The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə46/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   42   43   44   45   46   47   48   49   ...   129

- 95 - 

    А.Берже. Тифлис, 1868, документ  1436, с. 702-705. 

5. МИЭБГК, т. VII,  ч. I. , с. 393. 

6. Григорьев В. Статистическое описание Нахичеванской провинции. Санкт- 

    Петербург:  СПб, 1833, 263 с.  

7. Шавров Н. Новая угроза  русскому  делу в Закавказье.  СПб, 1911, 148 с. 

8. Величко В.Л. Кавказ. Русское  дело и междуплеменные вопросы. Баку:  Элм,  

   1990, 176 с. 

9. Глинка С. Описание переселения армян азербайджанских в пределы  

      России. Баку:  Элм, 1990, 145 с. 

10. Грибоедов А.С. Записка о переселении армян из Персии в наши области.   

      Сочинения в 2-х тт., т. 2. Москва, 1971, 476 с. 

11. МДТА  Грузии, Ф. 2. сп. 1, дело 3859, стр. 314, л. 20. 

12. Кавказский календарь 1897 г., LXIII  – Елизаветская губерния.  СПб, 1904.  

13. Кавказский календарь Российской империи 1896 г., V отд. с.48-61. 

14. Исмайлов М.А. События вокруг НКАО в кривом зеркале фальсификаторов   

       (сборник материалов). Институт истории Академии Наук  Азербайджанской   

       ССР. Баку, 1989, 90 с. 

15. Источники по Азербайджанской истории. Баку, Элм, 1989, 479 с.  

16. 


http://garabagh.net/content57ru.html#sthash.

   


17. Помпеев Ю. Кровавый омут Карабаха // «Литературный Азербайджан»,   

      1992, № 5, с. 5-19. 

18. Иванов Р.Н. Нашествие. – Москва:  Герои Отечества, 2009.- 448 с. 

19. Грибоедов А.С. Горе от ума.  Письма и записки. Баку:  Маариф, 1989, 401 с. 

20. 

http://garabagh.net/content_50_ru.html.X3CGeoFK.



 

 

 



 

 

 



 

XÜLASƏ 

                                                                                     

 

      Hüseyn Adıgözəlov 



                

Rus ədəbi mənbələrində  ermənilərin  gəlmə olduqlarının  sübutu   

 

Məqalədə  problem  mövcud  tarixi  faktlar,  arxiv  sənədləri,  internet  saytları  və  müxtəlif  dövr 

rus 

ədəbi 


mənbələri 

əsasında 

araşdırılır, 

A.S.Qriboyedovun, 

N.Şavrovun, 

S.Qlinkanın, 

V.Qriqoryevin,  Y.Pompeyevin,  R.İvanovun  və  başqalarının  əsərləri  təhlil  edilir.  Müəllif  ermənilərin 

Qafqaza,  o  cümlədən  Azərbaycan  ərazilərinə  XIX  əsrin  birinci  yarısından  başlayaraq  əvvəlcə  çar 

Rusiyasının,  sonrakı  dövrlərdə  isə  sovet  imperiyasının  təcavüzkar  siyasəti  nəticəsində  köçürülərək 

yerləşdirildiklərini,  xalqımıza  qarşı  torpaq iddialarının  əsassız  olduğunu  elmi  dəlillərlə  əsaslandırır. 

 

ABSTRACT 

                                                                                                                               Huseyn Adıgozalov 

                         In Russian literaru  sources the prof  of armenians  beinq  miqrant   

 

The  article  explores  the  problem  on  the  basis  of  present  historical  facts,  archive  documents, 

internet  sites  and  russian  sources  of  different  periods  and  analuses  the  works  by  A.S.  Griboyedov, 

N.Shavrov,  S.Glinka,  V.Grigoryev,  Y.Pompeyev,  R.Ivanov,  etc.  The  author  substantiates  that  the 

armenians  were  placed  in  the  caucasus,  including  Azerbaijan  lands  in  the  first  half  of  the  XIX 

century  as  on  aggressive  policy  of  the  soviet  empire  with  scientific  evidences.  At  also  considers  the 

territorial  claims  of  the armenians  against  our  people to be groundless.   

 

 

NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 

olunmuşdur  (protokol  №  05) 

         Məqaləni  çapa təqdim  etdi:  Filologiya üzrə fəlsəfə doktoru, dosent 

Q.Qurbanlı 

 

 




- 96 - 

НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 



 

NAKHCHIVAN ST AT E UNIVERSIT Y

.

  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 

 

НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 



 

VÜQAR  RƏHİMZADƏ  

AMEA Naxçıvan Bölməsi  

vuqarrehimzade@mail.ru 

UOT:654.19 

 

KİV-İN “DÖRDÜNCÜ HAKİMİYYƏT”  KİMİ FUNKSİYALARI 

 

  Açar  sözlər:  Kütləvi  informasiya vasitələri, hakimiyyət, siyasət, ictimai rəy, manipulyasiya, 

siyasi sosiallaşma,  ictimai şüur, siyasi institut 

Keywords:  mass media, government, politics, public opinion, manipulation, political 

socialization,  public consciousness,  political  institution

Ключевые слова: средства массовой информации, власть, политика, общественное 

мнение,  манипуляция,  политическая  социализация,  общественное  сознание,  политический 

институт 

 

İnsanların  birgə  mövcudluğu  bütün  dövrlərdə  onların  həyatlarının  təşkilinə,  fəaliyyətlərinin 

idarə  olunmasına  ehtiyac  duymuşdur,  hazırda  isə  bu,  informasiya  olmadan  mümkün  deyil. 

İnformasiyanın  ötürülməsi  KİV  tərəfindən  həyata  keçirilir.  Xalqın  sosiallaşması  cəmiyyətin  siyasi 

mədəniyyətinin  formalaşmasında,  siyasi  və  ictimai,  eləcə  də  demokratik  davranışı  və  əsas 

hüquqların  qorunması  ilə  bağlı  qərarların  verilməsi  və  obyektiv  həyata    keçirilməsində,  gündəlik 

məlumat  ehtiyacının  ödənilməsində  əhəmiyyətli  rol  oynayır.  Ona  görə  də  kütləvi  informasiya 

vasitələrinin  siyasi  və  mənəvi-əxlaqi  dəyərlərə  müvafiq  olaraq  cəmiyyətin  təşkilati  təsir  sisteminə, 

müəyyən  həyat  tərzinin  təbliğatına  birbaşa  daxil  olmasını  bildirən  funksiyasını  da  icra  etməsi 

təsadüfi  deyil. 

KİV-in  sosial-siyasi  proseslərə  çox  geniş  təsir  imkanları  vardır.  Yəni  hər  bir  təşkilati 

idarəetmədə  sosial-siyasi  güc  KİV  vasitəsilə  informasiya  mühitinə  birbaşa  və  ya  dolayısı  ilə  təsir 

göstərərək,  bu mühitdə  iştirak  etməyə  can  atır. 

Bir  sıra  Qərb  tədqiqatçılarının  fikrincə,  KİV-in  fəaliyyətinin  aktivləşməsi  siyasi  partiyaların 

təşkilat  strukturunun  inteqrasiyasına  səbəb  olmuşdur.  Siyasi  proseslərin  tənzimlənməsində  və 

həyata  keçirilməsində  kütləvi  informasiya  vasitələrinin  əsas  mexanizm  kimi  çıxış  edərək,  siyasi 

təşkilatlanmanı  əvəz  etməsi  barədə  tezisin  formalaşmasında  və  yayılmasında  öz  əksini  tapmışdır.  

(1, səh. 335) 

Tədqiqatçılar  müasir  siyasi  proseslərdə  KİV-in  informasiya  texnologiyaları  inqilabında  xüsusi 

rolunu  qeyd  edirlər:  “Əgər  klassik  siyasi  sistemdə  siyasi  bilik  siyasi  varlıq  və  siyasi  mövcudluq 

sferası  ilə  əlaqələndirilirdisə,  virtual  məkandan  istifadə  edən  informasiya  “inqilabı”  isə  yeni 

informasiyanı  dərhal  siyasi  fəaliyyət  sferasına  ötürür.  İnformasiyanın  praktikada  tətbiqinin  səmərəli 

üsullarını  tapmaq  üçün  ondan  istifadə  edilməsi  –  informasiya  cəmiyyətində  siyasi  idarəetmə  də 

məhz  budur”  (2, səh. 17). 

Siyasi  proseslərin  virtuallığı,  xaotikliyi,  qeyri-xəttiliyi  və  diskretliyi  informasiya  “inqilabı”nın 

əsas  səbəblərindəndir.  Bu  zaman  informasiya  siyasi  resurs  kimi  siyasi  sferada  istifadə  oluna  bilən 

bir  sıra  yeni  keyfiyyətlərlə  şərtlənir.  Təbii  ki,  əmək  və  pul  ehtiyatlarından  fərqli  olaraq,  informasiya 

istifadə  olunduqca  azalmır,  ona  görə  də  onun  siyasi  təsiri  hər  hansı  auditoriyaya  kifayət  edir. 

Bundan  başqa,  informasiya  dərhal  məkan  boyu  yayılır  və  ondan  eyni  vaxtda  ən  müxtəlif  siyasi 

aktorlar  istifadə  edə  bilərlər.  Cəmiyyətin  siyasi  mobilliyi  nöqteyi-nəzərindən,  informasiya  resursu 

göstərilən  təsirin  hər  şeyi  əhatə  etməsi  və  eyni  zamanda  olması  üstünlüyünə  malikdir.  Lakin 

informasiya  “inqilabı”na  qədər bu, praktik  cəhətdən  mümkünsüz  idi  (3, səh. 17-18). 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə