Tətbiqi etika



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə34/108
tarix05.04.2022
ölçüsü0,68 Mb.
#85079
1   ...   30   31   32   33   34   35   36   37   ...   108
Az rbaycan Respublikas T hsil Nazirliyi Q rb Universiteti M lki

Nüfuzedici radiasiya 

 



21 

Nüfuzedici  radiasiya  nüvə  partlayışında  partlayış  yerindən  ətrafa 

yayılan  gözə  görünməyən  qamma-şüaları  və  neytronlar  selindən  ibarətdir. 

Nüfuzedici radiasiya onun tərkibindəki qamma-şüalanma da nəzərə alınmaqla 

nüvə partlayışı vaxtı cəmi 10-25 saniyə təsir edir. Lakin qısa müddət ərzində 

mühafizə  edilməmiş  adamlar  və  heyvanlar  şüa  xəstəliyinə  tutula  bilərlər. 

Nüfuzedici radiasiyanın təsiri ondan ibarətdir ki, qamma-şüalar və neytronlar 

canlı  toxumaların  molekullarını  ionlaşdırır.  Bu  isə  insan  orqanizmində 

maddələr mübadiləsinin pozulmasına, hüceyrələrin və müxtəlif üzvlərin həyat 

fəaliyyətinin  dəyişməsinə,  yoluxucu  xəstəliklərə  qarşı  orqanizmin  mübarizə 

qabiliyyətinin  zəifləməsinə  səbəb  olur.  Şüa  alan  adam  bunu  hiss  etmir. 

Zədələnmə  əlamətləri  müəyyən  müddətdən  sonra  aşkara  çıxır,  xəstəliyin 

gedişi orqanizmin aldığı şüanın dozasından asılı olur.  

Müxtəlif  sıx  və  qalın  materiallardan  keçərkən  nüfuzedici  radiasiyanın 

təsiri zəifləyir. Məsələn poladın 2.7 sm, betonun 10 sm, torpağın 14 sm, suyun 

23  sm,  ağacın  30  sm  qalınlığı  nüfuzedici  radiasiyanı  2  dəfə  zəiflədir. 

Nüfuzedici  radiasiyadan  mühafizə  məhz  materialların  bu  xüsusiyyətinə 

əsaslanır.  Belə  ki,  radiasiya  dozasını  üstüörtülü  xəndək  40  dəfə,  mühafizə 

üçün uyğunlaşdırılmış zirzəmi 400 dəfə zəiflədir.  

Neytron seli tərkibində hidrogen olan maddələrdə daha çox zəifləyir.  

 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə