Tətbiqi etika



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə105/108
tarix05.04.2022
ölçüsü0,68 Mb.
#85079
1   ...   100   101   102   103   104   105   106   107   108
Az rbaycan Respublikas T hsil Nazirliyi Q rb Universiteti M lki

Nikotindən  asılılıq

.  Siqaret  çəkmək  nikotinomaniyaya  (nikotin 

düşkünlüyü  halına),  baş  beyindəki  tənəffüs  mərkəzinin  tütün  tüstüsünün 

tərkibində  olan  və  bu  mərkəzin  fəaliyyətini  stimullaşdıran  nikotin 

maddəsindən  asılı  hala  düşməsinə  səbəb  olur.  Bu  isə  həmin  nikotin 

maddəsinin  bütün  orqanizmdə  stabilliyi,  normal  fəaliyyəti  pozan  amilə 

çevrilməsinə gətirib çıxarır.  

Bir  çox  cavan  valideynlər  uşaq  arabasında  yatan  körpə  ilə  gəzməyə 

çıxarkən siqareti  çəkmədən dayana bilmirlər. Axı bu zaman siqaretin tüstüsü 

körpənin də ciyərlərinə keçir! Bunu gələcək üçün yadda saxlayın və heç vaxt 

belə etməyin.  

Lakin  bütün  ölkələrdə  vəziyyət  həqiqətən  də  belədir.  Bunu  müxtəlif 

ölkələrdə aparılan müstəqil tədqiqatlar da təsdiq edir.  

Çoxillik «stajı» olan siqarət həvəskarları «istəsəm, o saat siqareti tərgidə 

bilərəm», kimi «bəyanatlarına» şübhə ilə yanaşmaq lazımdır. Onlar heç özləri 

də zənn etmədən yanılırlar və belə hesab edirlər ki, özlərinin iradə qüvvəsi ilə 

nikotin asılılığından yaxa qurtara bilərlər. Siqaret hərisi hər hansı bir müddət 

ərzində siqaretdən imtina edə bilir və bu müddət bəzən aylarla və hətta illərlə 

davam  edir.  Lakin  elə  bir  an  gəlib  çatır  ki,  o,  yenidən  siqaret  çəkməyə 

başlayır. Nikotindən asılılığın mexanizmi belədir: insan siqaret çəkərkən onun 

orqanizmində  adi  maddələr  mübadiləsində  iştirak  edən  nikotin  turşusu  və 

digər  belə  tərkiblər  öz  fəaliyyətlərini  dayandırır  və  bu  dəfə  qəbul  edərkən 

yarana  bilir  və  insan  narkomanlığa  mübtəla  olur.  Belə  xəstələrin  müalicəsi 

uzun sürən və bir çox hallarda, təəssüf ki, perspektivsiz prosesdir.  

Gənclər bilməlidir ki, xəstəlikdən müstəqil surətdə, xüsusən də narkotik 

maddənin  qəbulundan  imtina  eləmək  üsulu  ilə  müalicə  olunmaq  əsla 

yolverilməzdir:  ağrılar  zamanı  vaxtmda  tibbi  yardım  göstərilməzsə,  məhv 

olmaq  mümkündür.  Ağrılar  çox  güclənən  anda  həddən  artıq  dozada  maddə 




74 

vurularkən  də  ölüm  baş  verə  bilər.  Buna  görə  də  stasionar  xəstəxanada 

müalicə  olunmaq  lazımdır.  Orada  ilk  əvvəl  reanimatoloq,  məhz  ondan  sonra 

isə,  psixiatr  və  narkoloq  yardım  göstərəcəklər.  Lakin  normal  həyat  tərzinə 

qayıtmaq üçün psixoloqun yardımı da lazım gələcəkdir.  

Alkoqolizm  hallarına  nisbətən  narkomanlıq  hallarında  dozanın  artıq 

olması nəticəsində ölüm daha tez-tez baş verir.  


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə