The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə19/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   15   16   17   18   19   20   21   22   ...   102

45 
 
A.Ə.Hacıyeva 
 
Müasir dünya iqtisadiyyatının bir fenomeni kimi istehsalın transmilliləşmə prosesi 
obyektiv  əsasa malikdir. Transmilliləşmənin iqtisadi prosesləri  əsasən kapitalın üstün 
olaraq nisbi baxımdan bol olduğu ölkələrdən onun kəsiri olan ölkələrə axını mümkünlüyü 
və  zərurəti ilə  əlaqədardır. Lakin bu bolluqda digər istehsal amilləri vardır ki, bunlar da 
kapitalın çatışmazlığı üzündən təkrar istehsalı prosesində  səmərəli istifadə edilə bilməz. 
Bundan  əlavə, bu proseslər müxtəlif ölkələrdə kapitalın yerləşdirilməsi, eləcə  də 
istehsalıperspektiv satış bazarlarına yaxınlaşdırmağa və bütövlükdə transmilli şirkət üçün 
vergittutmanı  və gömrük rüsumlarını  səmərələşdirməyə çalışmaqyolu ilə riskləri 
azaltmağa tələbatla stimullaşdırılır. 
Hər il Ticarət və İnkişaf üzrə Birləşmiş Millətlər Təşkilatının Konfransı(UNCTAD) 
tərəfindən nəşr edilən “Dünya investisiyaları haqqında məruzə”də TMK dedikdə, hər hansı 
təşkilati-hüquqi formalarda təsis olunmuş  və ana(parent enterprises) vənəzarət olunan 
xarici şirkətlərdən(foreign affiliates) ibarət müvafiq olaraq baza ölkəsində və qəbul edən 
dövlət və ərazilərdə yerləşdirilmiş  müəssisə başa düşülür. TMK ana şirkətlərin səsvermə 
hüququ olan səhmlərinin azı 10%-nə  və ya qeyri-korporativ mülkiyyət formaları üçün 
nizamnamə kapitalında oxşar paya malik olmalıdır. 
Harvard universitetinin professoru Riçard Kavesin 
tərifinə görə, transmilli 
korporasiya özündə "birbaşa xarici investisiyaları həyata keçirən və ya birdən çox ölkədə 
əlavə dəyər almaq üçün nəzarət mexanizmlərinə sahib olan müəssisə"ni ehtiva edir[4]. 
Helleinerə görə, transmilli korporasiyalar elə istehsal, hasilat, xidmət və ya 
maliyyə  təyinatlı iqtisadi müəssisələrdir ki, onlar bir ölkədə  mənzil qərargahına malik 
olduğu halda, bir və ya daha çox xarici ölkələrdə biznes təşkil edirlər" [5]. 
İngilis hüquqşünası K. Şmitthoffun fikrincə, "TMK –səhmlərin saxlanması, 
idarəetmə  nəzarəti vasitəsilə  və ya müqavilə ilə  və iqtisadi birliyi təmsil etmək ilə bağlı 
müxtəlif millətli şirkətlər qrupudur"[6]. 
Beynəlxalq səviyyədə transmilli korporasiyalar üzrə BMT-nin Hökumətlərarası 
komissiyası  çərçivəsində "Transmilli korporasiyaların davranış  məcəlləsi" işlənib 
hazırlanmışdır. BuradaTMK mənşəcə yaranmaölkəsindən və xüsusi, ictimai və ya qarışıq 
müəssisələr də daxil olmaqla mülkiyyət formasından asılı olmayan, hüquqi formasından 
və  fəaliyyət sferasından asılı olmadan iki və ya daha çox ofisləri olan  müəssisə kimi 
müəyyən edilir. Bu ofislər müəyyən qərar qəbuletmə sisteminə uyğun olaraq fəaliyyət 
göstərir ki,bu da qərar qəbuletmə üzrə bir və ya bir neçə  mərkəzlərin vasitəsilə ardıcıl 
siyasət aparmağa və ümumi strategiya qurmağa imkan verir. Həmçinin bu ofislər arasında 
elə mülkiyyət münasibətləri və ya digər münasibətlərilə bağlı əlaqələr qurulur ki, onlardan 
biri və ya bir neçəsi digərlərinin fəaliyyətlərinə əhəmiyyətli təsir göstərə bilirlər[7]. 
Qeyd etmək lazımdır ki,  bu gün qərb və yerli iqtisadi ədəbiyyatda transmilli 
korporasiyaların  təbiətinin müəyyən edilməsinə vahid yanaşmalar işlənib hazırlanmayıb. 
Biz İ.Q. Vladimirovanın belə bir tərifi ilə razılaşa bilərik ki,“...transmilli korporasiya 
- öz fəaliyyətində beynəlxalq yanaşmadan istifadə edən və baza ölkəsində vahid qərar  


46 
 
A.Ə.Hacıyeva 
 
qəbuletmə  mərkəzi ilə  və onun digər ölkələrdəki filialları ilə birgə  transmilli sənaye, 
kommersiya və maliyyə kompleksinin formalaşmasını nəzərdə tutankompleksdir”[2]. 
2. Kapitalın transmilliləşdirilməsi prosesi müasir dünya təsərrüfatının 
fenomeni kimi 
TMK-ların formalaşması  və inkişafı  səbəbləri son dərəcə müxtəlifdir, lakin onların 
hamısıbu və ya digər dərəcədəbazarın qeyri təkmilliyi ilə, beynəlxalq ticarətin inkişafı 
yolunda məhdudiyyətlərin mövcudluğu ilə, istehsalçıların güclü inhisar hakimiyyəti ilə, 
valyuta nəzarəti,  əhəmiyyətli nəqliyyat xərcləri, müxtəlif ölkələrin vergi 
qanunvericiliyindəki fərqlər ilə bağlıdır [8]. 
Transmilli korporasiyalar öz inkişafında bir neçə mərhələdən keçmişlər və buna görə 
də onları şərti olaraq beş nəsilə bölmək olar. 
TMK-nın ilk nəsli (1918-ci ilə  qədər onların ilkin dövrü) Asiya, Afrika və Latın 
Amerikasının müstəmləkə ölkələrində  əsasən xammal resurslarının işlənməsi vəhasilatı, 
habelə müstəmləkə sahibləri ölkələrində onların emalı ilə məşğul olur. TMK-nı kartellər 
və sindikatları təmsil edirdi. 
TMK-nın ikinci nəsil (1918-1939-cu illər) Avropanın, Amerikanın aparıcı ölkələrinin 
və Yaponiyanın hərbi ehtiyaclarını ödəmək üçün silah və hərbi texnika istehsalı ilə məşğul 
olmuşdur. Bu TMK-lar trest kimi formalaşmışdır. 
TMK-nın üçüncü nəsli (1945-1960-cı illər). TMK elm və  sənayenin  ən yeni 
sahələrində (nüvə enerjisi, elektronika istehsalı, aerokosmik, cihazqayırma və s.) elmi-
texniki nailiyyətlərə əsaslanmışdır. TMK konsern və konqlomeratları təmsil edirdi. 
TMK-nın dördüncü nəsli 1970-1980-ci illərdə yaradılmışdır. Məhz bu müddət 
ərzində birləşmə və qovuşma prosesi sürətləndi ki,bu da kapitalın və istehsalın daha uğurla 
inkişaf etmiş iri beynəlxalq biznesdə - TMK-datəmərküzləşməsinəkömək etdi. 
TMK-nın beşinci nəsli XXI əsrin əvvəlində, xüsusilə də Avropada (AB), Amerikada 
(NAFTA və MERCOSUR), Asiyada (ASEAN, APEC) regional iqtisadi inteqrasiya 
prosesinin sürətləndirilməsi baxımından inkişaf etməkdədir. TMK-lara müasir elm və 
innovasiya biznesinə kömək xasdır ki, bu da onlarıyeni ideya və konsepsiyaların  əsas 
generatoru edir. 
Qeyd etmək lazımdır ki, qloballaşma zamanı TMK-nın təkamülü baş vermişdir.əgər 
ilkin olaraq onların fəaliyyəti əyalət ölkələrin xammal resurslarının işlənib hazırlanması və 
hərbi-texniki məhsulların istehsalı ilə bağlı idisə, dünya müstəvisində son iki onillikdə 
bazarların və rəqabət proseslərininplanetar görünüşü iləqlobal TMK-larmeydana çıxdılar. 
XX  əsrin ikinci yarısında dünyada TMK-nınintensiv inkişafına səmərəlilik 
fəaliyyətinin aşağıdakı mənbələri kömək etdi: 
- təbii ehtiyatlarlara, kapitala və Elmi-tədqiqat və  təcrübi-konstruktor işlərinin 
(ETTKİ) nəticələrinə sahibliyin və çıxışın üstünlükləri; 
 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə