TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə32/141
tarix29.11.2023
ölçüsü7,68 Mb.
#143291
1   ...   28   29   30   31   32   33   34   35   ...   141
DƏRSLİK

DƏRMANLAR (FARMAKOLOJİ TERAPİYA) 
Neonatal reanimasiya zamanı dərmanlar nadir hallarda istifadə edilir, lakin klinik vəziyyəti kritik olan və ağır anadangəlmə 
anomaliyaları olan körpələrdə tələb oluna bilər. Neonatal reanimasiya üçün dərmanlar çox nadir hallarda istifadə 
edildiyindən onların dozaları ilə birgə siyahısı reanimasiya üçün nəzərdə tutulmuş avadanlıq və ləvazimatlarla birgə 
saxlanmalıdır. Bu tibb işçilərinə vaxt itirmədən düzgün dərmanın seçilməsini və onun müvafiq dozada verilməsini 
sürətləndirmiş olur. Qeyd olunmalıdır ki, bütün dərmanların dozaları körpənin çəkisi əsasında hesablanır. Yenidoğulmuşun 
çəkisi dəqiq bilinmədiyindən, tibb işçisi onun çəkisini təxmin etməklə dərmanın uyğun dozasını hesablamalıdır. 
Endotraxeal borunun ölçüsünü təyin etmək üçün nəzərdə tutulmuş şkala da hestasiya yaşı bilinən və hestasiya yaşına 
uyğun olan körpənin çəkisini təxmin etmək üçün istifadə edilə bilər.
Maye və bəzi dərman preparatlarının yeridilməsi üçün venoz damara çıxışın əldə edilməsinə üstünlük verilir. Venadaxili 
inyeksiyalar üçün göbək venası və ya periferik venanın kateterizasiyası, habelə sümükdaxili (intra-osseous) kateterizasiya 
istifadə edilə bilər. Reanimasiyanı aparan mütəxəssislər yeridilməsində daha sürətli və səlis olduqları üsuldan istifadə 
etməyə çalışmalıdırlar. Əksər hallarda göbək venasının kateterizasiyası çox effektiv və sürətlə aparıla bilər. Əgər göbək 
venasının kateterizasiyasına ehtiyac yaranacağı guman edilirsə, göbək ciyəsini çox qısa kəsmək tövsiyə edilmir. Göbək 
venasının kanulyasiyası üçün göbək ciyəsi dəri səviyyəsindən 2 sm yuxarıda kəsilməli və güdülün üzərində antiseptik 
məhlula batırılmış tampon qoyulmalıdır. Göbək venası (üç damardan ən irisidir), adətən, çox asan vizualizasiya olunur və 
adətən, saat əqrəbinin 11.00 - 12.00 vəziyyətində yerləşir. Göbək venası daxilinə 3.5 mm və ya 5 mm diametri olan venoz 
kateter yeridilir və qan alındıqda kateterin irəliləməsi dayandırılır, kateter dəriyə bərkidilir. Kateteri qanın ilk dəfə alındığı 
nahiyədən irəliyə itələmək tövsiyə edilmir, çünki kateter qaraciyərə çox yaxın olduqda bəzi dərmanlar onun zədələnməsinə 
səbəb ola bilər. Kateter qarın divarına tibbi leykoplastrla və/və ya göbək güdülünə cərrahi tikişlə bərkidilir. Göbək venasının 
kateterizasiyası steril şəraitdə sürətlə aparılmalıdır.
Adrenalin 
Yenidoğulmuşların reanimasiyasında ən çox istifadə edilən preparat adrenalindir. 45-60 saniyə ərzində aparılan ürəyin 
qapalı masajı və effektiv ventilyasiyaya baxmayaraq, körpənin ürək döyüntülərinin sayı dəqiqədə 60 vurğudan az olduqda 
körpəyə adrenalin yeridilir. Adrenalin müsbət inotrop və müsbət xronotropdur. Bu səbəbdən onun yeridilməsi həm sistem, 
həm də ağciyər perfuziyasını yaxşılaşdırır. Adrenalinin tövsiyə edilən dozası 1:10.000 konsentrasiyada 0.1-0.3 ml/kq-dır 
(0.01-
0.03 mq/kq) və venadaxili yeridilməsinə üstünlük verilir. Adrenalin venadaxili yeridildikdə onun ardınca 0.5-1 ml 
normal fizioloji məhlulun vurulması tövsiyə edilir. Venoz çıxış əldə edilənədək adrenalin endotraxeal yolla da yeridilə bilər, 
lakin məhz neonatal reanimasiya üçün bu üsulun təhlükəsizliyi və effektivliyi tam sübuta yetirilməyib. Endotraxeal yolla 
adrenalinin yeridilməsi üçün adrenalinin dozası daha yüksəkdir və 1:10.000 konsentrasiyada 0.5-1 ml/kq (0.05-0.1 mq/kq) 
təşkil edir.


19 
Adrenalin yuxarıda qeyd olunandan daha yüksək dozalarda venadaxili inyeksiya üçün istifadə edilməməlidir, çünki 
körpələrdə yüksək təzyiq və beyin və ürəyin zədələnməsinə səbəb olur.
Tələb olunduqda adrenalin hər 5 dəqiqədən bir təkrar vurula bilər. Bütün hallarda ürəyin qapalı masajı və ventilyasiya 
davam etdirilməli və ürək döyüntülərinin sayı hər 45-60 saniyədən bir təkrar yoxlanmalıdır.

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə