Təsdiq edirəm İdmanın oyun növləri kafedrasının müdiri, b.ü. f d., dos.Əliyev İ. S



Yüklə 263,71 Kb.
səhifə2/16
tarix22.12.2023
ölçüsü263,71 Kb.
#154228
1   2   3   4   5   6   7   8   9   ...   16
111 A16

IV. Fənnin təsviri:

Mütəhərrik oyunlar fənni tələbələrin nəzəri və praktik hazırlığını təmin etmək üçün ümumi əsaslara, təsnifata bölünüb uşaqların yaş qrupuna, onların fiziki inkişafına, bacarığına müvafiq tərtib olunmuşdur. Buna görə də bu fənn müəllim və məşqçi hazırlığında böyük əhəmiyyətə malikdir.


Tədris planına əsasən İMK fakültəsində mütəhərrik oyunlar dərslər üzrə tədris işi, mühazirə, seminar, metodiki, praktiki məşğələ, tədris və məşqçilik təcrübəsi və tələbələrlə müstəqil iş formasında heyata keçirilir.
V. Fənnin məqsədi:
Mühazirə dərslərinin məqsədi tələbələrə mütəhərrik oyunların tədrisi metodikası fənninin nəzəriyəsi haqqında bilik verməkdir. Mühazirə dərslərində mütəhərrik oyunların tarixi, nəzəri və metodiki əsasları haqqında məlumatlar verilir.
Seminar dərslərinin məqsədi tələbələrdə biliyi ifadə etmənin aşılamaqdır. Seminar məşğələlərində kursun ən mühüm nəzəri məsələləri geniş şəkildə araşdırılır. Tələbə ayrı-ayrı mövzular üzrə hazırlaşıb məruzə və məlumatlarla çıxış etməlidir.
Metodiki məşğələnin məqsədi öyrətmə metodlarının yerinə yetirilmə vərdişlərinin təkmilləşməsidir. Metodiki məşğələrdə tələbələr tədris metodiki, yarış sənədlərinin hazırlanması, yarışlarda texniki, taktiki fəaliyyətlərinin qiymətləndirilməsi, texniki fəaliyyət zamanı səhvlərin aşkar edilib düzəldirilməsi öyrənilir.
Təcrübi dərslərin məqsədi tələbələrin hərəkət fəaliyyətinin yerinə yetirilməsi vərdişlərinin təkmilləşdirilməsidir. Təcrübi dərslərdə tələbələr ümuminkişaf, xüsusi hərəkətlər, oyun fəndləri, hücum və müdafiəni, hakimlik və idmançının fəaliyyətini əks etdirən vərdişlərə yiyələnirlər.
Tədris təcrübəsinin məqsədi tələbələrdə dərs prosesində məşğələnin keçirilməsinin pedaqoji formalaşmasıdır.


VI. Fənnin metodologiyası:

Metodologiya elmi – idraki fəaliyyətin prinsipləri, formaları və vasitələri haqqında təlimdir. Metodologiya bir təlim kimi elmi biliklərin quruluşunu, elmi idrakın qanunauyğunluqlarını müəyyən edən istiqamətdir.


Mütəhərrik oyunların tədrisi metodikası fənni üzrə başlıca təlim vasitələri mühazirələr, seminar dərsləri, ev tapşırıqları, sərbəst işlər və mövzularla bağlı qəzet və internet səhifələrindən götürülmüş məqalələrin müzakirəsi və təhlilidir.
Hər bir dərsdən əvvəl tələbə müəyyən olunmuş mətnləri və tapşırılmış bütün digər qiraət materiallarını oxumalıdır.



Yüklə 263,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə