- 103 -
əyalətinin Katsuta ərazisində qızdırma xəstəliyindən vəfat etmişdir (3).
Başqa bir rəvayətdə isə deyilir ki, fövqəladə gücə, qeyri – adi qüvvəyə malik olan bu gənc
dağda yaşayan bir div tərəfindən Aşiqara dağına gətirilib buraya atılmışdır. Kintaro zaman keçdikcə
dağda yaşayan heyvanlarla dost olmuş, bir – birlərini müəyyən səslər çıxarmaqla başa düşmüşlər.
Yapon foklorunda maraqlı mənbələrdən biri “Minomato Yoşitsune və Tenqu” rəvayətidir
(3). Tenqu qədim yapon folklrunda yarı insan, yarı quş formasında olan ruh kimi təqdim olunur.
Onun şəkli divə bənzədilmiş, ancaq əsrlər keçdikcə son dərəcə böyük olan insan burnu şəklini
almışdır. Rəsmi çəkilərkən insan kimi əzələləri, bədən orqanları və böyük qanadları da təsvir
edilmişdir. Minomato Yoşitsune 14 – cü yüzillikdə yaşamış və samuray sinfinə mənsub olmuşdur.
Balaca ikən atasına rəqib bir klan tərəfindən sui-qəsd olmuş, ancaq keşişlik etməsi üçün buddist
iqamətgahına göndərilmişdir. Balaca Yoşitomo böyümüş və babasının intiqamını aldığı gün gəlib
çatmışdır. Ancaq o, klanlara qarşı təkbaşına mübarizə apara bilməzdi. Bu mübarizədə Yoşitomo
Tenqu ilə qarşılaşır. Tenqu buddistlər arasında dağların, meşələrin qoruyucusu kimi şöhrət
qazanmışdı. Yoşitomonun onunla görüşməkdə məqsədi qılınc oynatmaq, yaxşı döyüşməyi
öyrənmək idi. Əslində Tenqu buddistlər arasında əvvəllər iblis sifətilə tanınmış, zaman keçdikcə öz
xeyirxahlığı ilə əhalinin rəğbətini qazanmışdır. İnsanlar Tenqunun Yoşitomoya olan köməyini
Yaponiyanı müharibəyə sürükləmək kimi başa düşürdülər. Ancaq zaman keçdikcə Yoşitomonun
gücü və iradəsi əfsanəvi hal almış və Tenqunun əhali arasında etibarı yüksəlmişdi. Bu səbəbdən də
onların hər ikisi insanların dərin məhəbbətini qazanmışlar.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, yapon mifologiyasında xalqın dərin rəğbət bəslədiyi
bir sıra əfsanələşdirilmiş obrazlar var. Bunlar aşağıdakılardır: Azukiaray, Baku, Byakko,
Xoxinobake, Futakuçi-onna, Qaşadokuro, Genbu, Hannya, Hitodama, İnuqami, İttan-momen,
Jikininki, Jinmenju, Kappa, Kasa-obake, Kitsune, Kuçisake-onna, Mokumokuren, Noppera-bo,
Nue, Raiju, Rokurokubi, Seiryu, Şiniqami, Suzaku, Tanuki, Tenqu, Tsurube-otoşi, Umibozi, Uşi-
oni, Uvan, Vanyudo, Yama-uba, Yamato no Oroçi, Yuki-onna, Yüreu (4).
Yapon mifologiyasında Yüreu ruhları ilə bağlı olan bir sıra rəvayətlərə nəzər salaq.
Yüreu əfsanələrindəki inanca görə hər insanın daxilində “reikon” deyilən bir ruh vardır.
İnsan öldüyündə reikon bədəni tərk edir və onun ruhu dünyadan köçmüş atalarının ruhlarına qarışır.
Əgər həmin insana sui – qəsd edilmiş və ya intihar etmişsə, onda onun bədəni ruhunu rahat təslim
edə bilməz. Düşmənlərdən intiqam almaq üçün nifrətlə dolu olan bir kabusa (və ya ruha) çevrilər.
Qədim yapon inancına görə belə ruhlar kişilərdən deyil, daha çox qadınlardan ibarət olur.
Ümumiyyətlə, yaponlar fərz edirlər ki, insan öldükdən sonra onun ruhu dini ayinlərdə, rahatlıq
tapmazsa, onda bu dünyanı tərk etməz, öz yaşadığı torpaqlara, tanıdığı insanların arasına qayıdar.
Ölən insanın ruhu din xadimləri və ya yaxın qohumları tərəfindən tamamilə rahat buraxılmazsa
onda o, ruh olaraq bu dünyada qalar və insanları rahat buraxmaz. Həm də özü daim əzab - əziyyət
içərisində olar. Əgər ölünün ruhu tamamilə pisliklərdən hifz olunub rahatlıq taparsa, yalnız o zaman
əbədiyyətə qovuşar, öz dünyasında rahat yaşayar (4).
Əfsanə və rəvayətlərdən götürülən məlumatlara görə 794 və 1185 – ci illər arasında Heyan
dövründə bu dünyanı tərk etməkdə çətinlik çəkən ruhlar havada uçuşaraq aclıq, yolxucu xəstəliklər,
pisliklər yayaraq insanları rahat yaşamağa qoymamışlar.
1185 – 1333 – cü illərdə Kamakura dövründə isə guya bu ruhlar müəyyən kiçik heyvanların
(məs. tülkü- X.M.) cildinə girərək insanları yoldan çıxarmışlar (4).
1336 – 1533 – cü illərdə Muromaçi dövründə insanlar arasında qiymətli və yüzillik tarixə
malik olan əşyaların fövqəladə güclər tərəfindən idarə olunduğu inancı hakim idi. Bu insanları bir
az da qorxu içərisində yaşadırdı. Bu da insanların bütlərə dərin sitayişi ilə bağlı idi.
1573 – 1600 –cü illər arasında Momoyama, 1603 – 1868 – ci illəri əhatə edən Edo
dövründəki inanca görə isə bir kişinin əzabla hər hansı xəstəlikdən ölümündən sonra onun ruhu
nəhəng bir şeytana çevrilmiş və insanları daim qorxu içərisində saxlamışdır. Məhz Edo dövründə
insanlar arasında ruhlarla bağlı geniş yayılan fikirlər tənqid olunmuş, hökumət qorxulu ruh
oyunlarını əks etdirən tamaşalara qadağa qoymuşdur. Qeyd edək ki, insanlar arasında qorxu,
həyəcan yaradan ruhların əksəri əslində bu dünyada yaşadıqları vaxt zavallı, heç kimlə işi olmayan
sakit qadınlardan ibarət idi. O dövrdə qadınlara qarşı olan qəddarlıq və öldükdən sonra onların
- 104 -
ruhunun insanlara fəlakət gətirməsi məsələsi ədəbiyyatda geniş şəkildə öz əksini tapmışdı və hətta
həddindən artıq aktual mövzuya çevrilmişdi. Təxminən 1700 – cü ildən başlayaraq bu mövzu kukla
teatrlarında göstərilməyə başlamış və tezliklə Yaponiyanın dörd bir yanında geniş vüsət almışdır.
Bu tamaşalar daha çox Osaka və Edoda (Tokionun qədim adı – X.M.) oynanılmlşdır (5).
Qeyd etmək lazımdır ki, 18 yüzilliyin sonlarında yaponların ənənəvi kabuki teatrlarında bu
mövzu üsünlük təşkil etmişdir. Ümumiyyətlə, kabuki teatrı öz heyrətamiz rəqsləri, oxunan
nəğmələri, şuxluğu ilə şöhrət qazanmışdı. Ruhlarla bağlı mövzunun bu teatra yol tapması insanlar
arasında qorxu, həyəcan, təşviş yaratışdı ki, bu da teatra gələn insanların sayını zaman keçdikcə
azaltmağa başlamışdır. Buradakı yüreilər ənənəvi olaraq “katabira” deyilən, qədim zamanlarda
ölülərə geydirilən, ayaqları görünməyən kimono geyinmişlər. Alınlarına üçbucaq şəklində kağız və
ya parça salmışlar. Yüreuların oyunları ilə bağlı qorxulu tabloları yapon rəssamları böyük məharətlə
işləmişlər (5).
Ümumiyyətlə, yüreu əfsanələri yaponlar arasında maraqla qarşılanmışdır. Bir yüreu
əfsanəsinə nəzər salaq.
Qədim zamanlarda Tessan Aoyama adlı bir samuray varmış. Onun əl işlərinə, çini qablara,
fincanlara, xüsusi hazırlanmış boşqablara, yemək dəstlərinə marağı həddindən artıq imiş. Onun
yanında işləyən Okiku adlı qulluqçu qızın vəzifəsi yalnız bu qabları hər gün silib təmizləməkdən
ibarət idi. Bir gün qız işini görərkən qablardan birini salıb qırdı. O, çox qorxdu, amma olan
olmuşdu. Başqa çarə yox idi. Samuray bu xəbəri eşitdiyində o qədər qəzəbləndi ki, qılıncını çıkib
qızı həmin dəqiqə öldürdü və əmr etdi ki, qulluqçunun cəsədini evin yanındakı quyuya salsınlar. Bu
hadisədən sonra hər gecə quyudan boşqabları sayan Okikunun ağlaması, qəlbləri parçalayan
hıçqırıqlı yalvarışları eşidilməyə başladı. Qızın ruhu hər gecə ətrafı dolaşırdı. Bu dəhşətli hadisədən
sonra samuray vicdan əzabı çəkməyə başladı. Hər gecə Okikunun başqabları sayması samuray
Tessanın qulaqlarında cingildəyirdi. Axırda samurayın dəli olması ilə qızın ruhu intiqamını aldı.
Yaponlar arasında bu əfsanənin reallıqla əlaqəsi olduğu söylənilir. Deyilənə görə, həmin hadisə
Himeci qalasının yaxınlığında baş vermişdir. Qala Kobe şəhərinin 50 kilometrliyinin qərbində
yerləşən Himeci şəhərindədir. Bu qala 400 ildir ki, Yaponiyada mədəni abidə kimi qorunmaqdadır
(4). Məşhur Hollivud ulduzu Tom Kruzun baş rolda çəkildiyi “Son Samuray” filminin bəzi
səhnələri də bu qalada çəkilmişdir.
Tokio və Kyoto şəhərləri arasında Tokaido yolu üzərində yerləşən məşhur bir qaya vardır ki,
bunun da adı əfsanə ilə bağlıdır. Bu yer “Gecə ağlayan daş” adlı bir əfsanə ilə səsləşir. Əfsanə
belədir: Həyat yoldaşı ilə görüşmək istəyən hamilə bir qadın gecə yolda gedərkən quldurlar
tərəfindən amansızlıqla öldürülür. Qadın qətlə yetirilərkən onun qanından bir damla yaxınlıqdakı
qayaya sıçrayır. Həmin gündən bu qayadan gecələr qadının göz yaşını xatırladan su sızır.
Yaponların inancına görə bu gün də öldürülən qadının ruhu bu dünyada dolaşır. O, hər gecə qayanın
üzərində görünərək ağlayır. Bu gün belə qədimdən gələn əfsanələrə inanc və onların qorunub
mühafizə edilməsi yaponların öz qədim adət - ənənələrinə bağlılıqlarını bir daha sübuta yetirir (4).
Yaponlar arasında “samuray” kəlməsi mühüm əhəmiyyət daşıyır. Tarixi – mədəni abidələri,
bir – sıra ədəbi mənbələri əks etdirmək baxımından bu kəlmə yüksək dəyərə malikdir. Buşi (侍)
sözündən götürülüb. Mənası aristokrat təbəqəyə malik olan döyüşçü deməkdir. Samuray-qədim
yapon dilində “xidmət etmək” mənasında işlənən “saburay” kəlməsindən götürülmüşdür.
Samuraylar Yaponiyanın apardığı müharibələrdə fəal iştirtak etmişlər. Ümumiyyətlə, müharibə
Yaponiyanın milli-mədəni həyatına yüksək təsir etmişdir. Ölkənin nüfuzlu klanları (qəbilə) arasında
həmişə çəkişmələr baş vermişdir. Yapon torpaqlarının sadəcə 20 faizinin əkin üçün yararlı olması
bu çəkişmələrin illərlə sürməsinə səbəb olmuşdur. Samuraylar arasında “buşido” kəlməsi də tez-tez
işlənmişdir ki, mənası “döyüşçünün yolu” deməkdir. Buşido fəlsəfəsinə görə insan heç bir şeydən
qorxmamalıdır (5). Bu fəlsəfədə “qorxu” kəlməsi yoxdur. Bu fəlsəfəyə əminamanlıq və sədaqət
hakimdir. 9 – 12 – ci yüzilliklərdə samuraylar bir sinif halında formalaşmışlar. Əsasən iki qismə
bölünmüşlər: Samuraylar – cəngavərlər və buşilər – döyüşçülər. Samuraylar dövlətə bağlı
olmuşdular, xidmətlərinin əvəzində ənam olaraq rütbə və torpaqla mükafatlandırılmışlar.
Həyatı və fəaliyyəti ilə bağlı daha çox rəvayətlərə rast gəlinən samuray Miyamoto Musaşidir
(宮本 武蔵, təxminən 19 may 1584 və ya 13 iyun 1645). Görkəmli qılınc ustadı olmuş, saysız –