Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə28/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   ...   24   25   26   27   28   29   30   31   ...   46

69
Növbədaxili iş vaxtı itkiləri isə istehsalın təşkilati-texniki şəraitindən və iş-
çinin özündən asılı olan itkilərə ayrılır. Növbədaxili iş vaxtı itkilərinin təşkilati-
texniki səbəbləri əsasən aşağıdakılardan ibarət olur: texnoloqun, ustanın iş na r-
yadını, tapşırığı, iş alətlərini, qaldırıcı-nəqliyyat vasitələrini gözləmələrinə 
gedən vaxt; materialların, alətlərin, yanacağın, enerjinin olmaması; cari təmir və 
ya xud  avadanlığın saz halda olmaması; işin müvəqqəti olaraq olmaması.
Növbədaxili iş vaxtı itkilərinin işçidən asılı olan səbəbləri: növbənin 
başlanğıcında və nahar fasiləsindən sonra işə gec başlamaq; nahar fasiləsindən 
qabaq və növbənin axırında işi tez qurtarmaq, iş yerində kənar danışıqlara alu-
də çilik  və s.
İş vaxtından istifadə edilməsinin yaxşılaşdırılması  əmək məhsuldarlığının 
səviyyəsinə müsbət təsir edir. Belə ki, əmək məhsuldarlığı iş vaxtının artmasına 
proporsional olaraq artır. Bu amilin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, iş 
vaxtı itkilərinin azaldılması və aradan qaldırılması, əsas etibarilə, əməyin təş ki-
linin yaxşılaşdırılması hesabına əldə edilir və bu, nəzərəçarpacaq dərəcədə in-
ves tisiya  qoyuluşu məsrəfl əri tələb etmir.
Növbədaxili itkilərin azaldılması iş vaxtı ehtiyatlarını təşkil edir və bu, əmə-
yin düzgün təşkil edilməməsindən irəli gələn qüsur kimi bu sahədə görülən təd-
birlər nəticəsində aradan qaldırılır.
İş günü itkisini aşağıdakı düsturla müəyyən etmək olar:
İ.i = İ.s.n / İ.s
Burada: İ.i – iş gününün itkisi əmsalını;
İ.s.n – iş saatı normalarını;
İ.s – iş saatlarını göstərir.
Məsələn, gün ərzində 1600 faktiki iş saatı olduğu halda, 1550 norma-saat 
ye rinə yetirilmişdir. Deməli, İ.i = 1550 / 1600 = 0,97 əmsalı bərabərdir.
Başqa sözlə desək, 3 faiz, yaxud 50 saat iş vaxtının itkisinə yol verilmişdir.
Normaların yerinə yetirilməsini və bu sahədə ehtiyat mənbələrini meydana 
çıxarmaq üçün normaları yerinə yetirmə səviyyəsinə görə onları qruplaşdırmaq 
lazımdır. Məsələn, briqadada 30 nəfər fəhlə işləmişdir. Bunlardan 18 nəfəri “A” 
iş prosesi üzrə normanı 125-130 faiz, 2 nəfəri isə 105-110 faiz dairəsində yerinə 
yetirmişdir. Bu briqadada 12 nəfər “B” iş prosesi üzrə işləyərək, 6 nəfər normanı 
100-101 faiz, 4 nəfər 95-100 faiz, 2 nəfər isə 80-95 faiz yerinə yetirmişdir. Gö-
ründüyü kimi, “A” iş prosesi üzrə normalar yüksək faizlə yerinə yetirildiyi hal-
da, “B” iş prosesi üzrə isə ehtiyat mənbəyini axtarmaq üçün bu iş prosesi üzrə iş 
şəraiti, normaların kəsirdə qalma səbəbi öyrənilməlidir. 
Məhsul istehsalı dinamikasını iş vaxtı fondunun artırılması və əmək tutu mu-
nun azaldılması əsasında nəzərdən keçirək: iş gününün uzunluğu 8 saat (480 dəq.), 
əməliyyatın davamı 10 dəq., zay məhsula görə növbədaxili iş vaxtı itkiləri, boş-
dayanmalar 40 dəq.; bu şəraitdə növbə ərzində 44 əməliyyat (480-40) / 10 yerinə 
yetirilmişdir.  Əgər növbədaxili boşdayanma aradan götürülərsə, onda növbə 


70
ərzində 48 əməliyyatın həyata keçirilməsi mümkündür. Bu zaman istehsal 9,1% 
(48:44·100-100) artacaqdır. Əgər təşkilati-texniki tədbirlər nəticəsində əmə liy-
yatın davamı 8 dəqiqəyə endiriləcəksə, onda elə həmin iş vaxtı ərzində 55 əmə-
liyyat (440:8) yerinə yetiriləcəkdir ki, bu da 25% (55:44·100-100) artım 
deməkdir.  İş vaxtı itkiləri aradan qaldırılarsa, bu rəqəm 60 olacaq, əmək 
məhsuldarlığı isə 36,4% (60:44·100-100) artacaqdır.
Ona görə də əmək məhsuldarlığının təhlili zamanı iş vaxtından istifadə gös-
tə riciləri diqqətlə öyrənilməli, itkilərin səbəbləri aydınlaşdırılmalı  və onların 
ara  dan  qaldırılması üçün tədbirlər hazırlanmalıdır.
İş vaxtından istifadənin təhlili üçün orta saatlıq, orta günlük və orta illik 
məh sul  istehsalı göstəricilərini dinamika üzrə müqayisə etmək lazımdır.
Orta günlük istehsalın orta saatlıq istehsala nisbətən artması növbədaxili iş 
vax tından istifadənin yaxşılaşmasını, orta illik hasilatın orta günlük hasilata 
nisbətən artması isə il ərzində işlənmiş günlərin sayının artmasını göstərir. Bu 
gös təricilər arasında aşağıdakı asılılıq vardır:
Y illik ist. = Y günlük ist. × Y iş günləri sayı;
Y günlük ist. = Y saat ist. × Y növbə ərz. saat miqd.;
Y illik ist. = Y saat ist. × Y il ərzində saat sayı = Y saat ist. × Y növbə ərz. saat sa yı × Y iş günü.
İş vaxtı fondunun formalaşmasına və istifadə edilməsinə təsir edən amillərin 
təhlilində iş vaxtının orta uzunluğunun, iş vaxtının və fəhlələrin sayının dəyiş-
məsinin müəssisədə iş vaxtı fondunun artırmasına və onlardan səmərəli istifadə 
edilməsinə nə dərəcədə təsir göstərdiyi aşkar edilməlidir.
Göstərilən amillərin iş vaxtından istifadə edilməsinə təsir dərəcəsini müəy-
yən etmək üçün müəssisənin uçot və hesabat məlumatlarından istifadə etməklə 
he sablamaları nəzərdən keçirək:
Cədvəl 21
Göstəricilər
Keçən 
ildə
Cari ildə
Hesabat ilinin keçən ildəkinə və 
plana nisbətən kənarlaşması
Plan 
üzrə 
Hesabat 
üzrə
Keçən ildəkinə 
nisbətən
Plana nisbətən
Mütləq 
rəqəmlə
 %-lə
Mütləq 
rəqəmlə
 %-lə
1. Cəmi işlənmiş adam-günlər 
(min adam-gün hesabı ilə)
526,9
531,0
534,8
+7,9
+1,5
+3,8 +0,7
2. Cəmi işlənmiş adam-saat-
lar (min adam-saat hesabı ilə) 3668
3672
3704
+36
+1,0
+32 +0,9
3. Fəhlələrin orta siyahı sayı 2175
2190
2210
+35
+1.6
+20 +0.9
4. Bir fəhləyə düşən orta 
adam-günlərin sayı
242,3
242,5
242,0
-0,3
-0,1
-0,5
-0,2
5. İş gününün orta uzunluğu
saat hesabı ilə
6,96
6,91
6,93
-0,03
-0,4
+0,02 +0,3


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə