The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə60/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   56   57   58   59   60   61   62   63   ...   102

155 
 
A.Məmmədov, Z.Həsənov, N.Mahmudova 
 
vermək məqsədi daşıyan istənilən gücə qarşı müqavimət göstəriləcəyini nəzərdə tutan 
bu siyasət, köhnə siyasətlə müqayisədə konkret dəyişikliləri özündə  əks etdirirdi. İlk 
növbəfə president Cimmi Karter regionda nəzarəti  ələ keçirmək məqsədi ilə 
reallaşdırılan istənilən təşəbbüsün Amerikanın milli maraqlarına hücum kimi başa 
düşüləcəyini nəzərdə tuturdu. Belə bir hücümun baş tutacağı təqdirdə  
hərbi 
müdaxilə  də daxil olmaqla cavab veriləcəyi bildirilirdi. Bu qədər açıq  şəkildə 
xəbərdarlıqdan sonra  əlbəttə ki, Nikson doktrinası  çərçivəsində  qəbul edilən region 
dövlətlərinin müdafiəsi ilə bağlı  məsuliyyətinin həmin ölkələrin özlərinə verilməsi 
prinsipi davam etdirilə bilməzdi. Həyati maraqlarını qoruya bilmək üçün ABŞ faktiki 
olaraq regionda mövcud olmalı və məsuliyyəti öz üzərinə götürməli idi. ABŞ regionda 
müdafiə sahəsində  tənzimləyici, silah dəstəkçisi olmağı  və strateji baxımdan SSRİ-yə 
qarşı  çəkindirmə  fəaliyyəti göstərməyə başlamışdır. Müdafiə  xərclərini artıran, 
mənimsənən prinsiplər baxımından region ölkələri ilə ikitərəfli münasibətləri 
gücləndirmək istiqamətində  fəaliyyət göstərməyə çalışan ABŞ-ın bu doktrina 
çərçivəsində attığı ən mühüm addımlardan biri isə,  1980-ci ilin mart ayında RDJTF-nin 
(Rapid Deployment Joint Task Force) yaradılması olmuşdur. (6, s. 276-277) 
 
Ronald Reyqan Doktrinası 
Neoqlobalizmin “kommunizmdən xilas olmaq” istiqamətində kompleks tədbirlər 
proqramını özündə  əks etdirən ilk doktrinası 1980-ci illərin ortalarında irəli sürülmüş 
“Ronald Reyqan doktrinası”dır. Bununla belə, qloballaşmanın strateji layihəsi amerikan 
administrasiya tərəfindən bütün bəşəriyyətin sivil dalandan çıxış yolu adı altında təqdim 
edilirdi. Lakin qloballaşmanın, Vyetnam müharibəsi tələsinə düşən və az qala dolları 
dünya ehtiyat valyutası kimi itirmək təhlükəsi ilə üzləşən ABŞ üçün belə özünəməxsus 
“antiböhran resepti” olması  məsələsi arxa plana atılırdı. “Silahlanma yarışının” yeni 
mərhələsi ilə üst-üstə düşən ABŞ-ın “həyati vacib maraqları”nın bəyan edilməsi, yalnız 
“üçüncü dünya” dövlətlərində deyil, digər dövlətlərdə  də sol və sosialist hökumətlərə 
qarşı çıxan istənilən qüvvələrin dəstəklənməsinə bəraət qazandırmaq məqsədi güdürdü. 
“Totalitarizmlə” mübarizə  nəticəsində sovetyönümlü dövlətlərin  əksəriyyəti dağıldı  və 
SSRİ özü süqut etdi. Bundan sonra ata C.Buş 1990-cı ildə elan olunmuş, ABŞ və SSRİ-
nin fəal və çoxtərəfli  əməkdaşlığına  əsaslanan “yeni dünya düzəni” fikrindən imtina 
etdi. Təkqütblü dünyaya “ABŞ BMT-dən daha çox əhəmiyyət daşıyır” fikrini özündə 
ehtiva edən “Klinton doktrinası” (1994-1996) daha çox uyğun gəlirdi. Artıq Amerika 
“kainatın yeni oxu” və “beynəlxalq təhlükəsizliyin  əsası kimi” beynəlxalq təşkilatlara 
məhəl qoymadan 1994-cü ildə  İraqda vətəndaş müharibəsinə qarışdı, 1998-ci ildə 
avstraliya və yeni zelandiya qüvvələrinin  Şərqi Timora daxil olmağına icazə verdi və 
1999-cu ildə isə, Yuqoslaviyada müharibənin başlamasına imkan verdi (10, s. 4-5) 
Bil Klinton Doktrinası 
1993-cü ildə prezident Bill Klinton “Klinton doktrinası” adlandırılan, Amerikanın 
yeni “cəlbetmə  və genişlənməyə  əsaslanan milli təhlükəsizlik strategiyası”nı  təqdim 
etdi. Yeni strategiya: 1) siyasət sahəsində ABŞ-ı qloballaşmadan azad edirdi; 2) 
amerikan rəhbərliyinə müttəfiqləri üçün cəlbedici, digərləri üçün də xoşagəlməz 
olmamaq üçün yeni mühit yaradırdı;3) hegemonluq, diktatorluq və “soyuq müharibə” 
dövrünə qayıtmaq kimi ittihamları ABŞ-ın üzərindən qaldırırdı; 4) beynəlxalq 
vəziyyətin amerikan maraqlarına uyğun formada inkişafına nəzarət etmək üçün əlverişli 
mühit yaradırdı. Eyni zamanda “Klinton doktrinası” (“demokratik liderlik” doktrinası 
kimi də adlandırılır) sələflərinin Pax Americana-nın qurulması ilə bağlı  əsrlik 
fəaliyyətinin davamı hesab edilirdi. Lakin indi o daha çox ilk növbədə ABŞ-ın iqtisadi 
liderliyi ilə qazanılacaq uğura əsaslanan tədrici və gücə əsaslanmayan proses kimi başa  


156 
 
A.Məmmədov, Z.Həsənov, N.Mahmudova 
 
düşülürdü.  “Amerikansayağı” ekspansionizm ideologiyasının açıq  şəkildə 
yenilənməsinə baxmayaraq,  ABŞ liderlikdən içtina etmək fikrində deyildi, hətta 2001-
ci ilin 11 sentyabr hadisələri razlaşmayan dövlətlərə qarşı daha sərt tədbirlər 
görülməsini zəruri etdi və amerikan dövlətinin beynəlxalq təhlükəsizliyin  əsas 
təminatçısı olduğunu bir daha təsdiqlədi. “Buş doktrinası” isə ilk dəfə 2002-ci ildə 
“ABŞ-ın milli təhlükəsizlik strategiyası” ilə irəli sürüldü, 2005-ci ilin dekabr ayında 
Corc U. Buş  tərəfindən ABŞ-ın təhlükəsizliyinə  təhdid yaradan dövlətlərə qarşı 
qabaqlayıcı  zərbələr endirilməsini nəzərdə tutan direktivin imzalanmasıyla inkişaf 
etdirilmişdir. Buş getdikcə  gərginləşən vəziyyətdən yeganə  çıxış yolunun – büyün 
dünyada azadlığın genişlənməsi olduğunu düşünürdü, beləliklə də, hərbi müdaxiləni də 
istisna etməyən amerikanın siyasi müdaxiləsi fikrini əsaslandırırdı: “Amerika öz 
idarəetmə sistemini bununla razılaşmayan dövlətlərlə bağlamaq niyyətində deyil. Bunun 
əvəzinə bizim məqsədimiz digərlərinə öz yolunu tapmağa və azadlığa nail olmağa 
kömək etməkdən ibarətdir. Biz digər ölkələrdə  həyata keçirilən islahatları 
dəstəkləyəcəyik, bunu isə münasibətlərimizin uğurla davam etdirilməsinin həmin 
ölkələrdə əhalinin daha layiqli şəkildə yaşamasına şərait yaratması ilə əsaslandıracağıq”. 
Əslində bütün bunlar 1904-cü ildən etibarən Monro doktrinasına “T.Ruzvelt əlavəsi”nin 
edilməsinin müasir dildə  və yeni formada ifadə edilməsindən başqa bir şey deyildi. 
Hətta hadisələr də, məsələn 1903-cü ildə Panamadakı hadisələr 2003-cü il İraq 
hadisələrini xatirladırdı. B.Obamanın hakimiyyətə  gəlməsi ilə beynəlxalq dövriyyəyə 
“yenidən yüklənmə” termini daxil oldu. Bu anlayış kifayət qədər çoxmənalı idi, xüsusən 
də, Rusiya, Asiya və Latın Amerikası dövlətləri ilə münasibətlərə yenidən 
baxılmasından söhbət gedirdi. Corc U. Buşdan fərqli olaraq, Obamanın siyasəti “ümumi 
əsaslara”, “ümumi prioritetlərə”, “yaxınlaşmağa” və “qarşılıqlı anlaşma”ğa nail olmağa 
istiqamətlənmişdi. Beynəlxalq Münasibətlər  Şurasının (Council on Foreign Relations) 
transatlantik siyasəti üzrə  tədqiqatçısı Ceyms Qoldqayerin sözlərinə görə, Obamanın 
əsas nailiyyətlərindən biri “Amerikanın bütün dünya ilə münasibətlərində yeni mühitin 
yaradılması” olmuşdur. (14, s. 138). 
ABŞ-ın təhlükəsizlik anlayışında da dəyişikliklər baş vermiş,  əsas mövzu olan 
sovet və komunist təhlükəsi öz yerini “narahatlıq yaradan dövlət” (Rogue States)  
təhlükəsinə vermişdir. Bununla yanaşı, təhdidin müəyyən dövrlərdə “qanundankənar”, 
“qarşı  çıxan” (backlash) dövlətlər kimi adlandırılmasına rast gəlmək mümkündür. Bu 
anlayış il dəfə 1985-ci ildə Ronald Reyqan tərəfindən “qanundankənar” adı ilə istifadə 
edilmiş, və müzakirə mövzusu olan dövlətlərin hücumlarına səbr göstərilməyəcəyi 
bildirilmişdir. Lakin, anlayışın “narahatlıq yaradan dövlət” (Rogue States)  şəkilndə 
istifadəsi ilk dəfə Bill Klintonun hakimiyyəti dövründə baş vermişdir. Prezident Klinton 
22 sentyabr 1997-ci ildə BMT-nin Baş Assambleyasının 52-ci iclasında ve 29 yanvar 
1998-ci ildə Milli Müdafiə Üniversitetinde (National Defense University) çıxışı zamanı 
“narahatlıq yaradan dövlət” (Rogue States) terminindən istifadə etmişdir. Lakin həmin 
dövrün dövlət katibi Madlen Olbraytın bəyanatı bu anlayışı ABŞ-ın təhlükəsizlik baxışı 
aspektindən dəqiqləşdirir. Olbrayt “narahatlıq yaradan dövlətləri” (Rogue States) bir 
tərəfə bağlı olmayan, beynəlxalq sistemi sabotaj etmək məqsədi güdən ölkələr kimi izah 
edir, və onların malik oluğu uzun mənzilli raketlərə diqqət yönəldirdi. Bu dövlətlər ABŞ 
tərəfindən İran, İraq, Kuba, Şimali Koreya, Liviya və Suriya hesab edilirdi. “Narahatlıq 
yaradan dövlətlər” (Rogue States)   adlandırılan bu ölkələr ABŞ-ın təhlükəsizlik 
anlayışında SSRİ  və Varşava Paktından sonra yeni düşmən elan edilmişdir. ABŞ-ın 
Körfəz müharibəsi ilə başlayan narahatlıq yaradan dövlətlərlə (Rogue States) 
 
 
mübarizəsi 11 sentyabr hadisələri nəticəsində başqa xarakter qazanmışdır (1, s. 18-19) 
 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə