The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə49/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   45   46   47   48   49   50   51   52   ...   129

- 101 - 

function  of  social  control  and  evaluate  ongoing  and  past  events  not  only  from  a  juridical  point  of 

view,  but  also from  a moral  point  of view.3   

 

РЕЗЮМЕ 



Рагимзаде Вугар  

Функции СМИ в качестве «четвертой власти» 

У  СМИ  есть  очень  широкие  возможности  влияния  на  социально-политические 

процессы.  То  есть  каждая  социально-политическая  сила  в  организационном  управлении, 

оказывая  посредством  СМИ  прямое  или  косвенное  влияние  на  информационную  среду, 

стремится  участвовать  в  этой  среде.  Особенность  СМИ,  как  важного  политического 

института современного общества, освещать значимые политические события вытекает из их 

тесной  привязанности  к  политической  жизни  общества.  Ввиду  того,  что  СМИ  выражают 

интересы  общества, они являются общественным и политическим институтом, а их главной 

силой  воздействия  служит  общественное  мнение.  В  демократических  обществах  печать 

выполняет  функцию  общественного  контроля,  дает  происходящим  и  произошедшим 

событиям не только правовую, но и нравственную оценку. 

 

 



 

 

 

NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 

olunmuşdur  (protokol  №  05) 

         Məqaləni  çapa təqdim  etdi:  fəlsəfə üzrə elmlər doktoru, professor M.Rzayev 

 

                                                                        

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



- 102 - 

НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 



 

NAKHCHIVAN ST AT E UNIVERSIT Y

.

  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 

 

НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 



 

                XUMAR MƏMMƏDOVA                                                                         

Naxçıvan Dövlət Universiteti  

      xrmemmedova@mail.ru 

UOT:398 

YAPON  M İFOLOGİYASINDAN  YAPON  TEATRINADƏK 

 

 

Açar  sözlər: Azərbaycan, Yaponiya, samuray, mifologiya, teatr, ədəbi əlaqə 

 

Key words:  Azerbaijan, Japan, samurai, mythology, theatre, literary relation 

 

Ключевые 

слова: 

Азербайджан, 

Япония,  самурай,  мифология,  театр, 

литературный отношение 

 

Müasir  dövrdə  Azərbaycan  –  Yaponiya  əlaqələrinin  bütün  sahələrdə  genişlənməsi  qarşılıqlı 

əməkdaşlığın  yüksək  səviyyədə  inkişaf  etdirilməsinə  gətirib  çıxarmışdır. 

Qeyd  edək  ki,  diplomatik 

əlaqələr  sistemində  mədəni  əməkdaşlığın  da  xüsusi  yeri  vardır. 

Qədim  mədəniyyət  ölkəsi  olan 

Yaponiyaya  müasir  dövrdə inkişaf  etmiş  elm  və texnologiya  ölkəsi  kimi  də maraq  böyükdür.   

Ölkəmizdə  Yaponiya  ilə  bağlı  müxtəlif  araşdırmalar  aparılmış,  Gündoğar  ölkənin 

iqtisadiyyatı,  elmi,    mədəniyyəti,  incəsənəti  haqqında  maraqlı  nəticələr  əldə  edilmişdir.  Bu    sahədə 

ilk  tədqiqatlardan  biri  kimi  çıxmış  Rza  Talıbovun  “Azərbaycan  –  Yaponiya  əməkdaşlığı” 

monoqrafiyası  ölkələrimiz  arasındakı  çoxcəhətli  əlaqələrin  geniş  mənzərəsini  real  şəkildə 

canlandıran  qiymətli  elmi  mənbədir.  Rza  Talıbov  bu  münasibətlə  qeyd  edir:  “Müstəqillik  illərində 

Azərbaycanla  Yaponiya  arasındakı  cəmiyyət  həyatının  əksər  sahələrində  əlaqələrin  yaranıb 

genişlənməsi  fonunda  ölkələrimizdə  ədəbi  əlaqələrin  daha  da  inkişaf  etdirilməsi  üçün  münasib 

imkan  yaranmışdır.  Hazırda  Azərbaycanda  Gündoğar  ölkəyə  artan  maraq  Yaponiya  ilə  ədəbi 

əlaqələrin  artmasına  və  genişlənməsinə  ciddi  surətdə  təkan  verir”  (1,  s.31).  Bundan  başqa  Rza 

Talıbovun  “Asiya  ölkələri”  kitabının  bir  fəsli  bütövlükdə  Azərbaycan  –  Yaponiya  məsələlərinə  həsr 

edilmişdir.  Kitabın  “Beynəlxalq  münasibətlər  və  Yaponiya”  bölməsi    maraqlı  mövzular  üzrə  təqdim 

olunur.  Burada  dünya  syasətinin  cazibə  qüvvəsi  kimi  xarakterizə  edilən  Yaponiyanın  ABŞ,  ÇXR, 

Rusiya  və  digər  Cənub-Şərqi  Asiya  ölkələri  ilə  əlaqələrindən  geniş  söhbət  açılır.  Əsərin  müəllifi 

Azərbaycan-Yaponiya  əməkdaşlığı  məsələlərinə  də  ətraflı  nəzər  salır,  ölkəmizin  Yaponiya  ilə 

siyasi-diplomatik  əlaqələri,  təhsil  sahəsində  əməkdaşlığı,  turizm,  səhiyyə,  idman,  eləcə  də  mədəni 

və ədəbi  əlaqələrindən  ətraflı  bəhs  edir (2). 

Ümumiyyətlə,  qeyd  etmək  lazımdır  ki,  Yaponiyanın  bugünkü  inkişafında  milli  təhsilin 

böyük  rolu  vardır.  Xüsusilə  litsey  təhsili  xalqın  ədəbi  zövq  və  şüurunu  çox  inkişaf  etdirmişdir.  Qeyd 

edək ki,  müasirləşmə  Yaponiyanı  irəli  aparan  başlıca  amillərdən  biridir.   

Müasir  yapon  ədəbiyyatının  inkişafında  yapon  mifologiyasının  xüsusi  yeri  və  rolu  vardır.  Bu 

baxımdan  yapon  mifologiyası  ilə  bağlı  bir  sıra  məqamlara  nəzər  salmaq  məqsədəuyğundur.    

Yapon  ədəbiyyatının  və  yapon  mifologiyasnın  inkişafında  Kintaronun  özünəməxsus  rolu 

vardır.  Kintaro  (金太郎)  ənənəvi  yapon  mifologiyasında  olan  bir  qəhrəman  adıdır.  Dilimizdə 

mənası  “qızıl  uşaq”  deməkdir.  Haqqında  çoxlu  rəvayətlər  mövcuddur.  Rəvayətə  görə  o,  956  –  cı  ilin 

mayında  Kyotoda  ailə  quran  saray  məmuru  Sakata  no  Kurando  ilə  evlənən  oyma  ustası  Jübeinin 

qızı  Yaeqirinin  oğludur.  Yaeqiri  Kintaroyu  dünyaya  gətirmək  üçün  Saqami  əyalətinə  ailəsinin 

yanına  gəlmişdir.  Bu  vaxt  onun  atası  Kurando  Kyotoda  vəfat  etdiyinə  görə  Kintaronun  uşaqlığı  

Saqami  əyalətində  Aşiqara  dağının  ətəklərində  keçmişdir.  Təxminən  976  –  cı  ilin  28  aprelində 

Aşiqara  keçidinə  gələn  Minamoto  no  Yorimitsu  ilə  tanış  olmuş    və  onun  dostlarından  birinə 

çevrilmişdir.  Sakato  no  Kintoki  olaraq  adını  dəyişdirən  Kintaro  Vatanabe  no  Tsuna,  Urabe  no 

Suetake  və  Usui  Sadamitsu  ilə  birlikdə  Raikonun  Şitenno  (mənası  “öndə  gələn  dördlük”  –  X.M.) 

birliyini  yaratmışdır.  990  –  cı  ilin  28  aprelində  Tanba  əyalətində  yerləşən  Oe  dağında  yaşayan  Şüten 

Dojiyə  qalib  gəlmiş,  1012  –  ci  ilin  11  yanvarında  Kyüşünü  fəth  etmək  üçün  yola  çıxarkən  Mimaska 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə