Tətbiqi etika


İlk  tibbi  yardım  qaydaları



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə99/108
tarix05.04.2022
ölçüsü0,68 Mb.
#85079
1   ...   95   96   97   98   99   100   101   102   ...   108
Az rbaycan Respublikas T hsil Nazirliyi Q rb Universiteti M lki

İlk  tibbi  yardım  qaydaları. 

Yardım  göstərərkən  ilk  növbədə  alışmış 

paltarları söndürmək, bu məqsədlə adamın üstünə palto, adyal salmaqla alovu 

səngitmək lazımdır. Sonra bədənin yanıq yerini paltardan azad edirlər: bunun 

üçün yanıq yerinə yapışmış hissəyə toxunmadan onun ətrafmdan paltarı kəsib 



69 

çıxarırlar.  Yanıq  yerindən  suluğu  qoparmaq,  yanıq  səthə  əllə  toxunmaq, 

yanığa yağ, məlhəm və başqa maddə sürtmək olmaz. Yanıq yerinə steril sarğı 

qoyurlar.  

Böyük sahəni əhatə edən geniş  yanıqlar zamanı belə  yaralmı mələfəyə 

bükmək, şok əleyhinə bütün tədbirləri yerinə yetirib dərhal tibb müəssisəsinə 

aparmaq daha yaxşı olar.  

Gözlərdə yanıq baş verərkən göstərilən ilk tibbi yardım gözə steril sarğı 

qoymaqdan  və  belə  zədələnməsi  olan  adamın  rahatlığını  təmin  etməkdən 

ibarətdir.  

Napalmdan  və  digər  yandırıcı  vasitələrdən  zədələnmiş  adamlara  ilk 

tibbi  yardım  göstərərkən  əvvəlcə  bu  maddələrin  yanmasını  dayandırmaq 

lazundır.  Yanıq  yerinə  suda  isladılmış  sarğı  qoyulur  və  ya  yanıq  baş  vermiş 

hissəni suya batırırlar. Bəzən alovu hər hansı üsulla söndürməyə cəhd edərkən 

yandırıcı  maddə  bədənə  sürtülür  və  alov  daha  da  güclənir.  Buna  yol  vermək 

olmaz.  Yanmağı  dayandırandan  sonra  yanıq  yerinə  steril  sarğı  və  ya  yanıq 

əleyhinə  xüsusi  sarğı  qoyurlar.  Aşağı  və  yuxarı  ətraflarda  geniş  yamq  baş 

verdikdə onlan şin və ya əlaltı vasitələrlə immobilizasiya edirlər.  

Turşu  və  qələvilərin  törətdiyi  kimyəvi  yanıqlar  çox  vaxt  dərin  olur. 

Yalnız  dəri  toxumaları  deyil,  onun  altında  yerləşən  toxumalar  da  ölür 

(nekrozlaşır).  Kimyəvi  yanıqlara  göstərilən  ilk  tibbi  yardım  bir  sıra 

xüsusiyyətlərə malikdir: yamq yerini dərhal 15-20 dəqiqə ərzində axar soyuq 

su  (kran)  altında  yumaq  lazımdır.  Bundan  sonra  yanıq  yerinə  çay  sodası 

səpirlər (yanıq turşulardan baş verdikdə), ya da sirkənin zəif məhlulunu tökür 

(yanıq qeləvilərdən baş verdikdə) və steril bintlə örtürlər.  

Sulfat  turşusundan  baş  vermiş  yanıq  yerini  su  ilə  yumaq  olmaz,  çünki 

sulfat turşusu su ilə birləşdikdə güclü istilik törədir. Belə hallarda infeksiyadan 

təmizləmək  məqsədilə  yanıq  yerinə  qaynadılmış  (sterilizə  edilmiş  və 

soyudulmuş) bitki yağı sürtürlər.  


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə