www.kitabxana.net
– Milli Virtual Kitabxana
12
Xülasə. İndi İmranbəy, eksperimentlər ustası, həkimi, loğmanı gəlmişdi və axşam
məni görüşə çağırırdı. O, qulağıma
elə bir söz demişdi ki, ağlım az qala çaşmışdı,
keçmiş sinif yoldaşımın dəli olduğuna şəkk-şübhəm qalmamışdı. Amma həm də
maraqlı bir söz söyləmişdi və həmin maraq məni istər-istəməz «Azneft»in tuşuna,
bulvara aparıb çıxarmalıydı.
Bakının ortasında, 21-ci əsrin təzə-təzə tüğyan elədiyi bir
zamanda hominidin
hansısa bir zirzəmidə gizlənməsi ağlabatan deyildi, amma İmranbəy bunu elə
inamla dedi ki, onun sözlərinin doğruluğuna şübhə eləmək düz olmazdı. Hər halda,
keçmiş sinif yoldaşımıydı, kəndçimiydi. Ona görə də İmranbəyə inandım.
Danışığındakı dəlilik əlamətlərini isə qulaqardına vurdum. Bəlkə ona görə ki,
macəralar sorağındaydım, ona ac idim və mənəvi mədəmi doldurmaq
fikrindəydim, axtarışdaydım.
O, qulağıma qısaca bu sözləri demişdi: «Mən bəşəriyyətin atasını gizlətmişəm.
İnanmırsansa, axşam bulvara gəl, Azneftin tuşuna. Azıxantropu - Azıxadamı gör!»
Bəşəriyyətin atasını ha, anasını yox. Hamı ana sorağındadı, bu da ata axtarır.
Əlbəttə, mən ona inanmaya bilərdim, uşaqlıqda sinif yoldaşım olmuş, indisə
məcnun qiyafəsində gəzən bir insandan hər şey gözələmək olardı. Bəlkə mən özüm
də bir qədər dəliləşmişdim, İmranbəylə bir kəndin bulağından su içməyim, bir
kəndin torpağında gəzməyim, havasını udmağım da bu məsələdə az rol oynamırdı.
Azıxadam İmranbəyin ağlına hardan girmişdi? Bəlkə hələ də uşaqlıq xatirəsilə
yaşayır?
Azıx mağarası kəndimizin yaxınlağındaydı. Bizi ora buraxmırdılar. Mağaranın
ərazisi dəmir torla çəpərlənmişdi. Amma o çəpərin bəzi yerləri bizim ayağımızın
altında əzilib getmiş, yola çevrilmişdi. Biz tez-tez quzularımızı ora otarmağa
aparırdıq. Çəpərlənmiş ərazidə ot çox olduğundan quzuları ora buraxırdıq. Ata-
analarımız sovet sədrinin şikayətlərini qulaqardına vururdular. Onlar
hardan
biləydilər ki, «bəşəriyyətin atasının olduğu yeri» bu qədər urvatsız eləmək olmaz.
Hərdən gözdən oğurlanıb, mağaraya girirdik, oranı ələk-vələk edirdik, amma
suxurlardan, daş parçalarından və sür-sümükdən başqa heç nə tapmırdıq.
Mağaradan rütubət iyi gəlirdi. Evdə bizi qorxuzurdular ki, mağaraya girməyək,
orda şər ruhlar var və o şər ruhlar uçan ilanların qəlbindədir, uçan ilanlar da
mağaradadır. Amma bilirdik ki, «uçan ilanlar» deyəndə yarasaları nəzərdə tuturlar.
Biz yarasalarla dostlaşmışdıq, hətta onları tutub çölə də çıxardır, qanadlarını rezin
kimi dartıb uzadandan sonra göyə buraxırdıq, amma onlar dövrə vurmamış geri
qayıdır və mağarada öz fəxri yerlərini tuturdular. Gizlənpaç oynayanda yarasaların
qıpqırmızı gözlərini gözlərimizdə hiss edirdik. Onlar xırda, məsum gözlərilə bizə
www.kitabxana.net
– Milli Virtual Kitabxana
13
baxırdılar, yəqin ki, bizi yaxşı görürdülər, amma bizi ələ verməmək üçün səslərini
çıxarmırdılar.
Biz mağaranın bəri başında oynayırdıq. O biri başa heç kim getmirdi. Ora bizim
üçün qorxulu və sirliydi.
Turist dəstəsi gələndə əsl kef olurdu. Onlar bizə şirni və saqqız bağışlayırdılar.
Hamımız Azığın tarixini əzbər bilirdik. İlk insanın Azıxda olmasıyla
fəxr edirdik,
hərdən isə onun özünü axtarırdıq, çoxumuzun qəlbində böyük kəşflər yer eləmişdi,
şübhəsiz, bu daha çox Azıxantropla bağlıydı. Amma
heç kim bu bədheybət,
dombaalın məxluqu özünün ulu babası kimi qəbul eləmirdi. Kəsəsi, Azıxantrop
bir-birimizi ələ salmaq alətiydi.
İndi İmranbəy gəlmişdi, uşaqlıq xatirələrini də özüylə gətirmişdi. Ürəyimin
dərinliyində onun gəlişinə sevinirdim də. Amma bu səfil vəziyyətinə acıyırdım,
hərdən isə acıqlanırdım.
İş yerində rahat otura bilmirdim, tez-tez durub otaqda gəzişir, arakəsmələrdən
həmkarlarıma baxırdım. Onlar yerlərində tez-tez qurcalanır, burunlarını silir,
saçlarını darayırdılar, mənim kimi darıxırdılar. Onlara
bir müddət baxandan və
hərəkətlərindən bezəndən sonra iri pəncərənin yanına gəldim və çölə baxdım.
Pəncərədən çölə adi cansıxıcı və tutqun bir mənzərə açılırdı. Ora-bura qaçışan
adamların arasında İmranbəyə oxşarlarını axtardım, amma eləsi gözə dəymirdi.
«Eh, İmranbəy, gör nə günə qalmısan? O boyda axundun nəvəsi, Amerika
kimi bir
ölkənin alimi...» Bu sualları özüm-özümə verirdim, özüm də elə özümdən
şübhələnirdim. Bəlkə, İmranbəy Amerikaya-zada getməyibmiş, hardasa gizlənib,
dünyanın axar-baxarına
fikir verirmiş, gələcəyinə göz dikən ata-anasının xətrinə
dəymək, ümidlərini boşa çıxarmaq istəmirmiş? Hə, suallar konkret, cavablar isə
mücərrəd... Amma nə olur-olsun, mən onu tanımışdım, ən azı «qırışmal» sözünə
görə. İmranbəy demiş, ekzellənt...
Nəhayət, iş qurtardı. Müdir gedən kimi, mən də aradan çıxdım, qaranlığın
düşməsini gözləmədən bulvara gəldim və «Azneft»də dalğalanan üçrəngli bayrağa
tərəf irəlilədim. O vaxt hələ dünyanın ən böyük bayrağı yoxuydu, «Bayraq
meydanı» da tikilməmişdi.
Payıza doğru gedirdik, havanın heyva qoxuyan vaxtıydı. Həyətimizdəki sapsarı
heyvalar yadıma düşürdü. Sahil sularındakı çirkabla bu qoxu tərs-mütənasib idi.
Moskvadan gəlmiş uşaqlıq dostumun balaca qızı demiş, sahil suları «kaka»larla