The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə56/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   52   53   54   55   56   57   58   59   ...   129

- 115 - 

zamanlardan  bəri  tarix  göstərir  ki,  hər  hansı  bir  xalq  öz  millət  və  mənəviyyatını  saxlamaq  üşün  öz 

vətəni  və  dövləti  ilə  bərabər,  öz  dilini  də  saxlamağa  cəhd  etmişdir.  Çünki  hər  bir  xalqın  ana  dili 

onun  milli  varlığının  və  mənəvi  aləminin  ifadəsidir.  Beləliklə,  dil  hər  bir  xalqın  milliyyət  və 

varlığını  bildirən  və qoruyan  mühüm  amillərdən  biridir”  (8, 53). 

İlyas  Əfəndiyev  dilimizin  sözlərindən  sadəcə  istifadə  etməmişdir,  həm  də  onlara  yaradıcı 

münasibət  göstərərək  müxtəlif  mənalı  yeni  söz  və  ifadələr  də  yaratmışdır.  Bu  anlamda,  aşağıdakı 

örnəklər  maraqlıdır:  mavi nur dənizi, nəhayətsiz sükut, muniz aydınlıq, gümüşü toran və s. 

İlyas  Əfəndiyevin  dil-üslub  keyfiyyətləri  çoxdur,  dilinin  şirinliyi  qatıdır,  üslub  çalarları 

özünəxasdır,  İlyassayağıdır.  O,  işlətdiyi  sözlərə  üslub  donu  geyindirir,  onları  bir  anlamda  yox,  bir 

çox  anlamlarda  işlədir.  “Sözlərin  üslubi  mənsubiyyəti,  hər  şeydən  əvvəl,  sözlərin  ifadə  etdiyi  məna 

ilə  bağlıdır.  Bu  isə  o  deməkdir  ki,  xüsusi  sahələrlə  bağlı  olan  sözlər  və  terminlər  bu  və  ya  digər  sahə 

məfhumlarının,  bir  sıra  ümumişlək  sözlər  isə  xüsusi  məna  çalarlıqlarının  ifadəsi  kimi  müəyyən 

üslubun  leksik  sisteminə  mənsub  ola  bilir.  Lakin  sözün  üslubi  mənsubiyyəti,  təkcə  bu  və  ya  digər 

mənanı  sadəcə  ifadə  etməsi  ilə  deyil,  hər  hansı  bir  sözün  və  ya  ifadənin  məhz  müəyyən  sahə  ilə 

əlaqədar  mənanı  ifadə  etmək  üçün  daha  əlverişli  olması  ilə  ölçülür”  (3,  78).  Bu  mənada,  İlyas 

Əfəndiyev  sözlərdən  sənətkarlıqla  istifadə  edən sənətkarlardandır. 

İlyas  Əfəndiyevin  dilində  sual  cümlələrinin  də  müəyyən  qədər  mövqeyi  vardır.  Məlumdur 

ki,  cümlənin  bu  növü  ekspressivliyi  artıran  sintaktik  vahidlərdəndir.  Xüsusilə  də,  ritorik  sual 

cümlələrinin,  bu  baxımdan,  rolu  böyükdür.  Onlar  cavab  məqsədi  daşımadığından  məna  yükü  daha 

çox olur: 

Biz  insanlar  dünyaya  nə  üçün  gəldik?  Təbiətin  bu  əbədi  ahənginə  nə  əlavə  etdik?  İndi 

mənim  çəkdiyim  bu  əziyyət,  bu  iztirab  nə  üçündür?  Əgər  mən  olmasaydım,  bu  gözəl  gecə  nə 

itirərdi? (5, 10). 

Və  ya  “Söyüdlü  arx”  romanında  –  yazıçının  ilk  irihəcmli  əsərində  qoca  Ələsgər  dayının 

axşamlar  “sazını  dınqıldadaraq”  oxuduğu  qədim  bir  mahnıdakı  həzin  bir  kədər,  qəribə  bir  təəssüf, 

hiss,  duyğu  ifadə  edən ritorik  sul  cümləsi: 

 

 

Üzü  bəri  baxan  dağlar,   



 

 

Mənim  sizdə  nəyim  qaldı?  (5, 8). 



İlyas  Əfəndiyevin  əsərlərini  dil-üslub  özəlliklərini  araşdırarkən  bir  sıra  varvarizmlərlə  ─ 

dildə  vətəndaşlıq  hüququ  qazana  bilməyən  təsadüfi  alınmalarla  da  qarşılaşırıq.  Məlumdur  ki,  hər  bir 

dilin  lüğət  tərkibinin  zənginləşməsində  alınma  sözlər  də  özünəxas  rola  malikdir.  Və  dünyada,  bu 

baxımdan,  saf  dil  yoxdur,  yəni  bütün  dillərin  leksikasında  alınma  söz  tapmaq  mümkündür.  Dünya 

xalqlarının  bir-biri  ilə  ədəbi,  mədəni,  siyasi,  iqtidadi  və  s.  əlaqələri  dillərə  də  təsir  edir,  onlar  bir-

birindən  söz  alır  və  bir-birinə  söz  verir.    Təbiidir  ki,  həmin  alınmaların  bəziləri  işlək  leksikaya  daxil 

olur  və  dildə  vətəndaşlıq  hüququ  qazanır.  Varvarizmlərisə  belə  bir  hüquqa  malik  ola  bilmir,  onlar 

təsadüfən  işlənir,  müəllifin  dilindən  deyilmir,  surəti  səciyyələndirmək  üçün  işlədilir,  tez  bir 

zamanda  passiv  leksikaya  keçir  və  sonra  isə  unudulub  dildən  çıxır.    İlyas  Əfəndiyevin 

yaradıcılığında  da belə  dil  faktları  vardır: 



Tələsik  stansiya  binasına  girib  kassanın  qabağına  getdim.  Lakin  redükülümü  açanda 

yerimdə donub qaldım (5, 9). 

İlyas  Əfəndiyevin  dilində  maraqlı  bir  ifadə  var:  dünyaya  səssiz-səmirsiz  gəlmək.  Bu  ifadəni 

eşidəndə  və  ya  oxuyanda  elə  bilirsən  ki,  sənətkarlar  dünyaya  səssiz-səmirsiz  gəlsələr  də,  dünyadan 

səssiz-səmirsiz  getmirlər.  Onlar  adi  insanlar  kimi  düşünsələr,    yarada  bilməzlər  və  ya  yaratdıqları 

sönük  olar,  qəlbə  təsir  etməz.  Ürəklərin  işığında  yazılanlar  isə  həmişə  zövq  və  şövqlə  oxunurlar. 

İlyas  Əfəndiyevin  əsərləri  kimi! 

Müxtəlif  sənətkarların  yaradıcılıq  örnəklərindən  alınan  faktik  materiallar  göstərir  ki, 

dilimizin  inkişafı  üçün  ona  yaradıcı  münasibət,  yüksək  qayğı,  ona  dərindən  bələd  olmaq  lazım  gəlir. 

İlyas  Əfəndiyevin  dilindəki  bir  sıra  faktlardan  məlum  olur  ki,  Azərbaycan  ədəbiyyatının  1930-1990-

cı  illərdəki  dövründə  dilimizə  bu  cür  münasibət  var  idi  və  hətta  1950-ci  illərdən  başlayaraq  bu,  bir 

qədər  də  fərqli  və  güclü  idi.  Çünki  həmin  dövr  ədəbiyyat  tarixində  sovet  dövrünün  süqut  mərhələsi 

başlamış  və  müstəqil  düşüncə  sahiblərinin  sayı  çoxalmışdır.  İlyas  Əfəndiyev  də  həmin  müstəqil 

düşüncə  sahiblərindən  və  təfəkkür  mədəniyyəti  baxımından  seçkinlərdən  idi.  Bütün  bunlar  onun  dil-



- 116 - 

üslub  yetkinliyinə  öz  təsirini  göstərmiş,  yazıçı  bədii-obrazlı  fikir  tariximizdə  lirik-psixoloji  təhlillər 

salnaməsi  yaratmışdır. 

Əslində,  lirik-psixoloji  məsələlər  daha  çox  lirik  növün  janrlarına,  poetik  nümunələrə  xas 

cəhətlərdir.  Lakin  İlyas  Əfəndiyevin  özəlliyi  ondadır  ki,  o,  daxili  aləmin  incəliklərini  müxtəlif  taleli 

adamların,  hətta  adi,  sadə  hesab  etdiyimiz  adamların  qeyri-adi  düşüncələrini,  duyub  hiss  etdiklərini 

nəsrə  gətirir  və  onun  nəsri  müəllifini  1930-1990-cı  illər  Azərbaycan  nəsrində  dil-üslub 

xüsusiyyətləri  ilə  seçilən  sənətkarlardan  biri  kimi  tanıdır.  Bu  anlamda,  İlyas  Əfəndiyevin  nəsrini 

“poetik  nəsr”,  “lirik  nəsr”  adlandırmaq  olar.   

Sözsüz  ki,  İlyas  Əfəndiyevin  nəsrinə  belə  fərqli  gözəllikləri  gətirən  onun  dilidir.  Diqqət 

etdikdə,  yazıçının  nəsri  realist  nəsrdir,  lakin  o  qədər  romantik,  dərin,  həssas  düşüncə  və 

münasibətlərlə  doludur  ki,  isti  və  həzin  nəğmə  təsiri  bağışlayır.  Elə  bir  nəğmə  ki,  səsi  qulaqlardan, 

təsiri  ürəklərdən  getmir  və onları  unutmaq  asan deyil,  hətta  mümkünsüzdür. 

İlyas  Əfəndiyev  dilimizin  dərin  mənalılığından,  məcazlıq  xüsusiyyətlərindən  istifadə  edərək 

mənəvi-əxlaqi  axtarışlara  çıxır  və  yeni-yeni  tapıntılatr  əldə  edərək  uğurlar  qazanır,  insan 

xarakterlərindəki  incə,  üzdən  görünə  bilməyən  cəhətləri  müəyyənləşdirir  və  insanın  sadə,  sadə 

olduğu  qədər  də  naməlum  bir  varlıq  olaraq  özəl  mənəvilərini  qələmə  gətirir.  Onun  dili  ilə  təkcə 

insan    fərqlilik  və  gözəllikləri  deyil,  təbiət  füsunkarlığı  da  sanki  başqa  bir  don  geyinir.  Və  çoxlarına 

adi  görünən  təbiət  örnəkləri,  coğrafi  məkanlar  yazıçının  dilində  (yəqin  ki,  həm  də  ürəyində)  qeyri-

adi  olur  və  beləliklə  də,  İlyas  Əfəndiyev  Güney  Qışlaq,  Söyüdlü  arx,  Qartallı  dərə  kimi  coğrafi 

məkanlara  tamamilə  fərqli  bir  baxışla  baxır.  Bu  baxışın  istisi  və  işığı  ilə  oxucu  vətənini  yenidən  kəşf 

edir,  onun  təbiətini,  məkanlarını,  adamlarını  yenicə  görmüş  kimi  şaşır  və  sanki  dünyanı  kəşf  etmiş 

kimi  məmnun  olur.  Bütün  bunlara  görə  ana  dilimizə,  bu  dilə  yüksək    və  yaradıcı  münasibət  göstərən 

yazarlarımıza  borcluyuq.   



ƏDƏBİYYAT 

1.Axundov  A. Dilin  estetikası.  Bakı,  Yazıçı,  1995. 

2. Azərbaycan  ədəbi  dili  tarixi.  Bakı,  Şərq-Qərb, 2007. 

3. Dəmirçizadə  Ə. Azərbaycan  bədii  dilinin  üslubiyyatı.  Bakı,  Azərtədrisnəşr,  1962. 

4. Əfəndiyev  İ. Seçilmiş  əsərləri,  I c. Bakı,  AVRASİYA  PRESS, 2005.  

5. Əfəndiyev  İ. Seçilmiş  əsərləri,  III c. Bakı,  AVRASİYA  PRESS, 2005.  

6. Həsənova  S. Nitq mədəniyyəti  və üslubiyyat.  Bakı,  ADPU, 2005, 192 s. 

7. Hüseynzadə  Ç. Azərbaycan  dilində  morfoloji  norma.  Bakı,  Nurlan,  2004, 280 s. 

8.  İbrahimov  M. Ana  dili  - hikmət  xəzinəsi.  Bakı,  Azərnəşr,  1991, 136 s.  

9. Məmməd  Cəfər.  Dil  və müasirlik  / Həmişə  bizimlə.  Bakı,  Yazıçı,  1980, s. 73-98. 

 

 

 



 

 

 



 

 

 



 

 

ABSTRACT 



 

Sadagat Hasanova 

Ilyas Afandiyev  and  our  literaru  language 

 

The  article  deals  with  the  role  of  writer  IlyasAfandiyev  in  literaru  language.  For  this  purpose 



its  language  and  style  features  are  put  forward.  In  the  article  scientific-theoretical  view  points  are 

grounded  on real  materials. 



РЕЗЮМЕ 

Садагат Гасанова 

Иляс Эфендиев и наш литературный язык 

 

В  статье  говорится  о  роли  народного  писателя  Иляса  Эфендиева  в  нашем 

литературном  языке.  В  этой  статье выдвигается на передний план его языковые и стилевые 

особенности.  Научно-теоретические  мысли,  выдвигаемые  в  статье,  обосновываются 

фактическими  материалами. 

 

 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə