- 130 -
Rəngarəng tembr başlanğıcı obrazların xarakteristikasında da böyük rol oynayır. Bəstəkar
orkestrdə meşə səltənətinin sakinlərinin – heyvanların səslərini ustalıqla imitasiya edir. Orkestrdə
rəngarəng təsviri effektlər səslənir.
Operanın qəhrəmanlarının musiqi xasiyyətnamələrində əsərin qəhrəmanlarına xas olan
insani keyfiyyətlər açılır. Bununla əlaqədar bəstəkar iştirakçıları iki əks düşərgəyə bölərək
səciyyələndirir. Quşlar məkanının sakinləri xeyirxah keyfiyyətlərlə təcəssüm olunur, Canavar və
Tülkü isə şər qüvvələri təmsil edir. Вəstəkar onların ariyalarını musiqi məzmununa daxil edir:
qəhrəman döyüşçü kimi təqdim olunan Alabaşın ariyası, Tülkünün ariya-rəqsi və s..
Operanın qəhrəmanı – Alabaş Xeyiri təmsil edir.
- 131 -
Operanın əvvəlində Alabaş monoloqla xarakterizə olunur; o, ağıllı, təmkinli, etibarlı
xilaskardır.
Alabaşın ikinci pərdədəki ariyası onun döyüşçü xüsusiyyətlərini daha parlaq şəkildə
təcəssüm etdirir. Qəhrəmanın xarakteri səlis ritmli, sıçrayışlı, deklamasiyalı musiqi ilə təqdim
olunur.
Şər qüvvələrin təmsilçisi olan Tülkünün partiyası – leytmotivi tonallıq baxımından qeyri-
sabitdir, sanki ehtiyatlı hiyləgər addımları canlandırır, dayaq pillələrini xromatik tərzdə sürünən
oynaq intonasiya çalarları özünü göstərir. Leytmotivin ritmi valsvaridir (6/8 ölçüsünə əsaslanır), bu
da xalq musiqisi üçün səciyyəvi cəhətdir. Valsın rəvanlığı, axıcılığı hiyləgər Tülkünün hərəkətlərini,
çevikliyi təsvir edir.
Səciyyəvi haldır ki, Tülkünün partiyasında bəstəkar muğam intonasiyalarından geniş istifadə
edir. Lakin çox zaman Tülkünün hiyləgər niyyətlərini ifşa etmək üçün bu intonasiyalar təhrifə
uğramış şəkildə səslənir.
Tülkünün ikinci pərdədən ariyası onun xarakteristikasında kulminasiya təşkil edir. Burada
Tülkü özünü meşənin hökmdarı hesab edərək sevincini ifadə edir.
- 132 -
Operanın III pərdəsində Tülkünün partiyasında həmçinin, “Qıtqılıda” rəqs melodiyası da
dəyişilmiş şəkildə öz əksini tapmışdır.
Operada Canavar harmonik orkestr ifadə vasitələri ilə xarakterizə olunur. Onun vəhşi
hərəkətlərini, gizli addımlarını əks etdirmək üçün bəstəkar bu partiyada dissonans intonasiyalardan,
əksildilmiş və artırılmış akkordlardan istifadə edir ki, bu komplekslər də orkestrdə xromatik
gedişlərlə müşayiət olunaraq Canavarın hərəkətlərini qabarıq surətdə canlandırır.
Xoruzun instrumental leytmotivi surdinalı trubalarda tonika üçsəsliyinin səsləndirilməsinə
əsaslanır. Qırt toyuq isə polifonik quruluşlu oxunaqlı melodiya ilə xarakterizə olunur. Bu mövzu
işıqlı, həyatsevər səslənməsi ilə diqqəti cəlb edir. Finalda xorun fuqatosu da bu mövzu əsasında
verilir.
- 134 -
Beləliklə, İ.Məmmədovun “Tülkü və Alabaş” operası xalq nağılları və təmsilləri əsasında
alleqorik operaların yaranmasına müəyyən təkan vermişdir. Bu növ operaların müəyyən janr
xüsusiyyətlərinin formalaşmasında operanın əhəmiyyətini qeyd etmək lazımdır.
Eyni zamanda xalq nağıl və təmsillərinin qəhrəmanlarını, heyvanlar aləmini canlandıran
operaların uşaq operaları kimi xarakterizə olunması ənənəsi özünü göstərir. Azərbaycan
musiqisində çox sayda uşaq operaları yaranmışdır. Bunlardan bəzisi peşəkar ifaçılar üçün, bəzisi isə
uşaqların ifası üçün nəzərdə tutulmuşdur. Bir sıra operalarda isə peşəkar ifaçılarla yanaşı, uşaqlar da
iştirakçılar sırasına daxil edilir.
Bu operaların səciyyəvi cəhəti kimi onlarda alleqorik ifadə vasitələrindən istifadə edilməsi
qeyd olunmalıdır.
ƏDƏBİYYAT
1.
С.Касимова. Из истории азербайджанской оперы и балета (1908-1988гг.). Баку,
Адильоглы, 2006, 231 c.
2.Асафьев Б.В. Опера // Советская опера, Москва, Музгиз, 1953, 71 с.
3. Мазель Л.А. Вопросы анализа музыки. Опыт сближения теоретического
музыкознания и эстетики. М.: Советский композитор, 1978. 352с.
- 135 -
ABSTRACT
Inara Maharramova
C
HARACTERIS TICFEATURES OF THE OPERA
-
ALLEGORIA
“
FOX AND GUN DOG
”
OF I
.
MAMADOV
.
This article deals with an opera entitled “Fox and Gun Dog” that is new for Azerbaijani opera
for its genre features. The article draws attention to the characteristic features of the opera entitled
“Fox and Gun Dog,” and notes that this opera has influence on the formation of certain genre
features in the new type of operas.
РЕЗЮМЕ
Инара Магеррамова
Характерные особенности аллегорической оперы «лиса и волкодав» и.мамедова.
В представленной к вниманию статье рассказывается об опере «Лиса и Волкодав»,
созданной композитором И.Мамедовым, и явившейся новой по своей жанровой
принадлежности для азербайджанского оперного искусства.
В статье выявляются характерные особенности оперы, отмечается роль этого
произведения в формировании определенных жанровых особенностей опер нового типа.
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
Məqaləni çapa təqdim etdi: Fəlsəfə üzrə elmlər doktoru, professor M.Rzayev
Dostları ilə paylaş: |