özlərinə qarşı xain bilib, qalanı təslinı etməyə razı oldular. Pəs qala
müsəxxər olandan sonra ki, orada olan təmam top və tədarükat və
anbarlar təsərrüfə gəldi, sərdar qalada olan Məhəmmədəmin xanı və baqi
xanları və sərbazı əsir edib Qarabağ yolundan Tiflisə rəvanə elədi. Ehsan
xanı xidmətinin əvəzində Naxçıvanda naib edib, ondan sonra qəleyi-
Abbasabadda kurval (qalabəyi) təyin edib, havanın yay fəslində hərarət
ifrat olmaq səbəbinə oradan köçüb qoşun ilə Qarabağ yaylağma gəlib,
orada aram və asayiş binası qoydu. Sonra Abbas Mirzə eşitdi ki, təxribi-
binayi-qəla üçün Rusiya tərəfındən böyük toplar gətirirlər. Rəqəmlər
(əmrlər) yazıb, Arazın o tərəfindən ilqar edib, Avaran nam məhəldə
Rusiya qoşunu ilə bir əzim cəngi-sultani edib, hər iki canibdən rəşadət və
cəladət zühura gəlib, amma susuz-luq cəhətinə soldata çox zərər
yetişmişdi. General Krasovskiyə necə güllə dəyib, şahzadə buna iktifa
edib, çox şad və xürrəm olub, ora-dan qayıdıb, azimi-darüssəfayi-Xoya
varid olmuşdu. Elə ki sərdar Paskeviç Qarababa yaylağmda bu hadisəni
eşitdi, ehmal və isqah orada qoyub, o kirü dara azim oldu, ta sərdar oraya
yetişənədək, şahzadə çıxıb getmişdi. Sərdar oradan topları götürüb,
əvvəla Sərdarabad qalasını tupayi-atəşbar sədamati ilə viran və yer ilə
yeksan edib, müsəxxər elədi. Oradan çox hədsiz zəxirə və tədarük və
bünə təsərrüfə gətirdi. Ondan fariq olandan sonra İrəvan qalasma rəvanə
oldu. Və oradan dəxi bir neçə gün nayireyi-qital və atəşi-cəng və cidal
şölələnib, haman əjdahədəm olan toplar ilə qəleyi-İrəvanm bürc-barısmı
dağıdıb əhaliyi-şəhr çox səy və təlaş əmələ gətirib, istədilər ki, guşişi-
təmam ilə mane ola bilələr. Məqdur və müyəssər olmadı. Nəhayət, Həsən
xan və sair ümərayi-İran dəstgir və qəleyi İrəvan məftuh və təsxir olurdu.
Sərdar oraları təsərrüfə gətirib, tənzim və tənsiq etdikdən sonra qoşununu
cəm edib, əşhəbi-əziməti-Xoy səm-tinə kərəmi-cövlan elədi. Qarababa
yaylağmda olan qoşuna ki, knyaz Eristov sərkərdə idi. Hökm qıldı ki,
Təbriz canibinə ərəqraz şitab olsun. Özü Arazı keçib, gedib bir az
müddətdə Xoy vilayətini müsəxxər etmişdi. Knyaz Eristov dəxi bi cəngi-
cidal və biduni-sitizə və qital sahəti-Təbrizi öz ixtiyarına keçirdi
1
. Abbas
Mirzənin cəmiyyətləri pərakəndə olub, özü nəhayət şərməndəlik ilə
Marağa hüdudunda
__________
1
Rus qoşunları 13 oktyabr 1827-ci ildə Təbrizə girdilər. 226
228
övqat keçirirdi. Sərdar Paskeviç daxili-Dehxarqan olmuşdu. Hərçənd
Abbas Mirzə tədbir etdi, dəxi bundan savayı çarə bilməyib, bir neçə nəfər
üməraların ittifaqı ilə birlikdə sərdarm hüzuruna azim oldu. Sərdar
Paskeviç dəxi təzim və təkrimdə dəqiqeyi-naməri etməyib, o ki lazımeyi-
rəviyyə və rəftar idi, əmələ gətirib, müddəti-mədid bir yerdə qaldılar.
Aralannda müsalehə və sərhəd və qəramətdən ötrü müşavirə və damşıqlar
çox vaqe olub, şah dəfül-vaxt edərdi, razı olmazdı
1
. Axırda bunlar bir-biri
ilə danışıq və məsləhətlər edib, ayrıldılar. Sərdar darülsəltəneyi-Təbrizə
gəldi. Abbas Mirzə öz məmalikinə azim oldu. Miyanlarında əqdi-irtibati-
möhkəm və rişteyi-ülfət və ixtilat müstəhkəm idi. Dedilər ki, bu binayi-
müsalihəni təxrib edən, şahdan qeyri-bir əhəd deyildir. Pəs sərdar
vilayətlərə, özünün qalib qoşunlarına hökmlər yazıb, avazələr saldılar ki,
buni-saf şahın öz darül-xilafəsinə lazımdır gedəm və paytaxtı olan şəhəri
gərək zəbt edəm. Naibüssəltənə dəxi atasma yazıb, bu sadir olan əhvalatı
izhar edirdi. Əxbar etdi ki, sərdar şimdi nagəhan bəla kimi üstünə
gəlməkdədir
2
. Axır ki, şah dəxi müsalihəyə razı olub, Türkmənçay adlı
məhəldə müsaliheyi-möhkəm vaqe oldu
3
. Araz çayının sərhədi-
dövləteyni-əliyyəteyn qərar qoyub, yeddi kürur pul cərimə verməyə razı
oldular
4
. Neçə məşrutat və müahidat edib, Xoy vilayətini cərimə ödənən
zamanadək rəhn və girov aldılar. Bundan sonra cərimə pulu gəlib çıxdı.
Ondan sonra Xoyu da mübaşirini-dövləti İrana həvalə edib, sərdari-
valatabar qoşunu götürüb, darüssürur Tiflisə müraciət etdi. Qalib və
müzəffər gəlib, Gürcüstana varid oldu. Dəxi o müddətdən şimdiyədək
vilayət kəmali-asayiş və fəraqət ilə aram və istiqrar tutub, günbəgün abad
olmaqdadır. Şimdi xəlayiqi-padşahi-zillüllah aləm pənahın zilli-
himayəsində kəmali-rahətlik və asudəlik ilə məişət və güzəran edib,
əmnai-dövləti-əliyyənin əmr və dövlətlərinə duagu vardırlar. Həqq-
sübhanə və təala bu dövləti-daimül-qərarı ədalət və mürüvvət ilə daim və
əbədi etsin. Amin, ya müin.
__________
1
Danışıqlar 7 noyabr 1827-ci ildə başladı. İngiltərə və Türkiyənin təkidi ilə şah
danışıqları uzadırdı, çünki Türkiyə tezliklə Rusiyaya müharibə elan edəcəyini şaha söz
vermişdi.
2
Rus qoşunları bu müddətdə, yəni 28 yanvar 1828-ci ildə Urmiyanı, 8 fevralda
Ərdəbili tutdular.
3
Türkmənçay sülh müqaviləsi 10 fevral 1828-ci ildə bağlandı.
4
Müqaviləyə görə İran Rusiyaya 20 mln. manat gümüş pul verməli idi.
229
XATİMƏ
XƏVANİNİ-MƏRHUMEYNİN
MÜDDƏTİ-HÖKUMƏTLƏRİNİ VƏ
QARABAĞDA OLAN TƏMİRATLARINI VƏ
MÜDDƏTİ-HÖKUMƏTLƏRİNDƏ
ASAR VƏ ADƏTLƏRİNİ BƏYAN EDİR
Çün səneyi 1160/1747 tarixi-islamiyyədə Nadir şahı Xorasanda qətlə
yetirdilər. Pənah xan mərhum ki, neçə il ondan irəli Nadir şahdan qaçıb
Qarabağa gəlmişdi. Məxfı dağlarda və meşələrdə quldur sayağmda
dolanıb, övqat keçirirdi. Elə ki haman ildə Nadir şah məqtul oldu, Pənah
xan qorxudan çıxıb, bənayi-hökumət xəyalına düşdü. Haman ildə, Bayat
qalasını bina qoyub, xanlıq iddiasına başladı. Nadir şah məqtul olandan
sonra Cavanşir və qeyri ellər ki, Nadir şah buradan onları köçürüb
Xorasan məmləkətinə və Sərəxs torpağına aparmışdı. Pənah xanın evi və
əyalı dəxi onların içində idilər. Təmamən köçüb birgə öz məkanları və
vətənləri Qarabağa gəldilər. Xorasanda dəxi Nadir şahın qardaşı oğlu
Əliqulu xan cülus edib, özünə Adil şah ləqəb qoyub, Nadir şahın
məsnədində əyləşdi. Əmiraslan xanı hakim və sərdar edib, Azərbaycana
mənsub edib, gəlib Təbriz şəhərində oturdu. Onun Pənah xan ilə ülfəti
vaqe olub, vəsatət etdi. Adil şahdan Pənah xana xanlıq fərmanı verilib,
1161 (1748)-ci ildə Qarabağda hökumətə başlayıb, ətraf və əknaf
mahalati-Qarabağı təsərrüfə götürməyə avaz etdi. Bir az zamanda
Qarabağa təsəllüd tapıb, müddəti - 12 il Qarabağda istiqlal və hökumət
etdi. 1168 (1755)-ci ildə Pənah xan Bayat bazarı mülkünü əsil malikləri
Behbudəli bəy və Pənahəli bəy övladi-Sədrəddin sultan vələdi-
Məhəmməd xan sultandan satın alıb, 1168-ci ilin zilhiccə ayında qəbalə
həm yazılıb, qəbaləsi Mehdiqulu xan evində bu dəqiqə durur. Ondan 4 il
Bayat qalasında oturub, sonra isti və aran zəmin olduğu üçün orada
güzəran düşvar olmağa görə köçüb, Tərnəkütə gəlib və 1165 (1751)
tarixdə dəxi Şahbulaq adlanan məhəldə Tərnəküt qalasını bina və təmir
edib, orada sakin oldu. Ondan sonra istiqlal və ixtiyarı və calalı artıq
olub, mahalati-xəmseyi-əraminə və qeyri ilat və dihati-Qarabağ ona müti
oldular. Bəd əz an 1170 sənədə Vərəndə məliki Məlik Şahnəzərin və
pareyi-
230
Dostları ilə paylaş: |