The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə58/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   54   55   56   57   58   59   60   61   ...   102

 
141 
Ş.Əliyev 
 
6.
 
Васильева  М.И.  Охрана  права  граждан  СССР  на  здоровую 
окружающую  природную  среду. // Вестник  Московского  ун-та,  Серия 11: 
Право. 1990. - № 6. 
7.
 
Клюева  Н.А.  Обеспечение  конституционного  права  человека  на 
благоприятную  окружающую  среду  в  Российской  Федерации.  Автореферат 
диссертации  на  соискание  ученой  степени  кандидата  юридических  наук. 
Москва. 2008. 
8.
 
Петров З. В. Экологическое право России: Учебник для вузов. – М.: 
Издательство БЕК, 1998. 
9.
 
Сучкова В.А. К вопросу о классификации экологических прав человека 
// Московский журнал международного права. 2006. № 2. 
10.
 
Фокин  А.В. Экологические  права  и  обязанности  человека  и 
гражданина (теоретико-правовой аспект): автореф. дис.... канд. юрид. наук/А.В. 
Фокин.– Волгоград, 2006. 
11.
 
Фокин  А.В.  Экологические  права  и  обязанности  человека  и 
гражданина (теоретико-правовой аспект): Дис. канд. юрид. наук. – Волгоград, 
2006. 
12.
 
Шемшуненко Ю. С. Правовые проблемы экологии. Киев: 
Наукова думка, 1989. 
13.
 
Sərq Qapısı qəzeti. 05.06.2014. 
14.
 
www.e-qanun.az. 
15.
 
http://www.eco.gov.az/orxus1.php 
16.
 
http://www.who.int/ru/ 
17.
 
http://static.un.org/content/news/dh/ru/2014/20141112-ru.pdf 
18.
 
http://www.un.org/russian/documen/declarat/riodecl.htm 
19.
 
http://www.unece.org/fileadmin/DAM/env/pp/documents/cep43r.pdf 
20.
 
http://refdb.ru/look/2925239.html 
21.
 
http://www1.umn.edu/humanrts/russian/instree/Rz1afchar.html 
22.
 
http://www.oas.org/juridico/english/treaties/a-52.html 
23.
 
http://lawtheses.com/ 
 
   
Məqalədə sosial hüquqların mühüm tərkib hissəsi olan saglam ətraf mühitdə 
yaşamaq hüququnun  nəzəri və praktiki problemləri təhlil edilir.  Qeyd edilir ki, əlverişli 
ətraf mühitdə yaşamaq hüququ - hər bir şəxs, xalqlar və bütün insanlar üçün fiziki və psixi 
sağlamlığın  ən yüksək səviyyəsini təmin edən Yer biosferində yaşamaq fürsətini, o 
cümlədən insan fəaliyyəti nəticəsində qlobal biosfer təhlükəsini aradan qaldırılan vasitələr 
sistemindən istifadə olunması imkanını bildirir. 
 
В  статье  анализируется  теоретические  и  практические  проблемы  право  на 
благоприятную  окружающую  среду,  которая  является  важным  компонентом 
социальных прав. Отмечается,  что право  на благоприятную окружающую среду – 
это  возможность  для  каждого  человека,  народов  и  всего  человечества 
существовать  при  таком  состоянии  биосферы  Земли,  которое  обеспечивает 
наибольший  уровень  физического  и  психологического  здоровья,  также  применять 
систему  средств,  устраняющих  глобальные  опасности  биосфере,  вызванные 
людской жизнедеятельностью. 
 
 
 


 
142 
 
Ş.Əliyev 
 
The article examines the theoretical and practical problems of the right to a healthy 
environment, which is an important component of social rights. It is noted that the right to 
a healthy environment - it is an opportunity for each person, peoples and all humanity to 
exist in this state of the Earth's biosphere, which provides the highest level of physical and 
psychological health, and apply system resources, eliminating the danger of global 
biosphere caused by human activity. 
 


152 
 
ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ 
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY
 
 
2016 - № 45 
 
AMERİKANIN DÖVLƏTLƏŞMƏ PROSESİ  
VƏ MONRO DOKTRİNASI 
 
A.Məmmədov 
Azərbaycan Dövlət İqtisad Universiteti 
Bakı, Abbas Səhət 45 A  
aqil.arifoglu@gmail.com 
Z.Həsənov 
Azərbaycan Dövlət İqtisad Universiteti 
Bakı, Abbas Səhət 45 A
 
ziyadhan.hasanov@gmail.com 
N.Mahmudova 
Azərbaycan Dövlət İqtisad Universiteti 
Bakı, Abbas Səhət 45 A
 
mahmudova.nurana@yahoo.com
 
 
 
Açar sözlər: Dövlət, siyasət, vətəndaş, tarix 
Key words: State, policy, citizen, history 
Ключевые слова: Государство, политика, гражданин, история
 
 
Elmdə, fəlsəfədə bir görüşü bir sistem içində müəyyən bir anlayışa, düşüncəyə 
söykənərək meydana gətirən qanunları doktrina olaraq qeyd edə bilərik. Bu anlayışa 
əlavə olaraq doktrina cəmiyyətdə hər hansı bir sahədə də mövcud ola bilməkdədir. Bu 
məqalədə doktrina  dedikdə,  Amerikanın dövlət başçılarının sahib olduğu siyasi 
anlayışlar və bu anlayış  çərçivəsində inkişaf etdirdikləri siyasətləri, strategiyaları 
nəzərdə tutulmuşdur. 
Amerikanın xarici siyasət xəttinə  təsir edən dörd düşüncə mövcuddur: 1) xarici 
siyasətdə iqtisadiyyata birinci dərəcəli yer verilməsi fikrinə əsaslanan Hamiltonçuluq; 2) 
Amerikanın əxlaqi dəyərlərinin dünyaya nümunə olması fikrini irəli sürən Vilsonçuluq
3) Amerikan inqilabının prinsiplərinin və ölkədaxili demokratiyanın təhlükəsizlik 
siyasətindən daha dəyərli olmasına  əsaslanan Cefersonçuluq; 4) vətənpərvərlik və 
militarizmə əsaslanan Ceksonçuluq. (9, s. 2-3). 
ABŞ-ın  İngiltərəyə qarşı apardığı müstəqillik müharibəsi ilə yanaşı bir siyasi 
fəlsəfə ilə qurulması, onu hər hansı bir dəyərə  əsaslanmayan xarici siyasətdən 
fərqləndirmiş, onun özünə inamını  əhəmiyyəti dərəcədə artırmışdır. Amerikanın 
İstiqlaliyyət Bəyannaməsinin dünyəvi xarakter daşıması da, ABŞ-ı dövlət kimi 
formalaşdıranlarda onun özünəməxsus xarakterə malik olmağı ilə bağlı inamı 
gücləndirmişdir.  Bu özünəməxsus xarakterdə isə, daha çox din faktoru nəzərdə 
tutulurdu, çünki din ABŞ-ın siyasi mədəniyyətinin əsaslarından birini təşkil edirdi. Bu 
siyasi mədəniyyətin əsas ünsürü olan puritanlar ABŞ-ı hər cür dini təzyiqdən azad və öz 
inancları  əsasında yaradacaqları bir ölkə  kimi görürdülər. Hələ müstəqilliyin  əldə 
edilməsindən  əvvəl də amerikanlar Allahı  həqiqi kralları kimi görürdülər. ABŞ-ın 
yaradılış  fəlsəfəsində  də dini və siyasi müstəqilliklərdən birinin digəri olmadan 
düşünməyin mümkün olmamağı  səbəbindən tamamlayıcı  dəyərlər kimi qəbul 
edilmişdir. ABŞ-ın yaradıcılarından biri olan Tomas Ceferson amerikalıların Allahın 
seçilmiş xalqı olduğuna inanırdı. Bu səbəbdən Ceferson ABŞ-ın əsasını təşkil edən 13 
koloniyanın sərhədlərinin genişləndirilməsinin son dərəcə  təbii proses olduğunu 
düşünürdü. ABŞ-ın digər yaradıcılarından olan Ceyms Medison da, ABŞ-ın 
yaranmasından əvvəlki mərhələni “sərt gücün hakim olduğu qaranlıq dövr” adlandırırdı. 
Belə ki, daha sonra gələn prezidentlərdən Con Adams ABŞ-ın bütün Şimali Amerikaya  


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə