polemika köşəsi
11
USTAD
dərgisi \ Fevral 2016
10
USTAD
dərgisi \ Fevral 2016
Şeirin məhz Cəmo bəy Hacınskinin
olmasına
gəldikdə bu barədə əvvəlki
məqalə və çıxışlarımızda söylədiyimiz
fakt və mülahizələrə əlavə edərək
bildiririk ki, parlamentin Cümhuriyyət
dövrü stenoqramlarında deputatların
çıxışları verilərkən hər kəsin inisialı, yəni
məsələn, M.Ə.Rəsulzadə, F.X.Xoyski,
N.Usubbəyli, H.Ağayev və s. kimi qeyd
edilmişdir. Ancaq Cəmo bəy Hacınskinin
adı bir qayda olaraq “Cəmo bəy”
şəklində göstərilmişdir. Bu fakt həmin
dövrdə “Cəmo bəy” kimi məhz Cəmo
bəy Hacınskinin tanındığını və qəbul
edildiyini göstərir. Ona görə də 1919-
cu ildə “Milli nəğmələr” kitabında onun
şeiri – bu gün Dövlət Himnimizin sözləri
olan əsəri elə “Cəmo bəy” imzası ilə çap
edilmişdir.
Əgər
bu şeir və imza Cəmo bəy
Hacinskiyə aid olmasaydı, o, hökmən
məsələyə aydınlıq gətirmək üçün
mətbuatda çıxış edərdi.
Həmçinin şeirin Əhməd Cavada
məxsusluğu barədə ya Ə.Cavadın özü,
ya da bir başqası etiraz səsini ucaldardı.
Çünki bu ənənə o vaxt yazılmamış bir
qanun şəklini almışdı. Bu cür hər hansı
fakta isə o dövrün mənbələrində heç kəs
təsadüf etməyib.
Bundan başqa, əgər həmin şeir
Ə.Cavadın olsaydı, şair sağlığında
çap etdirdiyi kitablarından birinə onu
daxil edərdi. Əhməd Cavad bu addımı
atmayıb. Çünki həmin şeiri – “Vətən
marşı”nı özünün yazmadığını çox gözəl
bilirdi.
C.Cəbrayılbəyliyə gəlincə, o nə
belə şeirlər yazıb, nə də “Cəmo bəy”
imzasından istifadə edib. O, 1960-cı
illərin əvvəllərində yazdığı və 1966-
cı ildə çapdan çıxan “Xatirələr”ində
Ü.Hacıbəyovla hardasa ünsiyyətdə olması
barədə fakt axtararkən elə bir əsas tapıb
gətirə bilmir. Yalnız bir dəfə tamamilə
başqa səbəblə onlara getdiyini,
onda da
Üzeyir bəyin evdə olmadığını söyləyir.
Əgər C.Cəbraylbəyli Üzeyir bəylə
hər hansı ünsiyyətdə olmuş olsaydı, bu
faktı hökmən nəzərə çatdırar, Üzeyir
bəyin onun şeirlərinin birinə musiqi
bəstələməsi faktının üstündən isə nəinki
C.Cəbrayılbəyli, heç bir kəs sükutla ötüb
keçməzdi.
Yeri gəlmişkən bu məsələ ətrafında
müzakirələrin birində akademik Bəkir
Nəbiyev üzünü mənə tutub dedi ki,
C.Cəbrayılbəyli repressiya qorxusundan
Cümhuriyyətin himnini yazdığını söyləyə
bilməzdi.
Üzürxahlıqla
dedim ki, əvvala,
C.Cəbrayılbəylinin “Xatirələri”nin yazılıb
çap edildiyi 1965-1966-cı illərdə nə
represiya var idi, nə də demək olar ki,
onun xofu. İkincisi də həmin şeir mətni
1992-ci ilədək geniş ictimaiyyətə nəinki
himn, hətta hər hansı əsər kimi də bəlli
deyildi. Ona görə C.Cəbrayılbəyli tam
arxayınlıq və iftixarla onun şeirlərinin
birinə Üzeyir bəyin musiqi bəstələdiyini
hökmən yazardı. Belə bir fakt olsaydı,
onun üstündən kim keçərdi?
Bu sözümə Bəkir müəllim də, Yaşar
müəllim də, digərləri də susmaqla cavab
verdilər.
Burdan bir daha aydın olur ki,
himnin sözlərinin
müəllifliyi məsələsində
C.Cəbrayılbəylinin adının çəkilməsi
tamamilə yersiz və mənasızdır.
Dövlət Himnimizin söz mətninin
müəllifliyi ətrafında 1999-2001-ci illərdə
gedən müzakirələrin açıq qalması da
səbəbsiz deyil. Müzakirələrin demək olar
ki, sona yaxınlaşdığı dövrdə – 2001-
ci ilin əvvəllərində Respublikanın o
zamankı prezidenti, Ümummilli liderimiz
Heydər Əliyev Binə hava limanından
xarici ölkə səfərlərinin birinə yola
düşməzdən əvvəl müxbirlərdən biri ona
belə bir sual verdi ki,
cənab Prezident,
Himnimizin dəyişdirilməsi (??!!) ilə bağlı
gedən müzakirələrə Sizin münasibətiniz
necədir? Heydər Əlyiev cavabında
bildirmişdi ki, Dövlət Himnimiz çox
gözəldir: “Mən yazılan şeyin yenisi ilə
əvəz edilməsini istəməzdim”.
Göründüyü kimi, Heydər Əliyev ona
verilən suala çox aydın və birmənalı
polemika köşəsi
13
USTAD
dərgisi \ Fevral 2016
12
USTAD
dərgisi \ Fevral 2016
cavab verib. Ancaq məsələnin
mahiyyətinə lazımınca bələd olmayan
müxbirin məsuliyyətsizliyi və sual
vermək xatirinə özünü zirək göstərməyə
çalışması ilə hər şey alt-üst olmuşdur.
Çünki müzakirələr himnin sözlərinin yox,
sadəcə olaraq
bu sözlərin müəllifinin
“dəyişdirilməsindən”, daha doğrusu,
Cəmo bəy Hacınskinin müəlliflik
hüququnun bərpasından gedirdi. Heydər
Əliyevə verilən sual isə tamamilə yanlış
mahiyyətdə idi...
Bu əhvalatdan sonra dedilər ki, guya,
Heydər Əliyiev bu məsələ ilə razı deyil.
Ona görə də müzakirələri qurtarmaq
lazımdır.
Şübhə etmirik ki, müzakirəyə çıxarılan
məsələnin mahiyyəti Ümummilli
Liderimizə olduğu kimi çatdırılsaydı,
o, mövcud problemin ədalətli həllinə
hökmən kömək edər, şərait yaradardı.
Qəbul
edilən bütün qanunlara,
qərarlara lazım gəldikdə düzəlişlər
edilir. Odur ki, Dövlət Himnimizin
sözlərinin müəllifliyi məsələsində 1992-
ci ildə yol verilən səhvi düzəltmək üçün
onu parlamentin müzakirəsinə çıxarıb
mövcud qərarda redaktə xarakterli
düzəliş aparmaq nəinki mümkün, hətta
vacibdir. Cəmo bəy Hacınskinin müəlliflik
hüququnun bərpası həm də dövlət
atributumuzun saflığının, nöqsansızlığının
təmininə xidmət etmiş olardı.
Yeri gəlmişkən bir məsələyə də
aydınlıq gətirməyi lazım bilirəm: hazırkı
dövlət himnimizin söz mətni marş kimi
yazılmış və “Milli nəğmələr” (Bakı 1919,
s. 22) kitabında “Vətən marşı” başlığı
altında dərc edilmişdir.
Onun tam mətni
orijinalda belədir:
VƏTƏN MARŞI
Azərbaycan, Azərbaycan
Ey qəhrəman övladın şanlı vətəni.(2)
Səndən ötrü can verməyə cümlə hazırız.
Səndən ötrü qan tökməyə cümlə qadiriz.
Üçrəngli bayrağınla məsud yaşa. (2)
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu,
Hüququn dərk edən əfrad
Hərə bir qəhrəman oldu.
Sən olasan gülüstan, sənə hər dəm can
qurban.
Sənə bir çox məhəbbət sinəmdə tutmuş
məkan.
Namusunu hifz etməyə, bayrağını
yüksəltməyə
Cümlə gənclər müştaqdır.
Şanlı vətən.
Cəmo bəy
“Vətən marşı” şeirinin mətni