100-200 evdən ibarət böyük və abad kəndlər var idi. Bu kəndlər taxıl,
çəltik, ipək və pambıq məhsulundan çoxlu mənfəət əldə edirdilər.
Bəyləqan şəhəri 300 il bundan əwəl xarabalıq olduğuna baxmayaraq,
mərhum Pənah xan və İbrahim xan hakimiyyətinin ilk dövrlərində bu
arxlar abad idi, mərhum xanlar bu arxların gəlirindən faydalanırdılar.
Arxların adları belədir:
1. Kürək arxı; 2. Luvar arxı; 3. Meymənə arxı; 4. Gəmiçi arxı; 5. Sarı
arx; 6. Ayaz arxı; 7. Qaşqay arxı; 8. Xan arxı.
Doğrudan da Qarabağ vilayətinin abı-havası yaxşılıqda, təmizlikdə və
gəlirdə cənnət kimidir və olduqca məhsuldardır. Əgər Qarabağ vilayətinin
rəiyyətləri sair vilayətlərin rəiyyətləri kimi gəlir əldə etməyə və əkin
işlərinə səy və cəhd etsələr, həddindən artıq varla-narlar. Camaatın
tənbəlliyinə baxmayaraq, Qarabağ vilayəti Rusiya dövlətinin himayəsi
altına daxil olandan və İran dövləti ilə sülh bağlandığı tarixdən etibarən
hər tərəfdə rahatlıq və asudəlikdir.
Yüksək olan Allaha şükür olsun ki, Rusiyanın mərhəmətli böyük
imperatorunun və əziz xaqanının əbədi olan dövlətinin bərəkətindən
burada çoxlu bağlar salınmış, zəmilər əkilmiş, arxlar çəkilmiş, mal və
heyvan misli görünməmiş bir dərəcədə artmışdır. Adamlar çox zaman,
qədim vaxtlardan bəri Qarabağa mənsub olan ata-baba yaylaqlarına və
qışlaqlarına yiyələnə bilmirdilər. Şükür olsun Allaha, indi onlara sahib
olub, tam xatircəmlik və firavanlıqla yaşamağa nail olmuşlar. Onların
dövləti, mülkü, mal-qarası ildən-ilə artmaqda və yaşayışları
yaxşılaşmaqdadır. O cümlədən Şuşa şəhərini göstərmək olar. Şuşanın
bazarı, küçələri və ali imarətləri böyük imperatorun əbədi dövlətinin
sayəsində həddindən ziyadə genişlənmiş və artmışdır. Şuşa şəhərinin xoş
havası və qalasının möhkəmliyi məşhurdur. Onun misli heç bir
məmləkətdə görünməmişdir.
Allah rəhmli və ədalətli padşahın mərhəmətini bu yerin əhalisinin
başının üstündən əskik eləməsin. Əlahəzrət böyük imperatorun və əziz
vəliəhdin rəhm və mürvətini ümum sədaqətli nökərlərinə və
xidmətçilərinə aid eləsin. Padşahın vilayətinin əhalisinə bədbəxtlik və
səadətsizlik nəsib etməsin. Amin.
242
QARABAĞ VİLAYƏTİNİN
TƏBƏƏLİYİ HAQQINDA
İranda olan Səfəvi padşahlarının dövründə Qarabağ vilayətinin elləri,
Dizaq, Vərəndə, Xaçm, Talış və Çiləbörddən ibarət olan erməni Xəmsə
mahalları mərhum Nadir şahın dövrünə qədər Gəncə bəylər-bəyisinin
hökmünə tabe idi. Cavanşir, Otuziki və Bərgüşad elləri içərisində kiçik
xanlar olmuşsa da onların da hamısı Gəncə bəylərbəyisinin hökmünə tabe
idi. Mərhum Nadir şah Tiflis, Gəncə, İrəvan, Naxçıvan və Qarabağ
vilayətlərini Rum qoşununun və əhalisinin əlindən ahb öz ixtiyarına
keçirdikdən sonra Qarabağ vilayəti, az da olsa yenə bir müddət Gəncə
bəylərbəyisinin hökmünə tabe olaraq qalmışdı. Arabir Azərbaycan
sərdarının hökmü altına da düşürdü. Hər elin və mahalın özünəməxsus
xanı, məliki və sultanı var idi. Bunlar, Azərbaycan sərdarının əmri üzrə
padşahın xidmətini yerinə yetirirdilər. Bu vəziyyət Nadir şahın
öldürüldüyü 1160 (1747)-cı ilə qədər davam edirdi.
İBRAHİMXƏLİL AĞANIN OĞLU
MƏRHUM PƏNAH XAN CAVANŞİRİN
QARABAĞ VİLAYƏTİNDƏ MÜSTƏQİL
HÖKUMƏT SÜRMƏSİ HAQQINDA
Mərhum Pənah xanın əsil-nəsəbi Dizağın Cavanşir elindəndir. Bu el
qədim zamanlarda Türküstandan gəlmiş Bəhmənli elinin bir qolu olan
Sarıcalı oymağmdandır. Bu oymaq böyük Əfşar elindən, Əfşar eli dəxi
böyük Türkmən elindəndir. Qeyd etmək lazımdır ki, mərhum Pənah xan
hökumət qurmaq fikrinə düşdüyü zaman, Qarabağ kəndlərinin və
ellərinin əhalisini öz başına toplamağa başladı. İranda hökmü keçən
nüfuzlu, müstəqil padşah olmadığından, həm də Gəncə hakimi
1
öz
hökmünü Qarabağ ellərində və kəndlərində yeridə bilmədiyindən Pənah
xanın başına toplananlar, habelə Pənah xanın ələ keçirdiyi bütün
mahallar, o vaxtdan başlanmış, xanın ölən gününə qədər; həmçinin
mərhum İbrahim xanın müstəqil hökmranlıq etdiyi
__________
1
Qarabağ bəylərbəyliyi nəzərdə tutulur.
243
zamandan başlayaraq Qarabağ vilayətinin və Şuşa qalasının öz razılığı və
rəğbəti ilə müharibəsiz böyük Rusiya dövlətinə qoşulduğu günə qədər
1
heç bir padşaha, istər az və ya çox xərc və vergi verməmişlər.
Onların ata-babası Cavanşir eli içində çörəkli, adlı-sanlı və məşhur
adamlar olmuşlar. Nadir şah Qarabağ, Gəncə, Tiflis və İrəvanı ələ
keçirdiyi vaxtlarda ellər və kəndlərdə olan igid, iş bilən və bacarıqlı
adamları öyrənib, onları öz yanında qulluğa götürər, hörmət, mənsəb və
məvacib sahibi edərdi. O cümlədən Cavanşir elləri içində Pənahəli bəy
Sarıcalı Cavanşir adı ilə məşhur olan Pənah xan idi. O, bir çox məşhur
işlərdə ad qazanmışdı. Müharibədə öz tay-tuşundan hünərli idi. Xüsusən,
mərhum Nadir şahın Rum qoşunları ilə müharibəsində ad qazanmışdı.
Ona görə də Nadir şah Pənah xanı öz yanına aparmışdı. Pənah xan
sarayda və səfərdə sədaqətlə xidmət etməyə çalışırdı, mənsəb və hörmət
sahibi olaraq, özünə həvalə olunan işləri yerinə yetirirdi.
Neçə müddət bu qayda ilə çalışdıqdan sonra Nadirin ona qarşı
mərhəməti artdı. Öz tay-tuşunun arasmda rütbə və mənsəb cəhətdən
yüksək mövqe qazandı. Şahın sarayında olan bir para fitnəkarlar və
Qarabağ ellərinin Xorasanda olan bəzi kəndxudaları paxılhqdan gizlində
və aşkarda xanın pisliyinə o qədər damşırlar ki, axırda Nadir şahın ürəyi
Pənah xandan soyudu. İşin həqiqətini bilən Pənah xan, canınm
qorxusundan şahın Xorasanda olmasmdan istifadə edərək, yaxm
adamlarından və qohumlarından bir neçə nəfərin özü ilə götürüb hicri
1156 (1743)-cı ildə qaçıb Qarabağ vilayətinə gəldi.
Onun qaçmasından xəbər tutan şah, bəlkə yolda tutarlar deyə, ardınca
athlar saldırdı. Azərbaycan sərdarına, Gəncə, Tiflis və Şirvan hakimlərinə
təkidlə fərmanlar yazıb hökm etdi ki, Pənah xanı hər yerdə tapsalar, tutub
şahın hüzuruna göndərsinlər.
Şahın hökmü ilə Pənah xanın Qarabağdan Xorasana köçürülmüş
ailəsini və sair qohumlarını çox incitdilər və cərimə etdilərsə də bir fayda
vermədi. Mərhum Pənah xan Qarabağa gəldikdən sonra vaxtını yaxın
adamları ilə birlikdə gah Qarabağ dağlarında, gah da Şəki vilayətinin
Qəbələ mahalında keçirirdi. Pənah xanın o vaxtlarda 15 yaşına çatmış
Xorasanda öz evlərində qalan böyük oğlu İbrahim-
1
1805-ci il Kürəkçay müqaviləsi nəzərdə tutulur.
244
Dostları ilə paylaş: |