- 109 -
Бу нюгтя нифрят олса,
дяниз тяки кцкряйиб
юз сащилини ашар.
Суалда, йа нидада,
арзу адлы дцнйада
Нюгтя олмур олмасын.
Севянлярин кюнлцня,
Ширин инсан юмрцня
сон нюгтя гойулмасын.
Улу Танрым, гцввят вер
Тцрк гайытсын юзцня.
Нюгтя гойулсун анcаг,
«Мцщарибя» сюзцня,
Гачгынлыьа.
Ясарятя.
Дюзцмя. ( 2,s.133)
Durğu işarələri, işləndiyi yerlər və nitqdə əhəmiyyətinin müxtəlif yönlərdən öyrədilməsi şagirdlərdə
təlimə marağı artırmaqla yanaşı, onların daha uğurlu təlim nəticələrinə istiqamətləndirilməsini
təmin edir.
İşlənmə yerinin zənginliyinə, mənanı və fikri dəqiqləşdirməkdə oynadığı rola, cümlədaxili
fasilələrin tənzimlənməsindəki xidmətlərinə, işlənmə tezliyinə görə vergül digər durğu işarələrinin
önündə dayanır.Bu fikir durğu işarələri ilə bağlı bir çox mənbələrdə də təsdiq olunur (4;5;6;7). Kaş
cəmiyyətin hər bir üzvü vergülün dilimizə, yazımıza xidmət etdiyi qədər öz elinə, obasına, vətəninə
xidmət edə biləydi:
Sual işarəsi, nida, nöqtələr,
Sizi görməyəndə qəlbən yanaram.
Dilə xidmət etsəm bir vergül qədər,
Dünyada özümü xoşbəxt sanaram. (2.s.132)
Ayrı-ayrı ədəbiyyatlarda vergülün işlənmə məqamları geniş şərh olunsa da, dərslik və metodik
ədəbiyyatda vergüllə bağlı işin təşkili metodikası məsələsinə çox az rast gəlinir. Yalnız bu işarə ilə
bağlı nəzəri biliklərin verilməsi ilə kifayətlənmək olmaz, ondan istifadənin əhəmiyyəti müxtəlif iş
formaları,ayrı-ayrı metod və yollarla təhsil alanlara öyrədilməlidir.
Dilin bütün vasitələri ilə birlikdə durğu işarələri də yazı
zamanı fikrin düzgün, dəqiq, təsirli ifadə
edilməsində bir yardımçı vasitə rolunu oynayır. Durğu işarələrinin “canlı həyatı” əsasən yazı
meydanında özünü göstərir. Yazı zamanı durğu işarələri ilə bağlı səhvlər, əsasən, aşağıdakı
səbəblərdən özünü göstərə bilir:
a)
öyrənilmiş nəzəri material və qrammatik qaydaya uyğun olaraq durğu işarələrinin təcrübədə
düzgün tətbiq edilməməsi;
b)
diqqətsizlik üzündən durğu işarələrindən istifadə olunmaması;
c)
hansı durğu işarəsindən istifadə olunacağının dəqiqləşdirilməsindəki çətinlik;
d)
durğu işarələrinin vacib və gərəkli olmasına əhəmiyyət verilməməsi və s.
Yazı zamanı durğu işarələri yanaşı, qoşa şəkildə də istifadə oluna bilir. Onların birgə
işlənməsi anları çox olmas da, yeri gəldikcə bu məqamlara da diqqət yetirmək, lazım olarsa şərhlər
vermək gərəklidir. Məsələn;
Nə üçün siz həqiqəti istehza kimi başa düşürsünüz?! (İ.Əfəndiyev)
Sual mənası hiss - həyacanlı münasibətdən qabarıq ifadə edildikdə, əvvəl sual, sonra nida işarəsi
qoyulur.
Gör məni kimə oxşatdılar!? Ax, bu uşaqlar necə bəzzaddılar!? (M.Ə.Sabir).
Hiss-həyəcanlı münasibət suala nisbətən daha qabarıq ifadə edildikdə əvvəl ! ,sonra isə ?
işarəsi qoyulur.
- 110 -
Nöqtəli vergül – nöqtə ilə vergülün birləşməsindən düzəlmişdir.Bu işarə nöqtədən az, vergüldən isə
bir qədər çox fasilə tələb edir.Ondan həmcins üzvləri qruplaşdırılan sadə cümlələrdə, bağlayıcısız
bağlanan tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında və bir çox digər hallarda istifadə
olunur.
Tədris zamanı durğu işarələri ilə bağlı qarşıya çıxan çətinliklərdən biri də onların yanaşı
işlədilməsi ilə bağlıdır. Bu durğu işarələrinin vergül və tire, nida və üç nöqtə, sual və üç nöqtə ilə
qoşa, yanaşı işləndiyi hallar mövcuddur .
Həm də durğu işarələrindən üçünün və ya dördünün yanaşı işlənə bildiyini də şagirdlərə
xatırlatmaq olar. Məsələn,
“Bu Qarabağ məsələsi çoxmu çəkəcək?!”-deyə Polad içdən gələn bir hayqırtı ilə səsləndi.
Verilmiş cümlələrdə sual, nida, dırnaq və tire işarələri yan-yana işlənmişdir. Bu işarələrin
hər birinin işlənmə məqsədi şagird tərəfindən izah olunub şərh edilə bilirsə, demək müəllim şagirdin
süurli mənimsədiyini yəqinləşdirir.
Ev tapşırığı kimi şagirdlərə yanaşı işlənən durğu işarələrinə aid müxtəlif bədii nümunələr
seçib yazmağı da tapşırmaq olar.
Cümlədəki daxili bölgünü müəyyənləşdirmək, həmcins üzvləri, əlavəni, xitabları, vasitəsiz
nitqi, sitatı və s. dəqiqləşdirməkdə durğu işarələri əvəzsiz rol oynayır.Yalnız bu işarələr ilə
cümlənin məqsəd və intonasiyaya görə növlərini müəyyənləşdirmək mümkündür. İnsan durğu
işarəsinin əhəmiyyəti və onun gərəkli olduğunu dərk etdikcə, həyatı mənalandırmağı və duymağı
də bacarır.
Durğu işarələri olmasaydı nəinki yazımız, hətta insan həyatı da mənasız və cansıxıcı olardı. İnsan
nitqində nə fasilə edər, nə sual verər, nə həyəcanlanar, nə də fikirlərinin sərhəddini müəyyənləşdirə
bilərdi.Biz yazımızda durğu işarələrindən yerli-yerində istifadə etməyi öyrənməklə yanaşı, onun
həyati bir ehtiyac və zərurət olduğunu dərk etdirməyi də bacarmalıyıq. Durğu işarələrindən istifadə
etməmək, ona biganə olmaq insan həyatını mənasızlaşdırmaqla yanaşı, həm də onu məhvə doğru
apara bilər:
“Bir gün insan “vergül”ü itirdi. Artıq mürəkkəb cümlələrdən qorxmağa başladı.Bəsit, sadə
ifadələrə üstünlük verdi.Cümlələri bəsitləşdikcə, fikirləri də bəsitləşdi...
Bir gün də insan “nidan”ı itirdi.Artıq yavaş səslə danışmağa başladı.İndi o, nə kədərlənir, nə
də sevinirdi.Üstəlik həyəcan nə olduğunu da unutmuşdu...
Bir qədər sonra “sual” da itirildi. Daha o sual da verə bilmədi, soruşmağı da bacarmadı. İndi
heç bir şey onu maraqlandırmırdı.Nə kainat, nə dünya, nə də insan...
Bir gün də insan “iki nöqtə”ni itirdi.Kiməsə, nəyisə izah etməyə yadırğadı.Ömrünün sonuna
yaxın isə “dırnaq” işarəsini itirdi. İndi onun öz fikri yox idi. Ancaq başqalarının fikrini
təkrarlayırdı. “Nöqtə”- yə çatanda isə artıq düşünə də bilmirdi.”
Sinifdəki şagirdlərin sayından asılı olaraq onları müxtəlif qruplara ayırıb durğu işarələri ilə
bağlı tapşırıqlar da vermək olar. Şagirdlər “Mübtəda”, “Xəbər”, “Tamamlıq” və s. adlar qrupunda
birgə düşünür, fikirlərini bölüşür və müəyyən nəticəyə gəlirlər. Qruplara ayrı-ayrılıqda aşağıdakı
şəkildə tapşırıqlar verilir:
Mübtəda Qrupu
Verilmiş cümlələrdə durğu işarələrinin yerini müəyyənləşdirin və onların nə məqsədlə
işləndiyini şərh edin.
1.
Məni buraya doğma məktəbimizə müəllim təyin ediblər
2.
Zəka qadan alım bir bura gəl görüm
3.
Yoruldum yoruldum deyə Turqut sakitcə dilləndi
4.
Biz müəllimlərimizi xüsusilə Əziz müəllimi daha çox sevirik
Xəbər Qrupu