The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə21/34
tarix15.10.2018
ölçüsü1,54 Mb.
#74303
1   ...   17   18   19   20   21   22   23   24   ...   34

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
62 
 
amma kərgədan onu görmədi, daha doğrusu, iyini aldığı bu yad məxluqun ona heç 
bir təhlükə yaratmadığını görüb, Qorçatanın yanından ötüb keçdi.  
Əroğlu bir müddət dayanıb kərgədanın arxasınca baxdı. Gərgədan kolluqlarda 
gözdən itəndən sonra təzədən uzanıb mürgülədi. Bir azdan o, xışıltı səsinə oyandı. 
Kimsə onu izləyirdi. Bu, yad adam idi. Ondan başqa qoxu gəlirdi. Qorçatan cəld 
ayağa qalxı və kolluqlara sinə-sinə özgə iyə tərəf getməyə başladı. Kimsə onu 
doğrudan da izləyirdi. Əroğlu onu güdənə yaxınlaşanda həmin adam kolluqdan 
çıxdı və qaçmağa başladı. Qorçatan onun arxasınca düşdü, amma bir az gedəndən 
sonra dayandı. Qaçan adamdan bataqlıq iyi gəlirdi. Görünür, o, yaxınlıqdakı 
bataqlıqda yaşayan tayfadan imiş. Müqəddəs sümükləri aparanlar bataqlıq 
qoxumurdular. Onlardan torpaq iyi gəlirdi, kaha və mağaralarda yaşayırdılar. Ona 
görə də Qorçatan geri qayıtdı, gəldiyi cığırı tapdı və torpaq iyini tutub getdi. 
Əroğlu qaranlıq meşəyə çatdı. İrəlidə onun təxmin edə bilmədiyi təhlükələr vardı. 
Hər kol, hər ağac özündə qorxulu və sirli nəyisə gizlədirdi. Düzənlikdən fərqli 
olaraq, meşələr adama addımbaşı gözlənilməzliklər bəxş edir. Çünki hər ağacın və 
kolun dalında nə gizləndiyini bilmirsən.  
O, meşəyə girdi. Müqəddəs sümükləri oğurlayanların izi meşənin içərilərinə tərəf 
uzanırdı. Dərinlikdə ara-sıra talalar vardı. Talalarda qıpqırmızı çiyələklər bitmişdi. 
Qorçatan onlardan dərib yeməyə başladı. O, bu giləmeyvənin adını bilmirdi, amma 
eşitmişdi ki, uzaq yerlərdə dadlı və sulu meyvələr bitir. Qorçatanın başı necə 
qarışmışdısa, yaxınlıqda gəzişən və ona göz qoyan qızı dərhal görmədi. Yalnız 
başını qaldıranda özgə bir adamın talanı dövrələyən kolluqların arasından onu 
izlədiyini gördü və müdafiəyə hazır dayandı. Bir azdan özgə adam kolluqların 
arasından çıxdı və taladan keçərək, üzbəüz tərəfə - meşənin dərinliyinə sarı qaçdı. 
Qorçatan onun arxasınca düşdü. Çünki özgə adam başqalarını da köməyə çağıra 
bilərdi. Zamanında onun axırına çıxmaq lazımıydı. Özgə adam növbəti talaya 
çatanda ayağı büdrədi, yıxıldı, tez də durdu, amma Qorçatanın onu haqladığını 
görüb, müdafiəyə keçdi. Kəmərinə bərkitdiyi daş çapacağı əlində hazır tutdu. Bu, 
«öncə»lərdən, yəni əmcəklilərdən idi. Amma onda sirli nəsə vardı. Qaraqaş, 
qaragöz idi, saçları çiyninə dağılmışdı. Qorçatan xatırladı ki, tayfa ərlərini 
(dəliqanlılarını) düşmən tayfasından olan azlar (qadınlar) yoldan çıxarıblar. Az 
dalı-dalı getdi və iri bir ağacın arxasında gizləndi. O, hürkək gözlərilə Qorçatana 
baxırdı. Qorçatan qarşısındakının öncələrdən olduğunu görüb sakitləşdi və əlini 
sinəsinə qoyub, təzim elədi. Bu, o demək idi ki, yad məxluqa zərər yetirmək 
fikrində deyil. Qız qəfildən yerindən sıçrayıb ağaca dırmaşdı, budaqdan-budağa 
tullanmağa başladı. Bir az gedəndən sonra dayandı, yenidən eyni hərəkətlərlə geri 
qayıtdı və Qorçatanın həndəvərində dövrə vurmağa başladı. Bir müddət keçəndən 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
63 
 
sonra Az ağacdan düşdü, arıldan-aralıya Əroğluna göz qoydu, havanı iylədi, onu 
tanımağa çalışdı. Az Qorçatanın böyür-başında fırlanmaqda və onun niyyətini 
öyrənməkdə davam elədi. Qorçatan yerində dayanmışdı, təəccüblə ona baxırdı. 
Sonra bu təəccüb tamam başqa hisslə əvəzləndi. Bu, məftunluq hissiydi. Yad 
tayfadan olan bu məxluqda cəzbedici nəsə vardı; hərdən cingiltili səslə gülür, 
meymunları, quşları ətrafına yığırdı. Görünür, Az buraları yaxşı tanıyırdı, meşə 
sakinlərinin hamısı onun dostuydu, çünki onlarla dil tapa bilmişdi. 
Az yad məxluqun tərpənmədiyini və zərərsiz olduğunu görüb, ona daha da 
yaxınlaşdı, başdan-ayağa onu süzdü. Qorçatan qorxmaz və cəsur idi. Qarşısındakı 
məxluqa meydan oxuyurdu. Gözlərini belə qırpmırdı. Bu, Azın xoşuna gəldi. O, 
hərdən Qorçatana yaxınlaşır, qara gözlərilə ona tamaşa edir, barmağı ilə dərisinə 
toxunurdu. 
Qorçatan yenidən Aza təzim elədi və başına toplaşmış heyvanların hamısına 
anlatdı ki, dalaşmaq fikri yoxdur. Birdən nə oldusa, Azın ətrafına yığılmış 
heyvanlar, quşlar dağılışmağa, əvvəlcə dinməz-söyləməz, sonra isə çığırışa-çığırışa 
qaçmağa başladılar. Az yerindən tərpənmirdi. Nərə səsi meşəni başına götürmüşdü. 
Bu, qara xallı meşə bəbiriydi. Vəhşinin gözlərindən od tökülürdü, onun sahəsinə 
girdiklərinə görə yadlardan qisas almağa hazırlaşırdı. Az onu görən kimi ağaca 
tərəf qaçdı, bəbir on iki dirsək tullanaraq qızı haqladı. Qorçatan bir sıçrayışla Azla 
bəbirin arasına girdi, bəbirin qarşısını kəsdi. Meşələr hakimi onun qarşısını 
kəsməyə cəsarət eləmiş bu ikiayaqlı məxluqu parçalamaq istədi və geri çəkilib 
tullanmağa hazırlaşdı. Az ağaca dırmaşdı və qorxusundan əsə-əsə aşağıda baş 
verənləri seyr eləməyə başladı. Bəbirin ilk sıçrayışı nəticəsiz oldu. Quş kimi göydə 
süzsə də, Qorçatan bu uçuşdan kənara qaça bildi. Toppuzunu sağ, nizəsini sol əlinə 
aldı, savaşa hazır vəziyyətdə durdu. 
 
Bəbir yeni həmləyə hazırlaşdı. Qıpqırmızı gözlərini Qorçatandan ayırmayaraq geri 
çəkildi, ağzını bir neçə dəfə açıb yumdu, sanki əsnədi, əcaib səs çıxardı, köpək 
dişlərini göstərdi. Öz dilində «indicə səni parçalayacam» - dedi. Qorçatan onun 
gözlərinin içinə baxdı; «yəni mən səndən qorxmuram». Bəbir tarıma çəkildi, iki 
adam boyu dartıldı və yay kimi yığılaraq düşməninin üstünə atıldı. Qorçatan bu 
həmlədən kənara sıçradı. O, hücuma hazır olduğu üçün bəbirin iti caynağından bu 
dəfə qurtula bildi, amma sol çiyni yaralandı. Bəbir, sanki uğurlu həmləsindən 
ürəkləndi və yenidən ikiayaqlı düşməninin üstünə atıldı. Qorçatan aşağı əyildi, 
qaya parçasından yonulmuş iti nizəsini bəbirin boğazına sancdı və əlindən 
buraxmadı. Bəbir boynunu sağa-sola fırlatdı, nizənin dəmir ağacından olan sapını 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə