
A) Arıqlama və hipotermiya

B) Piqmentasiya, arterial hipertenziya və hirsutizm

C) Amenoreya və əsas mübadilənin ləngiməsi

D) Əsas mübadilənin yüksəlməsi, arterial hipotenziya və iştahın artması

E) Piqmentasiya, arterial hipotenziya, arıqlama
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
933) Addison xəstəliyinin yaranma səbəbləri hansılardır?
A) Böyrək-üstü vəzilərə qansızmalar

B) Onkoloji şişlərin böyrək-üstü vəziyə metastazları

C) Aşağıda qöstərilən bütün səbəblər

D) Böyrək-üstü vəzin autoimmun xəstəlikləri

E) Vərəm
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
934) İtsenko-Kuşınq xəstəliyi və sindromu zamanı striyaların yaranma səbəbi hansıdır?
A) Neytrofil leykositoz

B) Leykopeniya

C) Anemiya

D) Eritrositlərin hemolizi

E) Leykositlərin hemolizi
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
935) İtsenko-Kuşınq sindromu zamanı hansı preparatlardan istifadə olunur?
A) Serotonin antaqonistləri

B) Qamma-amin-turşusu-erqik preparatları

C) Dofamin aqonistləri

D) Dofamin antaqonistləri

E) Steroidogenez blokatorları
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
936) Böyrək-üstü vəzilərin hormonal-aktiv şişi - kortikoestroma əsasən nə ifraz edir?
A) Estrogenlər

B) Aldosteron

C) Adrenalin

D) Qlyukokortikoidlər

E) Androgenlər
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
937) Böyrək-üstü vəzilərin hormonal-aktiv şişi - androsteroma əsasən nə ifraz edir?
A) Qlyukokortikoidlər

B) Estrogenlər

C) Androgenlər

D) Adrenalin

E) Aldosteron
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
938) Bu şişlərdən hansılar ən az rast gəlmə tezliyinə malikdirlər?
A) Kortikosteroma

B) Qlyukosteroma

C) Androsteroma

D) Qarışıq tərkibli

E) Aldosteroma
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
939) Feoxromositoma böyrək-üstü vəzidən kənar yerləşərsə katexolaminlərin miqdarı necə dəyişir?
A) Noradrenalinin miqdarı artır, adrenalinin miqdarı azalır

B) Adrenalinin miqdarı artır, noradrenalinin miqdarı azalır

C) Noradrenalinin və adrenalinin miqdarı artır

D) Noradrenalinin və adrenalinin miqdarı azalır

E) Noradrenalinin miqdarı artır, adrenalinin miqdarı dəyişmir
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
940) Feoxromositomanın diaqnostikası üçün hansı müayinə aparılır?
A) Sutkalıq sidikdə katexolaminlərin təyini

B) Böyrəküstü vəzilərin USM

C) AKTH ilə sınaq

D) Venoz qanda katexolaminlərin təyini

E) Aortoqrafiya
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
941) Bu sınağlardan hansı feoxromositoma diaqnozunu təsdiq etmək üçün istifadə olunmur?
A) Tropafen sınağı

B) Deksametazon sınağı

C) Histamin sınağı

D) Palpator sınaq

E) Soyuq sınağı
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
942) Osteoporoz hansı endokrin xəstəlikləri müşahidə etmir?
A) Şəkərsiz diabet

B) Hipoqonadizm

C) Akromeqaliya

D) Şəkərli diabet

E) Hiperkotisizm
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
943) Yuvenil osteoporoz hansı yaş dövründə yarana bilər?
A) 8-10 yaş arası

B) 20-24 yaş arası

C) 5-6 yaş arası

D) 7-9 yaş arası

E) 10-14 yaş arası
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
944) Kişilərdə honadotropinlərin miqdarının azalması nə ilə müşahidə olunur?
A) Yumurtaların ölçülərinin kiçilməsi

B) Eşitmə qabiliyətinin artması

C) Hirsutizm

D) Libido və potensiyanın artması

E) Görmə qabiliyətinin pisləşməsi
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
945) Ginekomastiya nədir?
A) Kişilərdə süd vəzilərinin toxumasının piy toxuması ilə əvəz olması

B) Qadınlarda süd vəzilərinin toxumasının piy toxuması ilə əvəz olması

C) Qadınlarda süd vəzilərinin toxumasının artması

D) Kişilərdə süd vəzilərinin toxumasının artması

E) Qadınlarda süd vəzilərinin deformasiyası
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
946) Kişilərdə ginekomastiyanın yaranmasına nə səbəb ola bilməz?
A) Anabolik steroidlər, estrogen tərkibli kremlər

B) Verapamil

C) Nifedepin

D) Narkotiklər

E) B-qrupu vitaminlər
Ədəbiyyat: Н.Т. Старкова. «Клиническая эндокринология» 2004 г.
947) Şereşevski-Terner sindromunun mütləq göstəriciləri hansılardır?
A) Qonadların olmaması

B) Böyrək arteriyalarının okklüziyası

C) Sidik axarlarının ikiləşməsi

D) Uşaqlığın hipoplaziyası

E) Qonadların birləşdirici toxuma lifləri ilə əvəz olunması
Ədəbiyyat: Н.Т. Старкова. «Клиническая эндокринология» 2004 г.
948) Piylənmə ən çox nə vaxt rast gəlir?
A) Prepubertat və pubertat dövrdə

B) Oğlanlarda

C) Qızlarda

D) Körpələrdə

E) Yaşlılarda
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
949) Piylənmə zamanı həzm sistemi tərəfindən hansı ağırlaşmalar yarana bilməz?
A) Disfaqiya

B) Xroniki pankreatit

C) Mədənin dartılması

D) Öd daşı xəstəliyi

E) Qara ciyərin ölçülərinin böyüməsi, qara ciyərin piy infiltrasiyası
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
950) Piylənmə zamanı hansı endokrin xəstəlikləri yarana bilər?
A) Sonsuzluq

B) Hipokortisizm

C) Menzisın pozulması

D) Şəkərli diabet 2 tip

E) Hipoparatireoz
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
951) Piylənmə bu xəstəliklərdən hansılarla ahənglik təşkil edir?
A) Bronxial astma

B) Vitiliqo

C) Psoriaz

D) Şəkərli diabet 2 tip

E) Plevrit
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
952) Piylənmənin müalicəsi zamanı hansı preparatlar istifadə olunur?
A) Fentolamin

B) Salbutamol

C) Fluoksetin

D) Xlorpropamid

E) Mazindol
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.

Bölmə 7. Hematologiya

953) Dəmir tərkibli dərmanları qəbul edərkən nəcisin qara rəngə boyanmasının səbəbi nədir?
A) Eritrositlərin parçalanması

B) Bağırsaq boşluğunda sərbəst hemoqlobinin olması

C) Hemoqlobinin azalması

D) Qəbzlik

E) Dəmirin sulfid duzu
Ədəbiyyat: Г.П. Матвейкова. «Лечение внутренних болезней. Справочник» 1997 г.
954) Dəmirin hansı kimyəvi forması daha yaxşı sorulur?
A) Oksid birləşməsi formasında

B) İki valentli

C) Üç valentli

D) Sulfid forması

E) Fumarat forması
Ədəbiyyat: Г.П. Матвейкова. «Лечение внутренних болезней. Справочник» 1997 г.
955) Dəmir tərkibli preparatla müalicənin ilkin effekti hansı müddətdən sonra aşkar olunur?
A) 5 gündən

B) 14 gündən

C) 3 aydan

D) 2 aydan

E) 8-12 gündən
Ədəbiyyat: Г.П.Матвейкова. «Лечение внутренних болезней. Справочник» 1997 г.
956) Dəmirin sorulması harada baş verir?
A) Qida borusunda

B) Ağız boşluğunda

C) Yoğun bağırsaqda

D) Mədə boşluğunda

E) 12- barmaq bağırsaqda
Ədəbiyyat: Г.П Матвейкова. «Лечение внутренних болезней. Справочник» 1997 г.
957) Neçə valentli dəmir parenteral yolla yeridilə bilər?
A) 3 valentli

B) 1 valentli

C) 4 valentli

D) 2 valentli

E) 5 valentli
Ədəbiyyat: Г. П. Матвейкова. «Лечение внутренних болезней. Справочник» 1997 г.
958) Dəmir tərkibli preparatlar hansı xəstəliklərdə təyin olunmur?
A) Uzunmüddətli qanaxmadan sonra

B) Uşaqlığın fibromioması ilə əlaqəli qanaxma

C) Dişin ekstraksiyası nəticəsində baş verən qanaxmadan sonra

D) Sideroplastik anemiya

E) Helmintozlar
Ədəbiyyat: Г. П. Матвейкова. «Лечение внутренних болезней. Справочник» 1997 г.
959) Fol turşusunun defisiti nə ilə müşayiət olunur?
A) Hiperxromiya ilə

B) Leykositozla

C) Limfositozla

D) Monositozla

E) Hipoxromiya ilə
Ədəbiyyat: Г. П. Матвейкова. «Лечение внутренних болезней. Справочник» 1997 г.
960) Aplastik anemiyada nə qeyd olunur?
A) Limfopeniya

B) Hemoqlobinin səviyyəsinin artması

C) Dəmirin miqdarının çoxalması

D) Transferrinin doyma əmsalının enməsi

E) Leykositoz
Ədəbiyyat: Г. П. Матвейкова. «Лечение внутренних болезней. Справочник» 1997 г.
961) Hemolitik anemiyada qanda hansı parametr çoxalır?
A) Konyuqasiya olunmamış bilirubinin səviyyəsi

B) Hemoqlobinin miqdarı

C) Eritrositlərin osmotik rezistentliyi

D) Xolesterinin səviyyəsi

E) Triqliseridlərin miqdarı
Ədəbiyyat: Г. П. Матвейкова. «Лечение внутренних болезней. Справочник» 1997 г.
962) Hemolitik anemiya zamanı urobilinuriya nəyin hesabına baş verir?
A) Sərbəst bilirubinin

B) Öd fosfolipidlərinin

C) Ferritinin

D) Öd turşularının

E) Birləşmiş bilirubinin
Ədəbiyyat: Г. П. Матвейкова. «Лечение внутренних болезней. Справочник» 1997 г.
963) Doğru cavab hansıdır?
A) Hipoxrom anemiya yüz faiz “dəmir defisitli anemiya” deməkdir

B) Anemiyalarda dəmiri gün ərzində 200 mq yuxarı təyin etmək lazımdır

C) Dəmir daha yaxşı yeməkdən 1saat qabaq sorulur

D) Adisson-Birmer anemiyada fol turşusu ilə monoterapiya klinik effekt verir

E) Dəmir tərkibli preparatları üzvi turşularla birgə istifadə etmək
Ədəbiyyat: В. Г. Кукес. «Клиническая фармакология» 1999г.
964) Antioksidant xüsusiyyətə malik olan preparat hansıdır?
A) Vibramitsin

B) Ferrum-Lek

C) Tokoferol-asetat

D) Vitamin B2

E) Prednizolon
Ədəbiyyat: В. Г. Кукес. «Клиническая фармакология» 1999г.
965) Antioksidant təsirinin mexanizmi nədən ibarətdir?
A) Hüceyrə membranlarının depolyarizasiyasının olunması

B) Sərbəst radikalların aktivliyinin yüksəlməsi

C) Hüceyrələrin sitoplazmatik membran keçiriciliyinin artması

D) Qlutationreduktaza və qlutationperoksidazanın aktivliyinin artması

E) Hüceyrədə lizosom membranın keçiriciliyinin artması
Ədəbiyyat: В. Г. Кукес. «Клиническая фармакология» 1999г.
966) Regional limfa vəziləri bədxassəli törəmə zamanı hansı əlamətlər ilə səciyyələnir?
A) Yumşaq, ağrısız

B) Hərəkətli, sulu

C) Ölçüdə balaca

D) Bərk konsistensiyalı, ağrısız, konqlomerat şəklində

E) Ortasında fluktuasiya mərkəzinin olması
Ədəbiyyat: Сальваторе Манджони. «Секреты клинической диагностики» 2004г.
967) Fişer-İvens sindromuna nə daxil olur?
A) Leykopeniya və anemiya

B) Trombositoz və leykositoz

C) Trombositopeniya və hemolitik anemiya

D) Hipoxrom anemiya və dəmir defisiti

E) Eritrositoz və trombozlar
Ədəbiyyat: Сальваторе Манджони. «Секреты клинической диагностики» 2004г.


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə