The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə62/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   58   59   60   61   62   63   64   65   ...   129

- 127 - 

qulaqlarımda  ayaq  səslərinin  yoxluğu,  tərif  dilənçisi, yaddaşın qafiyəxanasıinsan yuvası, planetin 

mavi su çanağı, dənizin qıvrım saçı ,dəniz gözlü dənizçi,  axşamın sahili və s. 

    


  Bu  ifadələr  öz orijinallığı  və yeni  boyası  ilə  seçilir.  Ümumiyyətlə,   şairin  yaradıcılığı   söz-

ifadə  kəşfləri  ilə  zəngindir. 



ƏDƏBİYYAT 

 

1 .Həsənova  S. Ədəbi dil  məsələləri,  Bakı,  ADPU  ,2011. 



2. Həsənova  S. Nitq mədəniyyəti  və üslubiyyat,  Bakı,  ADPU, 2005. 

3. Rəsul  Rza.  Pəncərəmə  düşən  işıq,  Bakı,  Azərbaycan  Dövlət  Nəşriyyatı,  1962 

4. Rəsul  Rza.  Seçilmiş  əsərləri,  I c. Bakı,  Öndər Nəşriyyat  ,2005. 

5 Rəsul  Rza.  Seçilmiş  əsərləri,  II c .Bakı,  Öndər Nəşriyyat,  2005. 

6. Rəsul  Rza.  Seçilmiş  əsərləri,  III c  .Bakı,  Öndər Nəşriyyat,  2005. 

7 .Rəsul  Rza.  Seçilmiş  əsərləri,  IV c .Bakı,  Öndər Nəşriyyat,  2005. 

8. Rəsul  Rza.  Seçilmiş  əsərləri,V  c. Bakı,  Öndər Nəşriyyat,  2005. 

 

 



 

ABSTRACT 

 S.R.Novruzov 

New words  and  phrass in  resul rza`s  speesh 

 

The  article  deals  with  Resul  Rza`s  speech.  From  this  point  of  view,  the  new  words  and 



phrases  are  created  and  put  forward  by  him.  Theoretical  ideas  in  the  article  were  substantiate  the 

facts. 


РЕЗЮМЕ 

 

 



С.Р.Новрузов 

Новые  слова  и выражения в языке  расул рзы 

В  статье  говориться  со  слов  Расул  Рзы.  И  по  этому  созданные  его новые слова и вражения 

входят  на  предний план.Теоретические  мысли статьи  подтверждаются фактами. 

 

 



 

 

 



 

 

 



                      

 

 

NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 

olunmuşdur  (protokol  №  05) 

         Məqaləni  çapa təqdim  etdi:  Filologiya üzrə elmlər doktoru  H.Həşimli 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


- 128 - 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 



 

NAKHCHIVAN ST AT E UNIVERSIT Y

.

  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 

 

НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 



 

SƏNƏTŞÜNASLIQ 

İNARA MƏHƏRRƏMOVA 

Naxçıvan Dövlət Universiteti 

UOT:78                   

 

İBRAHİM  MƏMMƏDOVUN ALLEQORİK JANRLI “TÜLKÜ  VƏ        

ALABAŞ”  OPERASININ SƏCİYYƏVİ   XÜSUSİYYƏTLƏRİ 

 

Açar  sözlər: üslub, janr, leytmotiv, dramaturgiya, harmoniya.   

 

Key words:  style, genre, leitmotiv, dramaturgy, harmony.  

Ключевые слова: стиль, жанр, лейтмотив, драматургия, гармония. 

 

Azərbaycanda  opera  yaradıcılığı  sahəsində  yeni  janr  və  üslub  axtarışlarının  bir  istiqaməti 

alleqorik  operaların  yaradılması  ilə  bağlıdır.  Bu  sahədə  İbrahim  Məmmədovun  “Tülkü  və  Alabaş” 

operası  (1961) yeni  janrın  bir  nümunəsidir.   

S.Dadaşovun  librettosu  əsasında  yazılmış  bu  əsər  öz  janr  xüsusiyyətlərinə  görə  Azərbaycan 

operası  üçün  yeni  idi.  “Tülkü  və  Alabaş”  operası  müxtəlif  incəsənət  növlərinin  sintezini  həyata 

keçirərək  həmin  dövrün  musiqi  inkişaf  təmayüllərini  özündə  əks etdirirdi. 

Operanın  nəsihətamiz  ideyası  ümumiləşmiş  alleqorik  planda  açılır.  Adətən  təmsillərdə 

olduğu  kimi,  iştirakçılar  müxtəlif  heyvanların  simasında  təqdim  edilərək  insani  keyfiyyətlərə 

malikdirlər.  Operada  balet  səhnələrindən  geniş  şəkildə  istifadə  olunur,  bu  isə  əsəri  opera-balet 

adlandırmağa  əsas  verir.  Operanın  ideyası  xeyirlə  şərin  mübarizəsi  üzərində  qurularaq  ədalətin 

qələbəsinə  həsr olunub.   

Qeyd  olunduğu  kimi,  operanın  ideyası  alleqorik  planda  öz  həllini  tapır  və  bununla  bağlı 

bəstəkar  əsərin  iştirakçıları  olan  heyvanları  sırf  insani  keyfiyyətlərlə  təmsil  edir.  Onlar  rəngarəng 

zəngin  hisslərlə  yaşayır  və  müxtəlif  xarakterlərə  malikdirlər.  İnsan  xislətinə  xas  olan  müxtəlif 

keyfiyyətlərlə  diqqəti  cəlb  edirlər,  insanların  davranışları  onların    simasında  özünəməxsus  şəkildə 

əks  olunur.  İdeya  məzmununun  alleqorik  şəkildə  təcəssüm  olunması  ilə  əlaqədar  əsərdə  tembr 

dramaturgiyasına  böyük  diqqət  yetirilir  ki,  bu  da  operanın  bədii  məzmununun  açılmasına  xidmət 

edir.  Bununla  bağlı  operada  hər  pərdənin  əvvəlinə  böyük  orkestr  epizodları,  rəqslər,  finala  isə  yürüş 

daxil  edilir. 

Maraqlı  simfonik  epizodlardan  biri  kimi  operanın  Girişini  qeyd edə bilərik.   

Bəstəkar  bu  hissəni  “Sübh  çağı”  adlandırmışdır.  Səhərin  açılması  mənzərəsinin  təsviri  ilə,  sanki 

bütün  təbiət  oyanır:  simlilərin  tremolosu  fonunda  klarnet  və  arfanın  səslənməsi  gözümüzün 

qarşısında  idil  bir  təbiət  mənzərəsini  canlandırır.  Musiqidə  tədricən  dinamika  artırılır  –  yeni 

tembrlər,  rəngarəng  harmoniyalar  eşidilir.  Surdinalı  trubaların  səslənməsi  xoruzun  banlamasını 

imitasiya  edərək səhərin  açılmasından  xəbər  verir.   




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə