Tətbiqi etika


QİÇS (SPİD) və onun profilaktikası



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə106/108
tarix05.04.2022
ölçüsü0,68 Mb.
#85079
1   ...   100   101   102   103   104   105   106   107   108
Az rbaycan Respublikas T hsil Nazirliyi Q rb Universiteti M lki

 

QİÇS (SPİD) və onun profilaktikası 

 

80-ci  illərin  əvvəllərində  ABŞ-da,  bundan  2-3  il  sonra  isə  Qərbi 



Avropada və bir sıra ölkələrdə əvvəllər məlum olmayan bir xəstəlik yayılmağa 

başladı. Tədqiqatlar göstərdi ki, bu xəstəlik insanın immun sisteminin tədricən 

güclənən  qüsuru  ilə  xarakterizə  edilir  və  immun  sistemi  pozulduğuna  görə 

ikinci  zədələnmələr  sayəsində  xəstənin  ölümü  ilə  nəticələnir.  Bu  xəstəliyə 

qazanılmış immun çatışmazlığı sindromu (QlÇS) adı verildi.  

QlÇS  insanın  immun  çatışmazlığı  virusu  (IÇV)  tərəfindən  törədilən 

yoluxucu  xəstəliyin  final  mərhələsidir  və  cinsi  əlaqə  yolu  ilə,  habelə  insanın 

qanı  vasitəsilə  keçir.  Immun  çatışmazlığı  virusu  (IÇV)  özünün  final 

mərhələsində QİÇS xəstəliyinə səbəb olur. İlk dəfə 1981-ci ildə ABŞ-da aşkar 

edilən bu xəstəlik  sonralar bu yoluxmaya əvvəllər  rast gəlinməyən  ərazilərdə 

(Avropa,  Asiya,  Avstraliya)  geniş  yayılmağa  başladı.  Hazırda  Karib  hövzəsi 

ölkələrində,  Mərkəzi  Afrikada,  ABŞ-da,  Qərbi  Avropa  ölkələri  əhalisi 

arasında bu xəstəliyə  yoluxanların faizi daha yüksəkdir. Əsasən şəhər əhalisi 

bu xəstəliyə tutulur. Keçnıiş Sovet Ittifaqının ərazisində xəstəlik ilk dəfə 1985-

ci ildə qeydə alınmışdır. Hazirda yoluxmalarm sayı sürətlə artmaqdadır.  

Virusua İM – İÇV-1 və İÇV-2 modifikasiyası məlumdur. Bu virus 56°C 

temperaturda 30 dəqiqə ərzində, 70-80°C temperaturda isə 10 dəqiqə ərzində 

məhv olur, etil spirti, efir, aseton, 2%-li natrium-hipoxlorid məhlulu və digər 

dezinfeksiya maddələri vasitəsilə tez zərərsizləşir.  

Yoluxma  törədicilərinin  mənbəyi  yoluxma  prosesinin  hər  hansı  bir 

mərhələsində  olan  insandır.  Xəstəlik  cinsi  əlaqə,  qanköçürmə,  habelə 

törədicilərlə yoluxmuş qanla çirklənən tibb alətləri vasitəsilə keçə bilər.  

Yoluxmuş  qanın  köçürülməsi  zamanı  virusun  keçməsi  80-100% 

hallarda  xəstəliklə  nəticələnir.  Yoluxmuş  şəxsdən  sonra  qeyri-steril  şpris  və 

iynə ilə venadaxili iynəvurma hallarında  çox ciddi yoluxma qorxusu yaranır. 

Narkomanlar  bu  üsulla  ən  yüksək  yoluxma  ehtimalına  malikdirlər.  Virusun 




75 

dişlərin müalicəsi, kosmetik emeliyyatlar zamanı və bərbərxanalarda keçməsi 

nəzəri cəhətdən mümkün sayılır.  

Bütün  ölkələrdə  QİÇS  (SPİD)  əleyhinə  komitələr  yaradılmışdır;  bu 

komitələr  əhali  arasında  və  ən  əvvəl  riskli  (təhlükəli)  qruplar:  yeniyetmələr, 

narkomanlar,  homoseksual  kişilər  arasında  en  geniş  profilaktika  işləri 

aparırlar.  Sonuncular  xəstəlenməyə  daha  çox  meyilli  hesab  edilirlər,  belə  ki, 

kişi  sperması  kişi  orqanizminə  düşərkən  onun  immunitetini,  hətta  İÇV 

infeksiyası olmayan hallarda belə, zəiflədir, yoluxma hallarında isə daha ağır 

təsir göstərir.  

Profilaktikanın  ikinci  istiqaməti  tibb  müəssisələrində  şprislərdən, 

iynələrdən, digər avadanlıq və tibb alətlərindən istifadə qaydalarının, onlanın 

sterilizasiya rejiminin ciddi gözlənilməsindən, habelə birdəfəlik şprislərdən və 

qanköçürmə sistemlərindən istifadə edilməsindən ibarətdir.  




76 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə