www.kitabxana.net
– Milli Virtual Kitabxana
24
sanki onlar şüşədən idilər. Şüşədən! - İmranbəy məni inandırmaq üçün gözlərini
bərəltdi və əllərini irəli uzatdı. Onun əlləri tüklü və qaba idi. - O, mənə həmişə bir
adamı xatırladıb. Amma incimə, kimliyini deməyəcəm.
Biz növbə ilə keşik çəkirdik. Təcrübə altında olan toxumalar nəzarətsiz qala
bilməzdi. Onları insan bədəninin hərarətindən iki dərəcə yuxarı istilikdə
saxlayırdıq və bir az böyüyəndən sonra nisbətən iri qablara yerləşdirirdik,
embriona çevrilmə ərəfəsində isə onları bizdən alıb başqa yerə göndərirdilər.
Onların taleyindən xəbərimiz olmurdu.
Məhlulun tərkibini öyrənmək üçün onu analiz etmək lazımıydı, amma bizə bu
imkanı vermirdilər. Həmin məhlullar hazır gətirilir, yəni başqa laboratoriyada
hazırlandıqdan sonra bizə ötürülürdü. Biz hazırladığımız ölü toxumaları həmin
məhlula yerləşdirir və onlara nəzarət edirdik. Heç belə bir şey eşitmisən!? Əlbəttə,
eşitməzsən! Bu dəlmə-deşikdə nə eşidəcəksən ki! - deyə əllərilə ətrafı göstərdi. -
Sizinki ancaq boş-boş danışmaq olsun! Mən orda milləti, onun taleyini
fikirləşəndə, siz mitinq edirdiniz, torpaq satırdınız! Hə, bəs necə, elə bilirsiniz fil
qulağında yatmışdım?!
- Yaxşı, - dedim, - özünü ələ al, bütün bunları sənsiz də bilirik. Danış görək sonrası
nə oldu.
- Sonrası mən deyən kimi. Nə olacaqdı ki? Bir dəfə mən bicliyə əl atdım. Məhlul
olan şüşəni hamının gözü qarşısında təsadüfən yerə saldım. Daha doğrusu, elə
elədim ki, həmkarım şüşəni mənə ötürərkən elmi rəhbərin qolu təsadüfən ona
dəysin və məhlul yerə tökülsün. Belə olanda günah elmi rəhbərin boynuna
düşürdü.
Mən planlaşdırdığım kimi oldu. Şüşə əlimdən yerə düşən kimi öncədən
qaynatdığım təmiz dəsmalla həmin məhlulu sildim və xüsusi hazırlanmış sellofana
qoydum və bunu elə elədim ki, heç kim görməsin, əvəzində isə əvvəlcədən kirli
suya batırılmış dəsmalı xadiməyə verdim ki, aparıb təmiz-təmiz yusun, əlləri
göyərənə kimi. Çünki məhluldan adi bir damcının götürülməsi analiz üçün kifayət
edirdi.
İş qurtarandan sonra mən otağıma gəldim və məhlulun analizinə başladım. Bu adi
tərkibli bir vaksin idi. Vaksin!
Bu, qadın ciftində olan «hormonoid» mayesi idi. Belə maye uşaq doğulmamışdan
bir neçə dəqiqə əvvəl ifraz olunur. Həmin maddə doqquz ay ərzində embrionu
ölməyə qoymur, ciftin divarlarına yapışır. Hormonoidə daha bir maddə əlavə
olunmuşdu: dedeqonus. Bu maddə Latın Amerikasında, Amozoniya sahillərində
www.kitabxana.net
– Milli Virtual Kitabxana
25
tutuquşuların sevdiyi eyni adlı bir çiçəkdən götürülür. Həmin çiçək kolu
tutuquşuların cütləşdiyi zamanlarda pardaxlayıb açır. O, daim yaşıl olur və
susuzluğu yatırır. Həmin maddə geniş yayılıb və bir çox preparatlarda istifadə
olunur, amma adı gizli saxlanılır. Əlbəttə, mən də onun əsl adını sənə demirəm. Bu
sirdir, İmranbəyin sirri… Eh, biz sirlər aləmində yaşayırıq. Sirlər! - deyə o yenidən
gözlərini bərəltdi.
- Bir az yavaş danışsana, - dedim. Dediklərinin heç biri yadımda qalmır.
- Ən əsası mahiyyəti bilməkdir. O, adlar onsuz da sənə heç nə demir... Bitkini əldə
eləmək elə də çətin deyildi. Aptekdən tapmaq olardı. Çünki o, oynaq və əzələ
ağrılarını da götürür. Bizdə də ki, maşallah, hamı yel xəstəsidi. Şəhər deyil e,
yelqovanlar ölkəsidi!!! «Hormonoidi» tapmaq müşkül məsələydi. Mən o, maddəni
əldə eləmək üçün tam məxfi hərəkət eləməliydim. Bizim pulumuz çox idi və bayaq
dediyim kimi, o, xüsusi hesablara köçürülürdü; yalnız xüsusi hallarda, speşəl
situeyşində, yəni fövqəladə nəsə bir hadisə baş verən zaman onu götürmək olardı.
Həmin vaxt məndə ilkin «psixoz» başladı. Yəqin sən anlayırsan ki, mən qəsdən
özümü dəliliyə vurmuşdum. Onsuz da əzəl- axır yerim ruhi xəstəxanaydı. Hə, hə,
ruhi xəstəxana, ruhi xəstələrin əbədi məkanı... Mən bunu dəqiq bilirdim. Hələ bu
da işin həlli deyildi, heç ona bir addım da yaxınlaşmırdı. Sadəcə ilk cəhd kimi
hesaba almaq olar.
Universitetin özünün böyük klinikası vardı. Bir neçə gün həmin klinikada müalicə
olundum və məqsədimə çatmaq üçün orada işləyən bir şəfqət bacısıyla əlaqə
qurdum. Təbii ki, bu əlaqə sonradan əsl məhəbbətə çevrildi və qadın uşağa qaldı.
Özün bilirsən də nəyi nəzərdə tuturam!? Məndən 17 yaş böyük amerikalı elə də
gözəl deyildi, çil-çil sifəti, sarı, pırtlaşıq saçları vardı, amma məqsədimə çatmaq və
bəşəriyyətin başlanğıc nöqtəsini tapmaq üçün ən böyük qurbanlara da getməyə
dəyərdi. Mən qorxurdum ki, arvadım uşağı doğa bilməsin, onu keserova eləsinlər
və istədiyim maddəni əldə edə bilməyim. Adı Sebinaydı, bizim adlara çox oxşayır,
atası müsəlman, hersoqovinalı, özü isə Amerika yəhudisiydi, hə, hə, Amerika
yəhudisi, cılxa cuhud.
Qərara aldım ki, arvadımı doğuş zamanı xəstəxanaya aparmayım, uşağı özüm
tutum. Yəqin, yadındadır ki, rəhmətlik Zalxa nənəm mamaçaydı, kəndin az qala
bütün uşaqlarını, elə səni də, məni də o tutmuşdu. Əşi, elə hamını... Arvadları
doğuzduranda yanından əl çəkmirdim. Uşaq olduğuma görə mənə fikir vermirdilər.
Mən də nənəmin elədiklərini yaddaşıma köçürürdüm, dəndiyimə yığırdım.
Xoşbəxtlikdən Sebinanın ağrısı qəfil tutdu və həkimlər gələnə kimi mən
«hormonoid»i əldə edə bildim. Onun detallarını açıqlamaq istəmirəm. Bu, mənim
www.kitabxana.net
– Milli Virtual Kitabxana
26
tərəfimdən ömrümdə elədiyim ən antiestetik bir hərəkət idi. Lənətə gəlsin!!! Tfu!!!
Avfuli… Dəhşət!!!
- Hmmm…
- Uşaq doğulmadı. Onu kəsib götürdülər və məlum oldu ki, mən tələsmişəm,
maddəni götürmək üçün arvadımın qarnını gərəyindən artıq sıxmışam. Bəlkə, sən
elə bilərsən ki, mən ona acımadım, əksinə çox peşiman oldum, hətta bəşəriyyətə və
onun ilk adamına da söydüm. İndi də düşünürəm ki, adi bir övlad ən böyük
kəşflərdən maraqlı və dəyərlidir. Hə, övlad kəşflərin hamısından üstündür...
- Bəlkə də…
- Yox, yox, düz demədim. Ən ali məqsədlər naminə hər şeyi qurban vermək
lazımdır. Ailəni də, uşağı da, arvadı da, hətta istəsən ata-ananı da… - O bir anlığa
dayandı, bədənini siçovullar kimi qaşımağa başladı. Rahatlaşandan sonra davam
elədi:
- Sebinayla evlilik həyatımız uzun sürmədi. Buna həm aramızda olan inciklik və
soyuqluq, həm də mənim psixoloji, mənəvi sarsıntılarım, beyin pozulmam səbəb
oldu. Bəs, necə? Uşaq itirmək, özü də gözünün ilkini, ilk avını, asan məsələdir?!
Arvadım mənim narahat yatmağımdan bezmişdi. Halbuki mən ona görə narahat
yatırdım, yəni onun körpəsini öldürdüyümə görə vicdan əzabı çəkirdim. İndi
fikirləşirsən ki, vicdan əzabı məndə hardandı!? Hardandır vicdan əzabı!? Doğru
düşünürsən, daha doğrusu, sən doğru düşünməkdə haqlısan, amma mən doğrudan
da günahlarımın ağrısını çəkirdim. Gecələr qarabasmalar içində yatırdım,
doğulmayan körpəmin məni ittiham səhnələrini seyr edirdim və əsəbiləşirdim. Hər
yerim geyişirdi... Uşaq mənə deyirdi: «Sən bura məni öldürməyəmi gəlmişdin!?
Get öz yurduna, öz Azıxına. Səni orda gözləyirlər. Sən orda lazımsan!»
Doğulmayan körpə də mənim missiyamı başa düşürdü. Çünki mənim genimi
doqquz ay öz canında daşımışdı, fikirlərim onun qanına və düşüncələrinə
hopmuşdu. İndi fikirləşirəm ki, əgər o doğulsaydı, dünyanın ən böyük adamı
olardı. Orasını da fikirləşirəm ki, yaxşı ki, doğulmadı, böyüyəndə mənim
ideyalarımı yankilərin xeyrinə sərf edərdi…
Sebinayla bir müddət ayrı-ayrı otaqlarda yatdıq. Amma iş o həddə çatmışdı ki,
qonşu otaqdan mənim sayıqlamağım, yuxuda çığır-bağır salmağım onu bezdirdi və
bu da mənim köməyimə çatdı. Nəhayət, onun şikayətləri və öz gicliyim sayəsində
arzuma çatdım. Həkimlərin diaqnozu mənimçün fayn, sahiblərim üçün bəd oldu.
Öncə öz klinikamızda, sonra isə Kaliforniyanın mərkəzi xəstəxanasında müalicə
olundum. Amma müalicənin heç bir köməyi yox idi. Ona görə də xüsusi rejimli
Dostları ilə paylaş: |