hala Əmir xan sərdarın Mədətov general ilə Şəmkirdə (Şamxorda)
davaları olduğunu və Əmir xan ölüb, qoşunları dağılıb, şikəst bulduğunu
naibüssəltənəyə xəbər verdilər. Elə ki şahzadə bu xəbəri eşidib, ətraf
qaladan köçüb, Ağdama düşdü, oradan komendant Çilyayevi və Mirzə
Adıgözəli və şul kapitam Təbrizə yola saldı. Özü qoşunu ilə Gəncə
tərəfinə azim oldu. O tərəfdən general Mədətov ki, gəlib, Şəmkürdə
sərdar Əmir xan ilə dava edib, Əmir xan orada qətlə yetişib, qoşunu
şikəst olmuşdu. Ondan Mədətov qoşun ilə gəlib, Gəncəyə daxil olmuşdu.
Onun ardınca general feldmarşal İvan Fyodoroviç Paskeviç qoşuni-əzim
ilə gəlib, onlara qoşulub, Gəncədə bir neçə gün aram və asayiş edirdilər
ki, Qızübaş üstə gələlər. Bu halda şahzadə Abbas Mirzə bu tərəfdən köç
bir köç, gedib Gəncə torpa-ğma daxil olub, yük və çadırlarını Kürək
çayında qoyub, özü yalnız süvarə qoşununu və sərbazları götürüb
Gəncənin Zazalı nam arxının üstündə gecə yatıb, sübhdən ki, sərdar
Paskeviç və general Mədətov qoşunlarına nizam verib, Şeyx Nizami
məqbərəsinin yanına gəlmişdilər. Orada Qızılbaş ilə üzbəüz gəlib,
mülaqat oldu. Pəs orada bir əzim cəngi-sultani vaqe olub, bir neçə saat
atəşi-cidal naireyi-qital şiddəti-təmam ilə dava edib, axır ki, sipahi-
Qızılbaşiyə münhəzir olub, basüdılar. Naibüssəltənə nə qədər guşiş
etdisə, şikəsti-bəst eləmək mümkün olmayıb, oradan qaçaraq bir gün bir
gecədə gəlib, Arazdan keçmişdilər. İki topları dəxi Tərtər çayı ilə İncə
çaymın arasında qalmışdı. Amma bir xüsusi dəstə sərbaz o davadan
sabitqədəm olub, qoşunları məğlub olub, fərar edəndən sonra Rusiya
əsgərləri ilə mərdanə cəng edib, qaçmamışdılar. Ta ol qədər ki, barıt və
güllələri var imiş, təmam olana kimi tədarükləri olub, ondan məqtul və
dəstgir olmuşdular ki, o zamanda onları çox tərif edirdilər.
Əlqissə, Qızılbaş o cəmi kəsir olan qoşunları ilə ki, orada basılıb və
qaçıb Arazı keçmişdilər, gedib o tayda təmam pərakəndə olub,
dağılmışdılar. Naibüssəltənə dəxi Ərdəbildə Fətəli şahın hüzuruna
getmişdi. O dəmlərdə ki, şah özü həm Ərdəbildən köçüb, Əhər
qəsəbəsinin yanında Təviləyi-Şam adlı məhəldə düşüb təvəqqüf edirdi.
Orada şah ilə mülaqat edib, bir para sərkərdələrindən və qoşunun-dan
şikayət edib, Rusiya dövlətinin sipahını və sərkərdələrini şaha tərif
eləmişdi. Ondan (sonra) oradan Təbriz və Tehran canibinə azim
olmuşdular. Paskeviç sərdar dəxi o səfərdə gəlib Qarabağa Təxti-
225
tavusda ki, Dizaq mahalında və Quru çay üstə bir məhəldi, orada qoşun
ilə bir müddət əyləndi. Çərəkən kənarında bir ay yarıım dayandı. Əlhəqq
Məlik Aslan bəy Dizaqi o vaxtdan sərdar Paskeviç xidmətində çox layiqli
xidmətlər eləmişdi. Orada qoşuna nabələd vaxtı çox tüncü və tədarükat
hazırlayıb, sərdarı və qoşunu məmnun və razı eləmişdi. Bir növ ilə sərdar
feldmarşal Varşavda olanda dəxi onu razılıq ilə yad etmiş və xatırlamış,
oğlu kapitan Firudin bəyə o mükafata görə çox iltifat və mərhəmətlər
eləmişdi.
Əlqissə, haman vaxtlarda ki, Paskeviç sərdar qoşun ilə Qarabağda
dayanırdı, onda Mustafa xan hənuz Şirvanda, Hüseyn xan dəxi Şəkidə öz
hökumətlərində var idilər. O hallarda Hüseyn xan şəkilinin qardaşı Hacı
xan Şəkidən qoşun fərahəm edib, gəlib Goran çaymda Mirzə Adıgözəl
bəyin obalarını çapıb, əlavə bir para kəndləri qarət və nəhib edib,
aparmışdı. Mustafa xan dəxi Şirvandan kamali-asayiş ilə xudsər köçüb,
öz evinə Qaradağa getmişdi. Amma Hüseyn xan hənuz Şəkidə məqs
qalmışdı, ta ki, sərdar Paskeviç bu tərəfdən qoşun ilə gedib, Nuxanın üç
ağaclığına yetişən vaxtda Hüseyn xan tabi-müqavimət gətirməyib,
Şəkidən fərar edib, Arazdan keçib, İran dövlətinə getdi. Paskeviç sərdar
dəxi Arazdan Qaradağ ölkəsinə übur edib, oradan çox çəpavül və qəsbi-
qarət və əsir gətirib, Qarabağda xalqı cabəca və xatircəm edib, ondan
izafə ləşkərini götürüb, Tiflisə azim oldu. Ondan sonra bir dəfə dəxi
general Mədətov Qarabağ və Şirvanat qoşunlarını cəm qılıb, soldatı dəxi
götürüb, Arazı keçib, Mişkinədək gedib, Mişkin və Qaradağdan külli
qarət və çapavul edib, Şahsevən xanlarım müti edib, onlara xəyanət
fikrinə düşmə-məkdən (ötrü) aid verdirib, sonra oradan müraciət etdi ki,
ona da Mişkin çapqmı deyərlər. Hənuz, əlsəneyi-əvamda məzkur və
məşhurdur. Mədətov general dəxi oradan qayıdandan sonra Tiflisə getdi.
Təhiyyeyi-tədarük bina edirdi ki, bahar fəsli olanda İran tərəfmə əzimət
etsin. Sərdar Yermolov tədarükati-şayan və istedadi-fıravan ilə Mədətovu
yola saldı ki, İran səfərinə getsin. Mədətov dəxi Xudafərin körpüsünədək
gəlmişdi. Qızılbaş dəxi istiqbal edib; bazari-kiridar gərm olub, binayi-
mərikə başlanmışdı ki, Yermolov sərdarlıqdan məzur olub, Paskeviç
sərdarlıq ümurunda istiqlal buldu. Baş sərdarhğa təkyə qıldı. Bəd əz an
polkovnik knyaz Abxazovu bu vilayətlərə naçalnik və hakim pəst qılıb,
Mədətovun ziri-hökmündə olan qoşunları təmam
226
general Pankratova tapşırdı. Abxazovun ştab naçalniyi edib, beş günədək
Tiflisdən Xudafərin körpüsündə olan orduya özün yetirib, gecə yatıb,
işləri Mədətovdan alıb, sübh Mədətovu Tiflisə yola salıb, qoşunu oradan
köçürüb, qayıdıb gəlib Vərəndə mahalının Qozlu çayına daxil oldu.
Sərdar Paskeviç özü dəxi tədarükati-şəyan ilə İrəvan səmtinə hərəkət
edib, o sahətləri təsxir etməyə müsənnəm oldu, İrəvan sərdarı Hüseyn xan
sərdar hər tamam ilatı köçürüb, yalnız bir Sərdarabad və bir də İrəvan
qalasım mühafızət etməkdən ötrü qardaşı Həsən xanı qala içində qoyub,
özü ətraflarda gəzirdi. Bu əsnada, general-mayor sahibi-həmail
Mehdiqulu xan hakimi-Qarabağ ki, o vaxtlarda Daral-gözdə idi, Paskeviç
ilə amadu-rəfti vaqe olub, İran dövlətindən rugər-danlıq qılıb, yenə bu
dövlətin itaətinə gəlmək istədi. Knyaz Abxazov Pankratov ilə mühavirə
və müşavirə edib, iki batalyon qoşun götürüb gedib, Ağ karvansarada ki,
şul vaxtda iki sərhədi-dövləteyn idi, Mehdiqulu xanı (oradan) götürüb,
xatircəmliklər verib, öz təvabei və ləvahədləri ilə köçürməyə məşğul
oldular. Pəs o halda Ehsan xan Naxçıvani ki, haman vaxt qoşun ilə
Abbasabad qalasının mühafızət edəni idi, xəbərdar olub, knyaz
Abxazovun yanına adam göndərib, hali etmişdi ki, bu səmtə gəlsin ki,
mütəvəcce olan kimi qalanı onlara təslim edirəm. Bundan sonra əhvalı bu
növ görəndə, tutiya və təmhid edib, amma sərdarın izni olmamağa binaən
cürət etmədilər. O dəmdə oradan Abbasabad səmtinə getmədilər. Qayıdıb
Qarabağa gəlib, buradan macəranı sərdar hüzuruna ərizədaş qıldılar.
Sərdar Paskeviç bu xəbəri eşidən zamanda İrəvan təsxirdən əl çəkib,
Abbasabad səmtinə hərəkət elədi. Əmnai-dövləti-Qızılbaşiyyə bu əhvalı
istima edən kimi Məhəmmədəmin xan Qacar neçə əlavə xanlar, çoxlu
qoşun və sərbazi-bəxtiyari ilə Abbasabad qalasına irsal qıldılar. İxtiyari-
qəleyi Abbasabad Ehsan xandan səlb olundu. Sərdar Paskeviç gəlib,
Abbas-abadı mühasirə etdi. Naibüssəltənə dəxi o tərəfdən əsakiri-firavan
ilə gəlib, qənşərə nümayan oldu. Pəs, Paskeviç əvvəl suvariye-Qazağı,
sonra əqəbincə soldatı müqərrər etdi ki, Abbas Mirzəyə müqabil gedələr.
Onlar Arazdan übur edib getdilər. O tayda Abbas Mirzə ilə cəng və dava
etdilər. Az zamanda Abbas Mirzə məğlub oldu. Əsakiri-Rusiya qayıdıb,
qalanm çar ətrafmdan yürüşə başladılar. Xəndəklər qazıb sibələr
yeritdilər. Çün əhaliyi-qala Abbas Mirzənin imdadından məyus olub və
sibənin yaxınlaşmağını gördülər. Ehsan xanı da
227
Dostları ilə paylaş: |