RZAQULU BƏY MİRZƏ CAMAL OĞLU
PƏNAH XAN
VƏ İBRAHİM XANIN
QARABAĞDA
HAKİMİYYƏTLƏRİ
VƏ O ZAMANİN HADİSƏLƏRİ
237
RZAQULU BƏY MİRZƏ CAMAL OĞLU
Rzaqulu bəylə Mirzə Camal oğlu Vəzirovun həyatı yaxşı
öyrənilməmişdir. Mənbələrdən məlumdur ki, o, XIX əsrin əvvəllərində
Tiflis şəhərində praporşik vəzifəsində işləmişdir. Adolf Berje Mirzə
Camalın "Qarabağ tarixi" əsərini ruscaya tərcüme edib 1855-ci ildə
"Kavkaz" qəzetində çap edərkən Rzaqulu bəydən atasının tərcümeyi-
halını almışdır. A.Berje yazır ki, onu Rzaqulu bəylə Mirzə Fətəli
Axundov tanış etmişdir.
Rzaqulu bəy özü yazdığı kimi atası Mirzə Camalın "Qarabağ tarixi"ni
xülasə etmiş və əsərə bəzi əlavələr etmişdir. Rzaqulu bəy ədəbiyyat tarixi
üçün elmi maraq doğuran daha iki əsər yazmışdır:
1. "Müqəddimati-keyfiyyəti bəzi əhvalat və sərgüzəşti Axund Molla
Əlipənah Vaqif təxəllüs".
2. "Müqəddimati-sərgüzəşti Qasımbəy Zakir təxəllüs mərhumun bəzi
əhvalatları". Rzaqulu bəy Mirzə Camal oğlu Vəzirovun oxuculara təqdim
olunan həmin əsəri Azərbaycan SSR EA-nın Əlyazmaları İnstitutunda
mühafizə olunan (B-470 nömrəli şifrli, inv.
№
2088) farsca əlyazma-
sından tərcümə olunmuşdur.
238
...Əql və bilik sahiblərinə gizlin və örtülü deyildir ki, hər vilayətin
keçmiş vaqiələrini, hadisələrini, vəziyyət və keyfiyyətini bilib, onlardan
xəbərdar olmaq məlumatın artmasına səbəbdir. Xüsusən bu, qüdrətli
hakimlər üçün çox faydalıdır.
Ona görə də bu həqir fədakarın atası Qafqaz məmləkətinin məşhur
adlı-sanlı alimləri və Rusiyamn şövkətli dövlətinin qədim sədaqətli
işçilərindən olan Qarabağ vilayətinin xanları dövründə həmişə
səlahiyyətli kargüzar olub, yüksək və şövkətli dövlət başçılarının yanında
xidmət etmiş, əziz və möhtərəm tutulan vəzir Mirzə Camal bəy Cavanşir
dövlət başçılarma öz məhəbbət və bəndəliyini göstərmək məqsədilə
Qarabağ vilayətinin əhvalatını doğru və dolğun bir tarix şəklində yazıb,
onların şanlı hüzurlarma təqdim etmiş, lütf və ehsanə nail olmuşdu.
Şərafətli və yüksək nəslə mənsub olan hökmdar, şahzadə Velikii
knyazın - onun yüksək olan calalı daimi olsun - vücudu bu ölkelərin
ümidvar və başıuca olmaq istəyən əhalisi üzərinə şahın iltifat nurunu
saçdığı sədaqətli bir dövrdə bu fədakar praporşik Rzaqulu bəy mərhum
Mirzə Camal bəy oğlu yuxarıda adı çəkilən öz atasının yolu ilə getməyi
vacib bilərək, onun yazdığı tarixi, oxucunun şövqini artıran xoş və qəşəng
ibarələrlə xülasə edib, əlahəzrət şövkətli və şərufetli şahzadəyə - onun
yüksək olan calalı daimi olsun - hədiyyə etdi ki, yazdığı bu tarix
vasitəsilə bu fədakarın yüksək və şövkətli dövlətə qarşı olan qədim
sədaqətli və bəndəliyi onun günəş əsərli nəzərinə çatsın. Xoşlayıb qəbul
edəcəyinə və hədiyyənin kiçikliyinə göz yumacağına ümidvaram.
B ey t:
Bağışlamaq Süleymana bir çəyirtkə ayağın
Eyb olsa da, lakin bu iş qarışqa üçün hünərdir.
239
QARABAĞ VİLAYƏTİNİN VƏZİYYƏTİ,
SƏRHƏDLƏRİ VƏ İQLİMİ HAQQINDA
Qədim tarixlərdə yazıldığı üzrə Qarabağ vilayəti Araz çayının
Xudafərin körpüsündən, indi Qazaxla Dəmirçi Həsənli (kəndi) arasında
sərhəd olan və Rusiya dövlət başçılarının Qızıl körpü və ya Krasnıy most
dedikləri Sınıq körpüyə qədər olan məsafədən ibarətdir. Qərb tərəfi
Qarabağ dağları, Gəncə, Şəmsəddin, Qazax mahalıdır. Cənub tərəfi Araz
çayı; şimal tərəfi Kür çayı, Şərq tərəfi isə Cavad kəndidir ki, burada Kür
və Araz çayları birləşərək, gedib Xəzər dənizinə tökülür.
Nəhayət, vilayətdə baş verən iğtişaşlarla əlaqədar olaraq İran, Rum və
Türküstan padşahları buralara gəlib bu vilayətləri ələ keçir-dikdə əlahiddə
sərhədlər qoymuş, qalalar tikdirmiş və onlara ayrı-ayrı adlar vermişlər.
Hal-hazırda, Qarabağın müəyyən edilmiş sərhədi cənub tərəfdən Araz
çayı və şimal tərəfdən Gəncə sərhədində olan Kür çayıdır. Qarabağ
vilayətinin eni bu iki çay arasındakı məsafədən ibarətdir. Xanlar
dövründə ölçülüb hesablandığı üzrə 26 mildir (1 mil 7 verstdir). Şərq
tərəfdən Cavad kəndi və qərb tərəfdən Güşbək, Salvartı və Ərikli adlanan
Qarabağ dağlarıdır. Qarabağ vilayətinin uzununu təşkil edən bu dağların
boyu 39 mildir.
Qarabağ vilayəti Aran məmləkəti vilayətlərindən biridir. Nuh
peyğəmbərin tufanından uzun müddət keçdikdən sonra Kür və Araz
çayları arasında Tiflis, İrəvan, Gəncə, Naxçıvan, Ordubad, Qarabağ
torpağında olan Bərdə və Bəyləqan (indi Bəyləqan şəhəri xarabadır və
Bərdə şəhərinin yerində Bərdə rəiyyətindən bir kəndin əhalisi qədər
camaat qalmışdır) şəhərlərindən ibarət nə qədər vilayət və şəhərlər varsa,
hamısma Aran demişlər. Nuhpeyğəmbərin övlad və nəvələrindən Aran
adlı birisi bu vilayətlərdə hökmranlıq etmiş və özünün adını bu mülkə və
vilayətlərə qoymuşdur.
Qarabağda ilk əvvəl bina olunmuş şəhər Bərdə şəhəri və qalasıdır.
Bərdə Tərtər çayının başında, cənub tərəfdən Kürün 3 verstliyindədir.
Lakin hicri 36-cı (miladi 656-657-ci illərdə) bəniümeyyə xəlifələrinin
Dəməşqdə xəlifəlik etdikləri dövrdə Bərdə şəhərinin əhalisi müsəlman
oldu.
240
Ondan sonra Bəyləqan şəhəridir. Bu şəhəri İran və Fars
padşahlarından Qubad padşah, təxminən 1500 il bundan əvvəl bina
etdirmişdir. Araz çayınmdan bir böyük arx çəkdirmişdir. Bu arx,
Köndələn çayından tutmuş Qarqar çayına qədər Bəyləqanın təxminən 6
ağacdan ibarət olan geniş səhrasını suvarırdı. Qubad padşah bu səhrada
kəndlər saldırmış, rəiyyətlərə yer və məskən vermişdi. Bu yerlər başdan-
ayağa əkin və bağ idi. Haman arxın adı qədim tarixlərdə Barlas idi, indi
isə Kovurarx adı ilə məşhurdur. Bu şəhər, kəndlər və arx Çingiz xanın
dövrünə qədər abad idi.
Monqol Çingiz xanın qoşunu hicri 635-ci, miladi 1239-cu ildə
1
gəlib
buranı mühasirə etmiş və bir neçə aydan sonra şəhəri tutaraq bütün
xalqını qırdı. Bu vilayətin kəndliləri isə Qarabağ və Şirvan dağlarına
dağıldılar. Bəyləqan şəhəri və haman böyük arx, Teymurun Türküstandan
Rum vilayəti üzərinə hücum edərək müharibədə oranın hakimi Soltan
Bayazidə qalib gəlincəyə qədər xaraba halında idi. Teymur oradan
qayıtdığı zaman Bəyləqanı yenə əvvəlki kimi abad etdi. Oraya çoxlu əhali
topladı və haman arxı təkrar şəhərə çəkdirdi. Bir müddət bura abad idi.
Səfəvi padşahları və Nadir şah dövründə qoşunların Gürcüstan və Şirvan
tərəflərinə yürüşündən və Tiflis, Gəncə, Qarabağ, İrəvan və Naxçıvanı
zəbt etmiş osmanh dövləti qoşunları ilə edilən müharibədən Bəyləqan
təkrar viran oldu və əhalisi dağıldı. İndi arx xaraba halındadır.
Doğrudan da bu çox mənfəət verən böyük bir arx idi. Bu arxdan
suvarılan taxıl, çəltik və pambıq əkinləri, ipək qurdu üçün salınmış tut
bağları və başqa bitkilərin zəmiləri bol məhsul verə bilər. Demək olar ki,
bir çetvert
2
buğdadan 20 çetvertdən artıq məhsul əldə etmək olar.
Xüsusilə, çəltik və darı əkilərsə, təxminən bir çetvertindən əlli çetvertdən
artıq məhsul götürmək olar. Əkməyi də asandır. Belə ki, bu işi iki baş
öküzlə yaxşıca görmək olar. Əgər bu yerlərdə qayda-qanunla arxlar
çəkilsə, yəqin ki, 5-6 min ailə özləri üçün kəndlər və bağlar salaraq gen-
bol yaşaya bilərlər.
Bu böyük arxdan başqa, qədim zamanlarda Araz çayından Bəyləqan
şəhəri çölünə bir neçə arx da çəkdirilmişdi. Hər arxın başında
1
Hicri 635 - miladi 1237-1238
2
Bir çetvert-250 puddur.
241
Dostları ilə paylaş: |