xəlil ağa bir neçə müddətdən sonra atasının dalınca Qarabağa gəlib, həmişə onun
yanında yaşayırdı. 2-3 il bu qayda üzrə dolandı.
Hicri 1160 (1747)-cı ildə Nadir şah öldürüldükdən sonra Pənah xan
Qarabağın yerdə qalmış əhalisi içərisində meydana çıxdı. Bacarıqlı cavanları
başına toplayıb, Gəncə və Naxçıvan tərəflərini qarətə başladı. Yanında olan
cavanların və yaxm adamlarının hamısınınvəziyyətini yaxşılaşdırdı. Onları at,
paltar və mal sahibi etdi.
Bu zaman şahın əmri ilə köçürülüb, Xorasana aparılmış Cavanşir və sair
ellərin adamları özbaşına köçüb, vətənləri olan Qarabağ vilayətinə gəlmələri
xəbəri Pənah xana yetişdi. Pənah xan yanında olan adamları götürüb,
Azərbaycan və İraq sərhədlərinə kimi onları qarşılamağa getdi. Hamı bir-birləri
ilə görüşdü. Cavanşirin və başqa yerlərin elləri, qohum və dostlar Pənah xanı
səlamət görüb, xoşhal və şad oldular və Pənah xanla birlikdə Qarabağ torpağına
daxil olub, hər kəs öz yurduna gedib rahatlandı.
Ellərin əhalisi bütünlüklə qarət olunub yoxsul vəziyyətə düşdüklərindən
mərhum Pənah xan ellərin və qohum-qardaşlarının bacarıqlı cavanlarını öz
başına toplayıb hamısınm vəziyyətini yaxşılaşdınb varlandırdı. Əhalinin bəzisinə
mal, at və xalat bağışlamaqla, itaət etmək istəməyənləri isə tutmaq və öldürmək
vasitəsilə özünə tabe etdi. Cavanşir, Otuziki başqa ellər və kəndlərin əhalisindən
heç biri onun hökmündən çıxa bilməzdi.
Şirvan və Şəki hakimləri Pənah xanın Qarabağda bu cür müstəqil olduğunu
görərək, onu özlərinə zərərli bildilər və mərhum Pənah xanı məhv etmək üçün
aralarında ittifaq yaratdılar. Pənah xan hələ Qarabağın Xəmsə mahalları ona tabe
olmadığı zaman, ətraf xanların ona hücum edəcəkləri ehtimalını nəzərdə tutaraq,
evini, əyalını, qohumlarını, qulluqçularını, yaxın adamlarını və böyükləri
qorumaq üçün münasib yerdə bir qala tikdirməyi zəruri hesab edirdi. Yaxın
adamları ilə müşavirədən sonra indi Kəbirli mahalında olan Bayat qalasının
binasını qoydu. Az müddət içərisində onun ətrafına möhkəm hasar və xəndək
çəkdirdi. Bu qalada bazar, hamam və məscid tikdirdi. Bütün ailəsini, qohum-
qardaşını və elin böyük adamlarını oraya yığdı. Ətrafdan da, hətta Təbriz və
Ərdəbil vilayətlərindən mərhum Pənah xanın tərəqqisini, onun rəftar və
məhəbbətini eşidən, çoxlu sənət sahibləri öz ailələri ilə birlikdə gəlib, Bayat
qalasında yerləşdilər. Bayat qalası hicri 1161 (1748)-ci ildə tikildi.
245
Mərhum Pənah xan Bayat qalasını möhkəmləndirib, oraya çoxlu adam
topladıqdan sonra onun adamlarından və qoşunundan çoxlu zərər görmüş,
Şirvan və Şəki hakimləri öz aralarında Pənah xana qarşı birləşərək, Bayat
qalası üstünə gəlib, oranı mühasirəyə aldılar.
Mərhum Pənah xan adlı-sanlı atlıları, özünün igid qohum-qardaş və
bacarıqlı nökərləri ilə hər 2-3 gündən bir qaladan dışarı çıxaraq, qala ilə
düşmən qoşunu arasında olan geniş meydanda dava edib, qəhrəmanlıqlar
göstərir və döyüşdə Şirvan və Şəki qoşunlarına qalib gələrək yenə qalaya
qayıdırdı. Şəki və Şirvan xanları heç bir iş görə bilmədilər. Mühasirənin
müddəti bir aydan çox çəkdi. Hər gün qoşunlarının qırılmasını, atlarının
və ulaqlarının qarət olunmasını görən xanlar peşman və pərişan halda
köçüb, hərə öz vilayətinə qayıtdı. Qayıdan zaman Şəki hakimi Hacı
Çələbi bu sözləri dedi: “Pənah xan bir xan idi. Biz gəlib onunla dava
etdik və heç bir iş də görə bilmədik. Biz indi onu şah edib qayıdırıq”.
Bu hadisədən sonra mərhum Pənah xanın işi, istiqlalı, hökuməti
yüksəlməyə üz qoydu. O, Xəmsə mahallarını özünə tabe etmək fikrinə
düşdü.
XƏMSƏ MAHALLARINI TABE ETMƏK
MƏSƏLƏSİ HAQQINDA
Əvvələn, Vərəndə mahalınm qədim məliki olan Məlik Şahnəzər,
Çiləbörd, Talış və Dizaq mahallarınm məlikləri ilə ədavəti və
düşmənçiliyi olduğundan mərhum Pənah xana tabe olmaq təkliflni qəbul
etdi və ona olduqca sədaqət və səmimiyyət göstərdi. Pənah xan da belə
böyük və hörmətli və dövlətli şəxsin tabe olmasını özü üçün xoşbəxtlik
sanıb, ona qarşı hörmət və ehtiramı gündən-günə artırırdı.
Xaçın mahalının məliki bir neçə müddət düşmənçilik edib, tabe
olmamağa cəhd etdisə də, nəhayət, təslim olub, Pənah xana itaət etdi.
Pənah xan onu ata-babasmdan qalmış, indi də mövcud olan əlahiddə
mülkünə məlik etdi. Xaçm mahalmm bütün əhalisi Pənah xana tabe
oldular və tapşırılan xidmətləri düzgün yerinə yetirməyə başladılar.
Dizaq, Çiləbörd və Talış mahallannın məlikləri bir neçə ili düşmənçiliklə
başa verdilər. Nəhayət, (xan, onları da) öldürmək, qarət etmək və s.
lazımi tədbirlərlə özünə tabe etdi.
246
Bayat qalasında beş il qaldıqdan sonra ətrafı düşmən bürüdüyündən,
Bayat qalasında qalmaq həmişəlik şəhər salmaq və qala tikdirmək
məsləhət bilinmədi. Dava zamanı Qarabağ elləri mal və heyvanlarını
düşmən ziyanından möhkəm, keçilməz dağlarda qoruya bilmələri üçün
Qarabağ dağlanna bitişik bir yerdə qala tikilməsi lazım bilindi.
Ən əwəl Şahbulaq üsründə olan, mərhum Pənah xanla daima
düşmənçilik edən Xaçın mahalı əhalisinin fəsadını aradan qaldırmaq
məsələsi vacib olduğundan (xan) ath və piyada qoşunla onlann üstünə
getdi. Xaçın mahalının iki min nəfər tüfənglidən ibarət olan əhalisi öz
ailələri ilə birlikdə Balhqaya ətrafında keçilməsi çətin olan bir yerdə
sığınacaq və səngər qurub Pənah xana qarşı dava etməyə hazırlaşdılar.
Mərhum Pənah xan onların səngərlərinə yürüş etdi. Hər iki tərəfin qoşunu
üç gün ara vermədən vuruşdu, üçüncü gün Pənah xan onların səngərlərini
tutdu. Onlann kişilərindənbir qədərini öldürdü...
Belə bir keçilməz, möhkəm yerin və iki min nəfər tüfənglinin səngəri
Pənah xanın əlinə keçdikdən sonra ətrafdakı əhalinin və Xəmsə mahalları
camaatımn canına qorxu düşdü. Onlar Pənah xanla gah sülh, gah da
düşmənçilik edirdilər. Çoxlu dövləti və camaatı olan Çiləbörd və Talış
mahallarmm qədim məlikləri olan Məlik Hətəm və Məlik Usub bəy
birləşərək, möhkəm və keçilməsi çətin olan yerlərdə Pənah xanla bir neçə
dəfə vuruşdular, gah qalib gəlib, gah da məğlub oldular. Bu surətlə,
Çiləbörd və Talış mahallarının əhalisi asudə dolanıb, əkin əkib, rahat
yaşaya bilməyirdilər. Həmişə davada idilər. Pənah xanın atlı və piyada
əsgərlərinin əlindən əziyyət çəkirdilər. Nəhayət, çətin keçilən yerlərdə,
dərin dərələrdə və yüksək dağlarda yaşamaqdan təngə gəlib, evlərini,
bağlarını və əkinlərini buraxıb ailələri ilə birlikdə cəlayi-vətən oldular.
Onlar Gəncə tərəfə qaçıb Şamxor mahalında və Gəncənin dağlıq
kəndlərində məskən saldılar. Bu yerlərdə onlar yeddi il qaldılar. Yeddi
ildən sonra İbrahim xanın Qarabağda müstəqil hakim olduğu və Qarabağ
vilayəti əhalisinin bürünlüklə ona tabe olduğu vaxtda Xaçın və Çiləbörd
mahallarının əhalisi də Qarabağa qayıdıb, ürəkdən ona tabe oldular. Onlar
xana qoşun və peşkəşdən başqa vergi vermirdilər. Xan dəxi onlara hörmət
göstərib xələt və ənam verməkdən müzaiqə etməzdi. Hər iki məlikin var-
dövləti, camaatı çox və heç bir şeyə ehtiyacları yox idi.
247
Dostları ilə paylaş: |