Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə31/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   ...   27   28   29   30   31   32   33   34   ...   46

77
Beləliklə, ümumi əməyin ödənişi fondu bütün fəaliyyət növü üzrə  hər bir 
ka teqoriyadan  olan  işçilərə  və  ştatdankənar işçilərə hesablanmış  əmək haqqı 
məb ləğindən ibarətdir. Ştatdankənar işçilərin əməyinin ödənişi fonduna planda 
nə zərdə tutulmayan və  əmək müqavilələri üzrə yerinə yetirilmiş  işlər üçün, o 
cüm lədən xüsusi təyinatlı işlərə görə hesablanmış əmək haqqı daxildir. Ümumi 
ba za  əməyin ödənişi fondu hesabat dövründə faktiki hesablanmış əmək haqqını 
xa rakterizə edir.
Müəssisənin istehsal strukturunda, yaxud istifadə olunan məhsulun tərkibi və 
təyinatında dəyişiklik olan zaman əməyin ödənişi fondu azaldılır. Baza his sə-
sindən azaldılan əməyin ödənişi üzrə vəsait nazirliyin ehtiyat fonduna kö çürü lür. 
Hesabat iş daxilində baza əməyin ödənişi fondunu kvartallar arasında müəs-
si sə sərbəst olaraq bölüşdürür.
Müəssisələrdə əməyin ödənişi fondundan istifadə edilməsi üzərində nəzarət 
normativlər əsasında həyata keçirilir. Tam təsərrüfat hesablı müəssisələrdə əmə -
yin ödənişi fondunun iki növ normativindən istifadə olunur. 
1. Artım normativi;
2. Bərabərləşdirici normativ.
Artım normativi əmək məhsuldarlığını hesablamaq üçün qəbul olunmuş 
məh  sulun  həcmi göstəricisinin plana nisbətən hər bir % artımı üçün müəyyən 
edi lir.
Bərabərləşdirici normativlər bir manatlıq məhsul istehsalına və ya məhsul 
va hidinə sərf olunmuş əmək haqqı xərclərinin miqdarı ilə ölçülür.
Bir manatlıq əmtəəlik məhsula görə əmək haqqı normativi məhsul istehsalına 
texniki cəhətdən əsaslandırılmış mütərəqqi əmək xərcləri normaları nəzərə alın-
maq la  müəyyən edilir.
Əmək haqqı üzrə ehtiyat fondu, bir qayda olaraq, ümumi əmək haqqı fon-
dun dan  müəyyən edilmiş faizə görə nazirlikdə və baş idarədə yaradılır. 
Müəssisələrdə əmək haqqı üçün pul vəsaitinin buraxılması üzərində nəzarət 
bank tərəfi ndən həyata keçirilir. Əməyin ödənişi fondundan artıq ödəmələrə yol 
verilməməsi üçün mütəmadi olaraq təhlil aparılır. Təhlil vaxtaşırı  və operativ 
qay dada  aparılmalıdır. 
Təhlilin qarşısında aşağıdakı vəzifələr durur:
1. Təsərrüfat hesablı göstəricilər üzrə  əmək planının yerinə yetirilməsini 
qiy mətləndirmək; 
2. Əməyin ödənişi fonduna kəmiyyət etibarilə təsir edən amilləri müəyyən 
et mək;
3. Kənarlaşmaları müəyyən etmək.
Təhlil zamanı əmək üzrə planın yerinə yetirilməsi haqqında müəssisənin he-
sabatı, mühasibat uçotunun məlumatları, bank tərəfi ndən aparılan yoxlama ma-
teriallarını təsdiq edən sənədlər yoxlanılır, təhlil edilir. 


78
Əmək haqqı fondunu təhlil etmək üçün aşağıdakı cədvəl məlumatlarına nə-
zər salaq: 
Cədvəl 23
Göstəricilər
Plan
Hesabat
Kənarlaşma
Ümumi əmək haqqı fondu
262
254
-8
İşçilərin orta illik sayı
121
124
+3
Hər işçiyə düşən əmək haqqı 2048
2165
+117
§21. Əmək ehtiyatlarından istifadənin təhlili
Bazar münasibətləri şəraitində əmək ehtiyatlarından istifadənin təhlili mü-
hüm əhəmiyyət kəsb edir. Respublikamızın xalq təsərrüfatının bir sıra sahələ-
rində əsas iqtisadi göstərici kimi əmək məhsuldarlığının yüksəldilməsi, bir ma-
nat lıq məhsul istehsalına görə əmək haqqı normativi, digər sahələrdə isə ümumi 
əmək haqqı fondu, fəhlə və qulluqçuların sayı və tərkibi, iş vaxtından istifadə və 
ağır əl əməyinin tətbiqinin azaldılmasına dair tapşırıq və s. nəzərdə tutulur.
Sənaye müəssisələri və birliklərinin təsərrüfat fəaliyyətini xarakterizə edən 
əsas iqtisadi göstəricilərdən biri kimi əmək göstəricilərinə aşağıdakılar aid edi lir: 
Əmək göstəricilərinin hər bir elementi sərbəst olduqları kimi, həm də bir-
biri ilə sıx surətdə əlaqədardır. Ona görə də yuxarıda qeyd etdiklərimiz əmək 
gös təricilərinə təhlil prosesində kompleks şəkildə, yəni göstəricilər sistemi kimi 
baxmaq olar. Əmək göstəricilərinin iqtisadi təhlilinin  əsas vəzifəsi aşağı da kı-
lardan ibarətdir:
1. Müəssisənin sənaye-istehsal işçiləri ilə  təmin olunması, onların tərkibi, 
qu  ruluşu və dinamikasını öyrənmək;
2.  Əməyin ödənilməsi fondundan istifadə edilməsini, bir manatlıq məhsul 
is tehsalına görə əmək haqqı məsrəfl ərinin dəyişməsini, mövcud normativlərdən 
kə narlaşmaları müəyyən etmək;
3.  Əmək məhsuldarlığının yüksəldilməsinə  əməyin ödənilməsi fondundan 
is tifadə edilməsinin təsirini orta əmək haqqı məbləğinin dinamikasını müəyyən 
et məklə qeyri-məhsuldar əmək haqqı ödənişi hallarını aşkara çıxarmaq və belə 
halların ləğv edilməsi yollarını göstərmək.
İstehsalın iqtisadi səmərəsi, ilk növbədə, ixtisaslı  əməkdən asılıdır.  Əsas 
istehsal fondlarını hərəkətə gətirə bilən bilavasitə əməkdir. İxtisaslı əmək elm 
və texnikanın nailiyyətlərini istehsala tətbiq etməklə xammal və materiallara 
qə naət edir. Qeyd etmək lazımdır ki, əmək ehtiyatları böyük potensiala ma lik-
1. Müəssisənin işçi qüvvəsi ilə
tə min  olunması səviyyəsi;
2. İşçilərin tərkibi və dinamikası;
3. İş vaxtından istifadə;
4. Əmək tutumu;
5 Əmək məhsuldarlığı;
6. Əməyin ödənilməsi fondu və iş çi lə rin
orta əməkhaqqı məbləğinin də yiş mə si.


79
dir. Bu potensial, ilk növbədə, işçilərin ixtisas dərəcəsinin yüksəldilməsi ilə 
bağ lıdır. Yəni fəhlənin ixtisası artdıqca, yüksək nailiyyətlər əldə edə bilər. Bü-
tün bunlar o deməkdir ki, əmək ehtiyatlarının səfərbər edilməsi təkcə kəmiyyət 
göstəriciləri ilə deyil, keyfi yyət, yəni yuxarıda sadaladığımız potensial isti qa-
mə tində də səfərbər edilməlidir. 
İqtisadi  ədəbiyyatda  əməyin istifadəsinin üç göstərici üzrə  təhlil edilməsi 
məs ləhət görülür:
1. İşçilərin sayı;
2. İş vaxtından istifadə;
3. Əmək məhsuldarlığı.
İşçi qüvvəsinin istifadəsinə obyektiv qiymət vermək üçün bu göstəricinin 
hər biri ayrı-ayrılıqda təhlil olunur. Məsələn, işçi sayının kənarlaşmasının sə bə-
bini öyrəndikdə işçilərin işdən getmə, müəssisəyə az gəlmə səbəbi və s. Bu kimi 
məsələlər diqqəti cəlb etməlidir. İş vaxtından səmərəli istifadəni təhlil et dikdə 
boşdayanmalara, xəstəlik günlərinin dinamikasına, iş vaxtından əlavə işə cəlb 
edilmə  məsələlərinə  də diqqət yetirilməlidir.  Əmək məhsuldarlığının təhlili 
zamanı ona təsir göstərən ekstensiv və intensiv amillər, fondla silahlanmanın, 
məh suldar  avadanlıqların təsir dərəcəsi təhlilin obyekti olmalıdır. İşçi qüv və sin-
dən istifadəni təhlil etdikdə onu işçilərin kateqoriyaları üzrə nəzərdən  ke çir mək 
lazım gəlir. Bəzi hallarda işçi qüvvəsinin dəyişməsi  əmək məhsuldarlığının 
yük səlməsi, yaxud aşağı düşməsi ilə əlaqədar olur. Müasir dövrdə əmək məh-
sul darlığı, əsas etibarilə, əməyin fondlarla silahlanması amilindən asılıdır.
Müasir dövrdə bazar münasibətləri şəraitində əməyin istifadəsinə maya də-
yə rinin bir xərc maddəsi kimi baxmaq olmaz. 
Bu gün əmək texnika ilə təmin olunmuş, elmin nəticələri ilə silahlanmış, qa-
baq cıl təcrübəyə  və yaradıcı xarakter daşıyan keyfi yyətə malikdir. Deməli, 
əmək dən istifadə dedikdə, sadaladığımız keyfi yyətlər nəzərə alınmalıdır. Başqa 
söz lə desək, onun istifadəsi ehtiyat mənbələri, keyfi yyətlər üzrə meydana çıxa-
rıl malı və təhlil edilməlidir.
Əmək ehtiyatlarına əhalinin o hissəsi aiddir ki, uyğun sahə üzrə lazımi fi ziki 
məlumata, biliyə, əmək vərdişinə malik olsun. İqtisadiyyatın müxtəlif sahə lərin-
də əmək ehtiyatlarının formalaşmasının və onların istifadəsinin öz xüsusiyyətləri 
vardır. Kənd təsərrüfatında məhsuldar qüvvələrin inkişafı, elmi-texniki tərəq-
qinin sürətləndirilməsi nəticəsində məhsul istehsalı ilə məşğul olan işçilərin sayı 
azalır, onların istifadə edilməsində mövsümilik, təbii iqlim şəraiti ilə sıx əlaqə 
mü şahidə edilir.
Kənd təsərrüfatı müəssisələrinin lazımi əmək ehtiyatları ilə kifayət qədər tə-
min olunmasının, onların səmərəli istifadəsinin, əmək məhsuldarlığının yüksək 
səviyyəsinin məhsul istehsalının həcminin artırılması, istehsalın səmərəliliyinin 
yüksəldilməsi üçün böyük əhəmiyyəti vardır. Kənd təsərrüfatı işlərinin vaxtında 
yerinə yetirilməsi və  həcmi, texnikanın istifadə edilməsinin səmərəliliyi və


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə