The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə64/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   60   61   62   63   64   65   66   67   ...   129

- 136 - 

НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 



 

NAKHCHIVAN ST AT E UNIVERSIT Y

.

  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 

 

НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 



 

VALİDƏ HÜSEYNOVA     

Naxçıvan Dövlət Universiteti  

esgertayler@hotmail.com  

  UOT:78   

 

ŞİFAHİ  PEŞƏKAR  MUSİQİ JANRI – MUĞAM    

       



           Açar  sözlər:  muğam,  şifahi  musiqi  janrı,  milli  musiqi  forması,  Azərbaycan  ladları, 

emosional məzmun, muğam kompozisiyası.    

           Keywords: mugham, oral genre of music, the national musical form, Azerbaijani modes, the 



emotional content, the composition of mugham. 

 

 Ключевые  слова:  мугам,  устный  жанр  музыки,  национальная  музыкальная  форма, 

Азербайджанские лады, эмоциональное содержание, композиция мугам.   

            

            Azərbaycan  musiqişünaslarının  xalq  yaradıcılığına  həsr  olunmuş  tədqiqatlarını  nəzərdən 

keçirdikdə  xalq  musiqisinin  janr  təsnifatı  diqqəti  daha  çox  cəlb  edir.  Həqiqətən  də  əgər  musiqi 

haqqında  danışırıqsa,  istər  bəstəkar,  istərsə  də  xalq  musiqisi  olsun,  ilk  növbədə,  onun  janrı  təyin 

olunmalıdır.  Adətən,  musiqinin  şərti  olaraq,  vokal,  instrumental  və  vokal-instrumental  janr 

qruplarına  bölünməsi  qəbul  edilir  ki,  bu  halda  musiqinin  ifa  tərzi  ön  plana  çəkilir.  Öz  növbəsində, 

hər üç  qrupa müxtəlif  janrlar  daxildir. 

            Professor  M.S.  İsmayılov  öz  tədqiqatlarında  hər  bir  xalqın  musiqi  irsində  olduğu  kimi, 

Azərbaycan  xalq  musiqi  irsinin  də  başlıca  olaraq,  vokal,  instrumental  və  vokal-instrumental 

musiqidən  ibarət  olduğunu  qeyd  edir.  Lakin  alim  xalq  musiqisinin  elmi  cəhətdən  öyrənilməsi  üçün 

onun  bu  nöqteyi-nəzərdən  qruplara  bölünməsini  əlverişli  saymır  və  xalq  musiqi  formalarının  ifa 

üsuluna  əsaslanaraq,  bölünməsini  zahiri  bir  əlamət  kimi  qiymətləndirir.  Çünki,  onun  fikrincə,  xalq 

musiqimizdə  elə  bir  hal  vardır  ki,  eyni  musiqi  forması  həm  vokal,  həm  instrumental,  həm  də  vokal-

instrumental  janr  kimi  özünü  göstərir,  məsələn,  muğamlar.   

             Azərbaycan 

xalq  musiqi  yaradıcılığının  janr  təsnifatını  professor  R.  Zöhrabovun 

tədqiqatlarında  da  izləyə  bilərik.  R.  Zöhrabov  V.  Belyayevin  təsnifatını  bir  qədər  genişləndirərək, 

Azərbaycan  xalq  musiqi  yaradıcılığını  üç  təbəqəyə  bölür:  1.  Xalq  (mahnı  və  rəqs  musiqi  janrları);  2. 

Xalq-professional  (aşıq  musiqi  yaradıcılığı);  3.  Şifahi  ənənəli  professional  musiqi  janrları  (muğam 

dəstgahları,  kiçik  formalı  muğamlar,  zərbi-muğamlar,  təsnif  və rəng). 

            Bir  çox  Yaxın  və  Orta  Şərq  ölkələrində  olduğu  kimi  Azərbaycan  musiqi  incəsənətində  də 

mahnı  və  rəqs  folkloru  ilə  yanaşı  şifahi  ənənəli  peşəkar  musiqi  janrları  da  mövcuddur.  Onlardan  ən 

başlıcası  muğamat  adı ilə  tanınan  muğamdır.   

           Orijinal 

formalı,  monodik  silsiləli  kopmozisiyaya  malik  muğam  Azərbaycan  musiqi 

mədəniyyətində  xalqın  estetik  baxışlarının  dərin  və  dolğun  ifadə  forması  hesab  olunur.  Muğam 

dedikdə  tam  silsilə  dəst nəzərdə  tutulur.   

           Təsadüfi  deyil  ki,  Ü.  Hacıbəyli  ilk  operalarında  məhz  muğamlara  müraciət  etmiş,  onları 

Füzuli  poemasının  bədii  strukturunun  ifadəsində  ən adekvat  forma  kimi  qəbul  etmişdir.   

           Buradan  da  insanın  daxili  hisslərinin  ekspressiyasının  –  dərin  fikirlərindən  ən  yüksək 

emosiyalarına  kimi  –  dinamikasını  simvollaşdıran  ifadəliyin  böyük  spektor  şkalası,  geniş  obraz 

diapazonu  yaranır.  Bütün  bunlar  muğamın  ideya-fəlsəfi  konsepsiyasında,  eləcə  də  onun  faza 

inkişafı  üzərində  qurulmuş  bədii  məzmununda  və dramaturgiyasında  təcəssümünü  tapmışdır.   

            Muğam  sənətinin  səciyyəvi  xüsusiyyətlərindən  biri  də  lirik  rəvayətliyin  emosional  gərginlik 

və  dalğınlıqla  bağlılığıdır.  Lakin  muğamın  yalnız  milli  estetika  baxımından  təsviri  muğam 

anlayışını  tam  əhatə  etmir.   

            Geniş  mənada  muğam  özündə  daha  iki  anlayışı  ehtiva  edir:   



- 137 - 

            1)  Muğam  –  emosional  məzmunun  inkişaf  məntiqi,  forma-quruluşunu  və  onun  bütövlükdə 

kompozisiyasını  təyin  edən  konkret  laddır.  Başqa  sözlə,  muğam  formaları  üçün  fundamental 

qanunauyğunluq,  yəni  lad  başlanğıcının  melodik  forma  quruluşunun  xüsusiyyətləri  və  normaları  ilə 

əlaqə  səciyyəvidir.  Muğam  formasını  ladın  özünün  genişlənməsi  prosesində  yaranan  müxtəlif 

səslənmə  müddətinə  malik  melodik  quruluşlar  əmələ  gətirir.   

            Azərbaycan  ladlarının  dəyişkən  təbiəti,  ladın  faza  inkişafının,  onun  da  öz  növbəsində  dayaq 

pillələrinin  ətrafındakı  avazlaşmaların  yaranmasını  sərtləşdirir.  Belə  ki,  səs  hərəkəti  bəm  registrdən 

başlayaraq  ardıcıl  surətdə  daha  zil  registrə  -  kulminasiyaya  qalxır  və  tədricən  aşağı  istiqamətdə 

endirilərək  ladın  əsas dayaq pillələrinə  çatdırılır.   

            2)  Muğamın  ikinci  mənası  –  adekvat  forması  süita  xüsusiyyətli  kompozisiya  olan  şifahi 

ənənəli  professional  musiqisinin  əsas janrıdır.   

            Muğamın  bədii  strukturunun  əsas  xüsusiyyəti  sabit  (kanonik)  və  sərbəst  (improvizasiyalı) 

başlanğıcların  üzvü  sintezidir.  Birincisinin  (sabit)  konkret  təzahürü  bütövlükdə  muğamın  lad 

təşəkkülü  və  bədii  kompozisiyasıdır.  Burada  əsas  improvizasiya  hissələri  dəqiq  ölçüyə  malik 

hissələrlə  növbələşdirilir.   

            İkinci  (sərbəst)  başlanğıc  ifaçının  yaradıcılıq  qabiliyyətini  nümayiş  etdirən  improvizasiya 

sənətində  təcəssüm  olunmuşdur.   

            Azərbaycanda  muğam  adətən  instrumental  ansamblın  –  sazəndələr  üçlüyünün  müşayiəti  ilə 

ifa  olunur.  Bu  üçlüyün  tərkibinə  tar,  kamança,  dəf  daxil  olur  və  çox  vaxt  müğənni-xanəndə  özünü 

dəfdə  müşayiət  edir.  Bu  ansamblla  ifa  olunan  vokal-instrumental  muğam,  janrın  forma  və 

xüsusiyyətini,  silsiləni  tam  şəkildə  özündə  ehtiva  edən dəstgah  adı  almışdır.   

            Muğam  kompozisiyasına  muğamın  intonasiya  məzmununun  əsas  amili  olan  improvizasiyalı 

reçitativ  tərzli  vokal  melodiyalardan  ibarət  şöbələr  daxildir.  Bu  improvizasiyalı  şöbələr  muğamın 

əsas  mahiyyətini  təşkil  etməklə  böyük  əhəmiyyət  kəsb  edir.  Məhz  bu,  müəyyən  dərəcədə 

nizamlanmış  improvizasiyalı  hissələrdə  ifaçının  bir  çox  cəhətdən  ustalığından  asılı  olan  muğamın 

sonor  planı  reallaşır.   

            Muğamın  improvizasiyalı  hissələri  dəstgahda  metroritmik  cəhətdən  dəqiq  təsnif  (vokal)  və 

rənglərlə  (instrumental)  növbələşirlər.  Əsas  şöbələrin  obraz  məzmununu  kölgədə  qoyan  təsnif  və 

rənglər  intonasiya  quruluşu  və  lad  funksional  struktur  baxımından  muğamın  improvizasiyalı 

şöbələri  ilə  bilavasitə  bağlıdır.  Təsnif  və  rənglər  ayrılıqda  və  sərbəst  ifa  oluna  bilər.  Beləliklə, 

muğamın 


əsas 

fərqləndirici 

xüsusiyyətlərindən 

(lad-tonal 

və 

metroritmik) 



iki 

planının 

mövcudluğudur  ki,  bunlar  da  eyni  zamanda  muğamın  daxilində  iki  müxtəlif  musiqi  növünü  təşkil 

edir.  Bunlardan  biri  dəqiq  rutmli,  lad-tonallıq  baxımından  dəqiq  və  sərbəst  (təsnif  və  rənglər),  o 

birisi  isə  ritm-vaxt  çərçivəsində  sərbəst,  lad  cəhətdən  qanunlaşdırılmış,  muğamın  improvizasiyalı 

şöbələrində  reallaşan  melodik  xətdir.   

            Lakin  mahiyyət  etibarilə  muğam  sənəti  struktur,  bədii-emosional  quruluşu  və  inkişaf 

prinsipləri  baxımından  şifahi-peşəkar  sənətin  ənənəvi  janrı  kimi  sabitliyini  qoruyub  saxlamaqdadır.   

            Muğam  forması  ifaçının  müəyyən  səs  qatlarının  (bir  və  ya  bir  neçə)  açılması  nəticəsində 

mətndən  irəli  gələn  müxtəlif  uzunluqlu  melodik  düzümlərin,  melodik  özümlərin  genişlənməsi 

prosesində  yaranır.  Müvafiq  olaraq  onlar  muğamın  inkişaf  mərhələsinin  həyata  keçirilməsinə 

xidmət  edirlər.  Muğamda  genişləndirmə  mərhələsinin  xüsusiyyəti  inkişaf  mərhələsinin  özünün 

kanonlarla  uyğunluğundadır.  Beləliklə,  muğam  forması  öz  növbəsində  mərkəzi  tonların  ardıcıl 

qanunlaşdırılması  ilə  müəyyənləşən  mərhələlərin  (yəni,  şöbələrin)  cəmi  ilə  şərtləşdirilir.   

            Hər bir  mərhələ  melodiyanın  kulminasiyaya  doğru  irəliləyişi  prosesində  müəyyən  pillədir.   

            Bütün  lad  struktur  elementləri,  improvizasiyalı  və  sabit  hissələrin  bir-biri  ilə  sıx  əlaqəsi  ilə 

yanaşı,  musiqinin  emosional-obrazlı  məzmunu  burada əsas üstünlük  təşkil  edir.   

            Adətən  muğamın  bədii-emosional  inkişaf  xətti  kulminasiyaya  doğru  tədricən  yüksəlir,  onun 

fəthi  və  sonrakı  kiçik  hissələrə  bölünmə,  emosional  gərginliyin  azalması,  zəiflənməsi  ilə  təqdim 

olunur.   

            Monodiyanın  ifadə  imkanlarının  əks  etdirilməsində,  eyni  zamanda,  kiçik  detalların  belə 

xırda  incəliklərinə  kimi  işlənməsi,  çoxcəhətlilik  muğamın  monumental  və  silsilə  formaları  üçün 

səciyyəvidir.   



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə