- 113 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И.
ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
SƏDAQƏT HƏSƏNOVA
Naxçıvan Müəllimlər İnstitutu
sedaqet_57@mail.ru
UOT:81
İLYAS ƏFƏNDİYEV VƏ ƏDƏBİ DİLİMİZ
Açar sözlər: ədəbi dil, üslub xüsusiyyətləri, elmi-nəzəri fikirlər, əsaslandırmaq.
Key words: literaru language, stylistic features, scientific- theoretical view points, to
ground.
Ключевые слова: литературный язык, стилевые особенности, научно-
теоретические мысли, обосновывать.
1930-1990-cı illər Azərbaycan bədii nəsrinin inkişafında qabiliyyətli qələmi, isti ürəyi ilə
fəal iştirak edən sənətkarlardan biri də İlyas Əfəndiyev olmuşdur. Onun Azərbaycan ədəbiyyatının
bədii-obrazlı fikir tarixində öz yeri və bu fikrin zənginləşməsində öz payı və xaslığı vardır.
Yazıçının nəsri süjet sahilləri bəlli olmayan böyük və nəhayətsiz bir ümman kimi diqqəti çəkir və
burada hər şey ölçülü-biçilidir, hər şey qaydasındadır. Amma ürəyin, hissin, duyğunun qaydasından
başqa, burada həyatın öz qanunauyğunluqları və reallıqları da mövcuddur. Onun yaradıcılığında
bütün hadisə və əhvalatlar ürəyin işığı və istisində yazıldığından səmimidir, onlar daha çox həyat
faktlarına söykəndiyindən gerçəkliklərdən ibarətdir. Onun yaradıcılığı maraqlı nitq materialları,
monoloq, dialoq və poliloqlarla zəngindir. Bəzən bunların heç birinə yer verilməsə belə, orada
sözlər danışır, dillər danışır, ürəklər, hisslər, duyğular dilə gəlib dialoqa girir. Və bu, poetik
dilçiliyimizə yeni-yeni töhfələr verir.
Üslublar içərisində qədimliyi və fəallığı ilə seçilən bədii üslub digər üslublara da
əhəmiyyətli dərəcədə təsir edir. Bu proses üslubların bir-birinə yaxınlaşması və birləşməsinə səbəb
olur. Belə ki, ədəbiyyatımızda elə əsərlər vardır ki, onların üslubunu ilk baxışda müəyyən etmək
olmur, belə ki, onlarda üslubların sintezi özünü göstərir. İlyas Əfəndiyevin əsərlərində isə ədəbi
növlər birləşir, lirikliklə epikliyin sərhədini ayırd etmək çətin olur. Əslində, Azərbaycan
ədəbiyyatına nasir kimi gələn İlyas Əfəndiyevin yaradıcılığında şair və nasir, realist və romantik
qələmləri birləşir. Hadisələrin təhkiyəsində hisslər, duyğu və düşüncələr önə keçir. Bütün bunlar
ədəbi-bədii dilimizə də öz təsirini göstərir və onun yeni faktlarla zənginləşməsində, inkişafında
müəyyən dərəcədə rol oynayır ki, bu da bir sıra dil özəlliklərinin meydana çıxmasına səbəb olur.
Sözsüz ki, hər bir sənətkar ədəbiyyatda müəyyən qədər rol oynadığı kimi, ədəbi dilimizdə də
öz sözünü deyir, onun maraqlı, zəngin faktlarından istifadə prosesində özü də bilərəkdən və ya
bilməyərəkdən sözü və ya ifadəni o vaxta qədər bəlli olmayan bir mənasında işlədir, yaxud dil
faktlarından elə məqamlarda istifadə edir ki, müəyyən yeniliklərə səbəb olur. Bununla da, ədəbi
dilimizə xidmət edir. Bu anlamda, İlyas Əfəndiyevin dil-üslub xüsusiyyətləri diqqəti çəkir.
İlyas Əfəndiyev təkcə həyat gerçəkliklərini təsvir etmir, təkcə bir insan ömrü boyunca
gördüklərini, duyduqlarını danışmır, sanki liriklik baxımdan, psixoloji cəhətdən onları təhlil edir,
bədii söz qalasına yeni-yeni daşlar qoyur, onu daha da ucaltmağa çalışır. Təsadüfi deyil ki, lirik-
psixoloji üslub deyəndə, ilk olaraq, İlyas Əfəndiyev yada düşür. İlyas Əfəndiyevin nəsri mənəvi-
əxlaqi axtarışlar ədəbiyyatıdır, canlılıq, təbiilik, reallıq, güclü hissiyyat bu yaradıcılığın mayasıdır.
Ona görə də onun dil-üslub keyfiyyətləri ədəbi dilimizdə də dərin izlər buraxmışdır. Onun duyğu və
- 114 -
düşüncələrinin dərinliyini ifadə edən nəsri hisslərin, duyğuların nəsridir, nəsrin lirikasıdır, epik
növün lirik nəğməsidir. Bu nəğməni oxuyan İlyas Əfəndiyevin özü və obrazlarıdır, onların daxili
nitqidir, düşündükləridir, özünün özü ilə danışığıdır...və nəhayət, tərənnümün təhlilidir.
İlyas Əfəndiyevin dilində diqqəti daha çox çəkən bədii təkrarlardır. Təkrarlar obrazlılığın
göstəricilərindən biri kimi əsərin bədii dilinin qüvvətlənməsində böyük rol oynayır. Məlumdur ki,
təkrarlar bədii dilin obrazlılıq keyfiyyətinin fonetik səviyyədə göstəricilərindən biridir. Onlar bədii
dildə ritmik ahənglər yaradaraq obrazlılığın səviyyəsinin yüksəlməsinə xidmət edir. Bədii üslubun
əsas göstəricisi obrazlılıq olduğundan, onu yaradan vasitələr həmişə ədəbi simaların diqqətində
olmuşdur. Bu baxımdan, İlyas Əfəndiyevin dil və üslub keyfiyyətlərindən danışarkən təkrarları da
vurğulamaq lazım gəlir. Bu anlamda, yazıçının yaradıcılığından alınmış aşağıdakı örnəklər
maraqlıdır:
Onu yüz dəfə gözümün qabağına gətirmişəm, yüz dəfə xatırlamışam, lakin heç kəsə heç nə
söyləməmişəım (5, 7).
Arxada qalan bu böyük şəhərə mən vaxtilə necə səssiz-səmirsiz gəlmişdimsə, indi də bu
şəhərdən eləcə səssiz-səmirsiz çıxıb gedirdim 5(, 9).
Mən istəyirəm ki, yol uzansın, uzansın. Biz əbədi olaraq elə beləcə gedək...(5, 12).
İlyas Əfəndiyevin dil-üslub faktlarındakı özəlliklərdən biri budur ki, o, əslində, poeziyaya,
lirik növə məxsus olan xüsusiyyətləri epik növə gətirir. Ona görə də onun nəsr dili təkcə epik
xarakter daşımır, onun dilini lirik-epik dil kimi səciyyələndirmək daha düzgün və dəqiq olar. Bu
anlamda, daha çox poetik dilin özəlliklərindən biri olan təkrarlar yazıçının dilindəki lirizmi
dərinləşdirir və onun təsir və tərbiyəedici gücünə əsaslı dərəcədə təsir edir.
Birdən bu kiçik hadisə nə üçünsə xəyalımı çəkib insanların hələ Yer üzündə yaşamadığı
zamanlara apardı. Bu geniş çöllər, bu nəhayətsiz sükut, bu munis aydınlıq onda da var idi, indi də
var(5, 10).
Mənə elə gəlirdi ki, dünyada zaman, məkan deyilən şey yoxdur, bizim ağlımızın dərk edə
bilməyəcəyi əbədi bir boşluq, bir intəhasızlıq var (5, 10).
Mən heç bir zaman ağlamamışam. Heç bir zaman öz taleyimdən inciməmişəm. Lakin heç bir
zaman özümü indiki kimi yalqız hiss etməmişdim (5, 8-9).
Örnəklərdən göründüyü kimi, belə təkrar söz və ifadələr sənətkarın dil-üslub özəlliklərinə
xidmət edən faktlardandır.
Azərbaycan ədəbiyyatında bədii üslubda yazan sənətkarlar çoxdur. “İstər tarixən qədimliyi,
istərsə də müasir mərhələdəki inkişafı baxımından bədii üslub ədəbi dilin digər funksional
üslublarından seçilir. Azərbaycan yazılı ədəbi dilinin təxminən minillik tarixi, müəyyən mənada,
bədii üslubun inkişaf tarixi deməkdir (2, 253). Buna görə də bədii üslubun ədəbi dil tarixində
aparıcı mövqe tutması realdır və təbii proseslərdən biridir.
İlyas Əfəndiyev əsərləri ilə yalnız ədəbiyyatımıza xidmət etməmişdir, o, eyni zamanda,
dilimizin də qayğısına qalmış, ona yaradıcı münasibət bəsləmişdir. “Bədii dilin gözəlliyi üçün ilkin
şərtlərdən biri onun yaradıcılıq məhsulu olmasıdır. Gözəl bədii dil ustasının səsi gərək min şairin,
min nasirin səsinin içində seçilsin” (1, 21). İlyas Əfəndiyev belə sənətkarlardandır. Onun elə bir
əsəri yoxdur ki, dil-üslub xüsusiyyətləri baxımından diqqəti çəkməsin. Bu keyfiyyət onun əsərlərini
bir əsrə yaxındır ki, oxunaqlı edib, bu əsərlər müxtəlif məclislərin müzakirə obyektinə çevrilib.
Sənətkar çoxları tərəfindən mənfi hesab edilən obrazların müsbət olduğunu qəbul edib və oxucunu
buna inandırıb. Sözsüz ki, bu prosesdə dilimizin zənginlikləri onun köməyinə gəlib.
İlyas Əfəndiyevin dilində işlənmə fəallığını itirmiş sözlərdən – arxaizmlərdən də istifadə
edilmişdir:
Mənim gəlişim kimsəni maraqlandırmadığı kimi, gedişim də qoca Ələsgər dayı ilə Güllü
xaladan başqa heç kəsi mükəddər etmədi (5, 9).
XX yüzilin 1930-1990-cı illərində ədəbi dilimizin normalarını müəyyənləşdirmək üçün İlyas
Əfəndiyevin yaradıcılıq örnəkləri müəyyən qədər material verir. Sözsüz ki, “dil normasız
informasiya mənbəyinə çevrilə bilməz” (7, 3).
Böyük sənətkarların hamısı dilə xüsusi önəm vermişlər. “Dil bir xalqın mənəvi
birləşməsində, həyat və mübarizəsini təşkil etməsində qüdrətli bir vasitə və silahdır. Ta qədim