The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə67/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   63   64   65   66   67   68   69   70   ...   129

- 143 - 

qurulub:  onlarda    çapıqlarla      biribirinə  birləşdirilib.      Kiçlərin    arasında  qalan    məsafələr    nazik 

rəngli  şüşə  parçaları  ilə  doldurulub. 

Binanın  mərtəbələrinin  arasında    əlaqə    çox  maraqlı    və  ilk  baxışdan  qeyri  adi, 

gözlənilməz  şəkildə  həll  olunub.    Uzun    müddət  belə  bir  fikir  mövcud  idi  ki,    binanın  daxilində  

mərtəbələrin  arasında      əlaqə  yolu  yoxdur.    Yəni,  birinci  mərtəbəyə    fasadın  cənub  tərəfindən, 

ikinci  mərtəbəyə  isə  şərq 

 

bayır  divarı    tərəfdən,    binanın  şimal  hissəsində  olan 



 

bir  keçidli  

birmarşlı

 

pilləkən  vasitəsi  ilə  düşmək  olar.   



Əslində    bu  heç  də  belə  deyil.  Son  restavrasiya  işləri    zamanı  sarayda    ikinci,  yuxarıda  

adı      çəkilən    pilləkənə  simmetrik  olan  ikinci  pilləkən  də  aşkar  olunmuşdur.  Lakin,    birinci 

pilləkənə    simmetrik  olmasına  baxmayaraq,    ikinci  pilləkən  bir  qədər  başqa  cür  qurulub.  Bu 

pilləkənin  daha  böyük  (aşağı)  hissəsi  konsol  hissədir  və    qalın,    düzbucaq  tirlər

 

formasında 



düzəldilib.  İnsan  boyundan  çox  az    hündürlükdə    (birinci  mərtəbənin  döşəməsindən  saymaq 

şərti  ilə)    bu  konsollar    getdikcə  bütöv  pillələrə  çevirilir.  Pillələrin  eni  sarayın  kiçik,  qərb 

otaqlarının   arxasında  olan   dar sahənin  eninə  bərabərdir.   

 

Rəsim  2. Səki Xan sarayının  1 və 2 mərtəbəsinin  planı 

Qeyd  etmək  lazımdır  ki,  Şəkidə  mərtəbələr    arası  pilləkənlərin  belə  quruluşuna  tez-tez 

rast  gəlmək  olar,  xüsusən  də  eyvanlı  və  eyvan-çardağlı  evlərdə  (3,səh  80).   

Bu  pilləkənlər  müxtəlif    növlü-  yəni    konsol,    söykəmə,  mərtəbənin  ortasına  çıxan,    düz, 

dolama,  döngəli,  açıq  və  xüsusi  qapıları  olan    pilləkənlər    ola  bilərdi.    Qapılı  pəncərələr  bağlı 

olanda   üst  mərtəbənin   taxta  döşəməsinin  bir  hissəsini   təşkil  edirdi. 

Pilləkənlərin  konstruksiyası  divarların  konstruksiyası  ilə,  xüsusən  də  bu  divarların 

görünməyən  elementləri  ilə  sıx  şəkildə  əlaqələndirilirdi.  Bu  elementlər  divarları  bir  metr 

qalınlığında    qatla  əsaslı  şəkildə,  möhkəm  örtən  gil    və  gəc  suvağının    altında  qalır.    Divarların 

əsas  konstruksiyası-qalın  traxta  dirəklər  sistemidir  və  bu  dirəklərin  onları  biri  birinə  bağlayan 

üfüqi      sarıma    və    çəpinə    vurulmuş  dayaqları    olurdu.  Dirəklər  əsasən    künclərdə,  divarların 

kəsişdiyi  nöqtələrdə  yerləşir  və  əsas   funksiyasından  başqa  mühüm  antiseysmik   rol  da oynayır. 

      


 


- 144 - 

Foto 4. Şəki Xan sarayının  pəncərə  şəbəkələri 

Əsasən  şimal  divarlarının  karkasının    çox  qalın  taxtadan  hazırlanmış  detalları    ilə  bağlı 

olan  mərtəbələr  arası  pilləkənlərin  konstruksiyasına  görə,    binanın  bu  hissəsi  monumental 

səpkidə  həll  olunub.  Mərkəzi  hissənin  yuxarı  yarusundan  başqa,    hər  şey  hamar,  bütöv  divar 

şəklində  saxlanılıb.  Həmin  divar      krem      rənginə    çalan  gil    suvaq    ilə  örtülüb.  Bu  fonda  şəbəkə 

ən  nəzərə  çarpan  və  mühüm  detaldır.  Mərkəzi  şəbəkələrin  yanlarında    nisbətən  kiçik  ölçülü 

şəbəkələr    yerləşdirilib.  Bu  şəbəkələr  anbar  otaqların  dərinliyində,  ikinci  mərtəbənin      yataq 

yerlərinin    yanlarında    qurulub.    Şəbəkələr    şaquli  şəkildə  uzanmış  dekorativ  arklar  olan  dar 

aralıqları 

 

doldurur  Arkların  konturlarını    formalaşdıran  xəttlər,  yuxarı  hissədə    qapadılaraq, 



medalyonlar  yaradır.  Medalyonlar  ürək    formasındadır    və    sadə    stilizə  edilmiş    naxışla  

bəzədilib.  Naxışlar  cənub  fasadın    şaquli    aralıqların    yuxarı    hissəsində    yerləşən      eyni 

medalyonların   naxışlarını  təkrar  edir  (5,səh  85).    

         Binanın 

 

bayır


 

  hissələri    ondan  da    sadədir.    Qərb    hissədə    yalnız  bir  qapı  var,  o  da  iki  

ensiz,    yuxarı    panelin  yerində  şəbəkə    taxması    olan  iki    lövhədən  ibarətdir.    Qapı    bir  keçidli, 

ensiz  konsol  pilləkənin   meydançasından  açılır.   

Şərq  hissədə  yalnız  ikinci  mərtəbəyə  çıxan    pilləkənin  altında  olan  qapıdan  başqa,  kiçik 

şəbəkəli  pəncərə  də  var.  Pəncərə  ikinci  mərtəbənin  şimal-şərq  hissəsindən    açılır.  Şərq  və  qərb 

fasadların  qalan  səthlərində  heç  bir  dekor  yoxdur  və  artıq  deyildiyi  kimi,    onlar    oxra      rəngli  

suvaq   ilə  örtülüb.   

Son  restavrasiya  işlərinə  qədər    kirəmit    ilə  örtülmüş 

 

enişli    dam  örtüyü      belə  qurulub 



ki,    üstdəki  örtülmənin    üfüqi    tirlərin    ucları  ensiz  profil  və  tünd-qəhvəyi  spiral  formalı  buruqlar 

vasitəsi  ilə  yaranan  naxışlı    kronşteyn-dirsək    şəklində    kənara  çıxır.    Naxış    yandırılma  yolu  ilə 

yerinə  yetirilib,  bu  üsul  Şəkinin    xalq  memarlıqında  və  dekorativ-tətbiqi  sənətində  geniş 

yayılmış  üsullardandır.  Kronşteynlərın  arasındakı  məsafə  yuxarı  hissədə  qırmızı,  sarı  və 

zümrüdü-yaşıl,  saf  göy  tonlu  əlvan    divar  naxışlı    ensiz    köndələn    taxtalarla  doldurulub.  Hamar 

divarda  və    suvağın  açıq-oxra  fonunda  daha  kəskin  nəzərə  çarparaq,  dam  örtüyünün  damdan 

kənara    çıxan  hisəsinin      tikməsinin    divar  naxışları    Şəki  xan  sarayını  binasının  şərq  və  qərb 

fasadlarını  güclü  şəkildə  zənginləşdirir.   

Divar  naxışlarının  motivlərini  uzunsov  medalyonlar  formasına  malik  olan  stilizə  edilmiş  

ornamentlər  təşkil  edir.     

  Sarayın    cənub  fasadı  başqa  fasadları  ilə  kəskin  təzad  yaradır.  Maksimal  dərəcədə 

yüngülləşdirilmiş  və  dekor  olunmuş    bu  fasadın  divar  səthləri  həndəsi      ornamentlə    tam 

örtülmüş  üfüqi  və  şaquli  zolaqlar  görünüşünə  malikdir.  Naxışın    irəli  çıxan      zolaqları  əsasən  ağ 

rəngdədir,  fon  isə  terrakot,  firuzə,  tünd-bənövşəyi   rəngə   boyanıb.   

Birinci  mərtəbənin  fasad  səthi  interyelərin  manerasına  oxşar  tərzdə  ornamentlə 

bəzədilmiş  pannolara  bölünüb.  Ornament  çox  da dərin  olmayan  oyma  ilə  gəc  üstünə  salınıb. 

Ornamentin  rəsmi  fasadın  sağ  və  sol  tərfində  simmetrik  kompozisiya  yaradır.    Bir  halda 

bu  aşağı  hissəsini    cüt  tovuz  quşu    tutan  güllü  ağac  motivi,  digər  halda  isə  bu  spiral  formada  

buruqlardan  qurulmuş   stilizə  xarakterli  motivlərdir.   

Pannonun  rəng  qamması  nisbətən  təmkinlidir.  Onların  əsas  sahəsi  birinci  yarusda  firuzə 

rəngində,  ornamentin  zəif  nəzərə  çarpan   elementləri  isə  ağ  rəngdədir.   

      2 


 


Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə