Tətbiqi etika


Orqanizmin  möhkəmləndirilməsi  və  soyuqdəymə  xəstəliklərinin



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə102/108
tarix05.04.2022
ölçüsü0,68 Mb.
#85079
1   ...   98   99   100   101   102   103   104   105   ...   108
Az rbaycan Respublikas T hsil Nazirliyi Q rb Universiteti M lki

Orqanizmin  möhkəmləndirilməsi  və  soyuqdəymə  xəstəliklərinin 

profilaktikası 

 

Orqanizmin  həyat  tonusunu,  yəni  fəaliyyət  dərəcəsini  yüksəltmək, 



soyuqdəymənin  qarşısını  almaq  üçün  hökmən  orqanizmi  möhkəmlətmək 

lazımdır. Möhkəm bədənli insan daha az xəstələnir. Buna görə də orqanizmin 

möhkəmləndirilməsinin  sağlam  həyat  tərzinin  əsas  amil  olmasını  qətiyyətlə 

söyləmək  mümkündür.  Günəşin,  suyun  və  havanın  insan  orqanizminə  təsiri 

olduqca faydalıdır.  

Hələ  qədim  zamanlardan  insanlar  sağlamlıq  üçün  təbii  iqlim 

amillərindən istifadə etməklə bədəni möhkəmlətməyin  vacibliyini anlamışlar. 

Gündə qaralmaq, qışda buzlu suda çimmək, hamamda buxarlanmaq orqanizmi 

möhkəmləndirməyin ən çox yayılmış üsullarındandır.  

Orqanizmi  möhkəmlədən  və  düzgün  istifadə  olunduqda  heç  vaxt  zərər 

yetirməyən təbii amilləri nəzərdən keçirək.  

Bu baxımdan su çox qiymətli xassələrə malikdir. Isbat edilmişdir ki, su 

proseduralarından  (müalicəvi  əməliyyatlardan)  səmərəli  istifadə  etməklə, 

möcüzələrə  nail  olmaq  mümkündür.  Su  proseduraları  zamanı  insan 

orqanizmində nə baş verir? Soyuq suda isladılmış dəsmalla bədənin hətta qısa 

müddət  sürtülməsi  və  ya  soyuq  suda  yaxalanma  yorğunluğu  aradan  qaldırır, 

gümrahlıq  və  yaxşı  əhvali-ruhiyyə,  ovqat  yaradır.  Soyuq  suyun  təsiri  altında 

dəridəki  qan  damarları  daralır  və  sıxılma  nəticəsində  oradakı  qan,  beyin  də 




72 

daxil olmaqla daxili orqanlara yönəlir. Buna görə də əllərin və üzün soyuq su 

ilə dörd-beş dəfə  yaxalanmış və bununla əlaqədar  olaraq dəridəki damarlarm 

daralması  dəri  üçün  sanki  faydalı  xüsusi  bir  gimnastika  hərəkəti  rolunu 

oynayır  ki,  nəticədə  hüceyrələrin  təminatı  və  fəaliyyəti  yaxşılaşır,  bu  isə  öz 

növbəsində orqanizmdə maddələr mübadiləsinin yaxşılaşmasma səbəb olur.  

Müntəzəm  olaraq  2-3  ay  ərzində  yaxalanmdan  sonra  orqanizmi 

möhkəmlətməyin  üçüncü  mərhələsinə  –  duş  qəbul  etməyə  başlamaq  olar. 

Orqanizmə  təsirinə  görə  duş  daha  girilu  vasitədir,  çünki  duş  vaxtı  soyuq  su 

dəriyə  mexaniki  təsir  də  göstərərək  sanki  onu  masaj  edir.  Su  proseduralarmı 

səhərlər  keçirmək  daha  yaxşıdır.  Hava  vasitəsilə  orqanizmi  möhkəmlətməyə 

20°C  temperaturda  başlamaq,  sonra  isə  tədricən  daha  aşağı  temperaturda 

davam  etdirmək  məsləhətdir.  Ilk  hava  vannası  20-30  dəqiqədən  artıq  davam 

etməməlidir.  Bundan  sonra  həmin  əməliyyatın  müddətini  vaxtaşırı  10  dəqiqə 

artırmaq mümkündür.  

 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə