www.kitabxana.net
– Milli Virtual Kitabxana
89
Indi yəqin ki, məhəllədəkilər “dəvə”nin axırı belə də qurtarmalı idi.
Dəvə bəli bu mənim
ayamam idi. Neçə vaxtdı fəxrlə daĢıdığım bu ayama indi içimə qədər oturur və məni soyuq
kamera divarlarında belə atəĢdə qovururdu. Bu rütubətli kamera belə mənim dəvə kinimi
soyutmağa yetmirdi. Mən buradan qurtulub hər kəslə- məni balıq kimi sudan alıb nəfəssiz
qoyanlarla, tarixin yönünü dəyiĢdirənlərlə, insanları müharıbələr törədib
fiziki və mənəvi məhv
edənlərlə haqq- hesab çəkmək istəyirdim. Bəli, bu nöqtədən mənim dastanım baĢlanır.
Insanın ömrü o qədər məhduddur ki, edəcəyin iĢlər sənin ümidin,
edə bilmədiklərin isə
“kaĢkilərindən” ibarət olur. Mənim içimdə ümidlər mağarası kaĢkilərimin atdığı daĢlarla o
dərəcədə qapanmıĢdır ki, onu açmağa nə sehirli sim-sim nə də on kilo dinamit yetər. Butun
həyatımı beĢ dəqiqə ərzində gözdən keçirmək istəsəm yalnız iki gün öncə törətdiyim cinayət
istisna olmaqla( bu mənim ailəmin yanına üzüağ aparacaq bir pasportdur) boĢ və mənasız bəlkə
adi insan həyatı kimi keçmıĢdir.
UĢaqlığımın bir qaranlıq guĢəsinə açılan ilk pəncərə Bakıda -Yasamalda oldu. Bura genıĢ
bir məhəllə idi.Əvvəl harada olmağımızı xatırlamasamda sonralar bu evə gəldik. Bu iki mərtəbəli
geniĢ otaqlı bir ev idi. Ġndiki zamanda bu tip evlər xırda villa da sayıla bilər.Biz bura köçəndə
dayı bildiyim yeni evlənmiĢdi.Mən onun bacısıoğlu kimi elə o evdə böyüməyə baĢladım.Mən
qəmimi kədərimi burnumu əynimə daim gödək olan paltarların içinə soxmaqla əridərdim.Heç
kəs məndən bu milçək vızıltımın səbəbini soruĢmazdı.Paltarımın daim belə gödək olması tezliklə
məhəllədə mənə qəribə bir ayama “ rəqqasə” ayamasını qazandırdı.Göbəyimin
daim çöldə
olmasına görə bunu kimsə uydurmuĢdu.Bu ayamanı on dörd yaĢıma qədər xəcalət çəkə-çəkə
daĢıdım.
Dayımın evində mənə mətbəxlə yanaĢı balaca bir otaq vermiĢdilər. UĢaqlığımdan
divardakı əcaib kölgələrdən hürkə- hürkə yaĢamağa alıĢdım.Dayımın arvadı burada kartof soğan
və qıĢ ehtiyatları saxlayar, birdə mənə yatmağa içazə verərdi.Bu otaqda xəyali kölgələrdən baĢqa
bütün gecə xırçıltısı kəsməyən siçanlar da olardı.Bütün bu dağınıqlığın
içində məni heç tək
qoymayan bir ana xəyalı da var idi ki, bu xəyal yaddaĢımın bir küncündə iliĢib qalan bir ailə
portretinin bir qanadı idi. Arabir yuxuma bir qadın girərdi: o yerdə çapalayır və dayanmadan
mənim üç uĢağım var deyə çığırardı. Bu yuxunu heç sevməzdim.
Bu yuxunun gördüyüm gecənin
gündüzündə mütləq baĢıma bir iĢ gəlməli idi.. Bu yuxu artıq mənim ehtiyat qalxanım və ulduz
falım idi.Beləcə böyüyürdüm dayımın kalafalığında.Yerimi bilirdim, bilməyəndə bildirirdilər.Bu
o qədər sürətlə baĢ verirdi ki, heç kim heç nə hiss etmədən hər Ģey yoluna, mən də soğan-
kartoflu deĢiyimə girərdim.Ġlbiz kimi sürünən həyatımın bir yeniliyi olmazdı ki,...Bayramlarda,
seyranlarda əynimə alınan bir- iki təzə paltar və dayımın yanağına qondurduğu öpüĢlər
www.kitabxana.net
– Milli Virtual Kitabxana
90
olmasaydı bəlkə də dünya tam qaranlıq olardı.Heç kəs məni bəyənməzdi. Məhəllədə tam tək
olsamda məktəbdə “ dördgöz” Eldar var idi.Biz ikimiz də əzik Ģapalaq altı “çumolar”idik.
Mənim günü- gündən uzanan boyumun ətrafdakıları necə narahat etdiyini isə sonralar anladım.
Elə dərs oxuyan olmamıĢam amma bədii ədəbiyyatı sevərdim. Bəlkədə bir az cəhd
etsəydim məndən yaxĢı Ģair də çıxardı.Bu qabiliyyətimin öhdəsindən
də məsuliyyətsizliim deyil,
cəsarətsizliyim gəldi. Ağzımı açan kimi Ģapalaq təki yediyim sözlər mənim içimdəki çox Ģeyi
məhv edibmiĢ. Lakin mən bunda da yanılmıĢammıĢ... yəni bir gün məndən içəridəki mən.....
Və bir gün mən bu rəqqasə ayamasına üsyan etdim. Məni bu ayama ilə çağıran mütrüfün
baĢını daĢla elə əzdim ki, onun qanını təcili yardım maĢını da kəsə bilmədi.Mən qan görmüĢ
canavar tək yenidən hücum çəkdim ona. Istəyirdim parçalayıb diĢimə keçirəm bu əclafı.
Imkanım olsaydı illərin xıncını çıxarardım onun boğazından amma qollarımı dəmir kimi sıxan
barmaqlar yalnız polis gələndə məndən aralaĢdı.ġikayət etmədilər. Bəlkə də dayım xahiĢ
etdi.Bax burası mənə naməlumdur.. BaĢına on tikiĢ qoyulmuĢ uĢaq
məhəllədə peyda olanda onun
sarğılı baĢı hamıya görk oldu. Mən yenə göbəyim açıq , qarnımı qaĢıya- qaĢıya onlara baxırdım.
Əmin idim ki, o an üzümə” hə, ağzınınzı açın cəsarətininz çatırsa dillənin”ifadəsi yazılmıĢdı.Elə
o an o baĢıyarılmıĢ mənə “dəvə” deyərək qaçdı.Bax bu dəvə ləqəbini anlamadım.pis idi, yaxĢı
idi?!. Əynimdəki idman köynəyini aĢağı darta-darta çəkməçi Adilin yanında yerə çökdüm.O,
əlindəki çəkmənin cırıq yerini gözəyə-gözəyə :- hə, rəqqasə nə kin varmıĢ səndə. Dəvə kimi
yeddi il sonra tüpürdün.Dəvə! hər halda o birisini görkəminlə qazanmıĢdın, bunu kiĢiliyinlə”
Mən çəkməçi Adlin yanından ayrılanda ürəyim snəmə sıxmırdı.KiĢi adını qazanmıĢdım.dəvə- bu
heyvanın adının mənə bu qədər ləzzət verəcəyini heç ağlıma da gətirməzdim. Kinim dastan
oldu.Yanımdan ehtiyatla keçdi məhəllənin keçiləri.Sonrakı addım isə məni öz aralarına qəbul
etmək oldu.Ta altı ildən sonra- o məĢum toqquĢmaya qədər
məhəllədə heç bir problemim
olmadı.
Mənim ata-ana problemim sən demə tək mənim qanlı yerim deyilmiĢ.Bunu bir xəncər
kimi kürəyimə saplamaq üçün neçəsi fürsət gəzirmiĢ.
Gecə yenə o məĢum yuxunu gördüm. Yenə o qadın üz-gözü qan içində çapalayırdı.Bu gün
ehtiyat günü idi.Artıq körpüləri qaldırılmıĢ qala kimi idim.
Gəncliyin verdiyi Ģövq bir baĢqa cürdür.GünəĢ səmadan bir baĢqa cür boylanır,
yarpaqların tünd yaĢıl rəngi, torpağın xoĢ qoxusu insanın gözündə bir ayrı cür olur.Sanki bütün
havanı ciyərlərinə çəksən onun hamısını tutacaq qədər geniĢ olacaq ciyərlərin. Əsgərlikdən
döndükdən sonra da köhnə adətimdən vaz keçməyib çökdüm çəkməçi Adilin köĢkünün dibinə.