The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə66/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   62   63   64   65   66   67   68   69   ...   129

- 140 - 

НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 



 

NAKHCHIVAN ST AT E UNIVERSIT Y

.

  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 

 

НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 



 

GÜLNARƏ QƏNBƏROVA 

gulnare_qenberova65@yahoo.com

 

Naxçıvan Dövlət Universiteti 

SERAP BULAT 

Ərzurum Atatürk Universiteti 

UOT:7.01 

ŞƏKİ XAN SARAYININ  MEMARLIĞI 

 

             Açar  sözlər:  Xan sarayı, divar, tağ, ornament, pano.   

 

 Keywords:  Khan's Palace, wall, the arch, ornament, panels. 

             Ключевые слова: Ханский дворец, стен, арка, орнамент, панно

          

XVIII-XIX  əsrlərə  aid  Şəki  Xan  sarayı  Azərbaycanın  ən  gözəl  memarlıq  abidə-  lərindən 

olmaqla,  bədii  təsir  və  dekorativ  tərtibat  səviyyəsi  baxımından  seçilir.  Şəki  xan  sarayı  şəhərin 

ən  hündür  hissələrinin  birində  (şimal-şərq  istiqamətdə)  Məhəmməd  Hüseyn  xanın  22  il  davam 

edən  hökmdar  olduqu  dövrdə,  yəni  1758-1780  illərdə  tikil-  miş  qalanın  ərazisində  yerləşir  (1, 

səh  5).  Burada  qədim  Şərq  şəhərləri  üçün  səciyyəvi  xüsusiyyət  özünü  büruzə  verir.  Belə 

hallarda  saray  tikilisinin  özü  yaxud  da    saray  binaları    kompleksi  qalanın  daxilində  nisbətən 

müstəqil  memarlıq  ansamblı  təşkil  edir.  Belə  memarlıq  ansamblı  özünün  ikinci  divarı  ilə  hasara 

alınır   və   “İçəri  qala”  yaxudda  “Bala  qala”  adlanır. 

Sarayı  1962-ci  ildə  Müştaq  təxəllüsü  ilə  şerlər  yazan  Hüseyin  xan  tikdirmişdir.  Sarayın 

ətrafında  olan  ərazi  nisbətən  dəqiq    düzbucaq    formasına  malikdir  və  şimal-  dan  cənub 

istiqamətə  uzanır.  Ərazi  iki  terasdan  ibarətdir.  Kiçik  yuxarı  terasda  sarayın  binası,  hovuz  

yerləşir  (2,  səh.26).    Hovuzun  yanında  iki  çinar  ucalır.  Böyük  aşağı    terasda    bağ  salınıb.  İki 

teras  biri  biri  ilə  daş  pilləkənlərlə  birləşir.  Həmin  pilləkənlər  yarımdəirəvi  meydançadan  iki 

tərəfə  ayrılır.  Meydança  öz  növbəsində  yuxarı  terasın  mehvəri    ilə  yuxarı  yönəlir  və  onun 

kənarlarında  hündürlüyü  60 sm  yaxın  olan  bütöv  daş parapet  var.   



 

Rəsim  1. Şəki qalasının  planı 

1.Şəki  xan saray                                      

 

2.Abidə 

3.Qalanın  Qərb  darvazası 

 

Saray  ərazisinin  ətrafındakı  divar  çox  hündür  deyil.  Şərq    və  cənub    tərəfdən    girişlər  var. 



Şərq  darvazası  kiçik  qapılar  formasında  qurulub,  həmin  qapılar  adi    darvaza  yerinə    salınıb.  

Həmin  darvaza  yerinin  üstü  tağ  formasında  olub,    XIX  əsrin  sonu-  XX  əsrin  əvvəli  dövrünün  




- 141 - 

Şəki  memarlığı  üçün  xarakterik  olan  kərpic  dekorla  bəzədilib.    Bu  detalların    xarakteri    girişin 

əsas  tikililərdən  sonra   tikilməsini  ehtimal  etməyə  yol  verir.   

Şərq  darvazası  yuxarı  terasa  çıxır,  və  burada  şəhərin  və  dağların  şərq    yamaclarının 

möhtəşəm  panoraması  açılır.  Ondan  əlavə  buradan   üfüqə  qədər  cənuba  perspektiv  də açılır. 

 

 

 



 

Foto 1. Şəki qalasının  Şərq və Qərb  darvazası 

           Aşağı  darvaza  sarayın  ərazisini  əharə  edən  cənub  divarın  şərq    başında  yerləşir,  və  bu  

yolla  qalanın  cənub  darvazasına  daha  da  yaxınlaşdırılıb.  Həmin  darvaza    geniş  və    kərpicdən 

hörülmüş,    kərpiclə    də  dekor  olunmuş  alçaq    şişbucaq  ark  şəklində    qapı    boşluquna    salınıb.  

Həmin    darvaza  aşağı    terasa  çıxır.  Aşağı    terasın    mərkəzi    mehvərinin    cənub    başında      nazik 

sütunların  üstündə    yüngül      kiçik      çoxüzlü    taxta    pavilion-talvar    yerləşir.  Bu  da 

Azərbaycanın,  o  cümlədən  Şəkinin    saray  və  yaşayış    tikililərinin  bağ  hissəsi  üçün  tipik  tərtibat 

elementidir.  Bu  elementlər  Şərq    ölkələrinin      bağ-park  memarlıqının    elementləri  ilə    oxşar 

cəhətlərə  malikdir.    Ehtimal  olunur  ki,  bu  element  Şəki  xan  sarayı  kompleksində  yeganə  bu  növ 

qurğu  deyildi.  Lakin      zaman  onları  və    onlar    kimi    bir  çox  elementləri  bizim  dövrə  gətirib 

çıxarmayıb  (2,səh.108-112). 

 

       



 


- 142 - 

Foto 2. Şəki Xan sarayı  və sarayın  həyət  qapısı 

 

Şəki  xan  sarayı-uzunluğu  30  metr,  hündürlüyü  10  metr  olan  iki  mərtəbəli  binadır.  Bu 

bina  şəhərin  o  dövrün  bir  çox  yaşayış  binaları  ilə  ümumi,  oxşar  cəhətlərə  malikdir.  Bina    bişmiş  

qırmızı    kərpicdən    tikilib  və    bu  kərpic  yerli    çaylaq    daşları  ilə  biri  birinə  gözəl  uyğunlaşır. 

Sarayın  kərpicləri    kvadrat    formasındadır,    çaylaq  daşları  isə    kub    formasına    malikdir    və 

onların  ölçüsü  20x20x20  sm,   bəzən  də bir  az  artıqdır  (3, səh,12-13).   

   

 

Foto 3. Şəki Xan sarayının  ön fasadı 



 

Sarayın  divarları,  Şəkinin  yaşayış  binalarından  fərqli  olaraq  bir  qat  suvaqla      örtülüb. 

Qərb  və  şərq    bayır  tərəflərdə  və  eyni  ilə    şimal  divarının    böyük  hissəsində      suvağın  materialı 

sarı  gil    qarışıqıdır.    Sarayın    cənub  fasad  hissəsi  isə    şimal  fasadın  mərkəzi    kimi    bütövlüklə 

ornament  ilə  örtülüb.  Həmin  ornament    alebastr    üstündə    oyma  işindən,  fonun  və  detalların 

rənglənməsindən,  iri  pəncərələrin  çərçivəsinə    salınmış  şəbəkə  adlanan  taxta  vitrajlardan  

ibarətdir.    Orta  Asiya    rayonlarından  fərqli  olaraq,    Azərbaycanda  təbii    alebastr    “qanç”  deyil, 

“gəc”  yaxudda    “gəjə”  adlanır,  və  ən  qədim  dövrlərdən  bəzək  vurma    və  ornamental-  dekorativ 

işlərində    geniş  istifadə  olunub  (4,səh.  53-55).    Sulu  gəcin  üzərində    ən  müxtəlif  oyma  işləri  

yerinə    yetirilirdi,  gəcdən    yapma  detallar  hazırlanır,    gəc    ağac,  şüşə  və    güzgülərlə    birgə  

dekorda    işlənirdi.  Son  dərəcə  düz    salınmış  və  hamarlanmış  gəc  suvaqının  səthi    divar  naxışları  

salmaq  üçün  bünövrə  olurdu.   

Binanın    daxilində    və    bayırında  bəzək  vurma    detallarında  gəcdən  istifadə    etmə  

üsullarını  bizim  dövrə  çatdıran    memarlıq  abidələrindən    Azərbaycanda    çox  az  qalıb.  Şəki  xan 

sarayında  gəcdən  ən  müxtəlif  formalarda,  xüsusən  də    divar  naxışlarını    salmaq  üçün  səth  kimi 

istifadə  olunmuşdur.    Burada  gəc    ağacdan  və    döymə    metaldan  hazırlanan  elementlərlə  biri 

birinə  gözəl,  həmahəng  şəkildə  uyqunlaşdırılıb.   

Sarayın    iki  mərtəbəsinin  hər  birində  üç  otaq,  mərkəzi  və  yan  otaqların  arasında  iki  keçid 

otağı  var.  Otaqların  forması  sadədir.  Bunlar  Şəki  rayonunun  yaşayış  binaları  üçün  səciyyəvi 

olan  düzbucaq,  binanın  uzunluğu  boyu  yaxudda    eninə      yerləşən    otaqlardır.  Mərkəzi  və  orta 

otaqlar  bir  qədər  başqa  görünüşə  malikdir.  Bu  otaqlar  nisbətən    böyük  ölçülüdür,  və  bu 

səbəbdən  onlar  “zal”  adlanır.    Deyilən  zallar  zəngin  şəkildə  dekor  olunub  və  şimala 

istiqamətlənən      yataq  yerlərinə-  “alkov”lara  malikdir.    “Alkovlar”,  yəni    yataq  yerləri  mərkəzi 

zalların  yanlarında    kiçik  otaqların  yerləşməsi    nəticəsində  əmələ  gəlir.  Ehtimala  görə,  bu  balaca 

ölçülü  otaqlar  qarderob  kmi  istifadə  olunur,  yaxudda  başqa  məişət  məqsədləri  üçün  nəzərdə 

tutulmuşdu.    Başqa  ehtimala  görə  bu    yataq  yerləri  əslində    taxt-tac  yeri  idi.  Həmin  yerdən 

bütün  zalın,  yan  girişləri  və  həyətin  bütün  sahəsinin  yaxşı  görünməsi  bu  fikri  təsdiq  edir.  Daha 

sonra,  birinci  mərtəbənin    yataq  yerinin  divarının  ortasında  buxarı    qurulub.  Sonuncu  dəfə 

aparılan    restavrasiya  işləri  zamanı    kənarları  mərmərlə  bəzək  vurulmuş  fəvvarənin  də  qalıqları 

aşkar  olunub.  Bu  fəvvarə    vaxtı  ilə    yeraltı    dülüsçü    boruları    ilə  həyətdə,      binanın  fasadı 

qarşısında  yerləşən  böyük  və  dərin   hovuzla   birləşdirilmişdi  (3,səh118-125).   

Sarayın      otaqlarının  cənub  divarlarının  hamısı    iri  ajur    pəncərələrlə-şəbəkə  ilə  əvəz 

olunub.  Bu  səbəbdən,  fasadın  mərkəzi  hissəsini    tutan  səthlər    həndəsi  ulduzlu  ornament  ilə 

örtülmüş    böyük  ölçülü    düzbucaq    kimi  görünür.  Ornamentin    xəttləri  yastı  taxta    kiçlərdən 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə