The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə48/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   44   45   46   47   48   49   50   51   ...   129

- 99 - 

KİV-in  bir  ictimai  institut  olaraq  rolu  vətəndaşları  obyektiv  informasiya  ilə  təmin  etməkdən 

və  eyni  zamanda  ictimai  nəzarəti  həyata  keçirməkdən  ibarətdir.  Vətəndaşlardan  ibarət  çoxluq  dövlət 

hakimiyyəti  orqanlarının  fəaliyyətini  məhz  KİV-dəki  informasiyalar  vasitəsilə  müşahidə  edir.  KİV 

eyni  zamanda  cəmiyyətin  siyasi  institutu  olaraq  əhaliyə  siyasi  proseslərdə  fəal  iştirak  etmək  imkanı 

təklif  edir.   

Bəzən  mətbuatın  nəzarətçi  və  tənqidçi  roluna  əsaslanaraq,  onu  “dördüncü  hakimiyyət”  də 

adlandırırlar.  Bu  halda  mətbuat  ictimaiyyətə  səmərəli  təsir  etməyi  bacarmalıdır. 

Hakimiyyətlə  və  idarəetmə  ilə  bağlı  siyasi  funksiyalardan  başqa,  KİV  əyləncəli  və  rekreativ 

funksiyaları  da icra  edir. 

KİV  eyni  zamanda  əyləncəli  xüsusiyyəti  ilə  sosial  gərginliyin  aradan  qalxmasına  kömək  edir, 

insanlara  istirahət  edərək  öz  qüvvəsini  bərpa  etmək  imkanı  verir.  Lakin  heç  də  bütün  filmlər  və 

verilişlər  müsbət  emosiyaların  inkişafına  kömək  etmir.  Bəzən  zorakılıq,  tamahkarlıq  və  qəddarlığın 

təbliğatı  neqativ  axına  səbəb  olur,  ona  görə  də  əyləncəli  materialların  düzgün  seçimi  zəruridir. 

Əyləncəli  materiallarda  ideoloji  məqamı  da fərqləndirmək  lazımdır. 

Müasir  şəraitdə  televiziya,  radio  və  mətbuatın  məhsulları  insan  düşüncəsində  dəqiq  əks 

olunur.  Dünya  və  ətraf  mühit  haqqında  hansısa  məlumatın  olmaması  məhz  biliksizlik  kimi 

qiymətləndirilir.  KİV  təfəkkürün  xarakterinə  təsir  edir,  bununla  da  onu  dəyişdirir  və  tamamlayır. 

İnformasiyanın  məzmununu  istehlak  etmək  adi zərurətə  çevrilir. 

Beləliklə  də,  informasiya  cəmiyyəti  sivilizasiyasının  inkişafı  şəraitində  informasiyanın  çox 

böyük  əhəmiyyəti  var  və  cəmiyyətin  mükəmməl  inkişafı  üçün  informasiya  mübadiləsi  zəruridir. 

Hazırda  KİV  qlobal  dəyişikliklərə  məruz  qalır  və  yeni  informasiya  texnologiyalarından  istifadə 

olunması  əsasında  intensiv  inkişaf  etməkdədir  və  bu  halda  onun  üçün  kəmiyyət  deyil,  keyfiyyət 

göstəriciləri  vacibdir. 

Lakin  siyasi  sahədə  icazə  verilənlərin  sərhədlərini  cəmiyyət  müəyyən  edir.  Mühüm  siyasi  mə-

sələlər  üzrə  informasiya  əldə  etmək  üçün  KİV  aparıcı  dövlət  və  siyasi  xadimlərə  yetişə  bilməkdə 

maraqlıdır.  Onlarla  əlaqə  bir  çox  kanallarla  gerçəkləşdirilir.  Siyasi  xadimlərlə  mətbuat 

nümayəndələri  arasındakı  qarşılıqlı  münasibətlərdə  mətbuat  konfransları  institutu  və  ictimaiyyətlə 

əlaqələr  üzrə  xidmətlər  əhəmiyyətli  rol  oynayır.   

KİV-in 


cəmiyyətdə 

və 


dövlətdə 

yerinə 


yetirdikləri 

funksiyalar 

ictimaiyyətlə 

kommunikasiyalaşması  növlərindən  asılıdır.  Nəzəri  tədqiqatlarda  bu  rol  və  funksiyalar  U.Lippman, 

Q.Tard,  H.Lassuel,  Q.Blumer  tərəfindən  verilmiş  “kütlə”  və  “xalq”  anlayışlarının  dərk  edilməsi  ilə 

müəyyən  olunur.  Bu  anlayışlardan  asılı  olaraq,  ictimai  rəy  passiv  manipulyasiya  obyekti  və  ya 

siyasi  münasibətlərin  aktiv  subyekti  kimi  təyin  edilir. 

Beləliklə,  kütləvi  kommunikasiyaların  rolunu  və  funksiyalarını  nəzərdən  keçirən  tədqiqatlar 

KİV-i  digər  resurs  növlərinə  konvertasiya  olunmuş  hakimiyyət  resursu  kimi  müəyyənləşdirən  və 

aktiv  siyasi  institut  kimi  təyin  edən  nəzəriyyələrə  bölünür.   

Hakimiyyət  “piramidası”nın  əsasını  dövlət  institutları  təşkil  edir.  Dövlət  hakimiyyəti 

ümumidir,  onun  qərarları  mütləq  icra  edilir.  Qeyri-dövlət  institutlarının  hakimiyyəti  isə  rəhbərlik  və 

nəzarətin  daha  geniş  və  daha  az  formal  sahəsidir.  Əvvəla,  onun  məhdud  fəaliyyət  sahəsi  var. 

İkincisi,  “zəifdir”  –  inam,  nüfuzlu  söz,  əqidə,  təhlil  və  s.  ilə  möhkəmləndirilməyə  ehtiyac  duyur. 

Qeyri-formal  təsir  –  qeyri-institusional  hakimiyyət  –  “biliklərin  avtoriteti”,  “sözün  gücü”  və 

“nümunənin  gücü”  kimi  ortaya  çıxan  hakimiyyət,  ictimai  rəy  hakimiyyəti  (ümumiyyətlə,  mənəvi 

hakimiyyət)  daha  geniş  yayılmışdır.  Beləliklə,  cəmiyyətdə  hakimiyyətlər  üç  və  ya  dörd  deyil,  daha 

çoxdur.  KİV-in  nə  məcburiyyət  gücü,  nə  də  iqtisadi  təzyiq  imkanları  vardır.  Qeyri-rəsmi  olan  bu 

hakimiyyət  həyatın  bütün  sahələrinə  ciddi  təzyiq  göstərir,  özü  də  bu  təzyiq  iqtisadi  və  siyasi 

hakimiyyətin  təzyiqindən  heç  də  az  deyil.  Belə  olan  halda  KİV-in  kimin  iradəsini  reallaşdırması, 

kimin  hakimiyyəti  olması  maraq  doğurur.  Əgər  bu,  həqiqətən  də  “xalq  hakimiyyəti”dirsə,    onda  bu, 

xalq  jurnalistikasıdır.  Ona  görə  də  KİV  insanları  ayıran  deyil,  birləşdirən  materiallar    dərc  etməlidir. 

Bu  səbəbdən  də  kütləvi  informasiya  vasitələri  xalqın  maraqları  çərçivəsində,  onun  iqtisadi,  siyasi, 

sosial,  mədəni  ehtiyacları  naminə  fəaliyyət  göstərən  birləşdirici  qüvvədir.  Əgər  demokratik 

cəmiyyətlərdə  nümayəndəli  hakimiyyət  seçkilər  vasitəsilə  legitim  xarakter  əldə  edirsə,  KİV 



- 100 - 

hakimiyyəti  isə  bu  cür  legitimlik  formasına  malik  deyil.  Kütləvi  informasiya  vasitələrinin 

“dördüncü  hakimiyyət”  kimi  xüsusiyyəti  də buradandır. 

KİV  –  birbaşa  demokratiya  institutlarından  biridir,  onun  legitimlik  ölçüsü  də    onun 

mühakimələrinin,  hökmlərinin,  təkliflərinin  dəstəklənməsində  ortaya  çıxan  auditoriyanın  ona  inam 

dərəcəsindən  asılıdır.  İctimai  orqanizmin  normal  funksiya  göstərməsi  şəraitində  üç  dövlət 

hakimiyyətinin  və  “dördüncü”  hakimiyyətin  münasibətləri  bir-birini  tamamlayır  və  ancaq  bu, 

tərəfdaşlıq  şəklində  ola  bilər.  Hər  şeydən  öncə,  jurnalistika  öz  təbiətinə  görə  həyatın  bütün 

sahələrində  hərtərəfli  monitorinq  aparır,  cəmiyyətə  mövzular,  problemlər,  mühakimələr  külliyyatı 

təqdim  edir,  başqa  sözlə,  gerçəklikdə  aktual  görünən  hər  bir  şeyin  hərtərəfli  informasiya 

mənzərəsini  yaradır.  Həyat  təzahürlərini  təqdim  və  müzakirə  edən  jurnalistlər    aşkar  və  ya  gizli 

şəkildə  ictimai  ekspert  rolunda  çıxış  edir,  münasibət,  təqdimat,  rəy,  baxış  və  cəhd  formalaşdırırlar. 

Bununla  belə,  jurnalistika  vətəndaşların  informasiya  hüququnun  reallaşması  naminə  geniş  məsələlər 

dairəsi  üzrə  ən müxtəlif  fikirlərin  tribunası  rolunu  oynayır.   

Beləliklə,  aydın  olur  ki,  jurnalistika  öz  mahiyyətinə  uyğun  olaraq,  “hakimiyyət 

səlahiyyətləri”nin  çoxşaxəli  sisteminə  malikdir.  Bu  isə  onun  barəsində  həqiqətən  də  “dördüncü 

hakimiyyət”  kimi  danışmağa  əsas  verir.  Jurnalistikanın  mahiyyətinin  maksimum  dəqiq  olaraq 

“dördüncü  hakimiyyət”  kimi  başa  düşülməsi  birbaşa  KİV-in  fəaliyyətinin  elə  bir  qaydasının 

müəyyənləşməsi  vəzifəsinə  gətirib  çıxarır  ki,  bu  vəzifənin  də  reallaşması  jurnalistikaya  öz 

vəzifələrini  fəal  şəkildə  yerinə  yetirmək  imkanı  verir. 

 

 

ƏDƏBİYYAT 



 

1. 


Гаджиев 

К.С. 


Введение 

в 

политическую 



науку. 

М.: 


Корпорация 

Логос, 1997, 554 с. 

2. Əliyev  İ. "Mən  jurnalistləri  vətənpərvərliyə  çağırıram”.  Bakı,  “Apostrof”  Çap evi,  2010, 

271 s. 


3. Василенко И.А. Информационная революция и формирование новой 

постклассической картины мира XXI века // Василенко И.А. политическая философия.  М., 

2004,420 c. 

4.  Neumann,  E.  N.  “Suskunluk  Sarmalı  Kuramının  Medyayı  Anlamaya  Katkısı”,  Medya, 

Kültür,  Siyaset  (Der.)  S. İrvan.  Ark Yayınları,  Ankara,  1997 

5.  Терин  В.П.  Массовая  коммуникация.  Социокультурные  аспекты  политического 

воздействия.  Исследование  опыта  Запада.  -  М.:  Изд-во  Института  социологии  РАН,  1999, 

220 с. 


6.  Altshull  J.H.  Agents  of  the  Power;  the  role  of  the  news  media  in  human  affairs.  New  York 

and London,  Longman,  1984, p. 369 

7.  Erdoğan,  İrfan.  Kapitalizm,  Modernleşme,  Postmodernizm  ve  İletişim,  Erk  Yayınları, 

Ankara,2000 

 

 

 



ABSTRACT 

Rahimzade  Vugar   

The functions  of the mass media as the “Fourth  Power” 

The  mass   media   have  a  great   influence   on  socio-political   processes.  It   is  a  fact  that  in 

each 

organizational  



governance  

socio-political  

power  

directly 



or 

indirectly 

influences 

informational  environment  via  the  mass  media  and   strives   for   being  involved   in  this  environment. 

As  an   important   political   institute  of   modern  society,  the  feature  of  the  mass  media  to  highlight 

main   political  events  comes  from   its  close relation   with  the  political   life  of society. 

The  mass  media  are  a  socio-political  institute  as  they  express  the  interests  of  society  and  its 

fundamental  influential  power  is  public  opinion.  In  democratic  societies,  the  media  maintain  the 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə