baş redaktordan
3
USTAD
dərgisi \ Fevral 2016
2
USTAD
dərgisi \ Fevral 2016
Ə
dəbiyyat
və mədəniyyətimizin
qarmaqarışıq bir durumunda
dərgi çıxarmaq arzumuz
axır ki, gerçəkliklə görüşdü. Əgər bu
görüşdən zövq alan mədəniyyət olarsa,
gerçəkliyin övladları arzuların övladları
kimi daha böyük, daha yaraşıqlı, daha
kamil olarlar.
Həsən bəy Zərdabi ilə bir daha
işıqlanan mətbuatımızın oğul-uşaqları: Cəlil
Məmmədquluzadə, Əli bəy Hüseynzadə
XX əsrin əvvəllərində elə bir toy-düyün
qurmuşdu ki, dünya durduqca onun sədaları
qulaqlarımızda cingildəyəcək. Cingildədikcə
də ürəyimiz riqqətə gələcək,
sevinc göz
yaşlarından feyziyab olacağıq.
Dərgimizin adını “Ustad”
qoyduq. Ünlərə inananları
əmin edə bilərəm ki, adı biz
qoymadıq, Ustad İsa Muğanna
demiş, sanki “Göydən özləri
dedi”.
Ustad sözünün izahlı lüğətdə verilmiş
mənası elm və ya sənət sahəsində geniş,
dərin biliyi və qabiliyyəti olan şəxsdir.
Əlbəttə, bu ad çox böyükdür, çox ağırdır,
çox zəngindir. Hətta o dərəcədə ki,
müridlər kimi əllərimiz dizimizin üstündə
saatlarla qarşısında oturub nəfəsimizi
dərmədən dinləmək, razılığımızı ancaq
baxışlarımızla bildirmək boynumuzun
borcudur.
Əgər dərginin də adqoyma
mərasimi, taleyi insanlardakı kimi olsaydı,
yəqin ki “Şagird” qoyacaqdıq. Böyüdükcə,
özümüzü göstərdikcə, sevgiləri qazandıqca,
bacarıqlarımızı sübut etdikcə oxucu özü bizə
Ustad
olacaq
Bacarıqlı şagird
mütləq bir gün
“Ustad” adı versin deyə. Amma “adı da elə
Ustadlar qoyar”, – deyib ortaq bir qənaətlə
“Ustad”la razılaşdıq.
Ustadlardan biri olan Əziz Nesin öz
soyadı ilə bağlı deyirdi ki, 1934-cü ildə
soyad qanunu çıxanda insanların
xarakteri
açılmağa başladı: “Dünyanın ən xəsisləri
özlərinə “Əliaçıq”, ən qorxaqları “Ürəkli”,
ən tənbəlləri “Çalışqan” soyadını götürdülər.
Hər yağmalamada həmişə sona qaldığım
üçün soyad yağmasında da sona qaldım.
Özümə uyğun soyad tapa bilmədiyim üçün
“Nəsin” (Nesin) soyadını seçdim. Seçdim ki,
“Nəsin” deyə çağırıldıqca nə olduğumu hər
addımda düşünüb özümə gəlim”.
Əziz Nesinin bu təvazökarlıq priyomu çox
maraqlıdır. Bu anlamda hər dəfə “Ustad”
adı çəkildikcə qulaqlarımızda ustadlarımızın
pıçıltısı səslənəcək, bu ada layiq olmamız
üçün bizə yol göstərəcək, ruhlandıracaq
Şəmil Sadiq
Fil.ü.f.d.
baş redaktordan
5
USTAD
dərgisi \ Fevral 2016
4
USTAD
dərgisi \ Fevral 2016
5
USTAD
dərgisi \ Fevral 2016
4
USTAD
dərgisi \ Fevral 2016
Ə
dəbiyyat cəmiyyət tarixinin
bütün dövrlərində,
mərhələlərində ictimai
(və milli!) şüurun ən müstəqil forması
olmuşdur.
Və bu müstəqillik, hər şeydən
əvvəl, ondan irəli gəlir ki, ədəbiyyat
ictimai şüurun ən kütləvi təzahürlərindən
daha kütləvi (və milli)dir. Kütləvi (və
milli) təfəkkür isə öz təbii inersiyası ilə,
qarşısına nə qədər mürəkkəb maneələr
çıxsa da, həmişə müstəqilliyə can atır (və
heç vaxt bu mübarizədən imtina etmir).
Deyə bilərlər ki, ədəbiyyatla müqayisədə,
məsələn, musiqi daha kütləvi (hətta daha
milli)dir… Ancaq deyə bilməzlər ki, musiqi,
yaxud incəsənətin hər hansı digər sahəsi
ədəbiyyat qədər ideolojidir və ədəbiyyat
qədər milli (ictimai) şüura,
onun müstəqillik
uğrunda mübarizəsinə təsir (və xidmət) edə
bilər.
Ədəbiyyat, o cümlədən də Azərbaycan
ədəbiyyatı bütün mövcud tarixi boyu
müstəqilliyi, əsasən, biri digərilə sıx əlaqədə
olan iki səviyyədə müdafiə (və təbliğ)
etmişdir:
1) insanın müstəqilliyi;
2) etnosun (xalqın) müstəqilliyi.
Bunların hansı birinin digərindən mühüm
olduğu üzərində, ümumiyyətlə, mübahisə
etmək mümkündür. Ancaq belə bir məqam,
fikrimizcə, mübahisəsizdir ki,
milli ictimai
şüur formalaşana qədər ədəbiyyat daha çox
insanı (onun müstəqilliyini!), formalaşdıqdan
sonra isə etnosu, xalqı, milləti (onun
müstəqilliyini!) tərənnüm edir.
Ədəbiyyatın
müstəqilliyindən
müstəqilliyin
ədəbiyyatına
və əminəm ki, biz də bu adın haqqını
verəcəyik.
“Ustad” gəlməmişdən əvvəl qarşımıza
bir sıra şərtlər qoydu:
Sağçı və solçuların birliyini və barışığını
təmin edib onları səhifələrimizdə qonaq
etmək;
Milli başları namilli başlardan
fərqləndirərək gözləri, şüurları sadəcə milli
başlara yönləndirmək;
Yolunu yanlış gedənlərə yol göstərmək;
Gəncliyi ağsaqqalların
səhvindən nəticə
çıxarmağa, düzündən yararlanmağa
yönləndirmək;
Sabahları dünənin cahil, mövhumatçı
qoynundan alıb, bu günün həqiqətləri ilə
tanış etmək;
Ədəbi həqiqətlə əbədi həqiqəti
təcəssüm etdirmək;
Bacarıqlı şagirdləri Ustad etmək…
Ustad ulu və amiranə səslə bir də
onu dedi ki, əgər bunlara əməl etməyi
bacaracaqsınızsa, adımı tutub işə başlayın,
yox bacarmayacaqsınızsa, gedin özünüzə
başqa ustad tapın.
Ustad Ustaddır, onun bütün fikirləri
birmənalı qəbul edilməli,
şərtləri yerinə
yetirilməlidir. Biz də and içdik ki,
Ustadımızın yolundan zərrə qədər də
olsun yayınmayıb, Bilgə Kağandan,
Dədəm Qorquddan, Şeyx Nizamidən,
Nəimidən, Nəsimidən, Xətayidən,
Axundzadədən, Zərdabidən, Mirzə
Cəlildən, Hüseyn Caviddən, Üzeyir
Hacıbəyovdan, Şəhriyardan, Muğannadan
bu günə ötürülən ışığı
özümüzlə gələcəyə
daşıyacağıq.
Hədəfimiz budur!
Nizami Cəfərov