- 123 -
müsafirlərini və yaxşı təlim ölkələrinin səyyahlarını kamal sərhədlərinə yetirən
düz bir yoldur.”
(7.153)
Bütün elmi əsərlərində alimin maraqlı problemlərə aydınlıq gətirməsi məlumdur. Bunu onun
tarix, coğrafiya, astronomiya və s. elmlərlə bağlı yazıları da təsdiq edir.
Abbasqulu ağa Bakıxanovun yaradıcılığında bədii üslubun xüsusi yeri vardır. “İstər tarixən
qədimliyi, istərsə də müasir mərhələdəki inkişafı baxımından bədii üslub ədəbi dilin digər funksional
üslublarından seçilir. Azərbaycan yazılı ədəbi dilinin təxminən minillik tarixi, müəyyən mənada, bədii
üslubun inkişaf tarixi deməkdir (5., 253). Bu üslubda yazılmış əsərlərində A.Bakıxanov maraqlı fərdi
dil-üslub keyfiyyətləri ilə diqqəti çəkir. Doğrudur, A.Bakıxanov əsərlərini üç dildə ─ Azərbaycan, fars
və ərəb dillərində yazmışdır, lakin onun ana dilindəki əsərləri dil-üslub gözəlliyi ilə seçilən örnəklərdir.
Bu baxımdan, onun “Qüdsi” təxəllüsü ilə yazdığı şeirləri səciyyəvidir. Tədqiqatçılardan C.Sadıqova və
T.Ələsgərova “Qanuni-Qüdsi” əsərindəki nümunələrə xüsusi diqqət yetirirdilər.” Əsasən tərbiyəvi
əhəmiyyət daşıyan, bədii cəhətdən qiymətli olan bu beytlər müəllifin həm də dünyagörüşünü əks etdirir.
A.Bakıxanova qədər fars dilinin tədrisi zamanı istifadə olunan çərəkələrdə misallar çox dini, mövhumatı
təbliğ edirdisə də, onun öz qrammatikasının hər iki nəşrinə yazdığı və seçdiyi misallar dini təlimdən
uzaq idi.” Qanuni- Qüdsi”dəki şeirlərdə sevgi, məhəbbət, dostluq, düzlük, xeyirxahlıq, nəciblik,
alicənablıq, humanistlik kimi müsbət sifətlər təqdir edidiyi halda, yalançılıq, zülmkarlıq, riyakarlıq,
satqınlıq, düşmənçilik tənqid olunur. Bu şeir parçaları bu gün də öz əhəmiyyətini saxlamışdır. ( 7.150 )
Abbasqulu ağa Bakıxanovun elmi və bədii dilinin öyrənilməsi ədəbi dilimizin həmin dövrünün
dərindən öyrənilməsində çox faydalıdır. Hətta onunla bağlı araşdırmalarda belə bir fikir formalaşmışdır ki,
bir çox sənətkarların dərk edilməsində A.Bakıxanovun irsi əhəmiyyətlidir: “A.Bakıxanovu ciddi öyrənmədən
biz, Mirzə Fətəli Axundovu, Həsənbəy Zərdabini, Seyid Əzim Şirvani və XX əsrin bir sıra görkəmli
mütəfəkkir ədib və şairlərini aydın dərk edə bilmərik” ( 6, 14). Onun əsərlərində bədii dilin zəngin təsvir və
ifadə vasitələrinin təzahürü real və maraqlı lövhələrin, dərin tərənnümün üzə çıxmasına səbəb olmuşdur.
“Qanuni- Qüdsi “əsərindəki nümunələr də belə faktlardandır. A.Bakıxanovun bədii dilinin təhlili göstərir ki,
o, dilin leksik tərkibindəki sözlərdən, yaradıcılıqla istifadə edir və dil faktlarının semantik gücünə
əsaslanaraq onların poetizmini dərinləşdirir. Bu mənada, müəllifin dilində maraqlı və fərqli dil faktları
çoxdur. “Qanuni- Qüdsi “əsərindəki nümunələr də belə faktlardandır.
Fars dilçiliyi tarixində A.Bakıxanovun bu əsərinin böyük əhəmiyyəti olmuşdur. Bu əsər Rusiya və
onun təsiri altında olan yerlərdə fars dilçiliyinin nailiyyətlərini əks etdirən, çap olunmuş ilk müstəqil fars dili
qrammatikasıdır və Bakıxanovun “Qanuni - Qüdsi” əsəri fars dilinin qrammatikasını öyrənənlər üçün əsas
mənbə olmuşdur.
ƏDƏBİYYAT
1.Babayev A. Azərbaycan dilçiliyinin tarixi. Bakı, Universitet nəşr, 1996
2. Bakıxanov A. Seçilmiş əsərləri. Bakı, AVRASİYA PRESS, 2005
3. Elçin. O işıq əsla ölməz. “Ədəbiyyat və incəsənət” qəzeti, 11 noyabr, 1983.
4. Həsənova S. Nitq mədəniyyəti və üslubiyyat. Bakı, ADPU, 2005.
5. İbrahimov M. Azərbaycan dili /Əsərləri, 10 cilddə, 10-cu c. S. 87-98.
6. Sultanov M. Ön söz / Bakıxanov A. Seçilmiş əsərləri. Bakı, AVRASİYA PRESS, 2005, s, 4-16
7.Sadıqova C.,Əsgərova T. Fars dilini tədqiq edən Azərbaycan alimləri. Bakı, Elm 1990
ABSTRACT
Ganira Askerova
The role of Abbasgulu agha Bakikhanov in the development
of the Persion linguistics
The article deals with the language of the Azerbaijan thinker Abbasgulu Bakihanov. In this respect,
the scientific and literary language samples are put forward. Scientific-theoretical ideas put forward in this
paper are substantiated with the factual materials.
РЕЗЮМЕ
Ганира Аскерова
Ролъ Аббасгулу Ага Бакиханова в развитии персидcкого языка
В статъе говорится о языке произведений видного азербайджанского мыслителя Аббасгулу
Ага Бакиханова, рассматривается проблема научного и художественного языка его творений.
- 124 -
Выдинутые в статъе научно-теоретические мысли обосновываются фактическими
материалами
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
Məqaləni çapa təqdim etdi: Filologiya üzrə elmlər doktoru Hüseyn Həşimli
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
СЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
SƏBUHİ NOVRUZOV
sabuhi@nm.ru
UOT:81.1
RƏSUL RZANIN DİLİNDƏ YENİ SÖZ VƏ İFADƏLƏR
Açar sözlər:
Rəsul Rza, yeni sözlər, yeni ifadələr, dilçilik
Key words: Resul Rza ,new words, new phrases, linguistics.
Ключевые слова:
Расул Рзa, новые слова, новые вражения, лингвистика.
Zəngin lüğət tərkibinə malik olan Azərbaycan ədəbi dili xalqımızın təşəkkül və inkişafı
tarixi ilə əlaqədar özünəxas inkişaf yolu keçmişdir. Əsrlər boyu gedən bu proses dilin ən sürətlə
inkişaf edən hissəsi olan lüğət tərkibinə də öz təsirini göstərmişdir. Belə ki, dildəki sözlərin leksik
baxımdan dəyişilməsi, bir çox sözlərin polisemantik və məcazi məna kəsb etməsi və s. dilin lüğət
tərkibinin zənginləşməsində böyük rol oynamışdır. Dilin leksikası öz daxili inkişafı ilə yanaşı,
həmişə xarici faktorların da təsirindən asılı olmuşdır. Dünyanın istənilən bir yerində gedən tərəqqi
zamanla ayrı-ayrı xalqların dilinə də öz təsirini göstərir. Elm, sənaye, texnologiyanın inkişafı və
yeni kəşflər dildə olmayan söz və ifadələrin yaranmasına səbəb olur.
Dilin inkişafında, lüğət tərkibinin zənginləşməsində ayrı-ayrı sənətkarların da xidməti qeyd
olunmalıdır. Belə söz ustalarindan biri də minillik Azərbaycan poeziyasına novator düşüncə gətirən,
zamanın, həyatın, bütövlükdə dünyanın bir çox məsələlərinə özünəməxsus düşüncə pəncərəsi açan
xalq şairi Rəsul Rzadır. Yaradıcılığı boyu hər zaman aktuallığını qoruyan mövzulara toxunan şair
poetik fikrimizə, bədii-fəlsəfi düşüncəmizə təsir etməklə bərabər, Azərbaycan dilində yeni söz və
ifadələrin yaranması istiqmətində də ciddi addımlar atmışdır. Rəsul Rza söz yaradıcılığı ilə bağlı
avtobioqrafiyasında fikirlərini belə ifadə edirdi: “Bəzi yazıçılarımız, tənqidçilərimiz, oxucularımız
bəzən söz yaradıcılığına ona görə etiraz edirlər ki, bu və ya digər söz “xalqda yoxdur”. Bu adamlar
unudurlar ki, xalqın dili bir gündə yaranmayıb, arası kəsilmədən inkişaf edir. Sözlər ayrı-ayrı
adamlar tərəfindən “uydurulur”. Məhz ayrı-ayrı adamlar tərəfindən. Çünki bir insan kollektivinin,
yaxud bütöv bir xalqın yığışıb bir yerdə söz icad etməklə məşğul olduğunu təsəvvür etmək çox
çətindir. Sözləri ayrı-ayrı adamlar icad edir, bu sözlər həyata girir, hamı tərəfindən qəbul olunur, ya
unudulur. Nə üçün indi, dillərin formalaşıb inkişaf tapdığı bir zamanda, lazım gəldikdə, həyatın
yeni hadisələrini ifadə etmək üçün yeni söz yaradılmasın, axı dillərin yetkinləşməsi prosesi indi də
gedir”(8,31). Şairin yaradıcılığında söz yaradıcılığı ümumi və fərdi olmaqla iki ehtiyacdan doğurdu.
Birinci ehtiyac XX əsrin birinci yarısında ölkəmizdə gedən mürəkkəb siyasi-ictimai hadisələrin
təsiri ilə dildə gedən proseslərlə ─ dilin saflaşması, alınma sözlərdən təmizlənməsi istiqamətində
görülən tədbirlər və s. ilə əlaqəli idi. Belə ki, həmin dövrdə fəaliyyət göstərən bəzi sənətkarlar da
ədəbi dilimizə yeni söz və ifadələr gətirmişlər. İkinci ehtiyac isə şairin yaradıcılığı və üslubunun
tələbatından doğan söz ehtiyacıdır. “Dilimizin inkişafı üçün yeni söz yaratmaq mühüm şərtdir. Bu,
yaradıcılıq ehtiyacından doğan elmi, məntiqi bir hadisə olmalıdır. Yaradılan yeni sözlər, ya