- 97 -
Yuxarıda qeyd olunanlara əsaslanaraq, müasir KİV-lər belə xarakterizə edilə bilər: müasir
cəmiyyətin vacib siyasi institutu kimi mühüm siyasi hadisələri işıqlandırır, ictimai rəy formalaşdırır
və siyasi informasiya vermək məqsədi daşıyır.
KİV-in müasir cəmiyyətin vacib siyasi institutu kimi mühüm siyasi hadisələri işıqlandırma
xüsusiyyəti cəmiyyətin siyasi həyatı ilə sıx bağlılığından irəli gəlir. KİV-in icra etdiyi bütün
funksiyalar sırasında cəmiyyətin siyasi sistemi ilə birbaşa bağlı olan səciyyəvi və siyasi xarakter
daşıyan əsas təşkilati idarəetmə, tənqid və nəzarət, inteqrasiya, siyasi sosiallaşmadır (əyləncəli və
rekreativ kimi ümumi funksiyalar da bu prosesdə iştirak edir).
Siyasət sahəsində KİV-in siyasi sosiallaşma funksiyasını izah etməzdən əvvəl siyasi
sosiallaşmaya aydınlıq gətirək. Siyasi sosiallaşma, fərdin ictimailəşməsi prosesinin bir hissəsidir.
İctimailəşmənin sayəsində fərd aid olduğu qrupun mədəniyyətini bu iki mərhələdə əldə edir: ilk
olaraq cəmiyyət tərəfindən qəbul edilən ənənəvi rol təsnifini anlayıb, özünü tanımağı və ictimai
quruluş içində digər fərdlər arasında əldə edə biləcəyi yeri anlamasını təmin edir. İkinci olaraq da,
sahib olduğu rolun vəzifələrini və davranışlarını hissləri ilə əlaqələndirməyi öyrənir.
Siyasi sosiallaşma, siyasi mədəniyyətin davamlılığını və dəyişməsini təmin edən bir öyrənmə
prosesidir. Siyasi partiyaların, seçki kampaniyaları əsnasında KİV kanalı ilə apardıqları danışıqlar,
fərdləri siyasi iştiraka və siyasi sistemlə güclü və davamlı bir əlaqə qurmağa yönəldir. Bu zaman
mətbuat namizədlərin siyasi mübarizə kürsüsünə və əsas meydanına çevrilir. KİV namizədin
seçicilərlə birbaşa ünsiyyətini nəzərdə tutan bu və ya digər tədbirlərin təşkil olunması qanunlarını
diktə edir. Bu və ya digər siyasətçinin nə qədər parlaq, dəvətli təqdim olunması, namizədin özünü
reklam etməsi üçün televiziyada ona nə qədər vaxt ayrılması, həmin şəxsin seçki kampaniyasını
hansı məlumatların müşayiət etməsi seçkilərin nəticələrinə də təsir göstərir. Bu əlaqə ilə reallaşan
qarşılıqlı təsirlənmə nəticəsində yeni mövqe və inanclar inkişaf edir, ya da mövcud olan inanclar
gücləndirilir.
Siyasət sahəsində KİV-in siyasi sosiallaşma funksiyası aşağıdakı proses zamanı yaranır.
Müəyyən elitanın fəaliyyətini qiymətləndirə və siyasətçilərin hərəkətlərinin uzaqgörənliyi və
əsaslılığı haqqında mühakimə yürüdə bilməsi üçün insanlar müəyyən bacarığa malik olmalıdırlar.
Bu isə biliklərin və informasiya tutumunun mövcudluğu, habelə vətəndaşlarda ölkədəki vəziyyət
barədə tam məlumatın olduğu hallarda mümkündür. Siyasi sosiallaşma ikitərəfli prosesdən
ibarətdir. O, bir tərəfdən, fərdə siyasi informasiya, bilik verilməsini, onun mövcud siyasi dəyər və
oriyentirlərə qoşulmasını, sosial təcrübə qazanmasını ehtiva edir. Digər tərəfdən isə, bu, sadəcə
ictimai münasibətlərin təkrarlanması deyil, həm də insanın aktiv fəaliyyəti hesabına ictimai
münasibətlərin mövcud sisteminin insan tərəfindən sonrakı inkişafıdır. Fərd anadan olandan malik
olmadığı siyasi dəyər mühakimələrini, inanclarını və mövqelərini davamlı öyrənmə prosesi ərzində
inkişaf etdirir. Bu vəziyyətə siyasi sistemlər yanaşmasından baxıldıqda, sistemlərin öz düşüncə,
dəyər mühakimələri və mövqelərini cəmiyyətdə yaymaq və fərdlərə qəbul etdirmələrini onların
mövcudluqlarını davam etdirə bilməsi böyük əhəmiyyət kəsb edir. Ona görə də siyasi sosiallaşma
insanın ictimai-siyasi və sosial fəallığı yolu ilə onun siyasi əlaqələr sisteminə daxil olmasına kömək
edir. Bunu reallaşdırmaq üçün KİV-dən sıx istifadə edilməkdədir.
Siyasət media vasitəsilə cəmiyyətə təlqin olunaraq davam etdirilir. Siyasi partiyalar bu işləri
müxtəlif KİV vasitəsilə həyata keçirir. Bu işlər üçün elektron media (televiziya, radio), çap media
(qəzetlər, jurnallar), göstərici mediası (bilboardlar, işarələr, plakatlar), fərdi təmaslar və digər
vasitələrdən (poçt, telefon) geniş şəkildə istifadə edilir .
Hal-hazırda KİV, fərdin təsirli olaraq siyasi sistemə bağlı inanc, dəyər və məlumatları
öyrənməsi və mənimsəməsi ilə siyasi-ideoloji şəxsiyyətin formalaşması məzmununda ən təsirli
vasitələrdəndir. KİV-in təsirli bir siyasi sosiallaşma vasitəsinə çevrilməsi ilə birlikdə siyasətin
düşüncə və qəbuletmə formaları, əlaqələri, aktorları və institutları dəyişikliyə məruz qalmışdır.
Siyasi porseslər çərçivəsində mətbuat siyasi aktorların nümayiş edildiyi, təqdim edildiyi, yaşadığı,
sığındığı, mübarizə etdiyi və qorunduğu arenaya çevrilmişdir. Beləliklə, siyasi ünsiyyət prob-
lemlərin ictimai sahədə müzakirəsindən siyasi aktor, proses, fakt, hadisə, mövzu və mətbuatda
əyləncə məqsədli jurnal formatında təqdimatına keçmişdir (4, səh. 1-2).
- 98 -
Məkan və zaman etibarilə geniş təsir imkanına malik olan KİV eyni zamanda bu vasitələrin
yanlış əllərdə səhv olaraq istifadə edilmə təhlükəsini də yaratmışdır. Xalq üçün indiyə qədər məqbul
hesab olunan qaydalara görə edilən təqdimatların, eləcə də siyasət və müharibə ilə bağlı xəbərlərin
daha çox auditoriya qazanmaq adına şou halına salınaraq kompyuter oyunları və filmlərdə istifadə
olunan dramatizm nümunələrinin onlarda tətbiqi halları geniş yayılmışdır.
KİV-in sosial-siyasi proseslərə təsiri vasitəsilə siyasi təfəkkürə və ictimai şüura ideoloji təsir
etmək, “səssizlik spiralı”nı, gündəmi yaratmaq və ictimai rəyi formalaşdırmaq mümkündür. Siyasi
təfəkkür KİV-in başlıca təsir obyektidir. Onun formalaşması müxtəlif - sosial gerçəkliyin praktik
anlamı, insanların duyğu təsəvvürlərinin tədrici rasionallaşması, onlarda olan informasiyanın
ümumiləşməsi, siyasi hərəkatların məqsədlərinin dərk edilməsi, siyasi davranış norma və
dəyərlərinə, ədalət və siyasi ideallara inama yaxınlaşma yolları ilə baş verir. KİV fəaliyyəti ilə
insanlara siyasi hadisələr haqqında obyektiv və adekvat mühakimə yürütmək, aldıqları məlumatları
mənimsəmək və mürəkkəb, ziddiyyətli informasiya axınında düzgün istiqamətlənmək imkanı verir.
Lakin əgər siyasi təhsil sistemli bilik qazanılmasını nəzərdə tutursa, həmçinin şəxsiyyətin idraki və
dəyər imkanlarını genişləndirirsə, siyasi sosiallaşma beynəlmiləşməni, insanlar tərəfindən siyasi
norma, dəyər və davranış nümunələrinin mənimsənilməsini bildirir. O, şəxsiyyətin sosial gerçəkliyə
uyğunlaşmasına imkan verir.
İnsanların ictimai şüuruna ideoloji təsir zamanı isə KİV gerçəkliyə hərtərəfli is-
tiqamətləndirmə yolu ilə kütlələrin təfəkkürünün yüksəlişi və inkişafına səbəb olur. Bəzən kütlələrin
məqsədyönlü təbliğatı və təşviqatı üçün onlardan istifadə edilir, bu zaman KİV ideoloji təsir vasitəsi
kimi çıxış edir. Ona görə də mətbuatın funksiyaları arasında çox zaman ideoloji funksiya fərq-
ləndirilir. O, KİV-in maarifləndirici, inteqrasiya və idarəçilik fəaliyyətinin üzvi hissəsidir və eyni
zamanda, siyasi sosiallaşma funksiyası ilə uyğun gəlir.
KİV cəmiyyətin maraqlarını ifadə etdiyindən ictimai və siyasi institutdur və onun başlıca təsir
gücü ictimai rəydir. Demokratik cəmiyyətlərdə mətbuat ictimai nəzarət funksiyasını yerinə yetirir,
baş verən və olub keçmiş hadisələrə təkcə hüquqi deyil, həmçinin əxlaqi qiymət verir. İctimai rəy,
müəyyən bir zamanda, müəyyən bir mübahisəli problem qarşısında, bu problemlə maraqlanan
insanlar qrupuna və ya qruplarına hakim olan qənaətdir və XX yüzildə ictimai rəy siyasi təbliğat və
kütlələrin idarə vasitəsi kimi göstərilir.. ". (5, səh. 34).
1990-cı illərdə şüur və siyasi idarəçilik siyasətində qanuni olmayanı qanuni göstərmək və
müəyyən maraq qruplarının xeyrinə olan qərar və addımları hamıya şamil etmə vasitəsi olaraq sıx
bir şəkildə "ictimai rəy" anlayışı işlənməyə başlanmışdır.
KİV-in ictimai rəyi yaratmaq və əks etdirmək kimi iki əhəmiyyətli funksiyası vardır. KİV-lər
verdikləri xəbərlər, etdikləri şərhlərlə əldə olunan qənaətlərin açıqlanmasına köməkçi olur, insanları
və cəmiyyəti inandırma və səfərbəretmə vəzifələrini daşıyırlar. KİV cəmiyyətdəki prosesləri
əlaqələndirir, ictimaiyyəti düşünməyə sövq edir, obyektiv məlumat axınını təmin edərək sağlam
bir ictimai rəyin meydana gəlməsində böyük rol oynayırlar.
KİV gündəmin qurulmasında mühüm rola malikdir. Belə ki, KİV məlumatları aktuallığına
görə sistemləşdirir, cəmiyyət üçün lazım olan informasiyanın mühümlüyünə qərar verir. KİV-in
gündəmi nəzərə alaraq verdiyi xəbərlər cəmiyyət tərəfindən əhəmiyyətli, digər mövzular isə
əhəmiyyətsiz hesab edilir. İnsanlar KİV-dəki xəbərləri oxuyaraq dünyada nələr baş verdiyini
anlayırlar. Mövzuların sistemləşdirilməsi KİV-in o mövzulara, harada, nə qədər və necə yer verdiyi
ilə müəyyənləşdirilir. Aktual məsələlər isə ictimaiyyət tərəfindən prioritet mövzu olaraq qəbul
edilir .
KİV-in təsiri vasitəsilə bağlı digər bir məsələ “Səssizlik spiralı (Spiral of Silence)
nəzəriyyəsidir. 1974-cü ildə Elizabet Noel-Noyman tərəfindən irəli sürülmüşdür. (6. səh. 266-267)
Bu nəzəriyyəyə görə insanlar, cəmiyyətin təzyiqlərindən qorxaraq fikirlərini aşkar
etməkdən çəkinirlər. Bu səbəblə KİV-dən istifadə edirlər. KİV fərdin müxalif fikirlərini
açıqlamaqda səssiz qalır. Bunun səbəbi ictimai qınaq qorxusudur (7, səh. 102-103). Bu qaydaya
görə, cəmiyyətin təzyiqindən uzaqlaşmaq üçün fərdin cəmiyyətlə və digər fərdlərlə inteqrasiya
olunmaq zərurəti meydana çıxır. Buna görə də cəmiyyətdə KİV tərəfindən ifadə edilən fikirlər
dolğun və əhatəli olaraq qəbul edilir.