- 107 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
DİLÇİLİK
ELBƏYİ MAQSUDOV
Naxçıvan Dövət Universiteti
UOT:81.1
DURĞU İŞARƏLƏRİ İLƏ BAĞLI İŞİN DÜZGÜN TƏŞKİLİ, ANA DİLİ DƏRSLƏRİNİN
ƏSAS TƏLƏBLƏRİNDƏN BİRİ KİMİ
Açar sözlər: Azərbaycan dili, durğu işarələri, mübtəda, tamamlıq
Key words: Azerbaijan language, punctuation marks, subject, perfection
Ключевые слова: Азербайджанский язык,знаки препинание, подложащее, сказуемое
Ana dili dərslərində ibtidai siniflərdən başlayaraq tam orta məktəbin axırıncı sinfinə qədər
durğu işarələri ilə bağlı ardıcıl olaraq müəyyən işlər aparılır.Bu işarələrin öyrədilməsi üçün proqram
və dərsliklərdə xüsusi dərs saatı nəzərdə tutulmamışdır. Morfologiya bəhsində durğu işarələri ilə
bağlı, yeri gəldikcə, müəyyən məsələlərə toxunulsa da, sintaksis bölməsində bu işarələrlə bağlı işin
təşkilinə daha çox ehtiyac duyulur.
Hətta durğu işarələri ilə bağlı əvvəllər öyrənilmiş məqamlar tədris zamanı lazım gəldikcə
xatırladılır, təkrarlanır, daha da möhkəmləndirilir və yeni qaydanı öyrənmək üçün müəyyən zəmin
hazırlanır.Şagirdlərin, bəzən müəllimlərin durğu işarələrinə o qədər də əhəmiyyət verməməsi, bu
işarələrə laqeyd yanaşması təlimin stimullaşdırılmasını aşağıladığı kimi, dilimizin qayda –
qanunlarını mükəmməl mənimsəməkdə də çətinlik törədir.
“Bu işarələr o zaman böyük əhəmiyyət kəsb edir ki, bütün yazanlar və oxuyanlar hər bir durğu
işarəsinin mənasını, vəzifəsini eyni dərəcədə başa düşsünlər, durğu işarələrinin işlənməsinə dair
vahid, dəqiq qaydalara əsaslanmış olsunlar.”(1, s. 163).
Qrammatik materialların tərkib hissələrindən biri olan durğu işarələri üzərində işə biganə olmaq,
onun haqqında şərhlər vermək əvəzinə susmaq, dili müəyyən mənada şikəst olmağa sürükləyir.
Ana dilimizdə hər bir hərf, söz, qrammatik qayda-qanun, ayrı-ayrı dil bölmələri bizə nə
qədər əzizidirsə, durğu işarələri də yazılı və şifahi nitqimizin tənzimləyicisi kimi bir o qədər vacib
və gərəklidır. Orta məktəb proqram və dərsliklərində hər bir sinif üçün durğu işarələri ilə bağlı
ayrıca dərs saatının nəzərədə tutulması çox yaxşı olardı. Həmin saatda müəllim qrammatik
materiallarla bağlı görəcəyi işi əvvəlcədən konkretləşdirir, şagirdlərin bu işarələrlə bağlı
öyrəndiklərini yada salmağa,müəyyən tədqiqatlar aparmağa, düşünməyə, axtarıcılığa hazırlayır,
onları bu işarələri şüurlu dərk etmək üçün səfərbər edir.
İlk dəfə Finikiyada,Yunanistanda istifadə olunmuş durğu işarələrindən Azərbaycan yazısında
XX əsrin əvvəllərindən daha geniş şəkildə istifadə olunmağa başlanmışdır.
Durğu işarələri yazılı nitqin əsas işarələri olmaqla yanaşı, həm də şifahi nitqdə intonasiya,
fasilə, ritm və emosianallığın əsas tənzimləyicisi sayılır..
Дурьу ишаряси йазылы нитгдя
Мянаны горуйан бир йараглыдыр.
Истяр дилчиликдя, истяр мянтигдя
Онларла ишлямяк чох мараглыдыр.
Дурьу ишаряси – Оьуз елиндя
- 108 -
Щяр сюзцн, ъцмлянин сярщядчисидир.
Дурьу ишаряси ана дилиндя
Сярраст дейимлярин бялядчисидир. (2, s.131)
Şagirdlərə bildirilir ki, durğu işarələrindən bəhs edən dil bölməsi punktuasiya adlanır.Nöqtə
mənasını bildirən bu söz latın dilindən götürülmüşdür.
Durğu işarələri həm yazılı, həm də şifahi nitqdə şagirdlərin, müəllimlərin, ümumiyyətlə,
ziyalıların savadlılıq dərəcəsinin bir göstəricisidir.Bu işarələr birbaşa yazılı nitqin aydın, anlaşıqlı,
dəqiq başa düşülməsinə xidmət edir.Lazım olan qrafik işarələrin hər hansı biri yerli-yerində
işlədilməsə, ifadə olunan fikir də olduğu kimi dərk olunmayacaq, müəyyən anlaşılmazlıqlar
yaradacaqdır.
Yazı aləmində durğu işarələri iki əsas vəzifəni yerinə yetirir.Elə bu xüsusiyyətlərinə görə
onlar iki yerə ayrılırlar:
a)
ayırıcı durğu işarələri – nöqtə, sual, nida,qoşa nöqtə,nöqtəli vergül, çox nöqtə;
b)
fərqələndirici durğu işarələri – iki vergül, iki tire, mötərizələr və dırnaqlar.
Ayırıcı durğu işarələri cümləni, cümlədə həmcins üzvləri, mürəkkəb cümlənin tərkib
hissələrini ayırırsa, fərqləndirici durğu işarələri vasitəsiz nitqi, sitatları, ara cümlələri,xitabları və s.
ayırır.
Bu durğu işarələri işləklik dərəcəsinə görə qruplaşdırılsa idi onda fərqləndirici durğu işarələrini
ikinci qrupa daxil etmək olardı. Çünki birinci qrupla müqayisədə onların işlənmə tezliyi və
məqamları bir qədər azdır. Bəlkə elə ona görədir ki, tədrisdə
müəllimlər vergül, nöqtə, nida kimi
işarələrə daha çox diqqət yönəldirlər. Digər durğu işarələri isə bir növ diqqətdən kənarda saxlanılır.
Mötərizə, qoşa nöqtə, nöqtəli vergül, çox nöqtə, tire və s. işarələrə uşaqların diqqəti çox az
yönəldilir ki, bu da praktik iş zamanı müəyən çətinliklər yaradır. Şagirdlər mürəkkəb cümlələrdə
həmin işarələrdən istifadə edərkən çətinlik, çaşqınlıq qarşısında qalırlar. Halbuki, hər bir durğu
işarəsi haqqında tədris zamanı geniş şərhlər vermək imkanları vardır. Məsələn , nöqtə haqqında
söz açılarkən qeyd edilir ki, “nöqtə” - ərəb mənşəli sözdür. Onun hərfi mənası “son”,”ayıran”,
“sərhədi müəyyən edən” (3, səh.175)deməkdirsə, lüğəvi mənası mövqe, məhəllə, məntəqə mənası
bildirir. Nöqtənin ilk vəzifəsi də sözlərin sərhəddini müəyyən etmək, onların mövqeyini, aid
olduğu məntəqəni ayırmaqdır.
Müəyyən vaxtdan sonra nöqtədən müxtəlif məqsədlər üçün istifadə olunmuşdur. Qədim
dövrlərdə nöqtə işarəsi böyük və kiçik fasiləni bildirmək üçün istifadə edilmişdir. Hal-hazırda
nöqtə böyük fasiləli ayırmanı bildirir və cümlələri bir-birindən ayırmağa xidmət edən sərhədçi
rolunu oynayır. Nöqtənin yazımızda, insan həyatında və cəmiyyətdə yerini, vəzifəsini göstrəmək
üçün bədii parçalardan istifadə etmək də dərsin səmərəli olmasını təmin edir. Həmçinin
şagirdlərin əqli fəallığı izlənilir, maraq və tələbatları ödənilir, istedad və qabiliyyətlərinin, potensial
imkanlarının inkişafına şərait yaradılır.
НЮГТЯ
Ъцмляляр арасына чякилян сярщяд,
Узун сющбятлярдя ян сонунъу щядд.
Бириня А. сюйляйиб, Бириня Н. dейян,
Адлары эизлядиб, сиррини вермяйян
Кичик бир ишарядир
йазыда нюгтя.
Севиб, шярт кясянлярин,
севмяйиб кцсянлярин
Мящяббят дастанына ахырынъы зярбядир.
Инсана цмид верян
ян кичик бир зяррядир.
Црякдя биръя нюгтя мящяббят оду варса,
шюляляниб алышар.